Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə19/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   15   16   17   18   19   20   21   22   ...   81

38 
 
Əhali əsasən (96%) metislərdən və avropalılardan (əsasən ispanlardan), kiçik 
bir  hissəsi  -  qara  afrikalılardan  və  hindulardan  ibarətdir.  Hər  1000  nəfərə  görə 
doğum - 25 nəfər, ölüm - 5 nəfər, təbii artım isə 20 nəfərdir. 
Rəsmi  dil  -  ispan  dilidir.  Katolik  dininə  əhalinin  95%-i  etiqad  edir.  İqtisadi 
fəal  əhali  1  mln.  nəfərdir.  Onun  45%-i  kənd  təsərrüfatında  çalışır.  Əhalinin  3∕4
 
hissəsi Mərkəzi platoda yerləşir.  
Ölkədə  əhalinin  55%-i  şəhərlərdə  yaşayır.  Əsas  inzibati,  siyasi,  maliyyə  və 
mədəni  mərkəzi  -  paytaxtı  San-Xose  şəhəridir.    Şəhərdə  1  mln-dan  artıq  əhali 
yaşayır.  San-Xose  şəhərinin  bünövrəsi  1737-ci  ildə  qoyulmuşdur,  lakin  1837-ci 
ildən,  yəni  yüz  ildən  sonra  bu  şəhər  paytaxt  olmuşdur.  San-Xose  şəhəri  geniş 
çökəklikdə yerləşir. Şəhər şosse və dəniz yolları vasitəsilə ölkənin bütün rayonları 
ilə əlaqə saxlayır. 
Kosta-Rika  ərazisində  qədim  dövrlərdən    müxtəlif  hindu  tayfaları 
məskunlaşmışdır.  Kosta-Rikanı  1502-ci  ildə  X.Kolumb  kəşf  etmiş  və  Nuevo 
Kartaqo  (Yeni  Karfagen)  adlandırmışdır.  Kosta-Rika  adı  ona  1540-cı  ildən  sonra 
verilmişdir.  1513-cü  ildən    Kosta-Rikanın  işğalına  başlayan  ispanlar  hindu 
tayfalarının  əksəriyyətini  qırdılar.    1560-cı  ildə  Kosta-Rika  ərazisi  Qvatemala 
general-kapitanlığına daxil  edildi.  Feodal-təhkimçilik münasibətləri bərqərar  oldu. 
İspaniyanı  Amerikadakı müstələkələrinin istiqlaliyyət uğrunda müharibəsi (1810-
1826-cı illər) dövründə Kosta-Rika  əhalisi də azadlıq mübarizəsinə qalxdı. 1821-ci 
il  sentyabrın  15-də  Kosta-Rika  müstəqil  dövlət  elan  olundu.  1823-cü  ildə  isə 
Mərkəzi  Amerikada  Birləşmiş  Əyalətlər  Federasiyasına  daxil  edildi.  1838-ci  ildə 
Kosta-Rika müstəqil respublika elan olundu. 
Ölkənin  tam  adı  -  Kosta-Rika  respublikasıdır.  Dövlət  quruluşu  -  prezidentli 
respublikadır.  Ölkə  7  əyalətə  bölünmüşdür.  Dövlətin  və  hökumətin  başçısı  -  
prezidentdir.  Qanunverici  hakimiyyət  –  birpalatalı  parlament  -  Qanunverici 
assambleya  ilə  təmsil  olunur.  Ən  əhəmiyyətli  və  təsiredici  siyasi  partiya  -  Milli 
Liberat partiyadır (MLP). 
Kosta-Rika - aqrar ölkəsidir. İqtisadiyyatında xarici kapital (xüsusilə ABŞ-ın) 
əsas yer tutur. 
İqtisadi  aktiv  əhalinin  37%-i  kənd  təsərrüfatın  çalışır.  Orta  və  xırda 
təsərrüfatlar  üstündür.  Ölkə  ərazisinin  16%-i  becərilir.  Kənd  təsərrüfatı  ölkə 
iqtisadiyyatının  əsasıdır.  Əsas  ixracat  bitkiləri  -  qəhvə,  banan,  kakao  istehsalına 
görə  dünyada  ilk  on  ixrac  ölkələrin  tərkibindədir.  Daxili  tələbata  görə  qarğıdalı, 
çəltik və lobya yetişdirilir. 
Heyvandarlıq  da  inkişaf  edir:  ölkədə  iri  buynuzlu  mal-qara  -  2,1  min  baş, 
donuz - 850 min baş, qoyun - 678 min baş bəslənilir. Meşə təsərrüfatı inkişaf edir. 
 Sahil sularında balıq, krevet, tısbağa ovlanılır.  
Milli  sənaye  xırda  yarımkustar  tipli  yeyinti  (qəhvə  və  kakao  emalı,  şəkər 
istehsalı), toxuculuq və gön-dəri, ayaqqabı müəssisələri ilə təmsil olunmuşdur. 
 Dağ-mədən  sənayesi  elə  də  böyük  rol oynamır. Manqan və   dəmir  filiz  
yataqları,    boksitlər,    kükürd,  civə,  qızıl,  gümüş  və  b.  faydalı  qazıntı  aşkar 
edilmişdir. Lakin yalnız qızıl və gümüş hasil edilir. 


39 
 
Elektrik stansiyaların gücünün 70%-i və elektrik istehsalının 90%-i SES-lərin 
payına düşür.  
Sənaye müəssisələri əsasən paytaxtda - San-Xosedə  
maşınqayırma,  metal  emalı,      kimya,      neftemalı,      ağacemalı,    tikinti 
materialları,  yeyinti,  toxuculuq sənaye sahələri inkişaf edir.       ; 
İkinci   böyük   şəhəri Alaxueladır   ki,   bu   şəhərdə  maşınqayırma və metal 
emalı, yüngül və yeyinti, inşaat materialları sənaye sahələri inkişaf edir. 
Gözəl dəniz çimərlikləri, çoxlu toxunulmamış təbiət mənzərəsi Kosta-Rikaya 
ildən-ilə daha da çox xarici turistləri cəlb edir. 
Dəmir yollarının ümumi uzunluğu - 950 km
 
, avtoyollar isə 15400    km-dir    
(7030    km    -    bərk  örtüklüdür).   Əsas   portları: Qolfito,   Kardera,   Moin, 
Puerto-Oimon,  Puntarenasdır.  Ölkədən  Panamerikan  şosse  yolu  keçir.      Paytaxt 
yaxınlığında  beynəlxalq aeroport  yerləşir. 
Kosta-Rika   qəhvə,    banan,    şəkər,    ət,    tərəvəz, konserv  və  b.   ixrac 
edir.      Xammal,      sənaye      malları,  nəqliyyat  vasitələri  və  avadanlığı,  yanacaq, 
ərzaq idxal edir. 
Xarici    ticarəti,    əsasən,    ABŞ,    AFR,    Yaponiya, Mərkəzi    Amerika,    
Qərbi    Avropa,    Meksika,    İsrail ölkələri ilə həyata keçirir. 
 
BELİZ 
                                                                             
Sahəsi – 23 min km
2
 
                                                                                           Əhalisi - 0,3 mln nəfər (2008-ci il) 
                                                                                          Paytaxtı – Belmopan
   
 
Mərkəzi        Amerikanın        şimal-şərqində        dövlətdir.  Qərbdə  və  cənubda 
Qvatemala  ilə  (sərhəddin  uzunluğu  266  km),        şimal-qərbdə      -      Meksika      ilə   
(250  km)  sərhədlənir.  Sərhədlərin  ümumi  uzunluğu  516  km-dir.  Ölkənin  ərazisi 
Yukatan  yarımadasının  şərq  hissəsində,  Karib  dənizinin  sahilindədir.  Paytaxt  – 
Belmopan şəhəridir. Beliz inzibati cəhətdən 6 mahala bölünür. 
Dövlətin çox hissəsi düzənliklərdən ibarətdir. Bəzi yerlərdə bataqlıqlar, çoxlu 
göllərdən  və  laqunlarından,    cənubda      isə      hündürlüyü        1122      m-ə      çatan   
Mayya  dağlarından  ibarətdir.   İqlimi  tropik passatdır.   Orta aylıq temperaturu 
25-27 

C-dir.  Şimali-şərqi  passat  çoxlu    yağıntılar    gətırir.      Onların  miqdarı   
şimaldan  cəranuba  artaraq  ildə    1300   mm-dən   3500   mm-ə  çatır. Ölkənin ən 
böyük  çayları  -  Rio-Ondo  və  Belizdir.  Onlar  gəmiçilik  üçün  (kiçik)  aşağı 
axarlarında yararlıdırlar. 
Ərazinin  44%-i  rütubətli  tropik  meşəllərlə  örtülüdür.  Sahil  boyu  manqr 
kolluqları  uzanır.  Meşələrdə  qiymətli  ağac  növləri  bitir,  bunlardan  təsərrüfat 
əhəmiyyətli makaqoni və şam ağaclarıdır. 
Belizin heyvanat aləmi müxtəlifdir. Burada enliburun meymunlar, yaquarlar, 
zirehlilər,  böyük  kərtənkələ  -  iquanlar  və  b.  heyvanlar  yaşayır.  Çoxlu  quşlar,  o 
cümlədən tutuquşular və balaca kalıbrilər vardır. Ölkənin sahillərində dəniz suları 
balıq, xərçənglər və tısbağalar ilə zəngindir. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə