Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə31/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   27   28   29   30   31   32   33   34   ...   81

62 
 
vurmuşdur.  Şəkər  qamışı  istehsalçıları  olan  fermalar  iri  olduğu  halda, 
t ü t ü n istehsalı  üzrə  ixtisaslaşmış  fermaların  sahələri  12-18  hektardır.  Kiçik 
fermalarda  xüsusi  təsərrüfatlar,  iri  fermalarda  isə  icradarlar  daha  ucuz  işçi 
qüvvəsindən istifadə edirlər. Eyni zamanda ixtisaslaşmış fermalarda digər istehlak 
məhsulları da istehsal edilir. 
Adanın  daxili  rayonlarında  dağ  yamaclarında  qəhvə  plantasiyaları  yerləşir. 
Digər  məhsullardan  fərqli  olaraq  qəhvə  plantasiyaları  puerto-rikolulara 
məxsusdur.  XX  əsrin  əvvəllərindən  qəhvə  əsas  bitki  kimi  olmuş,  lakin  sonralar 
onun istehsal həcmi azalmağa başlamışdır. Puerto-Rikonu   itirən   İspaniya  bu   
ölkədən      gətirilən  qəhvəyə  kömrük  vergisini  artırmış,  ABŞ-da  isə  yüksək 
keyfıyyətli və ətirli Puerto-Riko qəhvəsinə o qədər də maraq yox idi. Amerikalılar 
əsasən  Braziliya  qəhvəsinə  uyğunlaşmışdılar.        Amerikalılar      adada      qəhvə   
istehsalının  həcminin  artırılmasında o qədər də  maraqlı deyillər və buna görə də 
onun  istehsal  həcmi  ildə  10-15  min    tonu    keçmir.    Qəhvə    istehsalı  üzrə  
ixtisaslaşmış fermaların ərazisi 45-90 hektardır. 
Ananas və digər bitkilərin əkini və məhsul ixracı nisbətən cavan sahələridir. 
Adada meyvə istehsalı bütün il boyu davam edir. Meyvə fermaları əsasən ABŞ-
dan  köçüb  gələnlərə  məxsusdur  və  onların  ərazisi  xeyli  böyükdür.  Belə  ki, 
ananas  fermalarının  sahələri  50-130  hektar  təşkil  edir.  Fermalarda  məhsulun 
saxlanması  və  qablaşdırılması  üçün  xüsusi  binalar  inşa  edilmişdir.  Məhsulun 
əsas hissəsi ixrac edilir. 
Adanın əsas ərzaq məhsulu istehsalına çəltik, qarğıdalı, zəncəfıl və tərəvəz 
daxildir.  Bu  məhsulun  istehsal  həcmi  heç  yerli  tələbatı  ödəmir.  Belə  ki,  tək 
qarğıdalının  illik  istehsal  həcmi  12-18  min  tondur.  Ada  əhalisinin  əsas  qida 
rasionunu  çəltik  təşkil  edir  ki,  bu  da  ABŞ-dan  gətirilir.  Yerli  tələbatı  ödəmək 
məqsədilə  üzüm, batat əkilir. 
Adada    bitkiçilikdən    fərqli    olaraq    heyvandarlıq getdikcə inkişaf edir. 
Puerto-Riko  sahillərini  yuyan  dəniz  suları  balıqla  zəngin  olsa  da  balıq  ovu  o 
qədər  də  inkişaf  etməmişdir.    Kiçik  gəmilərdə  balıq  ovu  getdikcə  artır  və  hal-
hazırda onun illik ovu 1,1 min ton təşkil edir.  
    Puerto-Riko      nəqliyyatı      əsasən      ABŞ      şirkətlərinə  məxsusdur.  755  km 
uzunluğa  malik  dəmiryolu  bütün  sahil    zonanı  əhatə  edir  və  qurşaq  şəklindədir. 
Ondan  kənarlara  kiçik  qollar  ayrılır      ki,      onlar      da    yerli  xarakter  daşıyır. 
Dəmiryolla daşınan yükün əsas hissəsi  şəkər qamışı və şəkər-xammalının  payına  
düşür. Şosse yollarının ümumi uzunluğu 13,8 min km-dir. Ən yaxşı və rahat yollar 
şəkər qamışı  plantasiyaları ilə  emal zavodları arasında salınmışdır. 
Ada portları arasında yük dövriyyəsinə görə San- Xuan, Ponse, Mayaques 
fərqlənir. Fəaliyyətdə olan 2 dəniz   portu   vardır,   bundan    başqa   San-Xuan   
və    Aquadisyedə  beynəlxalq  aeroportlar  fəaliyyət  göstərir.    Dənizlə  daşınan 
yüklər    əsasən  ABŞ  gəmiləri  ilə  həyata  keçirilir,  çünki  ölkənin  öz  tərsanəsi 
yoxdur.  Şəkər  xammalı ixracında San-Xuan və Ponse portları üstünlük təşkil 
edirlər.  San-Xuan  portu  Vest-Hind  ölkələri  içərisində  ən  yaxşısı  hesab  edilir.  
Onun  ixrac  etdiyi  məhsul    əsasən      neft-kimya,      elektron,      elektrotexnika, 
formasevtika sənayesi məhsullarıdır. İdxal məhsulları içərisində sənaye xammalı 


63 
 
və  yarımfabrikatlan,  ərzaq  məhsulları,      maşın    və    avadanlıqlardır.      Adanın  
xarici  ticarətində  ABŞ  üstünlük    təşkil  edir.      Belə    ki,    ixrac  məhsullarının   
70%-i,  idxal   məhsullarının   isə   50%-i onun  payına  düşür.  Bununla  belə  
Yaponiya,      Venesuela,  Dominikan  Respublikası  ilə  ticarət-iqtisadi  əlaqələri 
getdikcə  inkişaf  edir.  Turizmin  inkişafı  durmadan  artır.  Onlardan  3/4  hissəsi 
ABŞ,  Kanada,  Dominikan  Respublikası,  Venesuela,  Meksika  və  İspan 
turistləridir. 
 
TRINIDAD VƏ TOBAQO RESPUBLIKASI 
 
                                                                 Sahəsi – 5,1 min km

                                                                Əhalisi – 1,3 mln. nəfər (2005-ci il) 
                                                                 Paytaxtı – Port-of-Speyn 
 
Trinidad  və  Tobaqo Respublikası  Karib dənizində, cənubi Amerika sahilləri 
yaxınlığındakı Trinidad, Tobaqo və digər 5 kiçik adadan ibarətdir. Adaların   sahil   
xətlərinin  uzunluğu  362   km-dir. 
Adalar      bir-birinə      yaxın      yerləşmələrinə      baxmayaraq,  onlar  geoloji 
strukturu,  heyvanat  aləmi,  həm  də  iqlim  şəraitinə  görə  fərqlənirlər.  Trinidad  - 
Cənubi Amerika materikinin kiçik bir hissəsidir. Onu   materikdən Pariya körfəzi,    
Bokas-del-Draqon (əjdaha ağzı) Boka-del-Syerpe (ilan ağzı) boğazları ayırır. 
Hər iki ada tropik rütubətli iqlimə malik olmalarına baxmayaraq, Tobaqonun 
havası  daha  təmiz  olub  orta  aylıq  temperatur  25-27°C-dir.  Adaların  qərbinə  ildə 
1200  mm  yağıntı  düşdüyü  halda,  şimal-şərq  hissəyə  3000  mm-dən  artıq  yağıntı 
düşür. 
Əsasən  düzənliklərdən  ibarət  olan  Trinidad  adasının  şərqində  bataqlıqlar, 
cənub sahil boyu palçıq vulkanları yerləşir.   
Başlanğıcını  dağlardan  götürən  çoxlu  qısa  çaylar  gəmiçilik        üçün    
yararsızdır.    Əsas    çayları    Pariya körfəzinə, Nariva çayı isə Atlantik okeanına 
tökülür. Manqr   kolluqları  ilə   örtülmüş   çay   mənsəblərində bataqlıqlar  əmələ  
gəlmişdir.   Trinidad  adasının  qərb sahilləri     Pariya     körfəzinə     qədər     daha     
yaxşı mənimsənilmişdir.  Burada ölkənin  paytaxtı  -  Port-of-Speyn şəhəri, bütün 
əsas limanlar neftin hasil və emal mərkəzləri     yerləşir     (neft    şelf    zonada     
çıxarılır). Trinidad adasındakı  dağlar  və     yüksəkliklər    həmişəyaşıl rütubətli 
tropik  meşələrlə  örtülüdür.  Ağac  növlərinin  müxtəlifliyinə  və  zənginliyinə  görə 
ada,  regionda  birinci  yeri  tutur.  Burada  ispan  kedri  (sedrelo),  makaqoni,  qırmızı 
səndəl və 50-dən çox başqa qiymətli ağac növlərinə rast gəlinir. 
Lakin dağların külək tutan yamaclarında va adanın mərkəzində meşələrin çox 
hissəsi  doğranmışdır.  Burada  və  ölkənin  qərbində  kakao  və  kakos  palması 
plantasiyaları salınmış antropogen Savanna üstünlük təşkil edir. 
Adanın  fauna  tərkibi  Cənubi  Amerika  faunası  ilə  oxşardır.  Burada  pekari, 
atselot,  aquti,  meymunlar  və  uçan  yarasalar  yaşayır.  Həm  də  çoxlu  tısbağa, 
kərtənkələ, ilanlar və timsahlar da vardır. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə