41
Belizin sənayesi zəif inkişaf edir və meşə materialları və kənd təsərrüfatı
xammalı emalına əsaslanır. Şəkər istehsalı, sitrus bitkilərdən şirə və konservlər
istehsal olunur. Sənaye və tikinti ümumi məhsulun 27%-ni verir. Əsas sənaye
mərkəz - Beliz şəhəridir ki, burada bir neçə yeyinti və ağacemalı sənayesi vardır.
Şimalda Korasal və Orınc-Uolk şəhərləri yaxmlığında iki şəkər zavodları yerləşir,
Sann-Krik şəhərində isə sitrus meyvələri emal edən fabrik yerləşir. Beliz şəhəri
yaxınlığında SES işləyir (Beliz çayı üzərində qurulmuşdur). Ölkədə turizm inkişaf
edir.
Dəmir yolları yoxdur. Avtomobil yollarının ümumi uzunluğu 2710 km-dir
(500 km-i bərk örtüklüdür). Əsas dəniz portu Beliz-Siti şəhəridir. Aeroportu var.
Ölkə şəkər, şəkər xammalı, dəniz məhsulları, sitrus meyvələri, meyvə
konservi, qiymətli ağac və s. ixrac edir. İdxalatı: maşınlar və nəqliyyat avadanlığı,
ərzaq, sənaye malları, yanacaq, kimya məhsulları, əczaçılıq (dərmanlar)
məhsullarıdır. Pul vahidi – Beliz dollandır.
Ticarəti əsasən - ABŞ, Böyük Britaniya, Kanada, Yamayka, Meksika,
Niderland və Vest-Hind dövlətləri ilə həyata keçirilir.
EL-SALVADOR RESPUBLİKASI
Sahəsi —
21,4 min km
2
Əhalisi —
6,6 mln. nəfər (2008-ci il)
Paytaxtı —
San-Salvador
El-Salvador Respublikası - Mərkəzi Amerikada dövlətdir. Qərbdən və şimal-
qərbdən Qvatemala (203 km), şərqdən və şimaldan (342 km) Honduras ilə
həmsərhəddir. Cənubda isə Sakit okeanla əhatələnir. Sərhədlərinin ümumi
uzunluğu 545 km, sahil xəttinin uzunluğu 307 km-dir.
Ölkə ərazisinin çox hissəsini hündürlüyü 600-700 metr olan yayla təşkil edir.
Yaylanın şimal və cənub kənarında fəaliyyətdə olan vulkanlar ilə yanaşı tez-tez
zəlzələlər baş verir. Ölkənin şimal hissəsi tektonik çökəklikdir. Sakit okean sahili
boyunca ovalıq (eni 10-30 km) uzanır. Əsas təbii resurslarına neft, təbii qaz, qızıl,
gümüş, mis, sink, kükürd və başqalarını misal göstərmək olar.
Ölkənin ərazisi tropik iqlim qurşağında yerləşir. Orta aylıq temperatur 21-
27°C, illik yağıntının miqdarı 600-2500 mm-dir. Ən iri çayı Lempadır. Ərazisində
çoxlu vulkanik mənşəli göllər vardır. Əsasən qəhvəyi, qırmızı-qonur dağ torpaqları
yayılmışdır. Sakit okeanı sahilində palıd-şam meşələri yerləşir. Salvadorda bir
neçə min unikal balzam ağacları bitir. Digər qiymətli ağac növlərindən ispan şamı,
sarı ağac, qırmızı ağac və s. göstərmək olar.
Ölkənin heyvanat aləmi müxtəlif və zəngindir. Burada tapir,
qanşqayeyən, zirehlilər, enliburun meymun, yarasa, goreşən, yaquar,