Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə58/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   54   55   56   57   58   59   60   61   ...   81

116 
 
Avropanın  elə bir xalqı  yox  idi ki, Argentinada  onun nümayəndəsi  olmasın. 
Bu insanlar getdikcə qarışaraq müasir Argentina millətini formalaşdırmışdır. 
Avropanın  ayrı-ayrı  ölkələrindən  köçüb  gəlmiş  əhali  öz  bilik,  bacarıq  və 
vərdişlərini  təsərrüfatın  ayrı-ayrı  sahələrinə  tətbiq  etməyə  başladılar.  Belə  ki, 
fransızlar  və italyanlar üzümçülüyü, ingilislər qoyunçuluğu inkişaf etdirməyə nail 
oldular. İmiqrantlar nəinki   ölkənin   sosial-iqtisadi   inkişafında,   həmçinin yerli 
demoqrafiyanın dəyişməsində də mühüm rol oynamışlar. 
Argentinanın    fəaliyyətdə   olan   qanununa görə burada doğulmuş hər kəs 
argentinalı  hesab  olunur  və  bu  gün  ölkə  əhalisinin  90%-dən  çoxu  argentinalıdır.  
Müasir  Argentinada  əhalinin  artımı  yalnız  təbii  artıma  əsaslanır      və      qonşu   
ölkələrdən   fərqlənərək   çox   da deyildir, hər 1000 nəfərə 9-12 nəfər düşür. Bu 
baxımdn o, inkişaf etmiş ölkələr səviyyəsinə çatmışdır. 
Lakin  son  illərdə  artımın  aşağı  düşməsi  əhalinin  yaş  strukturuna  da  təsir 
edərək,  gənclərin  sayının  azalması,  yaşlı  əhalinin  isə  nisbətən  artması  müşahidə 
olunur.  Əgər  imiqrasiya  dövründə  kişilərin  miqdarı  çox  idisə,  hal-hazırda 
qadınların  sayı  kişilərdən  təxminən  1  mln.  nəfərdən  artıqdır.  Əhalinin  iş 
qabiliyyətli hissəsinin çox  olmasına baxmayaraq təbii artımın azalması gələcəkdə 
ölkəni yeni demokratik siyasət aparma məcburiyyətinə qoymuşdur. 
Argentina əhalisi üçün xarakterik cəhət onun əsasən Pampanın sahil zolağında 
məskunlaşması  və  urbanizasiyanın  yüksək  səviyyəsinin  olmasıdır.  Bu  şəkildə 
məskunlaşma  tarixən  baş  vermişdir;  belə  ki,  avropalıların  əksəriyyəti  Buenos-
Ayres limanı vasitəsilə əraziyə daxil olaraq ora yaxın yerlərdə məskunlaşmışlar. 
Əhalinin  məskunlaşmasına  təbii  şərait,  təsərrüfatların  ixtisaslaşması  da  təsir 
etmişdir.  Dağlıq  ərazilər,  susuz  Çako  düzənlikləri  demək  olar  ki,  nadir  halda 
məskunlaşmış,  Pataqoniyada  isə  hər  km
2
-ə  1  nəfər  düşür.  La-Pampa,  Katamarka, 
La-Rioxa  və  s.  əyalətlərdə  heyvandarlıq  təsərrüfatları  üstünlük  təşkil  etmiş, 
əhalinin sıxlığı az, məskunlaşma zəif olmuşdur. 
Kənd yaşayış məntəqələri, kənd məskunlaşması torpaqdan istifadə və torpağa 
münasibət  formasından  asılı  olmuşdur.  Rançolar  bir-birindən  xeyli  aralı  və  az 
əhalisi  olması  ilə  fərqlənir.  Buna  görə  də  bəzən  Argentinanı  kəndlisi  az  olan  iri 
aqrar  ölkəsi  də  adlandırırlar.  Son  illərdə  urbanizasiyanın  səviyyəsinin  artması, 
əhalinin  yeni-yeni  yararlı  sənaye  müəssisələrinə  meyli  kənd  əhalisinin  mütləq 
mənada azalmasına səbəb olmusdur. 
Ölkə  əhalisinin    80%-dən    çoxu  şəhərlərdə  yaşayır.  Bu  ilk  növbədə 
immiqrasiya hesabına formalaşmışdır. İkinci     dünya     müharibəsindən     sonra     
şəhərlərin  böyüməsi  daxili  miqrasiya  hesabına  olmuşdur.  Şəhər    əhalisinin  çox 
hissəs  iri  şəhərlərdə  xüsusilə  də  liman  şəhərlərində  cəmləşmişdir.    Müasir      
Argentinada  şəhərlər  öz  funksiyalarına  görə  fərqlənir.  Bunlar  əsasən      Parananın 
aşağı axarında və Atlantik okeanı sahilləri şəhərləridir. 
 
Təsərrüfatın ümumi səciyyəsi və ərazi təşkili problemləri 
 
Argentina  Latın  Amerikasında  iqtisadi  cəhətdən  inkişaf  etmiş  üç  nəhəngdən 
biridir.  Müxtəlif  strukturlu  təsərrüfatlarında  sənaye  məhsulunun  dəyəri  getdikcə 


117 
 
kənd  təsərrüfatını  arxada  qoyur.  Bu  ölkənin  ümumi  iqtisadi  inkişafı  dünyanın 
inkişaf  etmiş  ölkələrinin  ehtiyacına  uyğunlaşmışdır.  Ölkə  müstəqil  fəaliyyətinə 
başladığı  gündən  kənd  təsərüfatı  məhsulu  istehsalçısı  kimi  özünü  göstərmişdir. 
XIX əsrin ikinci yarısından sonra onun iqtisadi inkişafının sürəti dünya bazarında 
kənd  təsərrüfatı məhsullarına tələbatın artmasından asılı olmuşdur. 
XIX əsrin sonu XX əsrin əvvəllərində Argentinanın iqtisadi inkişafında ənənə 
yaranmaqda idi. Bir tərəfdən, sürətli iqtisadi inkişaf onun müxtəlif təsərrüfatlarını 
səfərbər edir, Latın Amerikasında qabaqcıl yerlərdən birini tutur, digər tərəfdən isə 
onu maliyyə və ticarət sahəsində ingilis kapitalından asılı vəzəyyətə    salırdı.    Bu    
istiqamətdə    uzun    müddət aparılan iş ölkə təsərrüfatlarının strukturunda bu gün 
də öz əksini göstərir. Artıq XIX əsrin sonunda Argentina dünya bazarına ət, taxıl, 
un ixrac edən ölkə kimi  ixtisaslaşmışdı.   I   dünya   müharibəsinin   başlanması 
ərəfəsində ölkə mal əti, kətan toxumu, kebraço şirəsi ixracı üzrə dünyada birinci, 
buğda, çovdar, un ixracına görə isə ikinci yeri tuturdu. Ölkə iqtisadiyyatının xarici 
bazar və xarici kapitala istiqamətlənməsi təsərrüfatların ərazi   təşkilinə   də   ciddi   
təsir      etmişdi.      İxrac  istiqamətli            kənd            təsərüfatı            məhsulunun  əsas 
istehsalçısı  Pampa  idi.  Bu  ərazi  həmçinin  də  sənayenin  yerləşmə  mərkəzinə 
çevrildi. 
1929-33-cü      illərin  iqtisadi      böhranı      və      II      dünya  müharibəsi  ölkənin 
daxili  və  xarici  iqtisadi  vəziyyətinə  böyük      təsir      etdi.      Argentinanın      kənd   
təsərrüfatının mövqeyi dünya bazarınnda zəifləməyə başladı, bu ilk növbədə   kənd   
təsərrüfatında      məhsuldarlığın      aşağı  olması,  digər  tərəfdən  isə  ölkənin  kənd 
təsərrrüfatı  məhsullarının  ənənəvi  alıcısı  olan  Avropa  dövlətlərində  kənd    
təsərrüfatının    intensiv   xarakter    alması    ilə əlaqədardır.    Ölkənin   xarici   
durumunun   dəyişməsi daxildə    iqtisadiyyatın   srukturunun   da   dəyişməsinə 
səbəb  oldu.  İkinci  dünya  müharibəsindən  sonra  ağır  sənayenin      inkişaf  etməsi   
kənd   təsərrüfatının   istehsalında strukturun müxtəlifləşməsinə təsir etdi. 
Müasir  Argentinada  sənayenin  getdikcə  inkişafı,  emaledici  sənayenin  kənd 
təsərrüfatı istehsalını ötüb keçməsi, sənaye məhsullarının dəyərinin kənd təsərrüfatı 
məhsullarına  nisbətən  artması  xarakerik  hal  almışdır.  Bu  ölkə  regionda  Braziliya 
və  Meksika  ilə  yanaşı  böyük  sənaye  üçlüyünü  yaratmışdır  və  regionda  istehsal 
olunan  sənaye  məhsulları  istehsalının  2/3  hissəsi  bu  üçlüyün  payına  düşür.  Latın 
Amerikası  ölkələrinin  içərisində  Argentına  həm  də  sənaye  məhsulu  İstehsalının 
adambaşına istehsalına görə də fərqlənir. Son on ildə emaledici sənayenin bir çox 
sahələrində,  xüsusilə  də,  metallurgiya,  maşınqayırma  və  kimya  sənayesində 
dünyanın  yüksək  inkişaf  etmiş  ölkələrinə  yaxınlaşmışdır.  Bu  sənaye  sahələri 
əsasən  Pampa  və  La-Plata  ovalığında  cəmləşmişdir.  Yüksək  intensivliyi  ilə 
fərqlənən aqrar-sənaye kompleksi ixrac olunan məhsulların 80%-ni verir. 
a) Sənayesi. Latın Amerikasında Argentinanın sənayesi özünün mürəkkəbliyi 
ilə  seçilir.  Onlar  içərisində  ağır  sənaye  xüsusilə  fərqlənir.  XX  əsrin  ortalarından 
etibarən  böyük  surətlə  inkişaf  edən  ağır  sənaye  ölkənin  sənaye  məhsulu 
istehsalında əsaslı struturuktur dəyişiklikləri etmiş, ənənəvi sahələr olan yüngül və 
yeyinti  sənayesini  ötüb  keçmişdir.  Yeni  yaradılmış  sənaye  sahələri  istehsalın 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə