Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə26/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   22   23   24   25   26   27   28   29   ...   81

52 
 
Haiti  Respublikası  Vest-Hind  subregionunda  müstəqil  dövlətdir.  Haiti 
adasının  qərb  hissəsində  və  onun  yaxınlığındakı  adalarında  yerləşir.  Şimalda 
Atlantik okeanı, cənubda Karib dənizi ilə əhatələnir. Haiti respubilkası Küləktutan 
boğaz  vasitəsilə  Kuba  dövlətindən  ayrılır.  O  şərqdə  Dominikan  Respublikası  ilə 
275 km məsafədə həmsərhədir. Dəniz sahili xəttinin uzunluğu 1771 km-dir. 
Haitinin relyefi əsasən dağlıqdır. Adanın sahillərində ensiz ovalıqlar yerləşir. 
Haitidə  alüminium  xammalı,  mis,  qızıl,  gümüş,  molibden  və  s.  faydalı  qazıntı 
ehtiyatları aşkar edilmişdir. 
Haiti  tropik  iqlim  zonasında  yerləşir.  Orta  ililk  temperatur  sahil  zonada  və 
ölkənin  paytaxtı  Port-of-Prensdə  27°C  təşkil  etdiyi  halda,  dağlarda  bu  göstərici 
l6°C-yə  qədər  enir.  Haitidə  yağıntılar  dövrü  apreldən  iyuna  kimi,  daha  sonra 
sentyabrdan  noyabr  ayına  kimi  davam  edir.  İllik  yağıntıların  miqdarı  1000-2000 
mm-dir. Payızda çox vaxt qasırğalar olur. Quayamuk  və Artabonis Haitinin ən iri 
çaylarıdır.  Burada  əsasən  qırmızı-qonur  torpaqlar  yayılmışdır.  Bitki  örtüyündə 
yarpağını tökən tropik və həmişəyaşıl meşələr əsas yer tutur. Burada palmanın bir-
neçə növünə (kral və kokos), mapu müqəddəs ağacına, antil palıdına (hündürlüyü 
30  m-ə  çatan)  rast  gəlinir.  Meşələrdə  həmçinin  qırmızı  ağac,  kampeşe  ağacı, 
palisand kimi qiymətli ağac növləri qalmaqdadır. 
Ölkənin  insan  təsirinə  məruz  qalmış  bir  çox  fauna  növləri        məhv    
edilmişdir.    Az    miqdarda    da    olsa kaymanlar, flaminqo və digər tropik fauna 
növlərinə  rast  gəlinir.  Burada  iri  məməlilərdən  aquti  və  manqust  yaşayır.  Sahil 
sularda çoxlu dəniz tısbağaları, balıqlar, krevetkalar vardır. 
Ölkə əhalisinin 90%-dən çoxu XVI-XVIII əsrlərdə Afrikadan gətirilmiş zənci 
qulların  nəsilləridir.  Haiti  əhalisinin  1%-ni  mulatlar  və  digər  etnik  qruplar  təşkil 
edir.  Ölkə  əhalisinin  85%-i  iki  rəsmi  dil  -  fransız  va  kreol  dillərində  danışır. 
Dindarların əksəriyyəti katolik (80%) və protestantlardır. Haitidə hər 1000 nəfərə 
görə təbii artım 20 nəfər təşkil edir. 
Haiti  -  respublika  dövlət  quruluşuna  malikdir.  Dövlət  və  hökumət  başçısı 
ümumsəsvermə  yolu  ilə  6  il  müddətinə  seçilən  prezident  geniş  səlahiyyətlərə 
malikdir.  Qanunverici  hakimiyyət  orqanı  6  il  müddətinə  seçilən  Milli  Məclisdir. 
İcra hakimiyyəti prezidentə məxsusdur. 1804-cü ildə müstəqillik qazanmışdır. 
Ən böyük siyasi partiyaları: Vahid hakimiyyət və İnqilabi fəaliyyət partiyası 
(1957-ci ildə yaradılmışdır). 
Haiti adasını 1492-ci ildə X.Kolumb kəşf etmiş və Espanyola adlandırmışdır. 
O  vaxtdan  Haiti  ərazisində  hindu  tayfaları  (başlıca  olaraq  aravaklar)  yaşayırdı. 
Onların  bir  qismi  oturaq  həyata  keçmiş,  digəri  isə  köçəri  həyat  tərzi  keçirərək 
ovçuluqla  məşğul  olurdular.  Haitinin  müstəmləkəyə  çevrilməsi  XVIII  əsrin 
axırlarınadək  davam  etmişdir.  XVII  əsrin  sonunda  adanın  qərb  hissəsi  Fransanın 
hökmranlığı altına keçmiş və San-Dominqo adlandırılmışdır. 
XX  əsrin  əvvəlləri  üçün  Haitidə  Amerika  kapitalının  ekspansiyası  xüsusilə 
gücləndi.  Haitinin  müstəqilliyini  «qorumaq»  pərdəsi  altında  1915-ci  ildə  ölkəyə 
ABŞ qoşunları yeridildi və əslində Haiti ABŞ-ın protektoratına çevrildi. 
 
Haiti  iqtisadi  cəhətdən  Qərb  Yanmkürəsinin  ən  geri  qalmış  aqrar  ölkəsidir. 
İqtisadiyyatda xarici, əsasən, ABŞ kapitalı üstündür (bütün kapitalın 70%-i ABŞ-a   


53 
 
məxsusdur),      iqtisadiyyatın      vacib      sahələrinə  (şəkər  istehsalı,  sizal,  boksit 
hasilatı  və  b.)  nəzarət  edir.  Dövlətə  yalnız  bir  neçə  sizal  fabriki,  daxili  hava 
nəqliyyatı, tütün və kibrit şirkətləri məxsusdur. 
Kənd təsərrüfatında iqtisadi aktiv əhalinin 74%-i çalışır və ixracat dəyərinin 
40%-ni  verir,  DMM-da  kənd  təsərrüfatının  payı  40%-dən  artıqdır.  Kənd 
təsərrüfatında başlıca  yeri əkinçilik tutur.  Kənd təsərrüfatında iri  mülkədarlıq  və 
latfundiya  qalmaqdadır.  Ölkədə  kənd  təsərrüfatına  yararlı  torpağın  1∕3-i  istifadə  
olunur.      Əsasən    ixracat    bitkilərinin  istehsalı  üzrə      ixtisaslaşmışdır.      Ölkədə   
şəkər      qamışı,      qəhvə,  pambıq,  kakao  və  sizal  becərilir.  Eyni  zamanda  daxili 
tələbat  üçün  qarğıdalı,  çəltik,  sorqo  və  lobya  becərilir.Ölkədə  heyvandarlıq 
ekstensiv xarakterlidir. 
Ölkənin  sənaye  sahələrində  iqtisadi  aktiv  əhalinin  14%-i  çalışır.  Burada 
hasilat  sənayesi  II  Dünya  müharibəsindən  sonra  yaradılmışdır.  Haitidə  başlıca 
olaraq  boksit,  duz,  mərmər  və  başqa  tikinti  materialları  hasil  edilir.  Həmçinin 
ölkədə  ixrac  üçün  geyim-paltar,  ayaqqabı,  beysbol  topu,  dərman  preparatları  və 
sadə elektron qurğuları istehsal edilir. Ölkədə daxili bazara xidmət məqsədi üçün 
yeyinti  (şəkər,  tütün  məmulatları)  və  yüngül  sənaye  sahələri  (əsasən  toxuculuq), 
sənətkarlıq  (sizal,  qırmızı  və  səndəl  ağaclarından  məmulatlar)  sahələri  inkişaf 
etdirilir. 
Ölkədə  dəmir  yollarının  uzunluğu  376  km-dir.  Ümumi  uzunluğu  4000  km 
olan  avtomobil  yollarının  600  km-i  bərk  örtüklüdür.  Haitinin  əsas  dəniz  portları 
Porto-o-Prens və Kap-Qanteyndir. 
Ölkənin  ixracatında:  qəhvə,  kakao,  şəkər,  sizal;  idxalatında:  maşın  və 
avadanlıqlar, nəqliyyat vasitələri, ərzaq, neft məhsulları başlıca yer tutur. 
Haitinin  əsas  ticarət  portnyorları:  ABŞ,  Yaponiya,  Fransa,  Kanada  və  AFR-
dir. 
 
BAHAM ADALARI BİRLİYİ 
                                                        
Sahəsi – 13,9 min km
2
 
                                                                    Əhalisi – 0,4 mln. nəfər (2005-ci il) 
                                         Paytaxtı – Nassau 
Baham  adaları  Florida  yarımadasından  cənub-şərqdə  geniş  Baham 
arxipelağında yerləşir. Arxipelaq 650-dən artıq xırda adalardan ibarətdir. Adaların 
yalnız 30-da əhali yaşayır. 
Baham  adaları  əsasən  mərcan  tipli  əhəngdaşlarından      ibarətdir.      Düzənlik  
səthə    malik      olan      adalarda  karst  relyef  formaları  geniş  yayılmışdır.  Əksər 
adaların  sahillərində      narın      qumlu      gözəl      çimərliklər      uzanır.  İqlimi  tropik 
rütubətli  olub, may ayından  oktyabr ayına kimi  yağıntılı dövrüdür. Yanvarın  orta 
temperaturu 20-23°C,   iyul   28°C-dir.    İyul   ayından   oktyabra   kimi adalarda   
tez-tez      güclü      qasırğalar      olur,      yağıntının  miqdarı  1100-1700  mm-dir. 
Çaylardan məhrum olan adalarda   çoxlu   duzlu-şor   göllər  vardır.   Yağıntıların 
karst  burulğanlarından  keçərək  yaratdığı  yeraltı  sular  ada  sakinləri  üçün  şirin  su 
mənbəyidir. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə