Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə46/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   42   43   44   45   46   47   48   49   ...   81

92 
 
plan  yeyinti  sənayesi  və  içki  istehsalı  ümumi  emaledici  sənayenin  xüsusi 
çəkisinin  45%-ni  təşkil  edir.  Amerika  kapitalına    əsaslanan      iri      sənaye   
müəssisələri      həmin  məhsulların      istehsalının,      emalının    və      ixracının      çox 
hisəssini   öz   əlində   çəmləşdirmiş   və   ölkə   daxilində monopoliya yaratmışdır. 
Müasir dövrdə  Kolumbiyanın toxuculuq sənayesi sürətlə inkişaf etməkdədir. 
Pambıq  parça  istehsalına  görə  Latın  Amerikasında  üçünçü  yeri  tutur.  Ölkədə 
toxuculuq  sənayesi  1950-ci  ildən  sonra  sürətlə  artmağa  başlamışdır.  Sahə  milli 
xammalla  tam  təmin  olsa  da  yun  parça  istehsalı  üçün  yun  xaricdən  idxal  olunur. 
Toxuculuq sənayesinin əsas mərkəzləri Barrakil, Medelin və Kalidir. 
Kolumbiya  sənayesinin  aparıcı  sahəsi  yeyinti  və  toxuculuq  olsa  da,  yeni 
sahələr olan metallurgiya və maşınqayırma yüksək sürətlə inkişaf edir. 
Boqota şəhərinin 250 km-də zəngin dəmir filizi yataqları, ona da yaxın kömür 
ehtiyatları  aşkarlandıqdan  sonra  bütün  ləvazimatları  almaq,  kombinat  yaratmaq 
məqsədilə  hökumət  Beynəlxalq  İnkişaf  və  Yenidənqurma  Bankına  müraciət  etdi. 
Bu beynəlxalq bankın ekspertləri kombinat yaratmanın mümkünlüyünü  öyrənsələr  
də  amerika  ekspertlərinin  təzyiqi  istehsala  lazım  olan vəsaiti ayırmadı. Nəhayət  
1954-cü  ildə  dövlət  şəxsi  kapitalının  əsasında  «Aserias  Pas  del  Rio»  metallurgiya 
kombinatı işə salındı. 
Son     illər     ölkənin     maşınqayırma     sənayesində müəyyən irəliləyişlər 
olmuşdur. Xırda  metallurgiya  və  maşın      təmiri      zavodları     əvəzinə     xarici    
investi hesabına iri müəssisələr yaradılmağa başlanmışdır. 
Maşınqayırma      sahəsi,      şəkər,      toxuculuq    və    ağac  emalı        müəssisələri    
üçün    avadanlıqlar    istehsalına başlamış,   avtomobil   və   yığma   müəssisələri   
inkişaf etdirilməyə başlamışdır. 
Avtomobil yığma müəssisələri «Ceneral motors», «Folsvaqen» və «Mersedes-
Bens» şirkətlərinə məxsusdur. 
Kolumbiyanın  neft  sənayesi  bütövlükdə  yerli  xammala  əsaslanır.  Bu  ölkə 
iqtisadiyyatının nisbətən inkişaf etmiş sahəsidir. Baranka-Bermax və Krataxandada 
yerləşən neft emalı müəssisələri «Ekopetrol» və «İnterneşil petroleum» şirkətlərinə 
məxsusdur.  Bu  amerika  şirkətləri  ölkənin  neft  məhsullarının  çox  hissəsini  bazara 
çıxarır. Ölkə mazutla nəinki öz tələbatını ödəyir, hətta xaricə ixrac da edir. Daxili 
bazarda neft məhsullarının satışını  75%-i iki amerika şirkəti  olan  «ESSO ombina 
S.A» və «Kolombianos Distribuidores de petroleos S.A» ya məxsusdur. 
Kolumbiyanın  nəqliyyatının  kifayət  qədər  inkişaf  etməməsi  ölkənin 
iqtisadiyyatının  inkişafına  təsir  edir.  Ölkənin  dəmir  yollarının  uzunluğu  5,7  min 
km,  avtomobil  yollarının  uzunluğu  isə  8,9  min  km-dir.  Yük  daşınmasının  60%-i 
avtomobil nəqliyyatının payına düşür. 
Ölkədə    dəmir    yollarının     əksəriyyəti     dövlətin nəzarətindədir.   1961-ci   
ildən   sonra  xarici   kapitalın cəlb edilməsi ilə  yeniləşən  və elektrikləşən dəmir 
yolu ölkə iqtisadiyyatının inkişafına xeyli təkan vermişdir. 
Son  illər  avtomobil  və  dəmir  yolların  inkişafı  çay  nəqliyyatının  yük 
daşınmada əhəmiyyətini xeyli azaltmışdır. Çay nəqliyyatı əsasən Maqdalena çayı 
vasitəsilə həyata keçirilir. 


93 
 
Kolumbiyanın  iqtisadiyyatında  xarici  ticarət  mühüm  yer  tutur.  O,  kənd 
təsərrüfatı  məhsulları  və  neft  ixrac  edir,  emaledici  sənaye  və  məhsullarını,  maşın 
avadanlıqları isə idxal edir.  Xarici ticarətin strukturunun təhlili göstərir ki, ölkə on 
illərlə  milli  sənayesini  inkişaf  etdirsə  də  qəhvə  ixracının  həcmi  azalmır.  Dünya 
bazarında  isə  qəhvənin  qiymətlərinin  tez-tez  dəyişməsi  ölkə  iqtisadiyyatının 
inkişafına  təsir  edir.  Kolumbiyanın  xarici  ticarətində  ikinci  yeri  neft  məhsulları 
tutur. Lakin neft ixracı ölkənin sosial-iqtisadi inkişafı üçün gəlir gətirmir, belə ki, 
bu sənaye sahəsi bütövlükdə xarici inhisarın əlindədir. 
Son        illərdə        kənd        təsərrüfatı        məhsullarından  pambıq,  şəkər,  tütün, 
banan   ixracı geniş miqyas alır. Neft və kənd təsərrüfatı məhsullarından başqa son 
illərp  latin,  sement,  meşə  materialları  və  dəri  məmulatları-ixracının  xüsusi  çəkisi 
artmaqdadır. Ölkənin   idxal   etdiyi   məhsulların   strukturunda ABŞ-dan və digər 
inkişaf  etmiş  ölkələrdən  asılılıq  aydın  hiss  edilir.  Sənaye  və  nəqliyyat 
avadanlıqlarından dizel, buxar   turbinləri,   elektrik   avadanlıqları,   neft-kimya 
sənayesi   avadanlıqları,   kənd    təsərrüfat   maşınları, avtomobil,    metalkəsən    
dəzgahlar,        yük        gəmiləri,  sərnişin  təyyarələri  əsas  idxal  məhsullarıdır.  Son 
illərdə metallurgiya, neft, kimya və toxuculuq sənayesinin   inkişafı   ilə   əlaqədar   
bəzi      məhsulların,  yanacaq,  xammal  və  yarımfabrikatların  idxalı  azalmışdır. 
Kolumbiyanın  xarici  ticarətinin  əsas  hisəssi  ABŞ-nın  payına  düşür.  Amerika 
monopoliyası  nəinki  ölkənin  iqtisadiyyatına  nəzarət  edir,  həmçinin  xarici  ticarəti 
də öz əlində saxlayır.  
Kolumbiyanın xarici ticarətində  Yaponiya, İspaniya, Latın Amerikası ölkələri 
də xüsusi rol oynayırlar.  
 
 
ÇİLİ 
 
                                      Sahəsi – 756,9 min km
2
 
                                                           Əhalisi – 16,0 mln. nəfər (2005-ci il) 
                                Paytaxtı – Santyaqo 
 
Təbii şəraiti, təbii ehtiyatlarının iqtisadi cəhətdən qiymətləndirilməsi 
 
Çilinin  ərazisi  4  min  km-dən  çox  uzununa,  175-350  km  eninə  Sakit  okean 
sahili boyu qurşaq şəklində uzanır. Sahəsinin böyüklüyünə görə o Latın Amerikası 
ölkələri içərisində 8-ci yeri tutur. Cənub və qərbdən Sakit okeanın suları, şimaldan 
Peru,  şərqdən  Boliviya  və  Argentina  ilə  əhatələnmişdir.  Ölkə  ərazisinə  materik 
hissədən  başqa  çoxlu  sahil  adaları,  Odlu  Torqağın  qərb  hissəsi  və  Sakit  okeanda 
yerləşən bir neçə ada daxildir. Çili dağlıq ölkə olub, ərazisi şimaldan cənuba doğru 
iki  dağ  sistemi  ilə  parçalanmışdır.  Qərb  hissədə  hündürlüyü  okean  səviyyəsivdən 
1000-2500  m  olan  Sahil  Kordilyerləri,  şərqdə  isə  And  sıra  dağları  uzanır.  And 
dağları  Argentina  ilə  təbii  sərhəd  yaradır.  And  dağları  şimaldan  cənuba  doğru 
tədricən alçalaraq, orta hündürlüyü isə 2000 m-ə çatır. Şimalında ən hündür zirvəsi 
olan  Oxeo-del-Saladonun  mütləq  hündürlüyü  6870  m-ə  çatır.  Sahil  Kordilyerləri 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə