Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə63/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   59   60   61   62   63   64   65   66   ...   81

126 
 
yarasa, yenot, yaquar, puma, tapir, maral; quşlardan hoasin, vağ, dəvəquşu, tukan, 
tutuquşu,  milçəkquşu;  sürünənlərdən      böa,      zəhərli      ilanlar,      tısbağa,   
savannalarda müxtəlif gəmiricilər və s. vardır. Braziliyanın   çoxsahəli   sənaye   və   
kənd   təsərrüfatının inkişafı üçün hər bir şəraiti və imkanı vardır. 
 
Əhalisi və dövlət quruluşu 
 
Braziliyanı avropalılar  kəşf etməmişdən qabaq orada müxtəlif dil ailələri və 
qruplara  aid  hindu  tayfaları  və  xalqları  yaşayırdı.  Müstəmləkəçilərin  zəbt  etmə 
müharibələri və kəskin istismarı nəticəsində hindu   tayfaların   çoxusu   qırılmış   
və   yaxud   sayca azalmışdır. 
Üç  əsr  yarım  qul  ticarəti  dövrü  ərzində  Braziliyaya  müxtəlif  tayfalara  və 
xalqlara malik bir neçə mln. zənci gətirmişlər (bantu, yoruba, xausa və b.). 
Nəhayət  müasir  xalqın  formalaşmasında  avropalılar  üçüncü  vacib  element 
təşkil etmişlər.  
Avropa  müstəmləkəçiliyinin  başlanğıcı  dövründə  əhalinin  qarışması  baş 
verirdi.  Yeni  irqi-etnik  kateqoriyalar  yarandı:  kreollar,  metislər  (avropalılar  və 
hindulərlə  nigahdan  yaranmışlar),  mulatlar  (avropalılar  və  zəncilərlə  nigahdan 
yaranmışlar), sambo (hindu və zənci nigahından doğulanlar). 
XVI  əsrin  ortalarından  Braziliyaya  Avropadan  və  Asiyadan  əhəmiyyətli 
immiqrasiya  baş  verirdi.  Portuqaliyadan  və  İspaniyadan  əlavə  kütləvi  surətdə 
italyanların  və  almanların  axımı  oldu.  Braziliyaya  yaponlar,  çinlilər  və  ərəblər 
köçməyə başladılar. Həmçinin Hindistandan, Pakistandan və İndoneziyadan köçüb 
gəlmişlər (plantasiya fəhlələri kimi). Cəmi Braziliyaya 3,5 mln nəfər immiqrantlar 
köçmüşlər.  Onların  çoxları  qohum  etnik  mühitə  düşərək  (birinci  növbədə 
portuqallar və ispanlar) tezliklə assimilyasiya oldular, digərləri  (almanlar, slavyan 
xalqları,  yaponlar  və  b.)  əhəmiyyətli  dərəcədə  öz  dillərini  və  bəzi  mədəniyyət 
xüsusiyyətlərini saxlamışlar. 
Braziliyada  hazırda  1,5  mln  nəfər  hindu  xalqları  yaşayır  (əsasən  Amazon 
meşələrində) . 
Braziliyada 80-dən çox xalqların nümayəndələri yaşayır.Onların əksəriyyətini 
əsas xalqlarla assimilyasiya olmayanlar təşkil edir. 
Əhalinin  əksəriyyəti  (92%)  katolikdirlər.  (150  mln)  Katolizm  portuqal 
müstəmləkəsində  konkista  dövründə  yayılmışdır  və  uzun  müddət  rəsmi  din 
olmuşdur. 
Katolisizmdə  sonra  ikinci  din  protestantizmdir  (  5%  )  bir  çox  kilsələrdə  və 
sektalarda təmsil olunur. 
Bununla  yanaşı,  keçən  əsrin  60-cı  illərindən  başlayaraq  ABŞ  sektaları 
Braziliyaya  daxil olur, öz dinlərini yayırlar. 
Xristianlar  arasında  katoliklərdən  və  protestantlardan  əlavə  Braziliyada 
pravoslav dindarlar da vardır. 
Qeyri-xristian  dinlərdən  induizm  və  tayfa  dinləri  geniş  yayılmışdır,həmçinin 
iudaizm məsələn,Braziliyada – 150 min nəfər  bu dinə (iudaizm) etiqad edir. 


