Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə41/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   37   38   39   40   41   42   43   44   ...   81

82 
 
Son   10-15   ildə   sənayenin   strukturunda   böyük dəyişikliklər baş versə də 
hələlik, dəyər baxımından yeyinti və toxuculuq sənayesi üstünlük təşkil edir. 
Perunun  emaledici  sənayesinin  ən  gənc  sahələri  olan  metalemaledici  və 
maşınqayırma  ölkəniniqtisadiyyatının  gələcəyini  müəyyən  edir.  Ölkədə  sənaye 
sahələrinin,  xüsuilə  də  maşınqayırma  sənayesinin  mərkəzləşməsinin  qarşısının 
alınması barədə tədbirlər görülür. Ölkənin şimal və cənub ərazilərində yerləşdirilən 
bu sənaye sahələrinin əsas vəzifəsi neft hasilatı, dağ-mədən, emaledici, energetika, 
tikinti  və  kənd  təsərrüfatı  sahələri  üçün   avadanlıq istehssalıdır.  
Gəmiqayırma  sənayesi  ölkənin  kiçik  və  orta  tonnajlı  gəmiyə  olan  tələbatını 
ödəyir və regionda gəmi istehsalına görə ikinci yeri tutur. 
Ölkədə  gənc  sənaye  sahələrindən  biri  də  avtomobil  və  kənd  təsərrüfatı 
maşınlarının yığma sahələridir. 
Kənd  təsərrüfatı.  Son  10-15  il  ərzində  Perunun  kənd  təsərrüfatının 
strukturunda  böyük  dəyişikliklər  baş  vermişdir.  Aqrar  islahatlar  və  dövlətin 
kooperativ  təsərrüfatlara  yardımının  genişlənməsinə  baxmayaraq  kənd    
təsərrüfatında    məhsuldarlıq    hələ    də    aşağı səviyyədədir. 
Digər  Latın  Amerikası  ölkələrində  olduğu  kimi  Perunun  kənd  təsərrüfatı 
istehsalında  bitkiçiliyin  xüsusi  çəkisi  böyükdür.  Kənd  təsərrüfatı  məhsulunun 
dəyərinin  70%-i  onun  payına  düşür.  Ərzaq  və  texniki  bitkilərin  becərilməsi  üçün 
təbii  şərait  o  qədər  də  əlverişli  deyildir,  əksinə  yararlı  torpaq  sahələrinin  böyük 
əksəriyyəti  az  rütubətlənən,  quraqlıq  ərazilərindədir  və  suvarma  sistemi  tətbiq 
edilmədən məhsul yetişdirmək mümkün deyildir. 
Ölkənin  əsas  ərzaq  bitkiləri  olan  qarğıdalı,  çəltik,
 
buğda,  habelə  kartof  və 
maniokdur.  Uzun  müddət  Peru  Latın  Amerikası  ölkələri  arasında  kartofun  əkin 
sahəsinin  böyüklüyünə  və  məhsulunda  həcminə  görə  birinci  yeri  tutmuşdur.  Son 
illər  o  Braziliya  və  Argentinadan  geri  qalmağa  başlamışdır.  İspanların  bura 
gətirdikləri  buğda  ilk  dəfə  sahil  düzənliklərində,  sonradan        isə        müəyyən    
hündürlüklərdə başlamışdır.   Son   illər   buğdanın   əkin   sahələri   həm sahildə, 
həm  də  dağlıq  ərazilərdə  azalmağa  başlamışdır.  Sahil  rayonlarda  bu  çəltiyin 
getdikcə  onu  sıxışdırması,  dağlıq  ərazilərdə  isə  pivəbişirmədə  arpaya  orpaya 
tələbatın      artması      ilə      əlaqədardır.      Kostada      son      illər  ərzaq      məhsuluna   
çevrilmiş    çəltik   əkini    genişlənməkdədir.   Əsas   ixrac   məhsuluna   çevrilən   
pambıq  ölkədə  çoxdan  becərilir.  Uzunlifli  Peru  pambığı  dünya  bazarında 
qiymətlidir.    Pambıq  üçün  əsas  təbii  şərait  sahil        zolağındadır.        Ölkənin    
şimalındakı    suvarılan torpaqlarda   becərilən   şəkər   qamışı   məhsulun   əsas  
hissəsini  təşkil      edir.      Qamışın      məhsuldarlığına      görə  Peru  dünyada  birinci 
yerlərdən birini tutur. 
Üçüncü   ixrac   bitkisi   olan   qəhvə   plantasiyaları əsasən dağlıq rayonlarda 
yerləşir.  And  dağlarının  şərq  yamacları      qəhvənin    inkişafı      üçün      daha   
əlverişlidir. Yığılan məhsulun 30%-i ABŞ-a ixrac edilir. 
Əsrin  əvvəllərində  istehsalına  başlanan  çay  And  dağlarnın  şərq  vadisində 
becərilir.  Digər  bitkilərdən  tütün,  sitrus  bitkiləri,  üzüm,  kənaf,  cut  və  küncüt  də 
becərilir. 


83 
 
Məhsulun  dəyərinə  görə  heyvandarlıq  bitkiçilikdən  geri  qalır.  Yaxşı  otlaq 
sahələri  olan dağlıq ərazilərdə ətlik-südlük heyvandarlığı inkişaf etmişdir. Peruda 
ən geniş yayılmış heyvan lamadır. O, həm qoşqu, həm də ətlik kimi istifadə edilir. 
Donuzçuluq  bütün  rayonlarda,  qoyunçuluq  isə  Syerrada  saxlanılır.  Son  illər 
quşçuluq  sürətlə  inkişaf  edir  və  onların  yemlənməsində  balıq  unundan  geniş 
istifadə edilir. 
Nəqliyyatı.  Keçilməz  tropik  meşələrin  geniş  ərazini  əhatə  etməsi,  And 
silsiləsinin  əlçatmazlığı,  tez-tez  baş  verən  təbii  fəlakətlər  (leysan  yağışlar,  sel  və 
daşqınlar,  dağ  uçqunları)  quru  nəqliyyatın  inkişafında  ciddi  maneələrə 
çevrilmişdir. Dəmiryol və avtomobil yollarının saxlanması böyük kapital qoyuluşu 
tələb  edir.  Əsas  avtomobil  yolları  ikinci  dünya  müharibəsindən  sonra  çəkilməyə 
başlanmışdır.  Müasir  avtomobil  yolları  ölkə  ərazisində  qeyri-bərabər  çəkilişi  ilə 
fərqlənir, yəni onların sıxlığı qərbdən-şərqə doğru azalır. Əsas yol sayılan və ölkə 
ərazisində  uzunluğu  3  min      km      olan      Panamerika      magistral      yolu  şimalda 
kvador, cənubda Çili ərazisini də əhatə edir. 
Əgər  ölkənin  And  dağlarının  qərbində  yerləşən  şəhərlər  və  yaşayış 
məntəqələrinin  əksəriyyəti  Panaamerika  magistralına  çıxışı  olub,  meridianal 
istiqamətdə əlaqəlidilərsə, şərqdə belə əlverişli şərait yoxdur. 
1851-ci  ildə  Latın  Amerikasında  ilk  dəfə  dəmir  yolu  dağ  mədənini  portla 
birləşdirmişdir. Müasir dövrdə ölkədə olan dəmir yolları bir-biri ilə əlaqəli deyildir 
və  ölkənin  dəmiryol  qovşağını  əmələ  gətirmir.  Əsas  və  həyatı  vacib  sayılan 
dəmiryol xətti Mərkəzi yol adlanır ki, o ölkənin paytaxtını və Kalyao portunu dağ 
ətəyinin mərkəzi olan Ankaşa ilə birləşdirir. 
Syerra və Selva rayonlarından Mərkəzi yolla Limaya dağ-mədən sənayesinin 
və əlvan metallurgiyanın məhsulları, kənd təsərrüfatı malları və meşə materialları, 
əks istiqamətdə isə yüngül və yeyinti sənayesi məhsulları, dağ-mədən avadanlığı, 
neft məhsulları, emaledici sənayenin məhsulları daşınır. 
Perunun  şərq  rayonlarında  çay  nəqliyyatının  əhəmiyyəti  böyükdür.  Amazon 
və  onun  qolları  əsas  əlaqəni  təmsil  edir.  Titikaka  gölü  vasitəsilə  də  əlaqələr 
yaradılır. 
1977-ci  ildən  Peruda  yeni  nəqliyyat  növü  olan  boru  nəqliyyatı  yaranmışdır. 
Selvanın dərinliklərindən, Maranyon çayının aşağı axarındakı hasilat rayonlarından 
boru kəməri And silsiləsini keçməklə Sakit okean portu olan Bayovara daxil olur. 
Ölkənin Sakit okean sahili xətinin uzunluğu dəniz nəqliyyatının əhəmiyyətini 
artırır.  Xaricdən  iqtisadi  əlaqələrin  böyük  hissəsi  dəniz  nəqliyyatı  ilə  həyata 
keçirilir. Bu əlaqələrin  90%-i  Sakit okean  portu olan   Kalyaonun payına düşür. 
Selva əhalisinin əksəriyyəti üçün hava nəqliyyatı tanış deyildi. Bu nəqliyyat 
növü  neft  ehtiyatlarının  kəşf  və      istismarı      ilə      əlaqədar      yaranmışdır.      Hal-
hazırda burada İkitosa hava limanı reaktiv təyyarələri də qəbul edə bilir. 
Daxili  fərqləri 
 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə