Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə16/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   12   13   14   15   16   17   18   19   ...   81

32 
 
Ondan    cənubda    ölkənin    geniş    yayla    hissəsi  yerləşir.  Kənd  təsərrüfatı 
zonası  olan bu ərazidə seyrək  və kiçik  yaşayış  məntəqələri  vardır. Eyni zamanda 
bu  ərazidə  faydalı  qazıntılar  hasil  edilir.  Bu  rayonun  əsas  mərkəzi    -    ölkənin  
paytaxtı  Tequsiqalpa  şəhəridir. Rayonun cənub-qərbində və mərkəzində qarğıdalı, 
qəhvə, şəkər qamışı becərilir və mal-qara saxlanılır. 
Şimal-şərq  hissə  -  Maskitiya  Honduras  ərazisinin  1∕3-i  tutur.    Zəif  
mənimsənilmiş    rayondur.    Rayon  ərazisində  çox  seyrək  məskunlaşmış  əhali 
primitiv əkinçilik və meşə tədarükü ilə məşğuldur. Ərazinin geniş  meşə örtüyünə  
malik  olmasına  baxmayaraq,  meşə  təsərrüfatı  zəif  inkişaf  edir.  Yalnız  ixrac 
məqsədi üçün qırmızı ağac tədarük edilir. 
Honduras  nəqliyyat  şəbəkəsi  ilə  zəif  təmin olunmuşdur.  Ümumi  uzunluğu  
9    min    km  olan  avtomobil    yollarının  2  min    km-i    bərk  örtüklüdür.  Əsasən  
ölkənin  şimal  hissəsində  yerləşən  dəmir yollarının  uzunluğu  1780  km-ə  çatır.  
Daxili    su  yollarının  uzunluğu  465  km-dir.    Əhəmiyyətli    dəniz  portları:  Puerto-
Kartes,  Tela,  Truxiliya  və  Laseybadır.  Ölkədə  beynəlxalq  əhəmiyyətli  3  port 
fəaliyyət göstərir. 
 
 
QVATEMALA RESPUBLİKASI 
 
                                                     Sahəsi – 108,9 min km

                                                                     Əhalisi – 13 mln. nəfər (2007-ci il) 
                                               Paytaxtı – Qvatemala 
 
Qvatemala  —  Mərkəzi  Amerika  respublikaları  arasında  ən  şimalda  yerləşən 
dövlətdir. Şimalda və qərbdə Meksika ilə həmsərhədir (sərhəddin uzunluğu  - 962 
km), şərqdə Beliz ilə (266 km), cənub-şərqdə Salvadorla (203 km) və Hondurasla 
(256 km) sərhəddədir. Cənubda Qvatemala Sakit okean suları ilə, şərqdə isə Karib 
dənizinin  Honduras  körfəzi  ilə  əhatələnir.  Onun  sahəsi  Belçika,  Niderland  və 
Danimarkanın  birgə  ərazisinə  bərabərdir.  Əhalinin  sayına  görə  Mərkəzi  Amerika 
ölkələri arasında birinci yerdədir. İnzibat cəhətdən ölkə 22 departamentə bölünür. 
Qvatemala  ərazisinin  təqribən  yarısı  -  yayladır (hündürlüyü 1000-2000 m). 
Sakit  okean  sahil  boyu  ensiz  (eni  50  km)  düzənlik  yerləşir.  Ölkədə  az  miqdarda 
faydalı qazıntılar var: qurğuşun, nikel, volfram xrom, sink, gümüş, qızıl, manqan, 
neft və s. 
Ölkənin iqlimi tropik passatlı - mussonlu, kifayət qədər yumşaqdır. Orta aylıq 
temperatur  ovalıqda  23  -27°S,  yaylada  15-20°S-dir.  Dağlıq  rayondarda  orta  illik 
temperatur  10-20°S-dir.  İllik  yağıntı  şimal-şərq  yamaclarda  2500-4000  mm, 
cənub-qərbdə 2000 mm-ə qədərdir. 
Ölkənin  dağ  çayları  sürətlə  axır,  göllərin  gözəlliyi  isə  xalq  mahnılarında 
oxunur. Yayladan axan çaylar Karib və Sakit okean hövzəsinə aiddirlər. 
Ən  böyük  çayı  Usumasintadır.  Onu  çox  vaxt    Mərkəzi  Amerikanın  Nili 
adlandırırlar.  Meşə  axıdılmasında  istifadə  olunur.  Qvatemalanın  təsərrüfat 


33 
 
əhəmiyyətli  çayları:  Motaqua,  Poloçik,  Rio-Dulse  və  Sapstundur.  Onların  hamısı 
Karib dənizinə tökülür. 
Qvatemalanın  gölləri  çoxdur  və  onlar  çox  gözəl  və  cazibədardırlar.  İsabal, 
Atitlan, Amatitlan, Qnika, Ateskatempa və Peten-İtsa göllərinin sahillərində yerli 
əhali istirahət edir. 
Ərazinin    yarıya    qədəri    həmişəyaşıl    meşələrlə  örtülüdür.  Bütün  Mərkəzi 
Amerikada Qvatemala florasının zənginliyi ilə fərqlənir. Xüsusilə endemik bitkilər 
çoxdur. 
Qvatemalanın meşələrində çoxlu miqdarda ekzotik tropik heyvanları görmək 
olar. Ölkədə 2000 növ quşlar vardır. Çaylarda - kaymanlar, lamantin, piranya və b. 
yaşayır. 
Əhalinin  55%-i  hindulardır,  qalanları  (44%)  ispan-dilli  metislərdir,    1% 
avropalılar vardır.  Əhalinin orta sıxlığı  hər  1  km
2
-də  100  nəfərdir.  Hakim  din 
-  kuiolizimdir  (əhalinin  70%-i),  protestantların  da  sayı  artır.  Rəsmi  dil-  ispan, 
həmçinin yerli hindu dialektləri yayılmışdır.  Hər  1000 nəfərə görə doğumun sayı 
34 nəfər,  ölənlərin sayı 7 nəfər,  təbii artım - 27 nəfər təşkil edir. 
İşləyən  əhalinin  60%-i  kənd  təsərrüfatında,  qalanı  sənaye,  ticarət  və  b. 
sahələrdə çalışır. 
 
Qvatemala -  respublikadır. Ölkə 22 departamentdən ibarətdir. Dövlət başçısı 
– prezidentdir. O, hökuməti təyin  edir. Qanunverici hökumət birpalatalı parlament 
ilə  təmsil  olunur  -  Milli  Konqress.    Ən    böyük  siyasi  partiyalar:  Milli  Mərkəz 
İttifaqı (MMİ), Qvatemala Əmək partiyasıdır (QƏP). 
1523-cü    ildə    başda    Pedro-de-Alvareş  olmaqla  ispa    konkistadorları  
Qvatemala ərazisinə  soxularaq Hindu tayfaları arasındakı düşmənçilikdən istifadə 
edib  yerli  əhalinin  müqavimətini  qırmağa  və  Qvatemala  ərazisini    tutmağa    nail  
oldular.  Bir  çox  hindu  tayfası, demək olar ki, tamamilə məhv edildi. Qvatemala 
İspaniyanın  müstəmləkəsinə  çevrildi.  Metropoliyanın    hökmranlığı  Qvatemalada 
məhsuldar  qüvvələrin  inkişafını  ləngitdi.  Qvatemalada  azadlıq  hərəkatının 
inkişafına  İspaniyanın  Amerikadakı  müstəmləkələrinin    istiqlaliyyət  uğrunda 
mübarizəsi (1810-1826-cı illər) böyük  təsir  göstərdi.  1821-ci  il sentyabrın 15-də 
Qvatemala  şəhərinin  kreol  əhalisinin  Nümayəndələr  Məclisi  Qvatemalının 
istiqlaliyyəti barədə bəyannamə qəbul etdi. 
Qvatemala bir sıra diktatura və dövlət çevrilişlərinin həyatını görüb keçmişdi. 
Nəhayət,  1985-ci  ildə  ölkədə  ilk  azad  seçkilər  aparıldı  və  hakimyyətə  mülki 
hökumət gəldi. 
Qvatemala geridə qalmış aqrar ölkəsidir, onun iqtisadiyyatı ABŞ kapitalından 
güclü surətdə asılıdır. 
Becərilən torpaqlann 3∕4-ü mülkədarların və xarici şirkətlərindir. Orta və xırda 
təsərrüfatların payına torpaqların cəmi 14%-i düşür. Ölkədəki plantasiya bitkilləri 
əkin  sahəsinin  təqribən  1/3-ni  tutur  və  ümumi  məhsulun  yarısından,  ixracat 
məhsulunun  9/10-dan  çoxunu  verir.  Əsas  ixracat  bitkisi  qəhvə  və  pambıq,  şəkər 
qamışı və banandır, həmçinin efir yağlı bitkilər, tütün, ərzaq bitkilərdən qarğıdalı, 
çəltik, kartof, müxtəlif tərəvəz yetişdirilir. 
Kənd təsərrüfatı məhsulları ixracat gəlirinin 2/3-ni verir. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə