Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə24/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   20   21   22   23   24   25   26   27   ...   81

48 
 
Burada  il  ərzində  hər  hektardan  orta hesabla     50-52     tona     qədər     məhsul     
götürmək mümkündür. Hal-hazırda şəkər qamışı plantasiyaları 1,7 mln. ha sahəni 
əhatə edir. Bu bitkinin becərilməsi, doğranması  ilə  əlaqədar  mürəkkəb  və  çox  
zəhmətli əməliyyatlar    mexanikləşdirilmişdir.     Kubanın    kənd təsərrüfatının,     
eləcə     də     bütün     iqtisadiyyatının nüvəffəqiyyətli    inkişafı    şəkər    qamışı    
istehsalının  gələcək   artımından    bilavasitə   asılıdır,   çünki   onun ixracından 
gəlir  hesabına  ölkə  üçün  zəruri  olan  xeyli  maşın,      avadanlıq      və      başqa   
məhsullar      alınır.      Hal-hazırda  ölkənin  milli  gəlirinin  formalaşmasında  onun 
xüsusi çəkisi çox böyükdür. 
Kubanın kənd təsərrüfatında tütünçülüyün də əhəmiyyəti böyükdür. Həcminə 
görə ölkədən ixrac olunan kənd təsərrüfatı məhsulları arasında o üçüncü yeri tutur. 
Ölkədə  tütün  yetişdirilməsinə  XVII  əsrdə  başlanmışdır.  Onun  ixracatı  isə  XIX 
əsrin  birinci  rübünə  təsadüf  edir  ki,  bu  da  dünya  bazarında  tütünə  olan  ehtiyacın 
sürətlə  artması  ilə  əlaqədar  idi.  Çox  yüksək  keyfıyyətli  Kuba  tütününün  alıcısı 
çoxdur,  belə  ki,  bu  tütünün  başqa  tütündən  fərqi  ondadır  ki,  onun    tərkibində 
nikotinin faizi bir qədər az, dad keyfiyyəti isə çox yaxşıdır. Tütünçülük çox gəlirli, 
lakin ağır zəhmət tələb edən bir sahədir. Respublikanın bütün rayonlarında  sitrus
 
bitkiləri 
plantasiyaları yaradılmışdır. Xuventud adasındakı, Syenfuyeqas 
 Matansas portlarına yaxın zonalardakı plantasiyaların xüsusi əhəmiyyəti vardır. 
Kubanın  kənd  təsərrüfatında  qəhvə  becərilməsi  də  mühüm  yer  tutur.  Qəhvə 
plantasiyaları ölkənin dağlıq hissələrində daha geniş sahələri əhatə edir. Toplanmış 
məhsulun çox hissəsi yerli ehtiyacı ödəyir, az bir hissəsi ixrac olunur. 
Ərzaq bitkilərindən ən geniş yayılanları çəltik va kökümeyvəlilərdir. Çəltiyin 
becərilməsinə  xüsusi  diqqət  yetirilir.  Bu  bitki  əsasən  Kauto  çayı  hövzəsinin  və 
Pinar-del-Rio əyalətinin suvarılan torpaqlarında becərilir. Qarğıdalı  və sorqo kimi 
dənli  bitkilər  əsasən  yem  bitkiləri  kimi  yetişdirilir.  Yağ  verən  bitkilərdən  kakos 
palması, lifli bitkilərdən kənaf əkini üstünlük təşkil edir. Ölkənin aqroiqlim şəraiti 
bostan bitkilərinin və tropik meyvəçiliyin inkişafı üçün də çox əlverişlidir. 
Əvvəllər  Kubada  heyvandarlıq  çox  zəif  inkişaf  etmişdi.  İndi  bu  kənd 
təsərrüfatının  mühüm  sahələrindən  birinə  çevrilmişdir.  Kənd  təsərrüfatı  məhsulu 
istehsalının  üçdə  biri  onun  payına  düşür.  Əsas  etibarı  ilə  təbii  otlaqlardan 
istifadəyə  əsasanan  heyvandarlıq  ekstensiv  xarakter  daşıyır.  Quraq  olmayan 
aylarda mal-qara gecə-gündüz açıq havada olur və yaxşı məhsul verir. 
Heyvandarlığın  inkişaf  etmiş  sahələrindən  biri  də  donuzçuluqdur.  İri 
şəhərlərin ətrafında cəmləşən donuzçuluq təsərrüfatlarında bir milyon başdan artıq 
donuz  saxlanılır.  Bu  sahənin  inkişafı  əhalinin  ətə  olan  ehtiyacının  xeyli  hissəsini 
ödəyir. Kubanın ən böyük heyvandarlıq rayonları şərq və mərkəz əyalətləridir. Bu 
əyalətlərdə  ölkənin  təbii  otlaqlarının    80%-i,  iribuynuzlu  mal-qaranın      90%-i   
cəmləşmişdir.      Əhalinin      ərzaqla  təmin  olunmasında  balıqçılığın          da     
əhəmiyyəti böyükdür.  
Əsas  müttəfiqi  olan  SSRİ  -nin  dağılmasından  sonra  ölkə  iqtisadiyyatı 
xüsusilə  də  kənd  təsərrüfatı  böhran  vəziyyətindədir.  Kənd  təsərrüfatı  məhsulu 
istehsalının  həcmi  getdikcə  azalmaqdadır.  Bitkiçiliyin  bütün  sahələri, 
heyvandarlıq isə tamamilə çıxılmaz vəziyyətdədir. 


49 
 
v) Nəqliyyatı, daxili va xarici iqtisadi əlaqələri.  
İnqilabdan  əvvəl  əsas  rabitə  yolları  əsas  rabitə  yolları  şəkər  istehsal  edən 
rayonları portlarla birləşdirirdi.İnqilabdan əvvəl Kubada ticarət donanması demək 
olar  ki,  yox  səviyyədə  idi.  İndi  ticarət  donanmasının  tonnajına  görə  Kuba  Latın 
Amerikası  ölkələri  arasında  yalnız  Braziliya  və  Argentinadan  geridə  qalır. 
Fəaliyyətdə olan 38 portun ümumi ticarət dövriyyəsi 25 mln. tona çatmışdır. Ən 
iri  portları  Havana,  Santyaqo-de-Kuba,  Mantansas,  Syefuyeqos,  Nuevitas, 
Mariyol, Quayabaldır. Ölkənin ticarət-iqtisadi əlaqələrinin həyata keçirilməsində 
xarici ticarətin əhəmiyyəti olduqca böyükdür. 
Kuba  dünyanın  bir  çox  ölkələri  ilə  ticarət  əlaqələri  saxlayır.  Əgər  inqilaba 
qədər onun ticarət dövriyyəsinin 75-80%-i ABŞ-ın payına düşürdüsə, indi əksinə, 
ABŞ-ın  xüsusi  çəkisi  azalmış,  avropa  və  digər  region  ölkələrinin  xüsusi  çəkisi 
artmışdır.  İnqilabdan  sonra  ölkənin  xarici  iqtisadi  əlaqələrində  keçmiş  SSRİ  və 
sosialist sisteminə daxil olan ölkələrin xüsusi çəkisi artmış, onlardan idxal etdiyi 
enerji  daşıyıcılar  və  digər  xammallar  hesabına  iqtisadiyyatının    ayrı-ayrı  
sahələrinin  ehtiyaclarını  ödəyirdi.  Həmin  ölkələrə  isə  şəkər,  əlvan  metallar 
(xüsusilə də nikel), sitrus meyvələri, tütün  məhsulları   ixrac   edirdi.    Sosialist   
sisteminin  dağılması      Kuba      iqtisadiyyatına      onun      xarici      ticarət  balansına     
böyük     zərbə     vurmuş,     onu    böhran vəziyyətinə gətirmişdir. 
Ölkə  ərazisinin  nisbətən  kiçik  olmasına  baxmayaraq,    onu iqtisadiyyatının    
ixtisaslaşmasına    və  inkişaf      xüsusiyyətlərinə        görə        üç        iqtisadi        rayona 
ayırmaq olar: 
Qərb  rayonuna  Havana  şəhəri,
 
Havana  vilayəti  və  Pinar-del-Rio        vilayəti    
daxildir.    Havanada    ölkənin  emaledici    və    tikinti    sənayelərinin    əsas    
sahələri yerləşdirilmişdir. 
Havana   ölkənin   ən   iri   sənaye   şəhəri   olmaqla yanaşı, iri portu, siyasi, 
mədəni  və  iqtisadi  mərkəzidir.    Şəhərin  özündə  və  ətrafında  müxtəlif  sənaye 
sahaləri  formalaşmışdır.      Havana    Latın  Amerikasında  ən  gözəl  dənizsahili 
şəhərlərindən biridir. 
Mərkəz          rayonu          əsasən          şəkər          sənayesi  və  heyvandarlıq  üzrə 
ixtisaslaşmışdır.  Rayon  böyük  əmək  ehtiyatına,  əlvan  metal  filizləri  ehtiyatlarına 
və  şəkər  qamışı        əkilmiş        münbit        torpaqlara      malikdir.        Onun  başlıca     
mərkəzləri     Santa-Klara,     Syenuyeqos Kamaqueydir. 
Şərq rayonu ölkənin ən böyük rayonudur. O, ağır sənayenin ilk növbədə isə 
nikel  istehsalının  başlıca  bazasına  çevrilmişdir.  Hazırda  şəkər  sənayesi  birinci 
dərəcəli əhəmiyyət kəsb edir. Güclü kapital qoyuluşu hesabına burada aqrar-sənaye 
kmopleksini  inkişaf  etdirmək,  ağır  sənayeni  formalaşdırmaq  mümkündür.  Şərq 
rayonunun əsas mərkəzi Santyaqo-de-Kuba şəhəridir. O, əhalinin sayına və sənaye 
istehsalına görə ölkədə ikinci mərkəzidir. 
 
DOMİNİKAN RESPUBLİKASI 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə