Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə45/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   41   42   43   44   45   46   47   48   ...   81

90 
 
Buna görə də həmin dövrlərdə sənaye məhsulu istehsalının inkişafı ləngiməyə 
başladı. 1960-cı illərin ortalarında ümumi sənaye məhsulu istehsalının artım həcmi 
5% təşkil edirdi. 
Ölkənin  ayrı-ayrı  sənaye  sahələrinin  inkişafında,  sahə  daxili  strukturunda 
böyük  uyğunsuzluqlar  mövcuddur.  Belə  ki,  texnologiya,  xarici  investisiya  ilə 
yaradılan  iri  sənaye  sahələri  ilə  yanaşı  kiçik,  xırda  və  yarım  kustar  fəaliyyət 
göstərən müəssisələr və sahələr də vardır. 
Kolumbiya müxtəlif mineral resurslarla neft, dəmir fılizi, əlvan metallar, daş 
duz, qızıl, gümüş, platin, zümrüd, uran filizi və b. zəngindir. Lakin neft, daş duz, 
qiymətli  metallardan  başqa  digər  mineral  resurslardan  istifadə  olduqca  zəifdir  və 
demək olar ki, ölkənin həmin məhsullara olan tələbatı ödənilmir. 
Ölkənin   xeyli   miqdarda   neft   ehtiyatları   vardır. BMT-nin ekspertlərinin  
hesablamalarına  görə    ölkədə  100-120  mln.  ton  neft  ehtiyatı  vardır.  Neft 
sənayesindi xarici kapitalın, xüsusilə də Amerika kapitalının rolu böyükdür.  İkinci 
dünya  müharibəsində  Qərbi  Avropa  ölkələrində      neft      və      kömür      sənayesi   
dağıldıqdan      və  dünya  bazarında    neft  qıtlığı  yarandığından    Kolumbiya  neftinə 
maraq    daha  da  artmış,    Amerika    kapitalının  ölkəyə        axını        başlamışdır.    
İndiyədək    ölkənin    neft sənayesinin inkişafını xarici kapital ləngitməkdədir.   
Əgər keçən əsrin illərində neft hasilatında xarici şirkətlərin xüsusi   çəkisinin   
azalması   müşahidə   edilirdisə,   bu ölkənin neft barədə qanununun qəbul edilməsi 
ilə bağlı idi. Ölkənin konqresi bu qanunu qəbul etdikdən sonra neft    hasilatında    
irəliləyişlər    baş    verdi.    Amerika şirkətləri    yeni   yataqları    aşkar    etməyə    
və        onun  istismarını      sürətləndirməyə      başladı.      Son      illər      ABŞ  hökuməti     
Kolumbiya          neft          sənayesinə          kapital  qoyuluşunu  artırmış,  ölkənin  neft 
məhsullarına  olan  tələbatı      ödəmək      üçün      yeni      yataqların      istismarını 
sürətləndirməyə başlamışdır. 
Kolumbiya  Latın  Amerikası  ölkələri  içərisində  ən  çox  kömür  ehtiyatına 
malikdir. Ekspertlərin hesablamalarına görə ölkədə 18-40 mlrd. ton həcmində daş 
kömür  ehtiyatı  vardır.  Kömürün  böyük  hissəsinin  yatağın  üst  laylarından  sadə 
mexanizmlər  və  əl  ilə  çıxarıldığından  onun  dəyəri  yüksəkdir.  Bir  çox  yataqların 
istifadəsini  yolun  olmaması,  təbii  şəraitin  çətinliyi  ləngidir.  Müasir 
texnologiyaların, maşın və avadanlığın olmaması daha dərin şaxtalardan istifadəni 
çətinləşdirir. 
Lakin  ölkədə  kömür  istehsalının  artımına  həm  investisiya  qoyuluşu  üçün 
vəsait çatışmamazlığı, həm də xarici neft monopoliyaları mane olur. Onlar qorxur 
ki,  kömür  hasilatı  artsa  ölkə  daxilində  neft  məhsullarına  taləbat  azalacaqdır. 
Amerika neft maqnatlarının təsiri ilə Kolumbiya digər ölkələrlə kömür istehsalını 
artırmaq barədə aparılan danışıqları, təklif olunan kreditləri inkar  etməyə  məcbur 
oldu. 
Ölkədə  25-dək  dəmir  filizi  yataqları  olsa  da,  onun  istehsal  həcmi  böyük 
deyildir. Təxmini hesablamalara görə onun geoloji ehtiyatı 120 mln. t-dur. Dəmir 
filizinin  əsas  ehtiyatları  Kuvdinamarka  və  Boyaka  əyalətlərindədir.  Burada  ilk 
metallurgiya kombinatları olan «Aserias pas del Rio» fəaliyyət göstərir. Çox qədim 
dövrdən  ölkədə  daş  duz  istehsal  edilir.  Hal-hazırda  daş  və  dəniz  duz  istehsalı 


91 
 
Dövlət  monopoliyasmın  əlindədir  və  daxili  tələbatı  ödəyir.  Digər  faydalı 
qazıntıların (mis, sink, molibden, qurğuşun, sürmə, barit, kükürt, asbest, gips və s.) 
istehsal həcmi böyük deyildir. 
1956-cı  ildən  etibarən  ölkədə  uran  filizinin  istehsalına  başlanmışdır.  Onun 
ehtiyatları  hələ  1909-cu  ildə  Şərqi  Kordiryerlərdə  tapılmışdı.  Hal-hazırda  uran 
ehtiyatlarının  tədqiqi  ABŞ  və  ölkənin  atom  institutları  tərəfindən  aparılır.  Onun 
istehsalına həmçinin kanada və ingilis kapitalı da cəlb edilmişdir. 
Nadir  metalların  istehsalı  çox  qədimdə,  qədim  çibçi  tayfaları  tərəfindən 
həyata keçirilmişdir. İspanlar ərazini işğal etdikdən sonra onun istehsalını daha da 
artırmış,  yeni  yataqlar  aşkar  etmişlər.  Hal-hazırda  qızıl  və  gümüş  istehsalının 
həcmi olduqca azalmışdır. 
Platin fılizi istehsalına görə Kolumbiya dünyada üçünçü yeri tutur. Onun əsas 
ehtiyatları Çoko əyalətinin   ərazisindədir.   Platin   istehsalı   bütövlükdə amerika 
şirkəti  «Saut  ameriken  qold  end  platinum»un    əlindədir.  Platinə  olan  ehtiyacın 
artması ilə əlaqədar olaraq çıxarılan filiz bütövlükdə ABŞ-a aparılır. 
Qızıl səpinti halında Maqdalena, Kauki, Atrato və San-Xuanın  qolları  boyu  
rast    gəlinir.      Qızıl    istehsalı  bütövlükdə  ABŞ  şirkətlərinə  məxsusdur.   
Həvəskarlın  istehsal  etdikləri  qızılı  ancaq  dövlət  bankına  müəyyən  olunmuş 
qiymətə sata bilərlər. 
Kolumbiyada  gümüş  yataqları  Antiokiya,  Kaldas,  Uila,  Satander  və  Tolima 
əyalətlərindədir. Onun ehtiyatı və çıxarılması qızıla nisbətən azdır. 
Zümrüd  istehsalına  görə  Kolumbiya  dünyada  birinci  yeri  tutur.  Ölkənin 
zümrüdü  dünya  bazarında  ən  qiymətli  hesab  edilir.  O  qəşəng  rəngi,  şəffaflığı, 
günəş şüalarını əks etdirməsi ilə seçilir. 
Zümrüdün  ən  iri  yataqları  Boyaka  və  Kundinumarka  əyalətlərindədir.  Bu 
yataqlar dövlətə məxsusdur və onun şirkətləri tərəfindən istehsal edilir. Zümrüd ən 
çox ixrac məhsullarından olduğu üçün ölkəyə gələn valyuta mənbəyi hesab edilir. 
Kolumbiya  zəngin  hidroenerji  ehtiyatlarına  malikdir  və  onun  səmərəli 
istifadəsi ölkədə 200 kvt\saat ildə elektrik enerjisi verə bilər. Lakin bu hidroenerji 
resurslarından səmərəli istifadə edilmir. Ölkə demək olar ki, sənaye müəssisələrini 
və daxili tələbatı elektrik enerjisi ilə təmin edir. İstehsal olunan elektrik enerjisinin 
75%-i  su  elektrik  stansiyalarının,  25%-i  isə  kömürlə  işlədilən  yanacaq  elektrik 
stansiyaların payına düşür. 
Kolumbiyanın ümumi daxili məhsul istehsalında emaledici sənayenin xüsusi 
çəkisi  əsasən  ikinci  dünya  müharibəsindən  sonra  artmışdır.  Bu  sənayenin  inkişaf 
sürəti Latın  Amerikasının      Braziliya,      Meksika, Argentina kimi ölkələrdən 
geri qalır. Emaledici sənaye əsasən daxili bazarın tələbatını ödəməyə yönəlmişdir. 
İkinci      dünya      müharibəsindən      sonra      emaledici  sənaye  müəssisələrinin 
genişlənməsi,  təmərküzləşməsi  hesabına      onun      xüsusi      çəkisi      artmağa   
başlamışdır. İstehsal    olunan    məhsulun    ümumi    miqdarına   və dəyərinə görə 
yeyinti sənayesi birinci yeri tutur.   
Sonrakı yerləri toxuculuq və müxtəlif içki istehsalı sahələri tutur.  Kolumbiya 
sənayesinin aparıcı sahəsi 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə