Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə44/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   40   41   42   43   44   45   46   47   ...   81

88 
 
şəkər  ixrac  etmirdi,  lakin  ABŞ-la  Kuba  arasında  münasibətlərin  kəskinləşməsi 
ölkəni  şəkər  qamışı  istehsalını  artırmağa  vadar  etdi.  Bununla  da  ölkə  qəhvənin 
qiymətinin  dünya  bazarında  aşağı  düşməsi,  bununla  da  ölkəyə  dəyən  ziyanın 
ödənməsi şəkər istehsalının artırılmasına təsir etdi. 
 
Hələ  aqrar  mədəniyyəti  dövründən  Amerika  üçün  ənənəvi  taxıl  məhsulu 
qarğıdalı olmuşdur və buradan o bir çox regionlara və ölkələrə yayılmışdır. Bu gün 
də  Latın  Amerikasında  qarğıdalı  əsas  ərzaq  məhsullarından  biri  kimi  istifadə 
olunur.  Qəhvənin  əkin  sahəsindən  sonra  qarğıdalı  ikinci  yeri  tutur  və  bütün 
əyalətlərdə  istehsal  edilir.    Lakin  son  illər  əmtəəlik  məhsul  olan  şəkər  qamışı, 
pambığın istehsal sahələri genişləndiyindən qarğıdalı sahələri xeyli azalmışdır. 
Taxıl      məhsullarından    vacib      olan      buğda      Kolumbiyaya      XVI      əsrdə   
ispanlar   tərəfındən   gətirilmişdir. Onun   ilkin   əkin   sahələri    1500-cü   ildə   
Boyaka   və Kundinamarka    əyalətlərində    meydana    gəlmiş    və sürətlə bütün 
ölkəyə yayılmışdır. 
Taxıl  məhsullarının  nisbətən  geniş  yayılmış  növündən  biri  də  arpadır.  Bu 
məhsul növü pivə istehsalında geniş istifadə edilir və demək olar ki, daxili tələbatı 
ödəyir. Arpanın ən geniş istehsal  edildiyi ərazi  Kundinamarka əyalətidir ki, onun 
payına  ümumi  istehsalın  70%-i  düşür.  Bu  əyalətdə  «Bovariya»  birliyinin  çoxlu 
pivə zavodları yerləşir. 
Ərzaq  məhsulları  arasında  qarğıdalıdan  sonra  ikinci  yeri  çəltik  tutur.  Digər 
taxıl  bitkiləri  istehsalından  fərqli  olaraq  çəltik  əkini  daha  da  genişlənir.  Çəltik 
istehsalı ilə əsasən iri xüsusi təsərrüfatlar məşğul olur.  
Ölkənin  kənd  təsərrüfatında  pambıqçılıq  özünəməxsus  yer  tutur.  Onun  əkini 
hələ  ilkin  yerli  əhali  olan  çibçilərə  məlum  idi  və  onlar  zərif  pambıq  parçaları 
toxuya bilirdilər. XIX əsrin ortalarında ölkədə pambıq istehsalı xüsusi yer tuturdu 
və  Kolumbiyadan  Avropaya  daşınırdı.  Lakin  sonradan  daha  keyfiyyətli  Misir 
pambığının  dünya  bazarına  çıxarılması  ölkədə  onun  istehsalının  azalmasma  təsir 
edir.  Bununla  yanaşı  ölkədə  pambıq-parça  istehsal  edən  toxuculuq  sənayesi   
inkişaf   etməmişdi.   Lakin   XX   əsrin   40-cı illərindən etibarən ölkədə yaranan 
toxuculuq  sənayesi  əkin  sahələrin  artmasına  və  istehsal  məhsulların  ixrac 
edilməsinə    şərait  yaratmışdır.      Əkin    sahələrinin    artması,  məhsulların 
yaxşılaşması  hesabına  ölkə  nəinki  daxili  tələbatı  ödəməyə,  hətta  pambıq        ixrac 
etməyə başlamışdır.   Son   illər,   xüsusilə  də,   XX  əsrin  60-cı illərində   şəkər   
istehsalında   çatışmazlıq   onun   əkin sahələrinin genişlənməsinə səbəb olmuşdur. 
Amerika əhalisinin    ən    qədim    əkin    bitkilərindən    biri    də tütündür.    XVI    
əsrdən    etibarən    bütün    Avropaya yayılmağa    başlamışdır.    Kolumbiyada    
tütün        əkini  müstəmləkəçilik    dövründən    başlanmış    və    artıq    XIX  əsrin  
ortalarında  Kolumbiyada     ixrac  məhsullarının 45%-i   təşkil  edirdi.   Demək  
olar  ki,   ölkənin  bütün əyalətlərində    tütün   yarpağı   istehsal   etmək   üçün 
əlverişli iqlim şəraiti vardır. 
Cənubi   Amerikaya  kakao   ilk  dəfə   Meksikadan gətirilmişdir.    Ölkənin   
qədim      əhalisi      olan      asteklər  ondan        şokalad      və      kakao      yağı      istehsal   
edirdilər.  Müstəmləkə  dövründə  kakao  bütün  Latın  Amerikası  ölkələrində   


89 
 
becərilirdi.    1866-cı   ilədək   Kolumbiyada kakao əsas ixrac məhsullarından biri 
idi.  Bu  ölkənin  kakaosu  yüksək  keyfıyyəti  ilə  fərqlənirdi.  Hal-hazırda  da   
Kolumbiya   əhalisinin   ənənəvi   içkilərindən   biri, kakao    unundan,    vanilin,    
qarğıdalı        və        bibərdən  hazırlanır.  XIX  əsrin  sonunda  ağaclara  düşən  xəstəlik 
nəticəsində  kakaonun  əkin  sahələri  azalmağa  başladı.  Kolumbiyada        yağlı    
bitkilərdən    küncüt,    soya, zeytun da becərilir. 
Cənubi  Amerika  daha  iki  kənd  təsərrüfatı  məhsulunun  vətənidir.  Onlardan 
kartof dünyanın əksər ölkələrinə yayılmış və indi də sürətlə istehsal edilməkdədir. 
İkincisi olan yukka Afrika və Amerikada istehsal edilir. Kartof Kolunıbiyanın bir 
çox  rayonlarında  becərilir,  amma  Boyaka  və  Narinyo  əyalətlərində  daha  çox 
istehsal  edilir.  Maniokun  bir  növü  olan  yukka  alçaq  boylu  kol  olub,  yoğun  kökə 
malikdir.  Onun  kökündən  hindular  un,  yarma,  kraxmal  istehsal  edir,  milli  içkilər 
düzəldirlər. 
Amerikanın qədim əhalisi ev heyvanlarını tanımırdılar. At, iri buynuzlu mal-
qara və donuz Kolumbiyaya İspaniyadan    ilkin   dövrlərdən   gətirilmişdir.    Yüz   
il ərzində Avropadan, Asiyadan gətirilən müxtəlif növ iri buynuzlu   mal-qara   iki   
müasir      çinsin-orefineqro      və  zebuların  yaranmasına  səbəb  olmuşdur. 
Orefineqrolar  mülayim  iqlimin  yüksək  dağlıq  ərazilərində,  sebular  isə  isti  tropik 
rayonlarda formalaşaraq müasir çamışların nəsli    olmuşdur.    Otlaq   sahələrinin    
çox        olmasına  baxmayaraq  heyvanların  sayı  o  qədər  də  çox  deyildir. 
Heyvandarlığın  ekstensiv  inkişafı  məhsuldarlığın  aşağı  olmasının        əsas    
səbəbidir.    Son    illər    ölkədə    bu nöqsanların  aradan qaldırılması  sahəsində  
müəyyən  işlər  görülür.  Mal-qaranın  cinslərinin  yaxşılaşdırılması,  sayının 
artırılması  və  kökəldilməsinə  şərait  yaradılır.  Məhsul  istehsalının  strukturunda 
edilən dəyişikliklər intensiv inkişaf üçün zəmin yaratmalıdır. 
 
Sənayenin coğrafiyası 
 
Kolumbiya  Latın  Amerikası  ölkələri  içərisində  orta  inkişaf  səviyyəsinə 
malikdir.  Ölkə  sənayesi  «qitənin  böyük  dördlüyü»  adlanan  Braziliya,  Argentina, 
Meksika və Çilidən xeyli geridə qalır. Bununla belə Ekvador, Peru, Paraqvay kimi 
ölkələrdən xeyli irəlidir. O, adambaşına düşən gəlirə görə də orta mövqe tutur. 
İkinci dünya müharibəsindən sonra ölkədə sənaye məhsulu istehsalı ləng artsa 
da  getdikcə  kənd  təsərrüfatı      məhsulları      istehsalının      həcminə      nisbətən 
artmaqdadır. 
Kolumbiya   sənayesinin   əsas   sahələri   II   dünya müharibəsinin   gedişində   
və      sonra      inkişaf      etməyə  başlamışdır.  1940-45-ci  illərdə  sənaye  məhsulu 
istehsalının  artım  səviyyəsi  6,4%,   1946-53-cü  illərdə  isə 9,1% olmuşdur. Bu 
onunla  bağlı  idi  ki,  ölkənin  kənd  təsərrüfatı  məhsullarına  təlabat  böyük  idi  və   
ixracdan ölkəyə    xeyli    valyuta    ehtiyatı    toplanmışdı.    Daxili bazarda ölkənin 
sənaye məhsulları xarici rəqabətə rast gəlmirdi. 
Bu da öz növbəsində sənayenin sürətli inkişafinı təmin edirdi. Artıq 1955-ci 
ildən sonra ölkə sənayesi xarici  məhsulların rəqabətinə düçar oldu ki, bu da sənaye 
məhsulu istehsalının həcminə və dəyərinə küllü miqdarda zərər vurmağa başladı. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə