100
Qoyunçuluq, ətlik heyvandarlığı ilə yanaşı neft, qaz, qurğuşun və sink
istehsalı genişləndi. Hal-hazırda Sur Qrande ölkənin duru yanacağına olan
tələbatının 70%-ni ödəyir.
Manantiales mədənləri daha əhəmiyyətli və perspektivlidir. Neftlə yanaşı qaz
da istehsal olunur. Odlu Torpağın şimal hissəsi boru kəmərləri ilə sahil zonası ilə
əlaqələndirilmişdir. Ərazinin qalan hissəsində, o cümlədən Magellan boğazı
yaxınlığındakı quru və şelf zonasında axtarışlar davam etdirilir.
Çili İspaniyanın siyasi təsirindən xilas olub, müstəqillik əldə edəndən
sonra onun iqtisadi həyatına
xarici kapitalın təsiri getdikcə artmaqa başladı. Çiliyə ilk kapital qoyuluşu
İngiltərəyə məxsusdur. Öz
sənayesinin getdikcə artan tələbatını ödəmək üçün ingilislər Çilidə
dəmiryollarını çəkib, öz mülkiyyətlərini yaratmağa, dağ-mədən müəssisələrini
inkişaf etdirib, mis fılizini idxal etməyə başladılar. Amerika kapitalının Çiliyə
axını təxminən ingilislərlə eyni vaxta təsadüf edir. XX əsrin əvvəllərində ölkəyə
ABŞ və Almaniyanın kapital axını daha da artmağa və ingilis kapitalını
sıxışdırmağa başladı. Amerika şirkətləri dağ-mədən sənayesini inkişaf etdirməyə,
iri bankların filiallarını açmağa başladılar.
İkinci dünya müharibəsinə qədər Çili iqtisadiyyatının inkişafına kapital
qoyuluşunun 65%-i ABŞ-ın, 30%-i İngiltərənin payına düşürdü. Hal-hazırda Çili
dünyanın əksər inkişaf etmiş ölkələri ilə iqtisadi əlaqələrini genişləndirməkdədir.
Son illər Amerika kapitalı ilə yanaşı ölkəyə Yaponiya, Böyük Britaniya, Fransa,
AFR, Belçika və Çin kapitalı cəlb olunmuşdur. Ölkənin xarici ticarət balansı
artmaqdadır. Yaxın gələcəkdə Çilinin inkişaf etmiş ölkələr səviyyəsinə qalxması
gözlənilir.
VENESUELA RESPUBLİKASI
Sahəsi – 912,1 min km
2
Əhalisi – 27,8 mln. nəfər (2007-ci il)
Paytaxtı – Karakos
Venesuela Respublikası Cənubi Amerika materikinin şimalında, Atlantik
okeanının sahilində yerləşmişdir. Ölkə cənubda Braziliya ilə (2200 km), cənub-
qərbdə və qərbdə - Kolumbiya ilə (2050 km), şərqdə -Qayana (743 km) ilə
sərhədlənir. Şimalda onun sahillərini Karib dənizinin suları yuyur.
Venesuelanın itisadi-coğrafi mövqeyi əlverişlidir. Səth axınlarının istiqaməti
şərqdən-qərbə və şimal-qərbədir. Karib dənizi vasitəsilə dənizin sahilləri və
dünyanın əksər ölkələri ilə əlaqə saxlaya bilir.
Ölkənin quru sərhədləri And dağlarından, Qviana yaylasından, Orinoko
ovalığı və Amazon ovalığından keçir. Bütün qonşu ölkələri ilə iqtasadi, ticarət,
mədəni və b. əlaqələri vardır.
Venesuelanın ucqar şimal-qərbi, Karib dənizi sahilləri abrazion
akkumlyativ düzənlikdir. Ölkənin şimalı, şimal-qərbi And dağları sistemi
101
silsilələrində tez-tez zəlzələlər olur. Cənub ətəklərində neft və qaz yataqları
aşkar edilmişdir. Yamaclarında , kserofit kol bitkiləri, 900-1000 m-dən
yüksəkdə enliyarpaqlı həmişəyaşıl meşələr, kollu çəmənliklər üstünlük
təşkil edir. Boğaz vasitəsilə Venesuela körfəzi ilə birləşən şirinsulu Marakaybo
gölü bu silsilələrin arasındakı dərin tektonik çökəklikdədir. Mərkəzi
hissədə Orinoko çayı və onun qollarının gətirdiyi çöküntülərlə yaranmış
Orinoko ovalığı yerləşir.
Ölkənin cənub şərqində kristallik Qviana yaylası yerləşir.
Venesuela faydalı qazıntılarla zəngindir. Neft, qaz, dəmir filizi, nikel, manqan
filizi, volfram, qızıl, boksit, almaz, kömür və b. yeraltı sərvətlər vardır.
Latın Amerikasında neftin ehtiyatı 17 mlrd. t, onun da əsas ehtiyatları (47%-i)
Venesueladadır. Ölkədə neft ehtiyatının (8 mlrd. t), 80%-dən çoxu Marakaybo gölü
hövzəsindədir.
Təbii qaz ehtiyatı Latın Amerikasında 10 trln. m
3
təşkil edir. Bu ehtiyatların
28%-dən çoxu Venesuelanın payına düşür (2,8 trln m
3
). Yataqların çoxu
Marakaybo gölü hövzəsində və b. rayonlardadır.
Regionda daş kömürün ehtiyatı 76 mlrd. t-dur. Bu ehtiyatların 12%-i
Venesuelada yerləşir (9 mlrd. t yataqlar Aneoateqi, Sulna ştatlarında və b.). Latın
Amerikasında dəmir fılizi ehtiyatı 100 mlrd. tondan çoxdur. Onun cəmi 3%-i
Venesuelanın payına düşür, lakin hasilatına görə regionda ikinci ölkədir
(Braziliyadan sonra). Region boksidlə də zəngindir.
Ölkədə sink-qurğuşun fılizləri, qızıl, almaz, uran, xrom, nikel, volfram, civə,
bor, barıt, asbest, qrafit, dağ büllüru və b. faydalı qazıntı yataqları vardır.
Venesuelanın iqlimi subekvatorial - isti, cənub-qərbdə ekvatorial-rütubətlidir.
Orta aylıq temperatur 25-29°C-dir. Fəal temperaturun cəmi 8000° C-dir. İl ərzində
2-3 dəfə məhsul yığmaq olar. İllik yağıntı şimal-qərbdə 2800 mm, mərkəzi
hissədə 750-1200 mm-ə çatır.
Ölkə sıx çay şəbəkəsinə malikdir. Əsas çayı Orinoko və onun qollarıdır.
Çayın çox hissəsi Venesuela ərazisindən axır. Orinoko çayının uzunluğu 2730 km-
ə qədərdir, hövzənin sahəsi 1086 min km
2
-dir. Çay Qviana yaylasından
başlanır, delta əmələ gətirərək Atlantik okeanına tökülür. Orinoko çayı bol
suludur və gəmiçiliyə yararlıdır. Çayın hövzəsi dəmir fılizi, boksit, neft,
almaz, qızıl, nikel və b. faydalı qazıntılar aşkar edilmişdir. Orinokonun Qviana
yaylası ilə axan sağ qolları astanalı, şəlaləlidir. Dünyada ən hündür şəlalə Anxel
(1054 m) buradadır.
Venesuelada bir neçə göl vardır. Ən böyük gölü şirin sulu Marakaybo
gölüdür. O laqun tiplidir. Gəmiçiliyə yararlıdır - Marakaybo gölündən neft,
təbii qaz çıxarılır. Neft sənayesi gölü çirkləndirir. Xüsusilə neftin hasilatı
və nəqliyyatı zamanı göl çirklənir və onun təmizlənməsinə çoxlu vəsait
sərf olunur. Latın Amerikasında ən böyük göldür.
Venesuelada qırmızı laterit, çəmən-meşə və bataqlıq torpaqlar vardır. Bu
torpaqların münbitliyi müxtəlifdir. Ən münbit və kənd təsərrüfatında qiymətli
torpaqlar qırmızı-qara ferralit torpaqlardır. Torpaqlarda tropik bitkilər, qəhvə,
Dostları ilə paylaş: |