42
puma, antilop, sürünənlərdən kərtənkələ, bir neçə növ zəhərli ilanlar, gəmiricilər,
çoxlu quşlar və həşəratlar yaşayır.
Əhalisi. Salvador mərkəzi Amerikada əhalisi ən sıx olan ölkədir. Əhalinin
89%-ni metislər, 10%-ni hindular, 1%-ni isə avropalılar təşkil edir. Rəsmi dil -
ispan dilidir. Əhalinin 75%-i katolik dininə etiqad edir. Hər min nəfərə görə təbii
artım isə - 26,2 nəfərdir. Şəhər əhalisi təqribən 50%-dir. İri şəhərləri: San-Salvador
(1 mln. nəfər), Santa-Ana, San-Migel və s.-dir. Fəal əhalinin 40%-i kənd
təsərrüfatında çalışır (meşə və balıqçılıq təsərrüfatı da daxil olmaqla). Orta həyat
ömrü: kişilər üçün 65 il, qadınlar üçün 70 ildir.
Ölkənin paytaxtı - San-Salvador şəhəri dövlətin əsas iqtisadi və
mədəniyyət mərkəzidir. Dəmir və avtomobil yolları qovşağıdır. Amakas çayı
vadisində, San-Salvador vulkanının ətəyində, dəniz səviyyəsindən 700 m
hündürlükdə yerləşir. Ölkənin sənaye məhsulunun 1/4-indən çoxunu San-
Salvadorun sənaye müəssisələri verir. Şəhərdə toxuculuq, yeyinti və metal emalı,
gön-dəri-ayaqqabı, sement, metallurgiya, neftayırma, istilik elektrik stansiyaları
işləyir.
Şəhərdə çoxlu tarixi-memarlıq abidələri vardır.
Ölkənin ikinci böyuk şəhəri Santa-Anadır, eyni adlı departamentin inzibati
mərkəzidir. Dəmir yolu və avtomobil yolu qovşağıdır. Əhalisi 200 min nəfərdən
çoxdur. Qəhvə yetişdirilən rayonun mərkəzidir. Şəhərdə yeyinti, toxuculuq, dəri və
ağac emalı sənayesi vardır. İnzibati cəhətdən ölkə 14 departamentə bölünür.
Salvador respublikadır. Dövlət başçısı 5 il müddətinə seçilən
prezidentdir. İcra hakimiyyətini prezident və onun təyin etdiyi nazirlər həyata
keçirir. Salvadorun ərazisi qədimdən hindu tayfaları (əsasən mayya)
tərəfındən məskunlaşmış və Kuekatları adlanmışdır. 1523-cü ildə Alvarado
başda olmaqla konkistadorlar Salvador ərazisini işğal etdilər və onu
Salvador adlandırdılar. 1525-ci ildə San-Salvador şəhərini, 1528-ci
ildə isə Sansonate şəhərinin bünövrəsini qoydular. 1560-cı ildən Salvador
Qvatemala general-kapitanlığının tərkibinə daxil edildi. İspaniyanın Amerikadakı
müstəmləkələrinin istiqlaliyyət uğrundakı müharibəsi (1810-1826) gedişində 1821-
ci il sentyabnn 15-də Qvatemala general-kapitanlığı müstəqillik əldə etdi. Lakin
Salvador yalnız 1841-ci ildə istiqlaliyyət qazandı.
İqtisadiyyatın əsas bölməsi olan kənd təsərrüfatı ÜDM-un 25%-ni təmin
edir. Emal sənayesinin payı 20%, nəqliyyat və rabitənin 5, xidmət sahələrinin payı
50%-dir.
Salvadorun iqtisadiyyatında xarici kapital (əsasən ABŞ) mühüm yer tutur.
Xarici kapital praktiki olaraq dəniz, dəmir yolu və hava nəqliyyatının, rabitənin və
elektrik enerjisinin paylanmasına nəzarət edir.
Kənd təsərrüfatı ishehsalında təsərrüftın iki əsas: kapitalist əmtəə və xırda
natural qrupu fərqlənir. Kapitalist təsərrüfatları - pambıq, heyvandarlıq, qəhvə,
jenşen, şəkər qamışı plantasiyaları - yerli iri və orta mülkədarlara məxsusdur.
Onların təsərrüfatlarında, xüsusilə pambıqçılıqda torpağın yeni becərmə və
suvarma metodları, heyvandarlıqda isə müasir texnika tətbiq olunur.
43
Ölkə ərazisinin 2/3 hissəsindən kənd təsərrüfatında istifadə edilir. Əsas
ixracat bitkiləri: qəhvə, pambıq və şəkər qamışıdır. Salvadorun əsas ərzaq bitkiləri
olan çəltik, qarğıdalı, paxla, sorqo və başqalan əsasən kiçik təsərrüfatlarda
yetişdirilir.
Ölkənin başlıca kənd təsərrüfatı bitkisi qəhvədir. İxracat həcminin 45%-i
onun payına düşür. Qəhvə yığımının yarısı Santa-Ana, Auarapan, Sonsonate, la-
Libertod və Usulutan departamentlərinin payına düşür.
Salvadorda əhəmiyyətinə görə ikinci ixracat bitkisi - pambıqdır. Vaxtilə
pambığın məhsuldarlığına görə Misiri və ABŞ-ı ötüb keçmişdi, lakin 70-ci illərin
axırlarında dünya bazarında pambığın qiymətinin aşağı düşməsi onun əkin
sahələrinin və istehsalının azalmasına səbəb oldu.
Ölkənin vacib ixracat bitkilərindən biri də şəkər qamışıdır. İstehsal olunan
şəkərin yarısını ABŞ alır. Digər ixracat bitkiləri jenşen, küncüt və s. yerli tələbat
üçün kakao, meyvə, tərəvəz və s. yetişdirilir.
Heyvandarlıq ekstensiv xarakter daşıyır. Onun əsas rayonları Lempa çayının
orta axınındakı savannalar və ölkənin şimal hissəsidir.
Ölkədə 1,5 mln baş iri buynuzlu mal-qara, 450 min baş donuz vardır. Mal-
qaranın məhsuldarlığı aşağıdır. Krevet ovlanması və ixracatı artmışdı. Ölkədə hər
il xeyli balıq ovlanır.
Meşə təsərrüfatı ölkənin iqtisadiyyatında elə də böyük rol oynamır.
İkinci dünya müharibəsinə qədər sənaye əsasən manufaktur və kustar xarakter
daşıyırdı. 50-60-cı illərdə yeni nisbətən iri sənaye müəssisələri yarandı və sənaye
istehsalı artmağa başladı. 60-70-ci illərdə sənaye məhsulunun orta illik artım sürəti
Salvadorda bütövlükdə Latın Amerikasına nisbətən 2 dəfə artıq idi. Mərkəzi
Amerikada Salvador nisbətən sənaye cəhətdən inkişaf edən dövlətdir. Onu hərdən
«Mərkəzi Amerikanın Ruru» adlandırırlar.
Ölkədə hasilat sənayesi o qədərdə inkişaf etməmişdir. Minas-San-Kristobal,
Los-Enkuentros, Monte-Kristo, Santa-Rosa-de-Limada qızıl və gümüş
hasil edilir. San-Sebastyan mədənində az miqdarda sink, qurğuşun və mis filizi
çıxarılır.
Salvadorda mineral yanacağın olmaması ilə bağlı hidrogenerjinin istifadəsinə
xüsusi fıkir verilir. Akakutla şəhərində neftemalı və böyük sement zavodları
vardır. Ölkədə polad, prokat və avtomobilyığma, sement və azbes-sement
məmulatları, kabel, alüminium məmulatları, mis naqil, gündüz işıq lampaları,
televizorların yığımı, kimya sənayesi müəssisələri, o cümlədən kükürd turşusu,
plastik kütlə istehsal edən zavodlar fəaliyyət göstərir.
Lakin böyük müəssisələrin əksəriyyəti, xarici kapitalın iştirakı ilə tikilmişdir.
Ən əsası isə bir neçə böyük sənaye müəssisələri salvador sənayesinin ümumi
radikal strukturunu dəyişdirə bilməmişdir. Onun əsas sahələri əvvəllərdə oldugu
kimi qida məhsulları, parçalar, geyim, ayaqqabı, tütün məmulatları və digər geniş
istehlak mallarının istehsalı və sairdir.
Sənaye müəssisələri ölkədə qeyri-bərabər yerləmişdir. Bütün böyük
müəssisələrin 80%-i San-Salvador rayonunda yerləşir.
Dostları ilə paylaş: |