Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə38/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   34   35   36   37   38   39   40   41   ...   81

76 
 
küləkləri  sahilə  doğru  rütubətliliyi  aşağı  olan  soyuq  hava  kütləsi  gətirir.  Quru 
üzərində  hava  qızsada  yağıntı  düşə  biləcək  dərəcədə  kondensasiyaya  uğramır. 
Yaranan  temperatur  cəbhələşməsi  (aşağı  qatlarda  temperatur  daha  aşağı  olur) 
yağıntıların  düşməsinə  mane  olur.  Buna  görə  də  Kostanın  iqlimi  qurudur.  Onun 
şimal hissəsində, yəni ekvator yaxınlığında ildə 20-50 mm həcmində yağıntı düşə 
bilir.  Kostanın  mərkəzində  yerləşən  Limaya  yağıntı  demək  olar  ki,  düşmür. 
Bununla belə hava xırda damladan ibarət dumanla örtülü olur. Kosta üçün havanın 
nisbi  rütubətliliyinin  yüksək  (80-100%)  olması  xarakterik  haldır.  Soyuq  okean 
cərəyanı  quru  üzərində  temperaturu  xeyli  aşağı  salır.  Ölkə  paytaxtında  orta  illik 
temperatur 19,3°C-dir. Limada ən isti ayın (fevralın temperaturu  23,5°C, ən soyuq 
(avqust) 16,l°C-dir.  Limada     ilin     fəsilləri     temperaturla    deyil,    havanın 
vəziyyəti  ilə  müəyyənləşdirilir.  Kostanın  bitki  örtüyü  olduqca      kasıbdır.      Digər   
ərazilərdə   isə   daimi   bitki örtüyü  yox dərəcəsindədir.  Kostanın  ekvatora yaxın 
şimal    hissəsi    rütubətli    olduğundan    bitki    örtüyü      ilə  nisbətən  yaxşı  təmin 
olunmuşdur.  Alqarrobo  adlı  ağac  növü  nisbətən  geniş  yayılmışdı.  Onun  20  m 
dərinliyinə gedə bilən kökləri həm rütubət ala bilir,  həm qum tirlərinin   hərəkətini   
dayandırır,   həm   də   təsərrüfat əhəmiyyətlidir. Onun meyvəsi yeməlidir, müxtəlif 
şirə istehsalında istifadə edilir. 
AND.      Kostadan      şərqdə      Syerra      -      dünyanın      ən  nəhəng          dağ     
sistemlərindən          biri          yerləşir.          Peru  ərazisində  And  dağlarının  ən  hündür 
hissələri yerləşir. Burada olan 200-dən çox zirvənin hündürlüyü 5000 m-dən, 40-
nın  isə  6000  m-dən  hündürdür.  Hündür,  keçilməz  dağlar    enli  qurşaq  şəklində 
ölkənin bütün ərazisi boyu şimaldan cənuba doğru uzanır. Şimalda  onun  eni 200 
km, cənubda isə 3 dəfədən artıqdır. Andların    Peru   ərazisində   ən   alçaq   sahəsi   
onun  şimalındadır.  And  cənubda  daha  keçilməz  olub,  çay  vadiləri        ilə    
parçalanaraq      Qərb,       Mərkəz      və        Şərq  Kordilyerlərinə        bölünür.       Qərbi    
Kordilyerlər    daha hündür olub, 7 km-ə qədər hündürlüyə və daimi qar örtüyünə   
malikdirlər.      İkibaşlı      Uaskaranın      mütləq  hündürlüyü  6768  m-dir.  Onun 
zirvəsində  uzunluğu  6  km  olan  buzlaq  əmələ  gəlmişdir.    Qərbi  Kordilyerlər 
mərkəzi  hissədə  daha  möhtəşəmidir.  Burada  ölkənin  ən  gözəl  guşəsi  olan  Santa 
çayının vadisi dünyanın hər yerindən turistləri və alpinistləri cəlb edir. Yaşıl vadi, 
Santa çayının coşğun axını mavi dağ gölləri, buzlaqları, şiş uclu zirvələr klassik alp 
görkəmi yaradır və yerli əhali buranı Peru İsveçrəsi adlandırır. Boliviya və Çili ilə   
sərhəddə  yerləşən   hündür  yayla   Kolyao  mesasi adlanır və  hündürlüyü  4000  
m-dir.      Onun    şərqində  Boliviya  ilə  sərhəddə  dünyanın  ən  hündür  dağ  gölü  olan 
Titikaka (3812 m) yerləşir. Sahəsi 8300 km
2
 olan  gölə 40-dan çox çay  tökülür  və 
ancaq yeganə çay olan Desaquadero öz mənbəyini bu göldən başlayır. 
Andların  iqlimi  dağ  silsilələrinin  Sakit  vo  Atlantik  okeanına      nisbətən   
oriyentasiyasından   asılıdır.   Qəri yamacları     səhra    xarakterlidir,    kaktus     və    
quru  otlaqlardan        ibarətdir.        Şərq      yamacları        isə        əksinə,  rütubətliliyin    
üstünlüyü    şəraitində    sıx    meşələrla örtülüdür.   1000-1500   m   hündürlüyədək  


77 
 
olan  zona Tyerra Kalyente (ispanca «isti torpaq») adlanır. İqlim
 
xüsusiyyətlərinə 
görə o, şərqdə yerləşən Selvadan az fərqlənir. 
3500  m  hündürlüyədək  olan  zona  Tyerra  fria,  yəni  «soyuq  torpaq»  adlanır. 
Peru coğrafiyaşünası X.Pulqar Vidal bu zonanı Keçua adlandırır və Peru əhalisinin 
əsas  məskunlaşma  zonası  hesab  edir.  Qədim  inklər  buranı    «mülayim    iqlimin  
torpaqları»  adlandırmışlar. Hindu   əhalisi   də   əsasən   bu  zonada   cəmləşmiş   
və Syerranın iri şəhərləri də məhz buradadır. Doğrudan da Peruda insanın yaşaması 
və təsərrüfat fəaliyyəti məhz Keçua zonası şəraitində daha məqsəduyğundur,  çünki 
bu zonada  günəş  radiasiyası, ilin  yağmurlu  və quru dövrləri,  yağıntıların  normal 
miqdarı    (700-800  mm)  mülayim  temperatur  və  məhsuldar  torpaqlar  digər 
ərazilərdən daha fəal seçilir. Buna görədir ki, ölkənin əsas  ərzaq  məsələləri  məhz  
bu  zona  daxilində  həll edilir.   Keçua   zonasından   yuxarı   qalxdıqca   iqlimin 
sərtləşməsi  və  ərazinin  səhralaşması  müşahidə  edilir.  Keçua  dilində  bu  zonaya 
puna  (səhra  ərazisi)  deyilir.  4000-dən      yuxarı      Tyerra      elada  -  buzlu,      soyuq   
zona  yerləşir.  Çılpaq  qayalıqlar,  daimi  qar  və  buz  örtüyü  zona  üçün  xarakterik 
landşaftdır. 
SELVA.  Ölkənin  şərq  düzənliyini  tamamilə  örtən  tropik  meşə  zonasına  yerli 
əhali Selva deyir. Dünyanın ən bol sulu çayı olan Amazonun qərb hövzəsi Perunun 
ərazisindədir. Bu sahəyə Sakit okeanın təsiri yoxdur, amma Atlantik küləkləri üçün 
açıqdır.  Böyük  tropik  meşə  zonası  iki  qeyri-bərabər  hissəyə  bölünür.  Balaca, 
nisbətən  hündür  hissəyə  yüksək  Selva  (ispanca  Selva  Alta),  Amazon  ovalığı  isə 
Alçaq Selva (ispanca Selva  Baxa)  adını daşıyır. Onların hər  ikisinin iqlim şəraiti 
təxminən eynidir, yalnız Yüksək Selvada yağıntıların miqdarı nisbətən azdır (2000 
mm-dən  az).  Yüksək  Selvanın  məhsuldar  torpaqlarından  tropik  meyvəçilik  üçün 
geniş  surətdə  istifadə  edilir.  Həqiqi  Selva    Amazon  ovalığındadır.  İstiliyin  və 
yağıntıların miqdarı burada bitki örtüyünün sürətlə inkişaf etməsinə şərait yaradır. 
Amazoniyanın  rütubətli  ekvatorial  meşələri  özünəməxsus  bir  dünya,  orijinal 
ekoloji  sistemdir.  Meşə  əsasən  üç  mərtəbəlidir.  Üst  mərtəbənin  ən  əhəmiyyətli 
ağaclarından biri süd ağacıdır ki, onun şirəsindən yem kimi istifadə edilir. Peruda 
kaoba adlanan qırmızı ağac daha qiymətli sayılır. Qırmızı  və qonur-qırmızı  rəngli 
oduncaq  mebel  sənayesində,  otaqların  bəzədilməsində  və  bəzək  əşyaları 
hazırlanmasında  geniş  istifadə  edilir.  Məşhur  kauçuk  ağacı  olan  heveya  əsasən 
rütubətli ərazilərdə yetişir. 
Selvanın florasından fərqli olaraq heyvanat aləmi nisbətən kasıbdır və əsasən 
ağaclarda yaşamağa vərdiş etmişlər. 
Keçua hinduların dilində Amazon ovalığı Omaqua adlanır ki, mənası da «şirin 
su  balıqlarının  çoxaldığı  yer»  deməkdir.  Həqiqətən  də  Amazon  və  onun  qolları 
1000-ə  yaxın  şirin  su  balıq  növləri  ilə  zəngindir.  Bunlar  arasında  daha  çox 
fərqlənəni arapayme və ya pançe adlanan nəhəng balıqdır. Boyu 4m, çəkisi 200 kq-
dək  olan  bu  balığa  yalnız  Cənubi  Amerikada  Amazon  hövzəsində  və  Orinoko 
çayında  rast  gəlinir.  Emal  əhəmiyyətli  ikinci  dərəcəli  balıq  iri  sunqarodur.  İri 
çaylarda  təsərrüfat  əhəmiyyətli  canlılardan  biri  də  boyu  1  m,  çəkisi  40  kq  olan 
çaraha adlı tısbağadır ki, onun ətindən və yumurtasından istifadə edilir. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə