Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə43/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   39   40   41   42   43   44   45   46   ...   81

86 
 
Kolumbiyanın  müasir  hinduları  qədim  çibçi,  karib,  keçua  və      aravakların   
nəslindəndir.      İspanların      təcavüzünə  qədər  çibçilər  Kosta-Rika  sərhəddindən 
şimali Ekvadora   qədər   geniş   ərazilərdə   məskunlaşmış  və ümumi əhalisinin  
sayı      1,2    milyon    nəfərə    qədər  idi.  Onlar  ağac  və  daş    alətlərlə  yer    şumlayır,   
qarğıdalı,  kartof,  lobya,  tütün  və  digər  məhsullar  yetişdirirdilər,  Sənətkarlar   
qızıldan,     gümüşdən,    misdən     müxtəlif əşyalar, rəsm əsərləri, bəzək şeyləri 
düzəldirdi. 
1499-cu  ildə  X.Kolumbun  ikinci  səyahəti  zamanı  bura  ilk  avropalılar  gəldi. 
1536-cı  ildə  Xillkes  Kesadın  başçılığı    ilə  ekspedisiya    Maqdalena  çayının  
axarının  əksi  boyu  ölkənin  daxilinə  doğru  hərəkət  etmiş,  indiki  Boqota  şəhərinin 
yerləşdiyi  ərazisini  tutaraq  Santa-Fe  qalasının  əsasını  qoydular.  Qitənin  digər 
ərazilərində olduğu kimi burada da yerli hindu tayfaları kütləvi şəkildə    qırılmış,    
yerli        əhali          məcburi        işlərə        cəlb  edilmişlər.      İşğal      olunmuş      çibçilər   
ərazilərində   qızıl, gümüş, zümrüd istehsalı ilə məşğul olmağa məcbur edilmişlər. 
Getdikcə  güclənən  xalq  hərəkatı  1819-cu  ildə  Simon  Bolivarın  başçılığı  ilə 
yekunlaşmış, Böyük Kolumbiya Respublikası elan edilmişdi. Böyük Kolumbiyaya 
həmçinin  Venesuela  və  Ekvador  daxil  idi.  1829-cu  iddə  Venesuela,  1830-cu  ildə 
Ekvador ayrılaraq müsdəqil dövlətlərini yaratdılar. Hələ İspaniya   ilə    müharibə   
dövründə   Böyük   Britaniya Kolumbiyaya iqtisadi yardım göstərir, onu öz sənaye 
məhsullarının   alıcısına   çevirir,   ucuz   xammalını   və tropik məhsullarını idxal 
edirdi.    Ölkədə  qızıl,  gümüş,  platin,  banan,  kakao,  qəhvə  digər  məhsulları  idxal 
edən ingilis     işbazları     ölkəyə     hazır     məhsulları gətirməklə sənətkarlığa 
böyük zərbə vururdu. 
Lakin XIX əsrin axırlarında ingilis şirkətləri getdikcə zəifləyir. ABŞ şirkətləri 
isə  onu  əvəz  etməyə  başlamışdır.  Panama  kanalının  çəkilişini  boynuna  götürmüş 
fransız şirkətələri müvəffəqiyyətsizliyə uğramış, daxili səbatsızlıqdan istifadə edən 
ABŞ  hökuməti  Panamada  ixtişaş  yaradaraq  ona  kömək  edib,  müstəqil  Panama 
dövlətinin yaranmasına müvəffəq oldu. Panama dövləti ilə razılıq əldə edən ABŞ 
kanalın tikintisini həyata keçirdi. 
1929-cu  ildə  dünyada baş  verən  iqtisadi  hərci-mərçlik  yenicə  inkaşaf  yoluna 
düşmüş Kolumbiya sənayesinə güclü təsir etdi. Qəhvəyə və digər kənd təsərrüfatı 
məhsullarına azalan tələbat kəndlilərin müflisləşməsinə səbəb oldu. 
Hal-hazırda 
ABŞ  şirkətləri  ölkənin  bir  çox  sənaye  sahələrini   
monopoliyatlaşdırmış,   onu   ucuz  xammal   mənbəyinə çevirmişdir.    
 
Kənd təsərrüfatının coğrafiyası və inkişafı 
 
Kolumbiya  aqrar  ölkəsi  olub,  iqtisadi  fəal  əhalinin  54%-i  kənd  təsərrüfatına 
cəlb  edilərək  ümumi  daxili  məhsulun  37%-ni  verir.  Bitkiçilik  və  heyvandarlığın 
inkişafı  üçün  əlverişli  təbii  şəraiti  olan  ölkədə  kənd  təsərrüfatı  intensiv  xarakter 
daşımır.  Burada  qiymətli  bitkilərdən  qəhvə,  kakao,  banan,  tütün,  pambıq,  şəkər 
qamışı  istehsalı  üçün  gözəl  təbii  şərait  vardır.  O,  dünya  üzrə  rstehsal  olunan 
qəhvənin  13-15%-nə  malikdir  və  ölkə        ixrac  məhsullarının  70%-i  onun  payına 
düşür 


87 
 
Qəhvə, banan, tütün və şəkər qamışı ölkəyə daxil olan valyuta fondunun 80%-
ni təşkil edir. 
Maqdalina,  Kauki  və  Atrato  çaylarının  vadiləri  buğda,  qarğıdalı,  arpa,  çəltik 
əkini  üçün  olduqca  əlverişlidir.  Bu  məhsullar  ancaq  daxili  taləbatı  ödəmək  üçün 
istehsal edilir. 
Ərzaq məhsulları ilə əhalinin tələbatını edəməyən ölkə    bəzi     məhsulları     
idxal        etməyə        məcburdur.  Məhsuldar  torpağın  cox  olmasına  baxmayaraq  o, 
təhlil otlaqlar altındadır. Lakin ölkənin heyvandarlığı ekstensiv xarakter daşıyır. 
Aqrar  münasibətlərin  yarımfeodal  xarakteri  bütövlükdə  iqtisadiyyatın 
inkişafına mane olur, sənayenin yüksəlişini ləngidir. 
Əkin sahələrinin struktur analizi göstərir ki, kənd təsərrüfatı istehsalının daha 
xarakterik  cəhəti  odur  ki,  o  ixrac  istıqamətlidir.  Ölkədə  qəhvə  monokultur  kənd 
təsərrüfatı  bitkisi  hesab  edilir.    Bundan  əlavə  buğda,  pambıq,  tütün  və  banan  da 
geniş ərazilərdə becərilir. 
Kolumbiyada  qəhvə  XVIII  əsrin  əvvəllərində  yayılmış,  XIX  əsrin  30-cu 
illərində isə ixrac edilməyə başlanmışdır. 
Qəhvənin əkin sahələrinin genişlənməsinə həm əlverişli iqlim şəraiti, həm də 
əkinçiliyin  strukturu  təsir  etmişdir.  Mülayim  iqlimə  malik  olan  bölgələrdə  800-
1500 m yüksəklikdə yüksək keyfiyyətli qəhvə sortları becərilir. Dünyada ən böyük 
qəhvə  ixracatçısı  olan  Braziliyadan  fərqli  olaraq  burada  kofe  iri  plantasiyalarda 
deyil, xırda kəndli təsərrüfatlarda qəhvə ağaclarına daha yaxşı xidmət edilir, vaxtı-
vaxtında daranır, yetişmiş meyvələri yığılır. Ölkədə qəhvə ağacları kölkədə inkişaf 
edir,  meyvəsi  gec  yetişir  və  buna  görə  də  Braziliya  qəhvəsinə  nisbətən    kofeini 
yüksək   və keyfiyyətli olur.  
Qəhvənin  monokultura  olması  ölkənin  sosial-iqtisadi  strukturunda  həlledici 
olmasını və ABŞ-dan asıllığını 
artırır. Belə ki, ölkədə istehsal edilən qəhvənin 80%-ni ABŞ    idxal    edir   və    
Nyu-York        birjasında  qəhvənin    qiymətinin  dəyişməsi  ölkəyə  xeyli  zərər  vurur.  
Buna    görə      də      son      illər      dövlət      və      milli      federasiya  qəhvə  istehsalını     
azaltmaqla    banan,     şəkər    qamışı    və pambığın istehsalını, ixracını atırmaq 
üçün tədbirlər görür.   Banan   əsasən   isti   tropik   iqlim   qurşağında, yağışların 
çox  düşdüyü  ərazilərdə,  süni  suvarma  üçün  əlverişli  şərait  olan  Maqdalena  çayı 
vadisində becərilir. 
Son  vaxtlar  Atlantik  sahilində  Uraba  və  Turbo  rayonlarında  iri  banan 
plantasiyaları salınmışdır. İxrac məhsulu olan banan plantasiyaları «Yunayted frut 
kompani»  və  onun  filialı  «Maqdalena  frut  kompani»  şirkətləri  tərəfindən 
nəzarətdədir. 
Atlantik sahilində istehsal edilən banan üçün ən böyük təhlükə qasırğalardır. 
Lakin son illər onun qarşısının alınması üçün müəyyən qoruyucu tədbirlər həyata 
keçirilir. 
Şəkər  qamışı  ölkəyə  İspaniyadan  gətirilmişdir  və  yerli  əhaliyə  məlum 
deyildir.  Şəkər  qamışını  əsas  istehsal  edən  əyalət  Valyedir  ki,  ölkədə  istehsal 
olunan  məhsulun  90%-i  onun  payına  düşür.  Bundan  başqa  şəkər  qamışı  Tolima, 
Kaldes,  Antiokiya  və  digər  əyalətlərdə  də  becərilir.  1960-cı  illərədək  Kolumbiya 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə