Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə30/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   26   27   28   29   30   31   32   33   ...   81

60 
 
məhsullarından asılı  vəziyyətə düşdü. Amerikanların zəbt  etməsinə qədər Puerto-
Rikoda  hər  il  3  min  ton  tütün  istehsal  olunurdusa,  artıq  1927-ci  ildə  tütün 
istehsalının  həcmi  27  min  tona  qalxdı,  lakin  1929-33-cü  illərdəki  ümumdünya 
böhranı zamanı onun istehsalı bir qədər azaldı. ABŞ monopoliyası bütün diqqətini 
şəkər istehsalına cəmləşdirdi. Bu da öz növbəsində tütünçülərə böyük zərbə oldu. 
Azacıq  da  olsa  torpaq  sahələri  olan  kəndlilər  şəkər  qamışı  plantasiyalarında 
çalışmağa məcbur oldu. 
1929-33-cü  il  ümumdünya  iqtisadi  böhranı  zamanı  şəkər  istehsalı  və  ixracı 
azalmağa, həmin müəssisələrdə iş yerlərinin ixtisar olunmasına və işsizliyə səbəb 
oldu.  Lakin  II  dünya  müharibəsi  dövründə  məhsul  istehsalının  həcmi  yenidən 
artmağa başladı. Kubada inqilabın qələbəsi nəticəsində ona qarşı blokada daha da 
genişləndiyindən Puerto-Riko şəkərinə olan tələbat artdı. 
İkinci  dünya  müharibəsindən  sonra  Puerto-Rikonun      yüngül      sənayesi   
nəzarəçarpacaq      dərəcədə  inkişaf  etdi.  1954-cü  ildə  ölkənin  hökuməti  xarici 
şirkətlərə güzəştlər barədə qanun qəbul etdi. Milll gəlirdə sənayenin xüsusi çəkisi 
kənd təsərrüfatını ötüb keçməyə başladı. 
 
Sənayesi, kənd təsərrüfatı və inkişaf perspektivləri 
Puerto-Rikonun      sənayesi      uzun      müddət      hasilat  xarakterli  olmuş,  
iqtisadiyyatı    müstəmləkə  quruluqfl  almışdır.      1954-cü    ildə    vergi    haqqında 
qərarın   qəbul edilməsi   ilə   əlaqədar  xarici   şirkətlərin   axını   başlamışdır.   
Qısa   müddətdə,    1954-60-cı   illərdə   sənaye məhsulu   istehsalı   90%   artdı.   
Müharibədən      sonra  toxuculuq,    ayaqqabı,  yeyinti    sənaye    sahələri    inkişaf 
etməyə,  maşınqayırma və elektrotexnika sahələri isə yığma   sexləri   ilə   təmsil   
olunmağa   başladı.   Həmin dövrdə sənayenin əsas və aparıcı sahəsi şəkər istehsalı 
idi.  Emaledici  müəssisələr  əsasən  sahil  rayonlarında  yerləşirdi.    İşçi  qüvvəsinin 
ucuzluğu, vergi azlığı ABŞ işgüzarlarına   Puerto-Rikoda   toxuculuq   müəssisələri 
tikməyə  imkan  yaratdı.  Şəkər  və  tütün  sənayesindən  fərqli    olaraq    toxuculuq   
sənayesi  gətirilmə   xammala əsaslanırdı. 
Dağ-mədən sənayesi  o qədər də  yüksək inkişaf etməmişdir. Ölkədə  manqan 
və dəmir filizi istehsalı amerika şirkəti olan “Atlantik or”un nəzarətindədir və hasil 
olan xammal ABŞ-a göndərilir. Qeyri-metal faydalı qazıntılarından nisbətən geniş 
hasilata  mərmər  və  əhəng  daxildir.  Hasil  olunan  kaolin  və  kvarslı  qum  yerli 
tələbatı  ödəmək  məqsədilə  istifadə  edilir.  Adanın  cənubundakı  Kabo-Roxo 
burnunda duz mədənləri yerləşir. 
Ölkənin sənaye müəssisələri və məişət obyektləri üçün elektrik enerjisi əsasən 
istilik-elektrik stansiyalarında duru yanacağın hesabına istehsal olunur. Hər il yerli 
tələbatı ödəmək məqsədilə l4-15 mlrd kvt-saat elektrik enerjisi istehsal olunur. 
Puerto-Riko     zəngin     Venesuela     neftinin     ABŞ-a daşınma  yolunun 
üstündə  yerləşir.    Adanın    əlverişli  coğrafi      mövqeyindən      istifadə      edən   
amerikanın   neft şirkətləri ikinci dünya müaribəsindən sonra burada iki neftayırma   
zavodu      tikmişlər.      Ölkənin      əsas      sənaye  sahəsinə      çevrilmiş      neft      emalı   
gətirilmə    xammalına əsaslanır.     Emal    olunmuş    neft    məhsullarının    60%-i 
daxili  tələbat  üçün  istifadə  olunur,  qalan  hissəsi  isə  emal  olunaraq  ABŞ-a  ixrac 
?6 
W 
  ."«/ 


61 
 
edilir. Sənayenin digər əsas sahəsi olan kimya sənayesi əsasən tullantı xammalına 
əsaslanır.   Son  illərdə   kimya  sənayesi  daha  sürətlə inkşaf etməyə başlamış, 
kimya-formasevtika  sənayesinin      əsası      qoyulmuşdur.      Elektrotexnika      və   
maşınqayırma  sənaye  sahələri  çox  da  iri  olmayan  müəssisələrdə  yerləşir.  Onlar 
yığma sexlərinə əsaslanır. Ölkənin əsas    sənaye    rayonu    sayılan    San-Xuan-
Katanyo-Bayamon  adanın  şimal  sahillərində  yerləşir.    Burada  sənayenin        əsas    
sahələri     olan     neftayırma,     kimya, maşmqayırma, ayaqqabı,  yeyinti,  yüngül, 
tütün, şəkər və s. cəmləşmişdir. 
Adanın  cənub  sahillərinin  əsas  iqtisadi  mərkəzi  Ponse  şəhəridir.  Burada 
şəkər sənayesi, neft emalı, toxuculuq və rom istehsalı müəssisələri cəmləşmişdir. 
 Ponsedən  şərqdə  şəkər  istehsalının  digər  mərkəzi  sayılan      Quayama   
yerləşir.      Qərb      sahillərinin      əsas  sənaye  mərkəzi  Mayaquesdir.  Mayaquesdən 
şimalda yerləşən Aquadilyerdə çətir istehsalı inkişaf etmişdir. 
Puerto-Rikonun kənd təsərrüfatına yararlı torpaq sahələrinin 4∕5 hissəsi ABŞ  
monopoliyalarına    məxsusdur.  Ölkədə  kiçik  kəndli  torpaqları  çoxdur.  Kənd 
yaşayış  məntəqələrində  yaşayan  torpaqsız  kəndlilərin  sayı  getdikcə  artmağa 
başlayır. Kubadan başqa heç bir Latın Amerikası ölkəsində şəkər qamışı istehsalı 
Puerto-Rikodakı  kimi  dominant  deyildir.  Hal-hazırda  şəkər  qamışı  plantasiyaları 
daha  məhsuldar  sahil  zolağında  cəmləşmişdir.  Bu  bitkinin  əkin  sahəsi  yararlı 
torpaq  sahələrinin  təxminən  yarasını  təşkil  edir.  Kənd  təsərrüfatı  məhsulu 
dəyərinin təqribən 2∕3  hissəsi onun payına düşür.  
Şəkər  qamışı  istehsalı  üzrə  ixtisaslaşmış  fermalar  əsasən  çox  da  böyük 
olmayan qəsəbələri əhatə edir. Qəsəbədə kənd təsərrüfatı işçilərinin evləri, maşın 
və avadanlıq, həmçinin heyvanlar üçün tikililər yerləşir. Fermaların tutduğu ərazi 
adətən  90-100  hektardan  artıq  olmur.  Belə  fermaların  əksəriyyəti  əsasən  geniş 
plantasiyaları əhatə edərək iri şirkətlərə və ya iri torpaq sahibkarlarına məxsusdur. 
Orta hesabla 1 ton şəkər istehsal etmək üçün 7,5-10 ton şəkər qamışı cəlb olunur. 
Son illər orta hesabla hər il 9-10 mln. ton şəkər qamışı istehsal edilir. 
Sahil  zonasından  fərqli  olaraq  adanın  daxili  dağlıq  hissələri  kənd 
təsərrüfatının  ayrı-ayrı  sahələri  üzrə  tam  ixtisaslaşmamışdır.  Torpaq  sahələrinin 
çox hissəsini az məhsuldar otlaqlar təşkil edir. İstehsala cəlb olunan torpaqlarda isə 
tütün, qəhvə, meyvə və digər bitkilərin əkin sahələri vardır. 
İri  şirkətlərlə  rəqabətə  tab  gətirməyən  xırda  kəndli  təsərrüfatları      öz   
məhsullarını   çox   aşağı   qiymətlərə satmağa    məcbur    olur.     Buna    görə    
də    əhalinin əksəriyyəti ya sahil rayonlarına köçməyə, ya da ABŞ ərazisində   iş   
tapmaq  üçün   oraya  köçməyə   məcbur o olur. Beləliklə də, boşalmış torpaqlarda 
ABŞ  monopoliyaları  ananas  və  sitrus  bitkilərinin  iri  plantasiyalarını  yaratmağa   
başlamışlar.    Ölkədə    şəkər   qamışından başqa digər məsulların istehsalı ikinci 
dərəcəli  olmuşdur.  Son  illər  şəkər  qamışının  da  istehsal  həcmi  azalmaqda  davam 
edir.  Tütün  və qəhvə istehsalı  son  illər xeyli azalmışdır.  Bunun bir  çox səbəbləri 
vardır. Əvvəla adada istehsal olunan tütün siqar istehsalı üçün ABŞ-a ixrac edilirdi. 
ABŞ-a  ixrac  olunan  tütünün  təxminən  yarısı  Puerto-Rikonun  payına  düşürdü. 
Sonradan  bu  tütün  ixracı  xeyli  azalmış,  əksinə,  bəzi  tütün  məmulatları  ABŞ-dan 
gətirilməyə  başlamışdır.  Bu  da  sözsüz    ki,  bütün  istehsalçılarına  ciddi  zərbə 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə