Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə39/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   35   36   37   38   39   40   41   42   ...   81

78 
 
Peru  ərazisindən  başlanan  Amazonun  mənbəyi  Maranyon      və      Ukayali   
çaylarıdır.      Ona      görə      də      bu  vaxtadək  onun  mənbəyinin  hansı  olması 
mübahisəli qalmışdır.    Mənbə   Maranyondan   hesablansa   onun uzunluğu 6400 
km, Ukayalidən 7000 km-dən çox olur. Bir   çox   Peru   coğrafiyaşünsları   çayın    
mənbəyinin Ukayali olmasını daha düzgün hesab edirlər. 
Çaylar  əsas  rabitə  vasitəsi  olub,  əhalinin  və  yaşayıl  məntəqələrinin 
yerləşməsinə  böyük  təsir  etmişlər.  Aleksandr        Humbolt        təbii        ehtiyatlarını    
nəzərə alaraq,     Perunu     “qızıl     çələng     üzərində     kasıba” bənzətmişdir. 
Doğrudan da ölkənin müxtəlif və zəngin təbii ehtiyatları vardır. Bunların bir qismi 
kəşf  edilmiş,  bir  qismi  isə  öz  tədqiqatçılarını  gözləməkdədir.  Ərazidə  aparılan    
çoxsaylı-arxeoloji        tədqiqatlar      göstərir    ki,  ölkənin  qədim  əhalisi  müxtəlif 
metallardan və tikinti materiallarından istifadə etmişlər. 
Qədim Çili sivilizasiyasına qızılın emal mədəniyyəti yaxşı məlum idi. Keçua 
qəbiləsinin  «anta»  sözü  (bu  qədim  dildə  «anta»  mis  deməkdir)  planetimizin  ən 
nəhəng  dağ  sistemlərindən  birinin  adına  çevrilmişdir.  Ən  geniş  yayılmış  faydalı 
qazıntı  da  məhz  mis  filizidir.  Bu  filizin  ehtiyatına  görə  Peru  Latın  Amerikası 
ölkələri içərisində Çilidən sonra ikinci yeri tutur. 
Peru  qitə  ölkələri  içərisində  tərkibində  qurğuşun  və  sinkin      xüsusi      çəkisi   
çox      olan      polimetal      filizlərin  miqdarına  görə  birinci  yeri  tutur.  Polimetal 
filizlərinin tərkibi   eyni   zamanda   mis,   gümüş,   qızıl,   vismut, kadmium və 
digər  qiymətli  metallarla  da  zəngindir.  Mis  filizi  yataqlarından  başqa  geniş 
yayılmış  metallardan  biri  də  molibdendir  ki,    onun    miqdarına  görə    ölkə  Latın 
Amerikasında  birinci  yerlərdən  birini  tutur.  A.Humbolt  ölkənin  qızıl  çələngi 
üzərində  oturmasını  heç  də  əbəs  yerə  demirdi.  Ölkə  qiymətli  və  nadir  metalların 
böyük  ehtiyatlanrına  malikdir.  Gümüşə  adətən  mis-qurğuşun-sink  filizi 
yataqlarında  rast  gəlinir.  Bu  qiymətli  filizin  ehtiyatları        regionda        əsasən    
Meksika     və    Peruda cəmləşmişdir. Qızıl filizinin əsas  ehtiyatları Sakit  okean 
boyu  vulkanik zonada, səpinti halında isə Apurimak, Paçiltea  və Napo çaylarının 
hövzələrindədir.  Dəmir  filizinin  ən  böyük  ehtiyatı  çox  da  hündür  olmayan  dəniz 
sahilindədir.  Sakit  okean  sahilinin  şimalında  neftin  çıxması  hələ  inklər  dövrünə 
təsadüf  edirdi.  Hindular  neftdən  bir  sıra  milli  bayramlarda  çıraqların 
yandırılmasında  istifadə  edirdilər.  Neftin  əsas  ehtiyatları  Amazon  hövzəsi  hesab 
edilsə  də  kontinental  şəlfdə,  Titikaka  gölü  hövzəsinin  şimal-qərbində  də  onun 
müəyyən  ehtiyatı  vardır.  Digər  enerji  daşıyıcılarından  nisbətən  əhəmiyyətlisi  daş 
kömürdür ki, onun ehtiyatı 2,3 mld. tondur. Ölkə çaylarının hidroresursları olduqca 
böyükdür.  Mövcud  SES-da  itehsal  olunan  elektroenerjinin  yarıdan  çoxu  Sakit 
okean hövzəsi çaylarının payına düşür. 
Ərazinin və əhalisinin formalaşması, inkişaf tarixi və məskunlaşma 
formaları 
Peru paytaxtının 300 km-lik məsafəsində dağarası vadidə çox da iri olmayan 
Çavin-de-Uantar  şəhərlərinin  qalıqları  aşkar  edilmişdir.  Burada  hələ  XVI  əsrdə 
naməlum qədim mədəniyyət qalıqları olmuşdur. Peru arxeologiyasının atası sayılan 