127 
 
Konkista  dövründən  başlayaraq,  avropalılar  öz  dillərini  yayırlar.  Roman  dil 
qrupuna  aid  olan  portuqal  dli    dövlət  dili  olmuşdur.Portuqal  dilində  əhalinin 
əksəriyyəti danışır. Bu dilə hindu dillərin və afrikadan gələnlərin də dillərinin təsiri 
olmuş  və  çoxlu  sözlər  işlədilir  və  bir  sıra  fonetik,  leksik  və  qrammatik  
xüsusiyyətləri ilə fərqlənir. 
XX əsrin 40-cı illərindən başlayaraq əhalinin artımı sürəltənmişdir. Əhalinin 
orta illik  artım sürəti 20-ci illərdə 1,8 % təşkil etdiyi halda, 30-cu illərdə - 1,9 %, 
40-cı    illərdə  artaraq  2,4  %,  50-ci  illərdə  isə  -  2,8  %  olaraq  yüksək  həddə  çatdı. 
XX-əsrin 60-cı illərdən başlayaraq əhalinin artım tempi zəifləməyə başaldı.  
Brazilya  əhailin  artım  tempinə  (1,7%  ildə)  görə  Latın  Amerikasında  orta 
mövqe tutur.   
Əhalinin  say  artımının  intensivliyi  ölümün  sürətlə  aşağı  düşməsi  ilə 
əlaqədardır. 
Brazilyalıların  orta  həyat  ömrü  artmışdır,  lakin  hələ  inkişaf  etmiş  ölkələrin 
göstəricilərinə çatmamışdır (kişilə 75 il, qadınlar 79 il). Hazırda Braziliyada kişilər 
65  il,  qadınlar  üçün  isə  69  ildir  (keçən  əsrin  50-ci  illərində  kişilər  üçün  50  il, 
qadınlar üçün isə 55 il təşkil edirdi).  
Braziliyanın  əhalinin  orta  sıxlığı  1  km
2
-ə  20  nəfərdir.  Əhaliölkədə  qeyri-
bərabər  yerləşmişdir.  Şimalda  Amazon  ovalığında  1  km
2
-ə  bir  nəfər  düşür.  Bəzi 
yerlərdə  heç  əhali  yaşamır.  Ən  çox  əhali  Atlantik  okeanı  sahilində 
məskunlaşmışdır. Belə ki, ərazinin 7%-ni tutan sahil zonasında əhalinin 50%-dən 
çoxu  yaşayır.  Daxili  hissələrdə  əhali  seyrəkdir.  Ən  sıx  əhali  cənub-şərqdədir. 
1km2-ə 70-80 nəfər yaşayır.  
Braziliyada urbanizasiya prosesisürətlə  inkişaf  edir. Əhalidə şəhərlilərin payı 
artaraq 1980-2005-ci illərdə 68%-dən 77%-ə çatmışdır. “Milyonçu” şəhərlərin sayı 
15-ə  çatmışdır.  Iki  nəhəng  şəhər  -    aqlomerasiyaları  –  San-Paulu  (20  mln.  nəfərə 
yaxın) və Rio-de-Janeyro (14 mln) formalaşıb, digərlərinin də formalaşma prosesi 
gedir.  
Braziliyada  urbanizasiya  spesifik  cəhəti  ondan  ibarətdir  ki,  “milyonçu”  – 
şəhərlərin ətraflarında, “gecə qondular” portuqal dlində “favellər” yaranmasıdır ki, 
bu da “yalançı urbanizasiya”ya gətirib çıxarır.     1960-cı   ildən   ölkənin   paytaxtı   
Braziliya   şəhəri olmuşdur. 
Braziliyanın   rəsmi   statistikası   məşğul   olanları, işləyənləri və birinci dəfə 
iş axtaranları iqtisadi aktiv əhaliyə, əmək qabiliyyətlilərə isə 15 yaşından 64 yaşına 
qədərini  (həm  kişiləri,  həm  də  qadınları)  aid  edir.  Ölkə  əhalisinin  37%-i  iqtisadi 
aktivdir. 
Braziliyanın        kənd      təsərrüfatında      iqtisadi      aktiv  əhalinin  30%-i  çalışır 
(1960-cı  ildə  50%  idi)  sənayeda,  tikintidə,    nəqliyyatda  və  kommunal  
təsərrüfatında  -  27%,  o  cümlədən  emal  sənayedə  -  20%  ticarətdə  və  xidmət 
sahələrində - 43%-dir. 
Ölkədə  muzdlu  əməkdən  istifadə  olunur  və  onun  göstəricisi  artır.  İqtisadi 
aktiv  əhalinin  56%-i  muzdlular  təşkil  edir.  Braziliyada  sənayedə,  tikintidə  və 
nəqliyyatda  muzdlu  fəhlələrin  payı  77-78%-dir.  Kənd  təsərrüfatında  da  muzdlu 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə