96
xüsusi çəkisi böyükdür. Xüsusi reduksiyalarda (hindular üçün ayrılmış
ərazilərdə) yaşayan hindular ailə üçün ayrılmış sahalərdə çalışır. Onlar
heyvavdarlıqla məşğul olur, xırda sənətkarlıqla ailələrini dolandırırlar. Sur
Çiko regionunda Almaniyadan köçüb gəlmiş əhali kənd təsərrüfat məhsulu
istehsalında xüsusi fərqlənirlər. Onlar mapuçelərin əməyindən daha səmərəli
istifadə edirlər. Belə ki, mapuçelər mahir və dözümlü çobanlardır, onlar
muzdlu əməyə daha çox üstünlük verirlər. Sur Çiko regionunun şəhərlərində
alman dili daha geniş yayılmışdır. Şəhər tikililəri, küçə və evlərin forması,
quruluşu sanki Saksoniyanı və ya Bavariyanı xatırladır.
Son illər Latın Amerikasında sürətlə inkişaf edən ölkələrdən biri olan Çili
əhalisi olduqca fəal iqtisadi əhali hesab edilir. Ümumi əhalinin 60,5%-i iqtisadi
cəhətdən fəal əhalidir.
Təssərüfatın ümumi səciyyəsi
Ölkə iqtisadiyyatının formalaşması həm daxili ziddiyyətlərin kəskinləşməsi,
həm də beynəlxalq səviyyədə gedən proseslərlə daim əlaqəli olmuşdur. Digər latın
Amerikası ölkələrində (Meksika, Brazilya, Argentina, Venesuela və s.) olduğu
kimi, Çilidə də sənayenin və kənd təsərrüfatının inkişafı üçün əlverişli və sosial
imkanlar vardır. Müstəmləkəçiliyin sonunadək ölkə iqtisadiyyatının əsasını kənd
təsərrüffatı təşkil edirdi. Hindu tayfaları ənənəvi sahələr olan qarğıdalı, paxla
bitkiləri yetişdirir, ispanlar gəldikdən sonra isə müxtəlif tərəvəz, meyvə,
üzzümçülüklə məşğul olmağa başlamışlar.
Kənd təsərrüfatı məhsullarının əsas idxalçıları şəhər əhalisi, ordu, XVI əsrdə
isə yenicə yaranmış dağ-mədən sənayesinin fəhlələri idi. Birinci dünya müharibəsi
dövründə Avropa və ABŞ-dan sənaye məhsullarının idxalı azalmağa, yerli sənaye
sahələri, yaranmağa başladı. Emaledici sənaye sahələri ilkin olaraq, mərkəz
rayonlarda – Santyaqo, Valparaiso, Konsepsion şəhərlərində inkişaf edir, xarici
investisiyanı daha çox maraqlandırırdı. Şimal regionlarından dəmir filizi, manqan,
Lota və Koronel yataqlarından kömür, Uaçinatodan elektrik enerjisi gətirməklə
metallurgiya məhsulları ilə ölkənin tələbatını ödəməyə, 30%-ni isə ixrac etməyə
başladı.
Çili artıq aqrar ölkədən Latın Amerikasının sürətlə inkişaf edən sənaye-aqrar
ölkələrindən birinə çevrilmişdir. Ölkə üçün ənənəvi sənaye sahəsi mis istehsalı və
emalıdır. İxrac məhsullarından əldə olunan gəlirin təxminən yarısı onun paayına
düşür. Ağac emalı, neft-kimya, balıq sənayesi inkişaf etmişdir. Yüngül və yeyinti
sənaye sahələri yüksək inkişaf səviyyəsinə çatmışdır. Çilinin kənd təsərrüfatı
yüksək intensivliyi ilə seçilir. Mülayim və subtropik iqlim qurşaqları əsasən
bitkiçilik üzrə ixtisaslaşmışdır. Burada taxılçılıq, bostançılıq, meyvə və
tərəvəzçilik, üzümçülük əmtəəlik xarakteri almışdır. Ölkənin əlverişli təbii şəraiti,
südlük, ətlik istiqamətli heyvandarlığın inkişafına gözəl şərait yaratmışdır. Hazırda
ölkənin kənd təsərrüfatı əhalinin ərzaq məhsullarına olan tələbatını ödəməklə
yanaşı, bir hissəsini ixrac etməyə imkan verir.
97
Çilinin ərazisi təbii şəraitinə, əhalisinin məskunlaşmasına, ixtisaslaşma
sənayesinə görə altı iqtisadi rayona bölünür: Norte Qrande, Norte Çiko, Mərkəzi
Hindu, Cənubi Sur Çiko və Sur Qrande.
İqtisadi rayonları üzrə ixtisaslaşma səviyyəsi və inkişaf perspektivləri
Mərkəzi hindu iqtisadi rayonu ölkə əhalisinin şimal və cənub hissələrindən
təxminən bərabər hissədə yerləşir. Onun şimal sərhəddi Okonkaqua çayı vadisi
(buradan Peru sərhəddinədək 1600 km), cənub sərhəddi isə Bio-Bio çayı vadisi
(Magellan boğazınadək 1700 km) ilə əhatələnir. Rayonun iqlim şəraiti, torpaq,
bitki örtüyü Aralıq dənizi ətrafını xatırladır. Onun təbiəti olduqca rəngarəndir.
Yayı isti və quru, qışı yumuşaq və rütubətlidir. Şimalında həmişə yaşıl kolluqlar,
cənubunda isə həmişəyaşıl meşələr üstünlük təşkil edir. Qara və qonur torpaqları
olduqca məhsudardır. Çayları qısa, bolsulu və hidroenerji ehtiyatlıdır. Daş kömür
və əlvan metalların böyük ehtiyatı vardır. Şelf suları balıqla zəngindir. Iqtisadi
rayon ölkənin iqtisadi-siyasi və mədəni həyatında olduqca böyük rol oynayır.
Dəmir yollarının çəkilişindən sonra Mərkəz iqtisadi rayonun digər rayonlarla
əlaqəsi daha da artdı ki, bu da gələcəkdə onun inkişafının təməlini qoydu.
Birinci dünya müharibəsi dövründə Avropa və ABŞ-dan sənaye mallarının
idxalının azalması yerli sənaye sahələrinin yaranmasına təsir etdi. Bununla da daha
ucuz işçi qüvvəsinə malik olan Mərkəz iqtisadi rayonunda sənaye məhsulu
istehsalı sürətləndi. İkinci dünya müharibəsindən sonra məhsul istehsalının
sürətlənməsi yeni emaledici sənaye sahələrinin yaradılması ölkənin paytaxtı olan
Santyaqonun böyüməsinə, kəndlərdən şəhərə işçi qüvvəsinin axınına səbəb oldu.
Hal-hazırda ölkə ərazisinin 3,8%-ni əhatə edən bu əyalətlərdə ölkə əhalisinin
52%-dən çoxu cəmləşmişdir və emaledici sənaye müəssisələri məhsulun 80%-
ni verir. Santyaqo və Valparansio xarici investerlərin diqqətini daha çox
cəlb edir. Rayonun urbanizasiya səviyyəsi ucuz işçi qüvvəsi, məhsuldar
qüvvələrin qeyri-bərabərləşməsi, gələcəkdə də ixtisaslaşmanın əmək tutumlu
və elm tutumlu etməsini stimullaşdıracaqdır. Mərkəz rayonun böyüklüyü və
təsərrüfat müxtəlifliyi burada iki müstəqil yarımrayonun Paytaxt və Mərkəz-
Cənubun ayrılmasına imkan verir.
Norte Çiko iqtisadi rayonuna Kekimbo və Atakama əyalətləri daxildir. Rayon
yarımsəhra və səhra zonasında yerləşdiyindən suvarma və su ilə təchiz olunma əsas
problemlərindəndir. Rayonun ərazisi dəmir filizi və əlvan metallarla və xüsusilə də
mis fılizi ilə zəngindir. Buna görə də xarici bazarlarda misə artan tələbat XVIII
əsrdə hasilat sənəyesinin yaranmasına səbəb olmuşdur. Sənayenin inkişafı kənd
təsərrüfatını da inkişaf etməyə istiqamətləndirmişdir. XIX əsrin əvvəllərindən
başlayaraq burada suvarma sistemləri yaradılmış, əkin sahaləri genişlənmiş, mal-
qaranın sayı artmışdır. Nəhayət, birinci dünya müharibəsindən sonra ərazidə yeni
yataqlar kəşf olunmağa, əlavə işçi qüvvəsinin cəlb olunmasına başlanıldı. Norte
Çikoda dağ-mədən sənayesinin dirçəlməsi bir sıra səbəblərlə əlaqədar idi.
Əvvəla, əlvan metallurgiyada texnologiyanın təkmilləşməsi sayəsində daha az
mis filizi qarışığına da malik filizlərin çıxarılmasındakı səmərəliliyin artması,
Dostları ilə paylaş: |