79 
 
Xulio  Sesar  Telyo  l919-cu  ildə  elm  üçün  yenilik  gətirən  tədqiqatları  sayəsində 
qədim Peru mədəniyyətinin mənşəyi barədə fərzəriyyə yaratmağa nail olmuşdur. 
Nisbətən cavan mədəniyyətin Peru ərazisində formalaşması b.e.ə. I minilliyə 
aid  edilir.  Nisbətən  maraqlı  mədəniyyət  nümunələri  Limadan  250  km  cənubda 
Parakas  yarımadasında  rast  gəlinmişdir.  Parakas  nümunələrində  toxucuların 
yaratdıqları mədəniyyət nümunələri diqqəti daha çox cəlb edir. 
Toxucuların  yaratdıqları  parçalar  nəinki  texniki  cəhətdən,  hətta  rənginin 
parlaqlığı  və  uzunömürlüyü  ilə  seçilmişdir.  Bunların  bəzilərində  isə  hələ  elmə 
məlum   olmayan   xüsusiyyətlər  vardır.   Belə   ki,   bəzi fiiqurlara horizontal və 
ya şaquli ox üzərində fırladaraq  baxılsa bu füqurun tamamilə başqasına çevrildiyi 
görünər. 
Parakas  mədəniyyətinin  ardınca      həmin      rayonda  Naska  mədəniyyəti 
yaranmış  və  daha geniş  əraziləri əhatə etmişdir. 
Peru ərazisində son aborigen dövlət məşhur  ink imperiyası olmuşdur. Onun 
ərazisinə  müasir  Ekvador,  Peru  ilə  yanaşı  Boliviya,  Çili  və  Argentinanın  çox 
hissəsi,  Kolimbiyanın  cənub  rayonları  daxil  idi.  İnk  dövləti  kənd  təsərrüfatının 
yüksək inkişafı fərqlənmişdir. 
1532-ci  ilin  aprelində  indiki  Tumbas  şəhərinin  yaxınlığında,  Fransisko 
Pisarronun  başçılığı  ilə  250  nəfərdən  ibarət  ispan  dəstəsi  sahilə  çıxdı.  Bir  ildən 
sonra isə inklərin paytaxtı olan Kusko işğal edillir. 1535-ci ildə F.Pissaro Cənubi 
Amerikada  olan  ispan  müstəmləkələrinin  paytaxtı  olan  Limanı  inşa  edir.  Bu  
müddət  ərzində  çox  da  böyük  olmayan  ispan  dəstələri  böyük  və  güclü  ink 
imperiyasını zəbt etdi. 
Asanlıqla varlanmaq eşqilə Peruya gələn ispanlar yerli əhalini incitməyə, var-
dövlətini  qarət  etməyə  başladı  ki,  bu  da  sonrakı  dövrlərdə  ümumxalq  qəzəbinə 
səbəb  oldu.  Bu  xalq  hərəkatları  getdikcə  genişlənməyə  və  milli-azadlıq 
müharibələrinə səbəb oldu. Nəhayət, 1821-ci ildə Peru öz müstəqilliyini elan etdi. 
Təxminən 300 illik ispan əsarəti ölkəyə olmazın fəlakətlərini gətirdi. 
Peru  Latın  Amerikasında  iri  hindu  dövlətlərindən  biridir.  Ölkə  əhalisinin 
yarıdan çoxu hindulardır ki, onun da təxminən 60%-i Keçua hindularıdır. Aborigen 
əhalinin ikinci ən iri qrupunu nisbətən konpakt yaşayan aymarlar təşkil edir. Onlar 
əsasən 
ölkənin 
cənub-şərqində, 
hündür 
Titikaka 
gölünün 
ətrafında 
məskunlaşmışlar. 
Ölkə əhalisinin əsas hissəsini ispan dilli perulular təşkil   edir.   Onlar   vaxtilə   
əraziyə   gəlmiş   ispanların qarışığı, kreollar ilk ispanların törəmələrinə daxildir. 
XVI əsrin ikinci yarısında Peruda yeni bir etnik qrup, plantasiyalarda     işləmək    
üçün          Afrikadan          gətrilən  zəncilər          formalaşmağa          başladı.          Həmin     
vaxtdan başlayaraq metislərlə yanaşı mulatlar və sambolar da yaranmağa başladı. 
1854-cü  ildə  quldarlığın  ləğvindən  sonra    müasir  Peru  əhalisi  formalaşmağa 
başlamışdır.Bu  ən  çox  sahil  zolağında  müşahidə  edilsə  də  hündür  qurşaqlarda 
hindular öz saflığını saxlaya bilmişlər. 
XIX   əsrin   ikinci   yarısında   kənd   təsərrüfatında çalışmaq    üçün    xeyli    
miqdarda   çinlilər    gəlmişlər. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə