Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə35/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   31   32   33   34   35   36   37   38   ...   81

70 
 
istehsalatından  əlavə  ölkənin  yeyinti  sənayesində  rom,  müxtəlif  yağlar  və  başqa 
məhsullar  əsas  yer  tutur. Yüngül sənaye (toxuculuq və tikiş) sənayesidə inkişaf 
etməkdədir.  
Gəlirin  əsas  mənbəyi  –  xarici  turizmdir.  Xarici  turistlərin  40%-i  ABŞ-ın 
payında düşür.  
Avtomobil  yollarının  ümumi  uzunluğu  1,6  min  km-dir.  Bunun      4∕5  hissəsi 
bərk  örtüklü  yollardır.  Əsas  portu  –  Brictaundur.  Paytaxtdan  18  km  aralı 
beynəlxalq airoport yerləşir.  
Əsas  ticarət  portnyorları:  Karib  hövzəsi  ölkləri,  ABŞ,  Böyük  Britaniya, 
Kanada, Yaponiya, Venesuela və AFR-dir. Pul vahidi – Barbados dollarıdır.  
 
 
ANTİQUA VƏ BARBUDA 
                                                                Sahəsi – 0,4 min km
2
 
                                                               Əhalisi – 67,5 min nəfər (2007-ci il) 
                                                               Paytaxtı – Sent-Cons 
Vest-Hinddə ada dövləti olub, Karib dənizinin şərq hissəsində yerləşər. Sahil 
xəttinin uzunluğu - 153 km-dir. Ölkə - Antiqua, Barbuda və Redonda adalarından 
ibarətdir. Təbii resursları az olan bu mərcan mənşəli və əhəngdaşlı adalarda tez-tez 
vulkanlar püskürür. 
Mövsümi  temperaturun  azacıq  tərəddüd  etdiyi  adaların  iqlimi  tropik 
rütubətlidir.  İldə  1100-1200  mm  yağıntı  düşür.  Hava  şəraiti  quru  mövsümdə 
(noyabrın  axırından  mayın  əvvəlinə  kimi)  daha  əlverişlidir.  Belə  hava  şəraiti, 
palmalarla əhatə olunmuş gözəl qumlu çimərliklər həm də ABŞ, İngiltərə, Kanada 
və  başqa  ölkələrdə  hava  nəqliyyatı  vasitəsi  ilə  əlaqə  yaranması  Antiqua  və 
Barbudanı  (eləcə  də  Vest-Hindin  bəzi  adalarını)  dəbdə  olan  qış  kurort  yerlərinə 
çevrilmişdir. 
Təbii  bitki  və  heyvanat  aləmi  əhalisi  az  olan  Barbuda  adasında  daha  yaxşı 
qalmışdır. Barbuda adası Antiqua adasından 48 km şimalda yerləşir. Düzən relyefı 
mərcan  mənşəli  adanın  qərb  hissəsindəki  gölməçələrdə  qoruq  şəraitində  çoxlu  su 
quşları qalmaqdadır. Adada quşlardan başqa gətirilmiş marallar da saxlanılır. 
Ölkə  əhalisinin    60  min  nəfəri    Antiqua  adasında  yaşayır.  Sakinlərin 
əksəriyyəti  Afrika  mənşəlidir,      az      bir      hissəsi      Böyük      Britaniyadan      və 
Portuqaliyadan gələnlərdir. Rəsmi dili - ingilis dilidir. 
Əhalinin   45%-i   şəhərlərdə   yaşayır.   Ən   böyük şəhəri ölkənin paytaxtı 
Sent-Cons şəhəridir. 
Antiqua  və  Barbuda  1981-ci  ildə  siyasi  müstəqillik  qazanmışdır.  Dövlətin 
başçısı  İngiltərə  monarxıdır,  general-qubernatorla  təmsil  olunur.  İcra  hakimiyyəti 
baş  nazirə  məxsusdur.  İkipalatalı  parlament  -  yuxarı  (senat)  palatadan  və  aşagı 
(nümayəndələr palatası) palatadan ibarətdir. 
1493-cü ildə X.Kolumb  tərəfindən  kəşf olunmuş Antiqua  və Barbuda  adaları 
İspaniyanın  müstəmləkəsinə  çevrilmişdi.  1632-ci  ildə  adalar  Böyük  Britaniyanın 
idarəsinə keçmişdi. 1967-ci ildə Böyük Britaniya ilə assosiasiya yaratmışdı. 1981-


71 
 
ci ildə isə müstəqillik əldə edib Britaniyanın rəhbərlik etdiyi Millətlər Birliyinə üzv 
olmuşdur. Dövlət başçısı Böyük Britaniya monarxıdır. 
Antiqua və Barbuda iqtisadiyyatı birtərəfli inkişafl edən ölkədir. 
İqtisadi  fəal  əhalinin  25%-i  xairci  turistlərə  xidmət  ilə      bağlıdır.        2005-ci    
ildə    ölkəyə   300    min    turist gəlmişdir.  Bunlardan   125 min nəfərini ABŞ,   
Böyük Britaniya və Kanadadan gələn turistlər təşkil edir. 
Kənd təsərrüfatında əsas bitki şəkər qamışıdır. Bundan əlavə pambıq, tərəvəz 
bitkiləri,  qarğıdalı  və  banan  da  becərilir.  Ölkədə  iri  buynuzlu  mal-qara,  donuz, 
qoyun, keçi bəslənilir.  Lazım  olan  ərzaq məhsullarının 1∕4-i idxal  olunur. Ölkədə 
şirin suyun çatışmaması kənd təsərrüfatının inkişafını çətinləşdirir. 
Sənayenin   əsas   sahələri:   yeyinti   (şəkər,   rom istehsalı)  paltar,  məişət 
elektrik cihazları,  avtomobil təmiri zavodu fəaliyyət göstərir. 
Avtomobil yollarının ümumi uzunluğu 960 km-dir. Antiqua adasında 97,5 km 
uzunluğunda dəmir yolu vardır. Əsas dəniz portu Sent-Consdur. Antiqua adasında 
beynəlxalq aeroport, Borbuda adasında isə yerli aeroport fəaliyyət göstərir. 
Əsas ticarət portnyorları:  Böyük Britaniya, ABŞ, Trinidad və Tobaqo, Baham 
adaları və Venesueladır. 
 
 
 
 
SENT-VİNSENT VƏ QRENADİNA 
                                              Sahəsi – 0,4 min km
2  
                                                                 Əhalisi 120 min nəfər
 
(2008-ci il) 
                                              Paytaxtı – Kinqstaun 
Sent-Vinsent  və  Qrenadina  dövləti  Kiçik  Antil  adalarında,  Vest-Hinddə, 
Külək tutan adalar qrupunda yerləşir. Sahil xəttinin uzunluğu 84 km-dir. 
Sent-Vinsent  vulkan  mənşəli  adadır.  Adanın  ən  yüksək  yeri  fəaliyyətdə  olan 
Sufriyer vulkanıdır (hündürlüyü 1234 m). Bu vulkanın kraterində dərinliyi 600 m-ə 
çatan göl yerləşir. 
Adaların  iqlimi  tropik,  passatdır.  Orta  aylıq  temperatur  26°C-dir.  İl  ərzində 
2500  mm  yağıntı  düşür.  Lakin  adaların  şərq  yamacları  qərb  və  cənub  yamaclara 
nisbətən iki dəfə çox yağıntı alır. 
Quraq mövsüm dekabrdan aprelə kimi davam edir. 
Adanın  mərkəzi  hissəsi  meşə  ilə  örtülüdür.  Dominika  və  Sent-Lüsiya  kimi 
Sent-Vinsent özünün gözəl limanları və buxtaları, palma ilə əhatələnmiş ağ qumlu 
çimərlikləri ilə Vest-Hinddə seçilən adalardan biridir. Kinqistaunda 200 il bundan 
öncə gözəl botanika bağı salınmışdır. 
Adaların  heyvanat  aləmi  əsasən  quşlarla  təmsil olunur.  Sahil suları balıq, 
xərçənc və molyuskalarla 
zəngindir. 
Əhalisi, əsasən zəncilər və mulatlar. lkədə həmçinin ingilislər, portuqallar və 
hindilərdir. Dövlət dili ingilis dilidir. Dindarların əksəriyyəti protestantlardır. Təbii 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə