Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə34/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   30   31   32   33   34   35   36   37   ...   81

68 
 
Sent-Lüsiyanın  heyvanat  aləmi  kasıb  olub,  əsasən  müxtəlif  quş  növləri  ilə 
təmsil olunur. Adanı əhatə edən dəniz suları çoxlu balıq, xərçəng və molyuskalarla 
zəngindir.  
Ölkə  əhalisinin  sayı  196  min  nəfərdir  (2008-ci  il).  Adanın  əsas  əhalisi  - 
zəncilər  və  mulatlardır.  Rəsmi  dil  ingilisdir.  Lakin  əhalinin  əksəriyyəti  fransız 
dilinin  yerli  dialektində      (patua)      danışır.      Dindarları      -      katolikdir
 
(əhalinin   
90%-i).        Əmək      ehtiyatları,        əsasən,        kənd  təsərrüfatı,      sənaye    və    s.   
sahələrdə  çalışırlar.  Şəhər əhalisi   ümumi   əhalinin   42%-ni   təşkil   edir.   Ən  
iri şəhərləri: Kastri (60 min nəfər), Labori (5 min nəfər).  
Sent-Lusiya      Millətlər      Birliyi      tərkibində      müstəqil  dövlətdir.  Dövlət 
başçısı Böyük Britaniya kraliçasıdır, onu qubernator təmsil edir. Qanunverici orqan 
əhalinin 5 il müddətinə seçdiyi ikipalatalı (senat və məclis palatası) parlamentdir. 
İcra hakimiyyəti hökumətə məxsusdur. 
Sent-Lusiya adasını 1502-ci ildə X.Kolumb kəşf etmişdir. Adaya sahib olmaq 
uğrunda İngiltərə ilə Fransa arasında uzun müddət mübarizə getmiş, nəhayət 1814-
cü  ildə  Sent-Lusiya  qəti  olaraq  Böyük  Britaniyanın  müstəmləkəsinə  çevrilmişdir. 
1979-cu ilin fevralında istiqlaliyyət qazanmışdır. 
Sent-Lusiya  iqtisadiyyatının  əsası  kənd  təsərrüfatı  və  turizmdir.  Kənd 
təsərrüfatında  iqtisadi  aktiv  əhalinin  43%-i  çalışır.  Banan,  kakos  qozu  ən  vacib 
ixracat mallarıdır, kakao, sitrus bitkiləri, üzüm yetişdirilir. Qərbi Avropa ölkələrinə 
bu  məhsulları  ixrac  etmək  üçün  (manqo,  avokado,  qreypfrut)  yeni  plantasiyalar 
salınır. 
Heyvandarlıq  asılı  rol  oynayır.    İri  buynuzlu  mal-qaranın  sayı  12  min  baş, 
donuzlar 12 min baş, qoyun 15 min baş, keçi  12 min baş olmuşdur (20005-ci il). 
Həmin il 2,1 min ton balıq ovlanmışdır. 
Ölkə faydalı qazıntı növləri cəhətdən kasıbdır. Kanada şirkəti neft və təbii qaz 
axtarışı  üçün  kəşfiyyat  işləri  aparır.  Emal  sənayesində  əsas  rolu  xarici  şirkətlərin 
filialları  oynayır.  Onlar  xarici  xammal  vəl  ucuz  yerli  işçi  qüvvəsindən  istifadə 
etməklə ixracat üçün elektrik cihazları, plastik kütlələrdən müxtəlif məmulatlar və 
paltar istehsal edirlər. 
Turizm  ölkə  iqtisadiyyatının  3-cü  sahəsidir.  Ada  Vest-Hinddə  nadir    
ərazilərdən  biridir  ki,  təbii  landşaftına  toxunulmamışdır.  Adanın  çimərlikləri  və  
Suyriyedə kükürdlü bulaqlar məşhurdur. 
Ölkədə  760  km  uzunluğunda  avtomobil  yolları  vardır.  Vye-Forun 
yaxınlığında «Xevanorra» beynəlxalq airoportu yerləşir. 
Əsas ticarət partnyorları - Böyük Britaniya, ABŞ, Kanada, Yaponiya və Karib 
birliyi ölkələridir. 
Pul vahidi - Şərqi Karib dollarıdır. 
 
BARBADOS DÖVLƏTİ 
                                    Sahəsi – 0,4 min km
2
 
                                                        Əhalisi – 0,3 mln. nəfər (2005-ci il) 
                               Paytaxtı – Brictaun 


69 
 
Barbados     -   Vest-Hinddə,     Kiçik  Antil    adaları qrupunda    eyni   adlı  
adada   dövlətdir.   Sahil   xətti uzunluğu 77  km-dir.   Səthi   yastıdır.   Çökmə  
süxurlardan, əsasən əhəngdaşından ibarətdir. Adanın bəzi yerləri   mərcan   rifləri   
ilə    əhatələnmişdir.      Əsas  təbii  resursları  -  neft  və  təbii  qaz,  balıqdır.  Şumlanan 
torpaq ölkə ərazisinin 77%-ni tutur. 
İqlimi tropik passatdır. Orta temperatur ən isti ayı (sentyabr) 27°C, ən soyuq 
ayı (fevral) 25°C-dir. İllik yağıntı 1400 mm-dir. Tez-tez fırtınalar olur. Yağıntılar 
iyundan oktyabr ayına kimi  düşür. Münbit qəhvəyi-qırmızı  lateritləşmiş torpaqlar 
yayılmışdır. Tropik meşələri var. 
 
Ölkədə əhalinin sayı 2005-ci ildə 300 min nəfər idi. Əhalinin əksəriyyəti qara 
afrikalılardır (80%-i), Avropalılar 4%, metistlər 16%-dir. Dövlət dili ingilis dilidir. 
Dindarları:  protestantlar  67%,  digər  protestant  cərəyanları  12%,  katoliklər  4%. 
Təbii  artım  yüksək  deyil.  Hər  1000  nəfərə  16  nəfər  doğulub,  8  nəfər  ölüb,  təbii 
artım 8 nəfərdir. Əhalinin 50%-dən çoxu şəhərlərdə yaşayır. Ən böyük şəhəri onun 
paytaxı Brictaun şəhəridir (100 min nəfər). 
Barbados    Millətlər    birliyi    tərkibində    müstəqil dövlətdir.   Qüvvədə   
olan   konstitusiyası   1966-cı   ildə qəbul   edilmişdir.    Dövlət    başçısı    Böyük    
Britaniya kraliçası;      onu     general-qubenator      təmsil     edir. Qanunverici 
hakimiyyət     parlamentə     məxsusdur. İcraedici hakimiyyətini baş nazir başda 
olmaqla hökumət həyata keçirir.  
Avropalılar    gələnədək    adada     hindlu tayfaları, aravaklar  və   kariblər  
yaşayırdı.      1518-ci      ildə    adada  olmuş  ispanlar  ona  Barbados  adını  verdilər 
(ispanca barbado-saqallı sözündən; üzərində saqqala bənzər ot bitən  çoxlu   əncir  
ağacı    olduğu    üçün).      1605-ci    ildə  adaya    gələn      ingilislər      1625-ci      ildə   
Barbadostda      öz  kaloniyalarını      yaratdılar.        1628-ci      ildə      isə      Brictaun 
şəhərinin    əsasını  qoydular.    Şəkər  qamışı  plantasiyalarının  inkişafı  ilə  əlaqədar 
Barbadosa  Afrikadan  qullar  gətirilməyə  başlandı.  1838-ci  ildə  Barbadosda 
quldarlıq ləğv edildi. 
Barbados       1958-ci      ildə       Böyük       Britaniyanın  yaratdığı Vest-Hind 
Federasiyasına daxil edildi. 1961-ci ildə Barbados daxili özünüidarə hüququ aldı. 
1966-cl  ildə  Barbadosa  istiqlaliyyət  verildi,  dekabr  ayında  isə  BMT-yə  qəbul 
olundu.   1975 ci ildə Latın Amerikası İqtisadi Şurasına daxil olmuşdur. 
Barbados  -  zəif  inkişaf  etmiş  ölkədir,  coğrafi  əmək  bölgüsündə  asılı 
mövqedədir.  İqtisadiyyatı  ABŞ,  Böyük  Britaniya  və  Kanadanın  kapitalından 
asılıdır. İqtisadiyyatın əsasını kənd təsərrüfatı və turizm təşkil edir. 
Kənd  təsərrüfatında iqtisadi fəal əhalinin  8,5%-i çalışır, ÜDM-un 7,2%-i və 
ixracat  dəyərinin    1∕4    onun  payına  düşür.  Kənd  təsərrüfatında  ərazinin  77%-i 
istifadə  olunur.   Əsas  bitki  -  şəkər qamışıdır  ki,   əkin sahəsinin 1/2-ni tutur. 
Bu,  birinci  növbədə  plantasiya  təsərrüfatıdır.  Tərəvəzçiliyin  və  bahqçılığın 
əhəmiyyəti artmışdır.   Heyvandarlıq zəif inkişaf etmişdir.  2005-ci ildə 20 min baş 
iri buynuzlu mal-qara, 50 min baş donuz,   60   min   baş   qoyun   və   35   min   
baş   keçi olmuşdur. 
Emal   sənayesinin   başlıca   sahəsi   yeyinti   sənayesidir. Bu sahədə şəkər 
istehsalı  fərqlənir.  2005-ci  ildə  80  min  ton  şəkər  istehsal  edilmişdir.  Şəkər 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə