Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə22/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   18   19   20   21   22   23   24   25   ...   81

44 
 
Dəmir   yollarının   uzunluğu   602   km,   avtomobil yollarının uzunluğu 10 
min km-dir (5 min km-i bərk örtüklüdür).   Əsas  dəniz  portları:  Akakutel,   Kutuk 
La-Unyondır. San-Salvador şəhəri yaxınlığında beynə xalq aeroport vardır. 
Qəhvə,  pambıq,  şəkər  və  krevetkalar  ixrac  olunur.  İdxalatda  sənaye 
avadanlığı, yarımfabrikatlar, nəqliyyat vasitələri, sənaye malları, ərzaq başlıca yer 
tutur.  
Əsas     ticarəti     ABŞ,      AFR,      Yaponiya,     Mərkəzi Amerika ölkələri, 
Meksika, Venesuela ilə aparır. 
 
KUBA 
            Sahəsi -111 min km

            Əhalisi – 11,4 mln. nəfər(2008-ci il) 
            Paytaxtı – Havana 
Təbii şəraiti, təbii ehtiyataları və onların təsərrüfat cəhətdən 
qiymətləndirilməsi 
Ərazinin  94%-ni  Kuba,  qalanını  isə  onu  əhatə  edən  xırda  adalar  təşkil  edir.  
Bu  adalardan  çoxu  mərcan  mənşəlidir,        ən        böyüyü      Xuventud        adasıdır.    
Sahil  xəritələrində  riflərin  olması  gəmilərin  sahilə  yan  almasını  çətinləşdirir. 
Adanın  relyefi  əsasən  təpəli  düzəniklərdən  təşkil        olunmuş,        cənub-şərqində   
nisbətən        hündür  Seyerra-Maestra      dağları      yerləşir.      Tropik      və      passat 
küləkləri  ada  iqliminin  formalaşmasında  mühüm  rol  onayır.  Yanvar  ayının  orta 
temperaturu 22,5° C, iyul ayınınkı    isə    27,8°C-dir.    İllik    yağıntının    miqdarı 
düzənlik  ərazilərdə    1000-1200  mm,  dağlıq  ərazilərdə  isə  2000  mm-dək  artır. 
Temperaturun  illik  amplitudunun      azlığı,      günəş      radiasiyasının      bolluğu      il   
ərzində  mütəmadi  olaraq  bitkilərin  vegetasiyası  üçün  əlverişli  şərait  yaradır. 
Əraziyə  düşən  yağıntı  ilin  isti  dövrünə,  yəni  tropik      hava      kütləsinin   
rütubətlənərək      əraziyə  gətirdiyi  dövrə  təsadüf  edir.  Ölkənin  əlverişli  aqroiqlim 
ehtiyatları        bir        çox        kənd        təsərrüfatı        bitkilərinin,  xüsusilədə,      şəkər   
qamışının   inkişafı   üçün   olduqca əlverişlidir. Ərazinin çox hissəsində məhsuldar 
qırmızı və tünd-qonur torpaqlar yayılmışdr ki, bu da yüksək aqrotexniki qaydaların 
tətbiq  edilməsi  ilə  əlaqədar  ildə  2-3  dəfə  məhsul  götürməyə  imkan  verir. 
Bütövlükdə  Kubanın  aqroiqlim  ehtiyatları  müxtəlif  kənd  təsərrüfatı  bitkilərinin   
istehsalını      genişləndirməyə      imkan      verir.  Ada      ərazisində      çayların      çox   
olmasına   baxmayaraq onlar qısa və az suludur. İlin isti aylarında onlardan yalnız 
suvarmada istifadə edilir.  
Ölkə  ərazisində  kifayət   qədər   mineral   resurslar vardır. Onlardan nikel 
ehityatına görə dünyada ikinci istehsalına görə isə üçüncü yeri tutur. Bundan əlavə 
kobalt,  manqan,  dəmir  filizi,  mis,  xrom,  asbest,  daş,  duz,  fosforitlər  və  tikinti 
materialları  da  sənaye  əhəmiyyətlidir.  1984-cü  ildə  ölkənin  qərbində  perspektivli 


45 
 
neft və   təbii   qaz   ehtiyatları   aşkar   edilmişdir.   Əsasən dağətəyi və dağlıq 
ərazilərdə,  ümumi  ərazinin  15%-ı  təşkil  edən  meşələrdə  qiymətli  ağac  növləri 
vardır. 
Bütövlükdə ölkənin təbii sərvətlərindən səmərəli istifadə etməklə sənayenin 
ayrı-ayrı  sahələrini  inkişaf  etdirmək  olduqca  əlverişlidir.  Lakin  ölkədə  iqtisadi 
böhran,  blokada  şəraiti  və  xarici  investisiyanın  az  cəlbi  onu  inkişaf  etdirməyə 
qoymur. 
Əhalisi, əmək ehtiyatları və məskunlaşma formaları. 
İnzibati ərazi bölgüsü 
Vest-Hind  ölkələri  qrupuna  aid  olan  Kuba  1492-ci  ildə        X.Kolumb    
tərəfindən        kəşf       olunmuş,         ispan  konkistadoru        D.Velaskes        tərəfindən     
1511-ci        ildə  tamamilə      işğal      olunmuşdur.      Adanın      bütöv      ərazisi  İspan   
kralının   mülkiyyəti   elan   edilərək   qəsbkarlar tərəfindən bölüşdürüldü.  İspanlar 
digər  müstəmləkələrində  olduğu  kimi  Kubaya  da  şəkər  qamışı  gətirərək  onun    
plantasiyalarını   yaratdılar,    Adanın    əlverişli coğrafi mövqeyi, təbii şəraiti və 
aqroiqlim  ehtiyatları  şəkər  qamışı  istehsalını  sürətləndirdi.  Bu  vaxtlar  istər  İspan 
bazarında,    istərsə  də  dünya  bazarında  şəkərə  olan  tələbat  getdikcə  artırdı. 
İspaniyadan köçüb gələn əhali   (kreollar)   yerli   tayfalar   və   zəncilərlə   qarışıb 
mulatları,   metisləri  əmələ  gətirirdi.   Artıq  XVII-XVIII əsrlərdə   Kuba  və Vest-
Hindin   ən   iri   şəkər   qamışı istehsalçısına    və    ixracatçısına    çevrilmişdi.     
Lakin  ölkənin      iqtisadi      vəziyyəti      yaxşılaşmır,        mədənlərdə,  plantasiyalarda   
dözülməz   vəziyyətlər   əhali   arasında zidiyyətlərə,   üsyanlara  səbəb  olurdu.   
Ölkədə    ardı-arası  kəsilməyən  etirazlar,  üsyanlar  nəhayət  1886-cı  ildə  köləliyin 
ləğvinə  və  kapitalizmin  inkişafına  səbəb  oldu.  1898-ci          ildə          gərginləşmiş     
İspaniya-Kuba  münsibətlərinə    müdaxilə     edən   ABŞ   bir   neçə    ay ərzində 
Kuba  ərazisində  olan  ispan  ordularını  məğlub  edərək        İspaniya        ilə        Kuba    
münasibətlərinə        dair  müqavilə  imzalayır.  Bu  müqaviləyə  əsasən  Kuba  ABŞ-ın 
köməyi  və  nəzarəti  altında  müstəqil  inkişaf  etməyə  başlayır.      1959-cu      ildə   
F.Kastro      Rusun      başçılığı      ilə  Kubada  inqilabi  hökumət  yaradılır  və  ölkədə 
sosialist dövlətinin əsası qoyulur. 
Müasir Kuba əhalisinin formalaşmasında ispanlar, hindular, zəncilərlə yanaşı 
haitililər,  çinlilər  və  digər  xalqlar  da  iştirak  etmişdir.  Latın  Amerikasının  digər 
ölkələri  kimi  Kubada  da  əhalinin  təbii  artımı  yüksəkdir.  Hazırda  əhalinin  artımı 
əsasən  təbii  yolla,  getdiyindən  kişilərin  qadınlara  nisbətən  miqdarı  artıqdır.  XX 
əsrin  30-cu  illərindən  başlayaraq  Kubaya  köçüb  gələnlərin  sayı  azalmış,  lakin 
ölkədaxili  miqrasiyalar  artmışdır.  Bu  da  urbanizasiya  səviyyəsinin  artması,  kənd 
təsərrüfatında  çoxukladlılıq,  yeni  sənaye  mərkəzlərinin  yaranması,  limanların  və 
xidmət sahələrinin artması ilə əlaqədardır. Ölkədə urbanizasiyanın səviyyəsi 70%-
dir.  Əhalinin  (şəhər  əhalisinin)  əksəriyyəti  Havana,  Santyaqo-de-Kuba, 
Kamanquey, Olkin, Santa-Klara, Quantanamo, Matansas, Syenfuyeqos, Pinar-del-
Rio  və  Bayamo  şəhərlərində  cəmləşmişdir.  Ölkə  əhalisinin  20%-ni  ö zü nd ə 
cəmləşdirən  Havana  həm  paytaxt,  mədəni  mə rk ə z,   həm  də  mühüm  sənaye 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə