Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə25/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   21   22   23   24   25   26   27   28   ...   81

50 
 
 
Sahəsi – 48,5 min km
2
                                   
Əhalisi – 8,6 mln. nəfər (2007-ci il)                                                                               
Paytaxtı – Sabta-Dominqo  
İnzibati ərazi bölgüsü - 26 əyalətdən və  1  milli dairədən ibarətdir. 
Vest-Hinddə,  Haiti  adasının  şərq  hissəsində  (Böyük  Antil  adaları)  yerləşən 
dövlətdir.  Qərbdə  yeganə  quru  sərhəd  Haiti  ilə  (sərhəddin  uzunluğu  -  275  km) 
keçir. Cənubdan ölkə Karib dənizi ilə, şimaldan Atlantik okeanı ilə, şərqdən Mona 
boğazı Haiti adasını Puerto-Riko adasından ayırır. 
Dağlar  və  dağlıq  yaylalar  ərazinin  1/2-dən  çoxunu  tutur.  Ölkənin  şərqində, 
sahil boyunda və silsilələr arasında məhsuldar düzənliklər yerləşir. Qərb və mərkəz 
hissələrindən  paralel  dağ  silsilələri  keçir,  onlar  çayların  dərələri  ilə  bir-birindən 
ayrılmışlar.  Şumlanan  torpaqlar  ümurai  torpaq  fondunun  23%-ni  otlaq  və 
çəməkliklər 43%-ni, meşə və kolluqlar 13%-ni tutur. 
Əsas  faydalı  qazıntılar:  nikel,  qızıl,  gümüş,  boksit,  dəmir  filizi,  neft,  kobalt, 
titan, duz, gips və s.-dir. 
İqlimi  tropik  passatdır.  Orta  aylıq  temperatur  ovnlıqlarda  25-27°C-dir.  İllik 
yağıntı  1000-2000  mm-dir.  Tez-tez  tropik  tufanlar  olur.  Dağ  yamaclarının  çox 
hissəsi həmişəyaşıl tropik meşələrlə, nisbətən quraq rayonlar enliyarpaqlı meşələr, 
savanna və kolluqlarla örülüdür. 
Ölkənin  heyvanlar  aləmi  kasıbdır  -  tısbağa,  xırda  gəmiricilər,  quşlar, 
həşəratlar və bu cəhətdən qonşu Haitinin faunasından fərqlənmir. 
 
Domonikan   Respublikasının  əhalisi  2007-ci  ildə 8,6
 
mln nəfər olmuşdur. 
Əhalinin orta sıxlığı hər kv km-də   177 nəfərdir.   Sahillərdə   və   düzən   yerlərdə 
əhalinin  sıxlığı  orta  kəmiyyətdən  2-3  dəfə  çoxdur.  Ən  böyük  etnik  qrupu  - 
rənglilərdir  (əhalinin  73%-i)  ağlar  -  16%,  afrika  mənşəli  qaralar  isə  11  %  təşkil 
edir.  Dövlət  dili  -  ispan  dilidir.  Dinə  etiqad  edən  əhalinin  95%-i  katoliklərdir. 
Əmək qabliyyətli əhalinin yarıya qədəri kənd təsərrüfatında çalışır. 
Əhalinin 52%-i şəhərlərdə yaşayır. 
Dominikan    -    respublikadır.      Dövlət    və      hökumət  başçısı      prezidentdir.    
Qanunverici      hakimiyyət        Milli  Konqresə  (2  palatadan  -  senat  və  deputatlar 
palatasından ibarət parlament) məxsusdur.  İcraedici  hakimiyyəti prezidentin təyin 
etdiyi hökumət həyata keçirir. 
XV  əsrin    sonunadək  Haiti  adası    müxtəlif  hindu  tayfaları  tərəfindən    
məskunlaşmışdı.          1492-ci        ildə  X.Kolumb  adanı  kəşf  edərək  onu  Espanyola 
adlandırdı. Hinduların   böyük  bir  qismi   məhv  edildi.   XVI   əsrin əvvəlində    
ispanlar    burada    öziərinin    kaloniyasını yaratdılar.   1697-ci   ildə  adanın  qərb   
hissəsi      (indiki    Haiti        ərazisi)        Fransaya        verildi        və        San-Dominqo 
adlandırıldı,  şərq hissəsi isə (indiki Dominikan Respublikasının ərazisi)  İspaniya 
hökmranlığında  qaldı.  İspaniyanın  Amerikadakı  müstəmləkələrinin  istiqlaliyyiəti 
uğrunda      müharibəsi      (1810-1826-cı      illər)      gedişində  1821-ci  ildə  Santo-
Dominqo  İspaniya  ağalığından  xilas  oldu.        Lakin        1822-ci      ildə      Santo-
Dominqo      yenidən  müstəqilliyini  itirərək  adanın  qərbində  yaradılmış  Haiti 
respublikasının tərkibinə daxil edildi. Yalnız 1844-cü il üsyanı nəticəsində Santo-
Dominqo müstəqillik qazandı və Dominikan Respublikası adlanmağa başladı. 


51 
 
Dominikan  Respublikası  iqtisadi  cəhətdən  zəif  inkişaf  edən  ölkədir. 
Təsərrüfatın  başlıca  sahələri  ABŞ  şirkətlərinə  məxsusdur.  Ölkənin  xarici 
kapitaldan  asılılığı  güclənir.  Kənd  təsərrüfatının  və  sənaye  sahələrinin  çox 
hissələrində (birinci növbədə şəkər) amerika şirkəti fəaliyyət göstərir. 
İkinci   dünya   müharibəsindən   sonra   dağ-mədən sənayesinin   əhəmiyyəti   
artmağa   başlamışdır.   Onun əsası   boksit   hasilatıdır   (ixrac   üçün).    Cənub-
qərb hissədə   Haiti   ilə   sərhəddə   amerika   şirkəti   «Alkoa» boksit   hasil   edir   
(ildə      1      mln      t-dən      çox).      Ölkədə  alüminium  kompleksi  yaradılması  üçün 
kifayət  qədər  hidroenerji          resurstlarının          olmasına          baxmayaraq  çıxarılan 
boksit  xammalı  ABŞ-a  göndərilir.  Ferronikel  filizlərin  istismarına  bu  yaxınlarda 
başlanıb. ABŞ və Kanada kapitalının nəzarəti altında olan Dominikan şirkəti nikel 
hasil edir və bu filiz cənub sahildə tikilmiş kombinatda emal olunur. 
Sənaye balıqçılığın inkişafı zəifdir. 
Dəmir yollarının uzunluğu 1655 km-dir, avtomobil yollarının 12 min km-dir. 
Əsas  portları  Puerto-Plata,  Santa-Dominqo,  San-Pedro-de-Makaras,  6  böyük 
aeroport və 14 dəniz portu vardır. 
Əsas  ixracat  məhsulları  şəkər  (16%),  qızıl  və  gümüş  (11,2%),  dəmir-nikel 
konsentratı (34,7%), kakao-paxlalılar (7%), qəhvə (7,4%); maşınlar və avadanlıq, 
neft  və  neft  məhsulları  nəqliyyat  vasitələri,  tələbat  malları,  ərzaq,  tikinti 
materialları  idxal  olunur.  Əsas  ticarət  partnyorları:  ABŞ,  Venesuela,  Meksika, 
Yaponiya, AFR, İspaniya, Kanada ölkələridir. 
Ölkə iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. İqtisadi fəal əhalinin 
40%-i  kənd  təsərrüfatında  çalışır,  o  ixracat  gəlirinin  55%-ni  verir.  Əsas  ixracat 
bitkisi - şəkər qamışıdır. İxracat üçün həmçinin qəhvə, kakao, tütün becərilir. 
Heyvandarlıq ekstensiv xarakter daşıyır. 
Sənaye  zəif  inkişaf  edir.  Sənaye  əsasən  kiçik  müəssisələrlə  təmsil  olunur  - 
əsasən  kənd  təsərrüfatı  xammalının  emalı  və  istehlak  məhsulları  istehsalı  inkişaf 
edir.  Sənaye  sahəsində  iqtisadi  aktiv  əhalinin  20%-i  çalışır.  Emal  sənayesinin 
istehsal  həcminin  60%-dən  çoxu  qısa  müddətli  tələbat  mallarının,  30%-i 
yarımfabrikatların  və  3%-ə  yaxını  istehsal  vasitələrin  payına        düşür.        Yeyinti    
sənayesi    sənayenin    digər sahələrinə nisbətən yaxşı inkişaf edir (sənaye məhsul 
dəyərinin  50%-dən  çoxu).  Son  illər  kiçik  kimya  sənayesi  müəssisələri  yaradılmış 
və süni parça istehsal edən fabriklər tikilib istifadəyə verilmişdir. Ölkədə həmçinin 
toxuculuq,  meşə  sənayesi  (ağacemalı),  mebel  sənayesi  inkişaf  edir.  Bunların 
məhsulları  ancaq  daxili  bazara  göndərilir.  San-Kristobal  şəhəri  yaxınlığında  neft 
emalı zavodu işləyir. 
 
HAİTİ RESPUBLİKASI 
                                                   
Sahəsi – 28 min km

                                                                  Əhalisi – 7 mln. nəfər (2007-ci il) 
                                                     Paytaxtı – Porto-Prens 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə