Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə36/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   32   33   34   35   36   37   38   39   ...   81

72 
 
artım hər 1000 nəfərə görə 20 nəfərdir. Ölkənın paytaxtı Kinqistaun, digər şəhərləri 
Corctaun, Şatobeler Sent-Vinsent adasında, Port-Elzabet Bekiya adasındadır. 
Sent-Vinsent  və  Qrenadinanın  1978-ci  ildə  qəbul  edilmiş  konstitusiyası 
qüvvədədir.  Böyük  Britaniyanın  rəhbərlik  etdiyi  birliyin  üzvüdür.  Dövlət  başçısı 
ingilis  kraliçasıdır  (qubernatorla  təmsiI      olunur).      Qanunverici      orqanı      5      il   
müddətinə seçilən Məclis Palatasıdır. İcra hakimiyyəti hökumətə məxsusdur. 
Sent-Virsent  və  Qrenada  1498-ci  ildə  X.Kolumb  tərəfindən  kəşf  edilmişdir. 
1763-cü  ildən  İngiltərənin  müstəmləkəsinə  çevrilmişdir.  1979-cu  ildə  müsləqillik 
qazanmışdır. 1980-ci ildən BMT-nin üzvüdür. 
Ölkə  iqtisadiyyatının  əsasını  kənd  təsərrüfatı  və  turizm  təşkil  edir.  İqtisadi 
fəal əhalinin 40%-i kənd təsərrüfatında çalışır. 
Sent-Vinsent  adasının      1∕3  hissəsi    kənd    təsərrüfatı  üçün  yararlıdır.  Daha 
məhsuldar torpaqlar, eləcə də meşə  massivləri xarici kapitala və yerli plantatorlara 
məxsusdur.  Əsas  kənd  təsərrüfatı  bitkiləri:  banan,  muskat  qozu,  kakos  qozu, 
manqo, qəhvə və kakao becərilir. Sent-Vinsent - arrourutdan (nişastası olan kökü 
meyvə)  un  istehsal  edən  qabaqcıl  ölkədir.  Dünya  üzrə  bu  bitkidən  alınan  un 
məhsulunun  90%-ni  verir.  Ölkədə  həmçinin  maniok,  batat,  yams  və  yerkökü  də 
becərilir.  Sent-Vinsentdə  10  min  baş  iri  buynuzlu  qaramal,  9  min  baş  donuz,  13 
min  baş  qoyun,  5  min  baş  keçi  vardır.  Ölkədə  ildə  1,2  min  ton  balıq  ovlanır. 
Sənayesi  əsasən  yerli  kənd  təsərrüfatı  xammalının  emalı  ilə  məşğuldur.  Ölkədə 
mebel və paltar istehsal edən sənaye müəssisələri fəaliyyət göstərir. Ümumi gücü 
10 min kvt olan elektrik stansiyalarında ildə 35 mln kvts enerji istehsal edilir. 
Sent-Vinsentdə   dəmir   yolu   yoxdur.    Avtomobil yollarının     uzunluğu     
1785          km-dir.          Əsas        portu  Kinqstaun  şəhəridir.  Ernos-Veyl  beynəlxalq 
əhəmiyyətli aeroportdur. 
 
 
 
 
QRENADA 
                                    Sahəsi – 0,3 min km

                                                        Əhalisi – 90 min nəfər (2007-ci il) 
                                    Paytaxtı – Sent-Corces 
Karib          hövzəsində,          Vest-Hind          subregionunda  müstəqil      dövlətdir.   
Kiçik   Antil   adalarında   yerləşir. Ölkənin yerləşdiyi eyni adlı Qrenada adasının 
sahəsi 311 km
2
-dir.  Sahil  xəttinin  uzunluğu      121     km-dir.  Əsasən  dağlıq  relyefə 
malik olan Qrenada və başqa adalar vulkan mənşəlidir. Adanın ən yüksək yeri San-
Katerik zirvəsidir (840 m). 
 
Karib  hövzəsinin  digər  adaları  kimi  Qrenadanın  da  iqlimi  tropik,  passatdır. 
Qrenadada  yağıntılı  dövr  may  ayından  oktyabra  qədər  davam  edir.  İldə  orta 
hesabla  1500-1600  mm  yağıntı  düşür.  Orta  aylıq  temperatur  26°C-dir.  İyuldan 
oktyabr ayına kimi tez-tez qasırğalar baş verir. Adada çoxlu bulaqlar və kiçik su 
axınları vardır. Ona görə də adalar şirin su ilə təmin olunmuşdur. 


73 
 
Qrenadanın  başlıca  təbii  sərvəti  vulkan  mənşəli  münbit  torpaqlardır. 
Adaların  iqlim  şəraiti  ilboyu  kənd  tasərrüfatı  bitkilərinin  becərilməsinə  imkan 
yaradır.  Qrenadada  nisbətən  qiymətli  ağac  növləri  olan  rütubətli  meşələr  var. 
Adaların heyvanat aləmi əsasən quşlarla təmsil olunur. Adaları əhatə edən dəniz 
suları müxtəlif   balıq   növləri,    xərçəng   və    molyuskalarla zəgindir. 
Karriaku  adasının  səthi  ovalıq-düzənlikdir.  Buranın  əlverişli  qumlu 
çimərlikləri çoxlu turistləri özünə cəlb edir. 
 Qrenadanın  əhalisi  90  min  nəfərdir.    Ən    böyük  etink  qruplar  afrikalılar 
(50%-dən  çox)  və  mulatlardır  (40%).      Ölkədə    həmçinin      hindular    və  
avropalılar    da  yaşayır.          Dindarların          64%-ni          katoliklər,          22%-ni 
protestantlar  təşkil  edir.  Rəsmi  dil  -  ingilis  dilidir.  Həmçinin  fransız  dilində  də 
danışırlar. Ölkədə təbii artım yüksək olub, hər 1000 nəfərə 23 nəfər təşkil edir.   
 Ən  böyük  şəhəri  -  onun  paytaxtı  Sent-Corcesdir.  Vest-Hind  regionunda  ən 
gözəl  şəhərlərdən  biridir.  Əhalinin  sayına  və  sənayenin  inkişafına  görə  Sent-
Corcesdən sonra Qrenvill ölkənin 2-ci şəhəri hesab edilir. Əhalisinin sayına görə 3-
cü yeri Soter şəhəri tutur. 
 
Qrenada      Britaniyanın  rəhbərlik  etdiyi  birliyin  üzvüdür.  1974-cü  ildə 
Böyük  Britaniyadan  siyasi  müstəqillik  almışdır.  General-qubernatorla  təmsil 
olunan Britaniya monarxı (kraliça) dövlət başçısı sayılır. Ölkədə icra hakimiyyəti 
baş nazirin rəhbərlik etdiyi hökumətə məxsusdur. 
Avropalılar  Qrenadaya  gələnə  kimi,  adada  Karib  hinduları  yaşayırdı.  Adanı 
1498-ci ildə X.Kolumb kəşf etmişdir. 
Qrenada iqtisadi cəhətdən zəif inkişaf edən ölkədir. 
Ölkə  iqtisadiyyatının  əsasını  kənd  təsərrüfatı  təşkil  edir.  Muskat  qozu 
yığınıına  görə  dünyada  İndoneziyadan  sonra  2-ci  yeri  tutur.  Bunlardan  əlavə 
ölkədə pambıq, şəkər qamışı, kakos qozu və sitrus bitkiləri də becərilir. 
Ölkədə heyvandarlıq, balıqçılıq və meşə təsərrüfatı da inkişaf etməkdədir. 
Qrenadanın sənayesində başlıca  yeri kənd təsərrüfatı məhsullarının  emalı ilə 
məşğul  olan  yeyinti  və  yüngül  sənaye  tutur.  Ölkədə  şəkər,  bitki  yağı,  rom,  pivə, 
siqarət,  alkoqolsuz  içkilər,  meyvə  şirələri,  konservlər  və  paltar  istehsal  olunur. 
Ümumi  gücü  10  min  kvt  olan  elektrik  stansiyalarında  ildə  30  mln  kvt  enerii 
istehsal olunur. 
İqtisadi aktiv əhalinin 30%-dən çoxu xarici turistlərə xidmət edir. 
Uzunluğu  1000  km-dən  artıq  olan  avtomobil  yollarının  770  km-i  bərk 
örtüklüdür.  1984-cü  ildən  beynəlxalq  aeroport  fəaliyyət  göstərir.  Başlıca  dəniz 
portu, ölkənin paytaxtı Sent-Corcesdir. 
Əsas  ticarət  portnyorları:  ABŞ,  Kanada,  Böyük  Britaniya,  Karib  birliyi 
ölkələridir. 
 
 
 
SENT-KİTS VƏ NEVİS FEDERASİYASI 
                                           Sahəsi – 0,3 min km
2
 
                                                               Əhalisi – 40 min nəfər (2008-ci il) 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə