Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə65/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   61   62   63   64   65   66   67   68   ...   81

130 
 
Sənayesi.   Braziliya   təsərrüfatının   qabaqcıl   sahəsi sənayedir. Onun payı 
Ümumi Daxili Məhsulda 40% -dən çoxdur, bunun da 2/3-i emal sənayesinin payın 
düşür. 
Faydalı  qazıntıların    müxtəlif  və  zəngin    olmasına  baxmayaraq      ÜDM-nda   
dağ-mədən      sənayesinin      payı  cəmi  1%-dir.  Braziliyanın  mineral  resursları 
sistematik olaraq bu yaxınlarda öyrənilməyə başlanmışdır. 
Braziliya    dəmir    filizinin      nəhəng    alıcıları    AİB  və  Yaponiyadır.  Amapa 
ştatında,  həmçinin  Para,  Minas-Jeraye,          Matu-Qrosu-du-sul          ştatlarında     
marqans yataqları istismar olunur. 
Son iki onillikdə Braziliya böyük boksit hasilatı və böyük  aliminium  istehsal  
edən  ölkələr  sırasındadır. Hər il 10 min t. boksit hasil edilir, onun 1/4-i Cənub-
Şərqin   köhnə   yataqlarında   (Posus-di-Kaldas   və   b.) daxili  tələbatı  ödəmək  
üçün  çıxarılır,   qalanı  -  yeni böyük yataqlarda Trombitas çayı yaxınlığında. 
Braziliya   qalay   istehsalına   görə   dünyada    1-ci yerdədir.  Daxili bazar 
üçün orta həcmdə mis,  sink, qurğuşun   və   nikel   filizləri hasil   edir.   Əlvan   
metal  filizlərinin  çıxarmasını  ABŞ,  Kanada,  Yaponiya,  Fransa,  Böyük  Britaniya, 
Niderland, İsveçrə monopoliyaları ilə əlaqədə olan şirkətlər həyata keçirir. 
Braziliya  -  dünya  bazarına  və  birinci  növbədə  ABŞ-strateji        xammal:    
niobium,        berillium,        tantal,  kristallik      kvars      ixrac      edir.      Radioaktiv 
mineralların hasilatı artır. 
Son  illər  Braziliyada  qızılın  yeni  yataqları  aşkar  edilmişdir,  xüsusilə 
Amazoniyada, oraya 3 mindən artıq qızıl axtaranlar Kanadadan, ABŞ-dan, Cənubi 
Afrikadan axışıb gəlmişlər. 
Energetika.    Braziliyanın    neftə    olan    tələbatının təqribən    yarısı   öz   
resurslarının   hesabınadır.   Əsas istismar olunan neft ehtiyatları hasilatını Cənub-
Qərbdə  -  Rio-Se-Janeyro  şelfində  Rekkavu  rayonunda    və  San-Fransisko  çayının 
mənsəbində dövlət neft şirkəti “Petrobraz” aparır. Dövlət böyük müasir neft emalı 
zavodlarını Duke-di-Kaşias, (Rio-de-Jeneyro ştatı), Kubatan ş. (San-Paulu ştatı) və 
Belu-arzonti  ş.  (Minas-Jerays  ştatı)  tikdirmişdir.  Digər  şəhərlərdə  daha  8  çox  da 
böyük olmayan zavodlar işləyir. Braziliyada neft emalı zavodlarının ümumi gücü - 
63 mln. tondur.  Neft və neft məhsulları idxal dəyərinin1/4-ni təşkil edir. 
Bütün  quraşdırılmış  elektrik  stansiyalarının  ümumi  gücü  56  mln  kVt-a 
çatmışdır,  bunlardan  96%-i  su  elektrik  stansiyalardır.  Ölkədə  18  SES  fəaliyyət 
göstərir,  hərəsinin  gücü  1  mln  kVt-dan  çoxdur,  o  cümlədən  dünyada  ən  güclü 
nəhəng  Braziliya  -Paraqvay  SES-ı  İtaypu  SES-dir  (Parana  çayında  12,6  mln  kVt 
gücündə). Daha çox Parana və San-Fransisko çaylarının enerji potensialları istifadə 
olunmuşdur.  Bu  çaylarda  və  onların  qollarında  kaskad  SES-lər  tikilmişdir.  Bu 
regionlarda  elektrik  enerjisinin  istehsal  rejimi  quraq  illərdə  güclü  tərəddüdə 
malikdir. Hazırda hidrotikintilər Amazon hövzəsinə tərəf aktiv hərəkət edir. 
Braziliyanın  emaledici  sənayesinin  strukturunda  ağır  sənaye  üstündür  və 
burada maşınqayırma sənayesi fərqlənir. 
Qara  metallurgiya  tam  öz  xammalı  ilə,  yüksək  keyfiyyətli  dəmir  filizi  ilə 
təmin  olunub,  kokslaşan  kömürün  əhəmiyyətli  hissəsi  idxal  olunur,  hələ  də  ağac 
kömürü də istifadə   olunur.   Çuqun və   polad istehsalına görə   Braziliya dünyada 


131 
 
8-ci  yerə  çıxmışdır.    Əlvan  metallurgiyada  ən  çox  aliminium  istehsalı  inkişaf 
etmişdir  (regionda      1-ci  yeri  tutur),    ABŞ  və    Kanada        kapitalının  nəzarəti    
altındadır.        Aliminium  müəssisələri  Cənub-Şərqdə  Trombitas  və  Paraqominas 
boksitləri  və Tukurun  SES-nin  enerjisinin  əsasında işləyir.  
Məhsulun      dəyərinə      görə      emaledici      sənayesində  birinci      yerdə   
maşmqayırma      sənayesi      durur.      Onun  strukturunda  nəqliyyat  maşınqayırması 
qabaqcıl  yer  tutur,  xüsusilə  də  avtomobilqayırma  sənayesi  regionda  ən  nəhəng 
sahədir. Avtomobil istehsalı xarici kapital tərəfindən həyata keçirilir. “Folksvaqen-
de-Brazil”  (AFR),  "Ceneral-motors",  "Ford-Vallis",  "Kraysler-de-Brazil"  (ABŞ), 
"Fiat" (İtaliya), "Mitsubişi" (Yaponiya) və b.  - cəmi 21  şirkət Braziliyada minik, 
yükdaşıyan, avtobus, motosikl, moped istehsal edirlər. 
Xarici    şirkətlər    həmçinin      dəmir  yolu      nəqliyyatı  üçün  lokomotivlərin 
teplovozların,  vaqonların  istehsalında  da  ağalıq  edir.  Bu  məhsulların  istehsalı 
Manas-Jeraye və San-Paulu ştatlarında təmərgüzləşmişdir. 
Braziliyi  dünya  ölkələri      içərisində      gəmilərin  istehsalına    görə      qabaqcıl   
ölkələrdən   biri   olmuşdur.  
Bütün  böyük  gəmi  tərsanələri  Quanebara  buxtasındadır  və  əsasən  Yapon 
kapitalı  tərəfındən  idarə  olunur.  Ölkə  həm  dəniz  gəmiləri,  həm  də  çay  gəmiləri 
istehsal edir. 
Ölkə təyyarə istehsalı ilə də ixtisaslaşmışdır: San-Joze-dus-Kampus şəhərində 
(san-Paulu ştatı) böyük aviasiya zavodu işləyir. Müəssisə yerli və beynəlxalq xətlər 
üçün sərnişin təyyarəsi istehsal  edir  və dünyanın çox ölkələrinə  ixrac  edir. Hərbi 
təyyarələr də istehsal edilir. 
Braziliya  metalkəsən  dəzgah  məhsulunun  həcminə  görə  regionda  1-ci  yeri 
tutur. Sahə məhsulunun 1/2-dan çoxunun tələbatı özünün istehsalının hesabınadır. 
Braziliyada elektrotexnika sənayesi mühüm rol oynayır və sürətlə inkişaf edir. 
“Ceneral  elektrik”  (ABŞ)  inhisarının  müəssisələri  Kompinas  şəhəri  (San-Paulu 
ştatı), “Simens” (AFR) inhisarının müəssisələri Rio-de-Janeyro şəhərində (Rio-de-
Janeyro  ştatı)  yerləşir.  Elektronikada  və  informatikada  böyük  müvəffəqiyyət 
qazanıb, bu sahələrdə hələ milli kapitalın hesabına məhsulun 1/2-i istehsal olunur 
(o  cümlədən  “Sid”  şirkətin  əlində  bazarın  35%-idir.).  Braziliya  dünya  bazarına 
mikro-sxemlər,  yarımkeçiricilər  və  b.  komponentləri  çıxarır.  Elektronika 
sənayesinin  nəhəng  mərkəzi  -  Kompinas  şəhəridir  (San-Paulu  ştatı).  Burada  bu 
sənaye  sahəsinin  40-a  yaxın  müəssisələri  fəaliyyət  göstərir.  Braziliyanın  süni 
peykləri kosmik fəzanı fəth edir. Atom sənayesi (dinc məqsədlərlə) inkişaf edir. 
Ölkə  hərbi  texnika  və  silahla,  birinci  növbədə  hərbi  təyyarə  və  hərbi 
gəmilərin,  istehsalına  və  onların  ixracına  görə  qabaqcıl  ölkələr  sırasındadır. 
Maşınqayırmanın  başqa  sahələri  də  (dağ-mədən  sənayesi,  metallurgiya,  kimya, 
yüngül, yeyinti, tikinti materialları sənaye   sahələri  üçün   avadanlıqlar  istehsalı)   
inkişaf  edir.  onun  istehsal  mərkəzləri  San-Paulu,  Rio-de-Janeyro,  Belu-Orizonti, 
Volta-Redanda,  Resifi,  Fortaleza,  Salvador,  Portu-Aleqri,  Xuritiba,  Sorokaba  və 
başqa şəhərlərdir.  
Ölkədə mədən kimyası, əsas kimya və üzvi sintez kimyası inkişaf edir. Rio-
Qrandi-du-Sul  ştatında  güclü  neft  kimya  kompleksləri  fəaliyyət  göstərir.  Tikinti 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə