Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə37/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   33   34   35   36   37   38   39   40   ...   81

74 
 
                                    Paytaxtı – Baster 
Vest-Hindin  şərqində,  Kiçik  Antil  arxipelağının    Küləktutmayan  adalar 
qrupuna daxil olan adalarda yerləşir. 
Təbii      şəraitinə      görə      Sent-Kits      (Sent-Kristoferdə  deyilir)  yaxınlığında 
yerləşən  (3  km)  Nevis  adası      ilə  çox  oxşardır.  Vulkan  mənşəli  olan  bu  iki  ada 
demək  olar ki,     eyni    hündürlüyə     malikdirlər.     Bu     Sent-Kitsdə sönmüş 
Mizeri  vulkanı  (1155  m)  və  Nevisdə-Nevis-Pik  (985  m)  vulkanıdır.  Meşələrlə 
örtülü  olan  bu  adaların  dağları  çox  mənzərəlidir.  Sent-Kits  adalarındakı  böyük 
dairəvi  Brimetoun  yüksəkliyi  (225  m)  turistlər  arasında  çox      məşhurdur.        Bu   
yüksəklikdə   vaxtı   ilə   ingilis qarnizonu     yerləşən    qala    XVIII     əsrdə    
tikilmişdir. Britaniya Vest-Hindinin  əsasını  qoyan,   bir  neçə  on illiklər ərzində 
silah  və  pul  gücünə  Böyük  Britaniya  üçün  yeni  müstəmləkələr  əldə  edən  Tomas 
Uarner bu qalada      basdırılmışdır.      Həmin      rayonda      hindu məskənlərinin 
qalıqları  aşkar  edilmişdir.  Sahil  xəttinin  uzunluğu      135      km      olan      adaların   
sahillərində   gözəl narın   qumlu   çimərliklər   yerləşir.    Bəzi   çimərliklər vulkan 
mənşəli qara qumlarla örtülüdür. 
İsti  iqlimi  tropik-passat  xarakterlidir.  Orta  illik  temperatur  20-24°C-dir.  İl 
ərzində orta hesabla 1100 mm yağıntı düşür. 
Adalar qiymətli ağac növləri olan tropik meşələrlə örtülüdür. Qonşu ölkələrdə 
olduğu kimi bu adalarda da heyvanat aləmi kasıbdır. Sahil suları balıq, xərçəng və 
molyuskalarla zəngindir. 
Adalar  əsasən  afrikalı  mənşəli  zənci  və  mulatlarla  məskunlaşmışdır.  Dövlət 
dili  -  ingilis  dilidir.  Dinə  etiqad  edənlərin  əksəriyyəti  protestantlar  və 
katoliklərdir. Ölkənin paytaxtı Baster onun ən böyük şəhəridir. Nevis adasında isə 
əhalisi 3 min nəfər olan Çarlztaun şəhəri yerləşir. 
Britaniyanın  rəhbərlik  etdiyi  birliyin  üzvüdür.  Ölkədə  qanunvericilik  ingilis 
ümumi hüquqi əsasına söykənir. Dövlətin başçısı - britaniya monarxıdır, general-
qubernator ilə təmsil olunur. Baş nazir başda olmaqla icra hakimiyyəti hökumətə 
məxsusdur. Ali qanunverci orqan - Milli yığıncaqdır (birpalatalı parlament). 
Adaları 1493-cü ildə X.Kolumb kəşf etmişdir. Əvvəlcə İspaniyanın, 1625-ci 
ildən  isə  Böyük  Britaniyanın  müstəmləkə  mülkünə  çevrilmişdir.  1983-bü  ildən 
müstəqil dövlət elan edilmişdir. 
Ölkə  iqtisadiyyatının  əsasını  kənd  təsərrüfatı  və  xarici  turizm  təşkil  edir. 
ÜDM-un 13%-i kənd təsərrüfatının, 14%-i sənayenin, 30%-dən artığı (turizm daxil 
olmaqla) xidmət sahəsinin payına  düşür. Sent-Kits  adasında  əkin  sahəsinin 1∕3 
hissəsi  şəkər  qamışı    plantasiyaları  tutur.  Nevis  adasında  isə  pambıq,  kakos 
palması və ananas yetişdirilir. Kənd təsərrüfatı ölkə tələbatının yarısını ödəyir. 
Sənayedə əsas yeri yeyinti sahələri tutur. Ölkədə həm də toxuculuq, ayaqqabı 
məmulatı  istehsal  edən  müəssisələr  və  elektrik  cihazları  yığımı  fabirkləri  vardır. 
1983-cü  ildən  Nevis  adasında  pambıq  və  kakos  yağları  istehsal  edən  fabriklər 
fəaliyyət göstərir.  
Əsas portları: Baster (Sent-Kits  adasında)  və Çarlstaundur (Nevis adasında). 
Baster şəhərində 3 km aralıda Qolden-Rok beynəlxalq aeroportu yerləşir.  


75 
 
2005-ci  ildə  DMM-ul  210  mln.  dollar  (DMM-da  adam  başına  düşən  gəlir 
5300 dollar) təşkil etmişdir. Pul vahidi - Şərqi Karib dollarıdır. 
Sent-Kits  və  Nevisin  əsas  ticarət  partnyorları:  ABŞ,  Böyük  Britaniya, 
Trinidad və Tobaqo, Karib dənizi birliyi ölkələri və s.-dir. 
 
 
 
PERU  
                                                     Sahəsi – 1285,2 min km

                                                                    Əhalisi 28 mln. nəfər (2005-ci il) 
                                     Paytaxtı – Lima 
Təbii şəraiti, təbii ehtiyatları və onların iqtisadi cəhətdən qiymətləndirilməsi 
And  dağları  ilə  Sakit  okean  arasında  dar  zolaq  şəklində  sahilboyu  Kosta 
səhrası  uzanır  ki,  bu  da  ölkə  ərazisinin  təxminən  11%-ni  əhatə  edir.  Bu  səhraya 
paralel  olaraq  meridianal  istiqamətdə  And  sıra  dağları  və  yaylası  uzanır.  İspan 
dilində Syerra adlanan bu dağlıq hissə ölkə ərazisinin 30%-ni əhatə edir. Ərazinin 
yarıdan  çoxunu,  yəni  59%-ni  əhatə  edən  düzənlik  keçilməz  rütubətli  ekvatorial 
meşələrlə  örtülmüşdür.  Bu  ərazilər  ispanca  Selva  adlanır  ki,  mənası  da  «tropik 
meşə»  deməkdir.  Bir-birindən  kəskin  şəkildə  fərqlənən  bu  üç  təbii  rayon  nəinki 
səth örtüyü, həmçinin iqlimi, torpaq-bitki örtüyü və heyvanat aləmi ilə də fərqlənir. 
Ölkənin ərazisi dünyanın ən seysmik qurşaqlarından birində yerləşir. Burada 
tez-tez  vulkan  püskürmələri,  zəlzələlər  baş  verir.  Yüksək  dağlıq  ərazilərdə  yağan 
leysan yağışları güclü sellərin yaranmasına, dağ çaylarının məcrasından çıxmasına, 
uçqunların  əmələ  gəlməsinə,  insanların  və  onların  təsərrüfat  fəaliyyətlərinə  güclü 
zərbə vurmasına səbəb olur. 
KOSTA. Bir çox səyyahlar və coğrafıyaşünaslar Perunun Sakit okean sahilini 
«aylı»  adlandırırlar.  Burada  gətirilmə  materialları,  qayalar,  «daş  meşələri»,  oraq 
şəkilli  tirələr,  cansız  təpələrin  fantastik  uzlaşması  müşahidə  edilir.  Şimaldan 
cənuba  doğru  təxminən  1900  km  məsafədə  səhranın  müxtəlif  relyefı  və  rəngi 
müşahidə  edilir.  O  bəzən  10  km-ə  dək  daralır,  gah  da  genişlənərək    şimalda  200 
km-ə çatır. Sahildəki adalar çox da iri olmayıb, əsasən krislalik süxurlardan təşkil 
olunmuş, bir çox dəniz quşlarının  dayanacağına çevrilmişdir. Səhranı 50-dən çox 
çay  kəsib  keçsə  də  yalnız  10-nu  il  boyu  sulu  olur.  Çayların  əksəriyyəti  yayda 
dağlarda yağış yağan zaman və ya qarlar əriyən zaman sulu olur. Həmin dövrlərdə 
bir çox çay yatağı boyu bitki örtüyü formalaşır. 
Sahil zonasının iqlimi olduqca özünəməxsus şəkildə formalaşmışdır. Belə ki, 
bura tropik qurşaqdakı kimi həddən artıq isti və yağıntılı deyildir və bunun da əsas 
səbəbi  sahil  boyu  üstünlük  təşkil  edən  soyuq  Peru  cərəyanıdır.  Cənubdan  şimala 
doğru  saatda  1  km  sürətlə  hərəkət  edən  okean  cərəyanı  sahil  boyu  eni  400  km-ə 
çatan  çay  təsəvvürü  yaradır.  Bu  "çayı"  əmələ  gətirən  Peru  cərəyanı  (buna  bəzən 
dahi  alman    təbiətşünası  Humboltun        şərəfınə        humbolt  cərəyanı  da  deyirlər) 
suyunun  emperaturu  okean  suyunun  temperaturundan  8°C  aşağıdır.  Passat 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə