Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə61/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   57   58   59   60   61   62   63   64   ...   81

122 
 
qorunması,  Pampanın  yarımdövrə  şəklində  geniş  sahələri  ilə  onu  əhatə  etməsi 
Buenos-Ayres limanını sürətlə inkişaf etdirir. Son illər idxal-ixrac əməliyyatlarının 
genişlənməsi  ilə  əlaqədar  olaraq  limanın  da  genişləndirilməsi  lahiyələri  həyata 
keçirilir.  Buenos-Ayres  ölkənin  əsas  sənaye  mərkəzidir,  burada  sənaye  məhsulu 
istehsalının 60%-i cəmləşmişdir. Sənayenin əsas sahələri maşınqayırma, neftemalı, 
kimya, yeyinti və toxuculuq sahələridir. 
Yük  dövrüyyəsinin  həcminə  görə  ölkənin  ikinci  limanı  olan  Rosario  taxıl 
ixracı  üzrə  ixtisaslamışdır.  Buradan  dəyirman,  göndəri-ayaqqabı  sənayesi,  polad-
prokat zavodu yerləşir. Buenos-Ayres əyalətinin paytaxtı olan La-Plata şəhəri kənd 
təsərrüfatı məhsulları ixracı üzrə ixtisaslanmışdır, neftemalı, neftkimya, ət sənaye 
sahələrinin əsas mərkəzlərindəndir. 
Kardova həm əhalisinə, həm də sənayesinin inkişaf səviyyəsinə görə ölkənin 
ikinci  mühüm  şəhəridir.  O,  iri  sənaye  qovşağı  kimi  avtomobil,  traktor  və 
təyyarəqayırmanın əsas mərkəzidir. 
Qərb.  Iqtisadi  cəhətdən  nisbətən  inkişaf  etmiş  rayondur.  O,  And  dağlıq 
hissəni  və  onun  ön  hissəsini  əhatə  edir.  iqlimi  quru  subtroikdir,  yağıntı  əsasən 
yayda  düşür.  Bu  rayonun  ərazisi  Pampada  mənimsənilən  ikinci  ərazidir. 
İmmiqrantların  əksəriyyəti  italyan  və  fransız  mənşəllidir.  Onların  gəlişi  ilə  də 
üzümçülüyn  bir  təsərrüfat  kimi  inkişafının  əsası  qoyuldu.  Ərazidə  üzümlüklər 
geniş  otlaq  və  biçənəklərlə  növbələnir.  Üzümçülüklə  yanaşı  tərəvəzçilik  və 
bağçılıq  da  inkişaf  etişmişdir.  Qərb  rayonu  bol  və  müxtəlif  enerji  daşıyıcılarla    
zəngindir.     Neft     ehtiyatına     görə  o, Pataqoniyadan sonra ikinci, Urana görə 
birinci  yeri  tutur.    Hidroresursları  həm  enerji  istehsalında,      həm  də  kənd 
təsərrüfatında  kompleks  qaydada  istifadə  olunur.  Rayonlararası        əmək    
bölgüsündə        Qərb        dağ-mədən  sənayesi        üzrə      ixtisaslaşmışdır.        Burada    
volframın,  beriliumun,        sink-qurğuşunun      və      mis        filizinin      iri  yataqları 
istismar olunur. 
Şimal-Qərb. 
Qərb və  Şərqdən   And   dağları   ilə   əhatələnən vulkanik Puna platosunda 
yerləşən rayonun ərazisində dağların və müxtəlif istiqamətlərdə onları kəsib-keçən 
vadilərin   əsrarəngiz   təbiəti   vardır.    Dağların   şərq yamacları daha çox rütubət 
alır. Rayonlararası əmək bölgüsündə    bu    rayon    Argentina    bazarına    şəkər 
çıxarmaqla      seçilir.      Heyvandarlıq      ekstensiv      xarakter  daşryır.      Rayonun   
sənayesi   dağ-mədən   sənayesi   ilə təmsil olunur. Burada neft-dəmir filizi, sink-
qurğuşun, uran,    qalay    və    kükürd    istehsal    edilir.    Faydal qazıntıların 
çıxarılması  ilə  əlaqədar  qara  metalurgiya  və  neft-emalı      müəssisələri   
yaradılmışdır.      Xammalın      və  enerji      daşıyıcılarının      əlverişli      şəkildə   
uzlaşmasma  baxmayaraq  nəqliyyat  sistemi  zəif  inkişaf  etdiyi  üçün  rayon  ölkənin 
əsas  xammal  təchizatçısı  kimi  çıxış  edir.  Rayonun      əsas      və      ən      iri      sənaye   
mərkəzi   Tukman şəhəridir. Salta və Jujuy şəhərləri əyalət mərkəzidir. 
Çako. 
Bu  Argentinada  nisbətən  zəif  inkişaf  etmiş  rayon  şimalda,  mövsümü 
rütubətləşən  tropik  iqlim  qurşağında  yerləşir.Cənubi  Amerikanın  “isti  qütbü” 
adlanan  rayonun  ən  isti  aynın  (yanvarın)  orta  temperaturu  28-29°C,  iyulun  13-


123 
 
17°C  -dir.  Çakonun  intensiv  mənimsənilməsi  XIX  əsrin  ortalarından  sonra 
başlanmışdır.  İngilis  şirkətləri  kebraço  şirəsi  istehsal  və  ixrac  etməsindən  sonra 
bura  çoxlu  immiqrant  axını  başladı.  Meşə  massivlərinin  kütləvi  qırılması,  dünya 
bazarında  yeni  dəri  əvəzləyicisinin  satışı  bir  çox  müəssisələrin  bağlanmasına  və 
əhalinin  şəhərlərdən  köçüb  getməsinə  səbəb  oldu.  Lakin  istehsalın  azalmasına 
baxmayaraq  Argentina  bu  gün  də  dünyada  şirə  istehsalı  və  ixracı  üzrə 
ixtisaslaşmışdır.  Ölkədə  istehsal  olunan  pambığın  90%-i  burada  cəmləşmişdir. 
Pambıq yığımı hər il Paraqvay və Boliviyadan çoxlu mövsümü immiqrantları cəlb 
edir. Pambıqçılıq yalnız daxili tələbat üçün yararlıdır. 
Çayarası. 
Bu    iqtisadi    rayon    Argentinanın      şimal-şərqində  bütün  ilboyu  bərabər 
rütubət  alan  subtropik  iqlim    vilayətində      yerləşir.      Rütubətli      subtropik    bitki 
becərilən yeganə rayondur. Bu ərazilər üçün yeni bitki    sayılan çay, çəltik, tütün, 
tunq ağacı XX əsrin 30-cu illərindən kütləvi hal almışdır. Bu iqtisadi rayon meşə 
tədarükü      və      ağac      emalı      sənayesinin      əsas mərkəzlərindəndir. Zəngin 
rütubətli  meşə, həmçinin də sonradan    salınmış    meşə    qurşaqları    sellioz-
kağız  istehsalı  üçün  əsas  xammal  mənbəyinə  çevrilmişdir.  Rayonun      zəngin   
hidroenerji   ehtiyatı   da   bu   sənaye sahəsinin genişlənməsinə şərait yaratmışdır. 
Ərazinin  rəngarəng          təbiəti,          İquasu          şəlaləsinin          əsrarəngiz  görünüşü 
turizmin inkişafına güclü təkan vermişdir. 
Pataqoniya. 
Ümumi  ölkə  ərazisinin  1/3-ni  əhatə  etsə  də  cəmi  əhalinin  3%-i  bu  rayonda 
cəmləşmişdir.  Yarımsəhra  iqlimi,  sərt  və  soyuq  küləkləri,  az  məhsuldar  qonur 
səhra  tipli  torpaqları  ilə  xarakterizə  olunur.  Rayonun  ərazisi  Atlantik  okeanın 
sahilində  yerləşsə  də  kəskin  kontinental  iqlimə  malikdir  və  rütubət  çatışmazlığı 
kəskin  şəkildə  hiss  edilir.  Qərb  küləklərinin  hakimliyi,  xüsusilə  də  antraktidanın 
soyuq  küləkləri  üçün  ərazinin  açıqlığı  öz  təsirini  bildirir.      Rayon    ərazisinin   
mənimsənilməsi      Pampada  taxılçılığın      inkişafı      və      oradan      qoyunçuluğun 
sıxışdırılıb, çıxarılması   ilə   başlanmışdır.   Avropanın immiqrantları, xüsusilə də, 
alman  və  ingilislər  bu  ərazilərdə  məskunlaşaraq  yunluq  istiqamətli  qoyunçuluq 
inkişaf  etdirməyə  başladılar.      Bu    gün    də    Pataqoniya    iqtisadiyyatında 
qoyunçuluğun rolu böyükdür. Surətlə inkişaf   edən   əlvan   metalurgiyası   yerli   
hidroenerji  ehtiyatlarına,    xüsusilə  də,    Limay,    Neuken,      Kolorado  çaylarının 
hidroenerjisinə  əsaslanır.  Əhalisi  az  olsa  da  əsrarəngiz  təbiəti  turistləri  getdikcə 
daha çox cəlb edir. 
 
 
BRAZİLYA FEDERATİV RESPUBLİKASI 
 
Sahəsi – 8512 min km

Əhalisi – 190,2 mln. nəfər (2008-ci il) 
Paytaxtı – Brazilya  
 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə