Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə23/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   19   20   21   22   23   24   25   26   ...   81

46 
 
mərkəzidir.  Havana  adanın  əvvəlcə  inzibati  mərkəzi,  1902-ci  ildən  paytaxtına 
çevrilmişdir. Ölkənin idxal etdiyi məhhsulların beşdə üçü, ixrac məhsullarının isə 
dörddə bir hissəsi Havana  limanının payına düşür. O  liman şəhəri adını almaqla 
yanaşı, həm də mühüm dəmiryol, avtomobil və hava yollarının qovşağıdır. 
Kuba Respublikası inzibati cəhətdən 14 əyalətə bölünür. Ərazinin çox hissəsi 
sıx  məskunlaşmış,  yarıya  qədəri  isə  iri  şəhərləri  birləşdirən  yolun  hər  iki  tərəfi 
boyu yerləşmişdir. Ölkənin bəzi dənizsahili bataqlıq ərazilərində sıxlıq azdır.  
Kənd    əhalisinin    məskunlaşmasında    son      20    ildə  xeyli      dəyişikliklər   
olmuşdur.    1959-cu   il   inqilabına qədər kəndlilərin əsas hissəsi  bir-birindən 
xeyli  aralı  tikilmiş    sadə  komalarda  yaşayırdı.      İnqilabdan  sonra  kənd  yaşayış 
məntəqələrinin  abadlaşdırılması,  onların  hər  birinin  mənzillə  təmin  olunması 
barədə tədbirlər gönrülməyə başlamış,     məhsuldar     torpaqları zəbt etməmək    
məqsədilə   çoxmənzilli   abad    evlər   tikilib istifadəyə verilmişdir. 
Təsərrüfatının ümumi səciyyəsi 
Müstəmləkəçiliyin  ilk  mərhələsində  ispanlar  Kubada  iri  nadir  metal 
ehtiyyatları  aşkar  etməyə  ciddi  maraq  göstərir,  lakin  bunun  mümkün  olmadığını 
gördükdə  kənd  təsərrüfatını  inkişaf  etdirməyə  başladılar.  Əhalinin  əsas  hissəsi 
daha  yaxşı şərait malik  olan Havanada və  onun ətrafında məskunlaşmışdı.  Kənd 
təsərrüfatı  üçün  daha  yaxşı  şəraitə  malik  olan  çay  vadiləri,  tütünçülük  daxili 
rayonlar isə heyvandarlıqla məşğul olmağa başladı. 
Ölkə təsərrüfatının özünə məxsus xüsusiyyətləri mövcuddur. Bu ilk növbədə 
XIX əsr ərzində dünya miqyasında ancaq şəkər qamışı üzrə ixtisaslaşan bir ölkəyə 
aid  xüsusiyyətlərdir.  Şəkər  qamışı  Kuba  iqtisadiyyatında  həmişə  aparıcı  rol 
oynamış,  sənaye  və  kənd  təsərrüfatı  sahələrinin  müəyyən  dərəcədə  inkişafı  şəkər 
məhsulu  satışından  əldə  olunan  gəlir  sayəsində  müəssər  olmuşdur.  Hal-hazırda 
ölkənin  kənd  təsərrüfatında  əkinçiliyin  xüsusi  çəkisi  böyükdür.  Belə  ki,  kənd 
təsərrüfatı  məhsullarının  dəyərinin  75%-i  əkinçiliyin  payına  düşür.  Müasir 
emaledici  sənaye  sahələrinin  inkişaf  etdirilməsi  və  yeni  kənd  təsərrüfatı  istehsalı 
rayonlarının  yaradılması  xalq  təsərrüfatı  kompleksinin  səmərəliliyini  artırmış, 
xüsusilə  ölkənin  mərkəzi      və      şərq      hissələrində      məhsuldar      qüvvələrin 
yerləşdirilməsini  yaxşılaşdırmışdır.  Kənd  təsərrüfatı  iri  dövlət      müəssisələrində  
birləşdikcə   digər    sahələr  də inkişaf   etməyə    başladı.    Şəkər    istehsalı  ilə 
yanaşı tünçülük,  qəhvə, kakao, çəltik, qarğıdalı,    sorqo, bostan və digər bitkilərin 
inkişafı sürətləndi. Əvvəllər ölkədə  zəif inkişaf etmiş   heyvandarlıq,   balıqçılıq  
və digər dəniz məhsulları  istehsalı artmağa başladı. 
a) Sənayesi. 
Kuba  dünyanın  ən  iri  şəkər  sənayesi  kompleksinə  malik  ölkələrdən 
biridir. Ölkədə fəaliyyət göstərən 154 şəkər zavodu ildə orta hesabla 7-8 milyon 
ton  şəkər  intehsal  edir.  Ölkənin  dağ-mədən  sənayesinin  inkişafı  üçün  yaxşı 
imkanları vardır. Nikel filizinin ehtiyyatına görə dünyada 2-ci, istehsal həcminə 
görə  3-cü  yeri  tutur.  Bundan  başqa  ölkədə  müəyyən  qədər  kobalt,  manqan, 
dəmir filizi, mis, xromit, asbest, daş duz, fosforit, tikinti sənayesi üçün müxtəlif 


47 
 
xammal ehtiyyatları vardır. 1984-cü ildə ölkənin qərbində perspektivli təbii qaz 
və neft ehtiyyatları aşkar edilmişdir. 
Ölkənin sənəyesi şəkər qamışının  emalından alınan tullantılar əsasında mal-
qara  üçün  yem,  spirt,  sellüloz-kagız,  plastik  kütlələr  istehsalı  sahələrini 
yaratmışdır.  Ölkənin  şəkər  sənayesi  müasir  texnoloji  avadanlıqlar  həsabına  daha 
da genişlənə bilir. Lakin xalq təsərrufatının maddi - texniki bazasının zəifliyi, əsas 
müttəfiqi  olan  keçmiş  SSRİ-nin  dağılması,  ABŞ  tərəfındən  blokadaya  alınması 
hələlik  buna  imkan  vermir.      Kubanın    ağır  sənaye    sahələri    arasında    neft 
emalının  özünəməxsus  yeri    vardır.    Neft    Havana  və  Santyaqo-de-Kubada  emal 
edilir. 
Ölkənin iqtisadiyyatı üçün olduqca mühüm əhəmiyyətə malik maşınqayırma 
sənayesi  müəssisələri  vaxtilə  keçmiş  SSRİ-nin  köməkliyi  ilə  yaradılmışdır. 
Gəmiqayırma müəssisələrində balıq ovu gəmilləri istehsal və təmir edilir. Həmin 
dövrlərdə  ölkədə  rəngli  televizor,  aliminium  boru,  sellüloz-kağız  müəssisələri  də 
istifadəyə verilmişdir. Sənayenin və tikintilərin  tələbatını ödəmək üçün iri sement 
sənayesi yaradılmışdır. 
Şəkər sənayesi kimi, tütün yetişdirilməsi də keçən əsrdən ixrac əhəmiyyətinə 
malik  bir  sahədir.    Dünya  tütün  məhsulu    istehsalında    ölkənin    xüsusi    çəkisi 
böyük  olmasa  da,  keyfiyyətli    tütün  yetişdirilməsinə  görə      bütün      dünyada   
məşhurdur.      Ölkənin      yeyinti  sənaye  sahələrində  çalışanların  20%-i  tütün 
sənayesində çalışır.  Məşhur Havana siqarları Pinar-del-Rio əyalətində  yetişdirilir.   
Yeyinti      sənayesinin      digər  sahələri      içərisində      taxıl      üyütmə,      makaron,    
şərab istehsalı  sahələri də yaxşı inkişaf etmişdir.   Əvvəllər ABŞ-a faraş meyvə və 
tərəvəz  ixrac  edən,  oradan  isə  həmin  meyvə  və  tərəvəzin  konservini  idxal  edən 
Kuba,  hazırda   ancaq   konservləşdirilmiş   meyvə   və   tərəvəz ixrac edir. 
Ölkədə    yüngül    sənayeinin   əsasını    toxuculuq, tikiş,  gön-dəri  və  mebel 
sənayesi  təşkil  edir.  Ümumi  sənaye        məhsulunun          10%-ni        özündə    
cəmləşdirən yüngül sənaye hələlik ölkənin daxili tələbatını ödəmir. Yüngül sənaye 
sahələrində çalışan fəhlələrin beşdə üçu toxuculuq sənayesində çalışır. Toxuculuq 
sənayesinin ən inkişaf etmiş  sahələri  şəkəri qablaşdırmaq üçün yerli kənafdan və 
gətirilmə   cutdan hazırlanan kisələr tikən müəssisələrdir. Toxuculuq sənayesində 
çalışanların    85%-i    Havana   sənaye   kompleksinin   payına düşür. 
b) Kənd təsarrüfatı. 
Kubanın      kənd      təsərrüfatının      özünəməxsus xüsusiyyətləri vardır. Bu 
ilk növbədə XIX əsr ərzində dünya     miqyasında     ancaq     şəkər     qamışı     
üzrə  ixtisaslaşan      bir    ölkəyə      aid      xüsusiyyətlərdir.      Ölkədə  F.Kastronun   
rəhbərliyi  ilə  qələbə  çalan  xalq  inqilabından sonra becərilən torpaq sahələri iki 
dəfədən  çox  artmış,    yararlı      torpaq      sahələrinin      80%-i      sosialist 
təsərrüfatlarında cəmləşmişdir. Əvvəlki illərdə olduğu kimi   indi   də   əkinçilik   
kənd   təsərrüfatının   aparıcı sahəsidir.    Ölkənin   kənd   təsərrüfatı  məhsullarının 
dəyərinin   75%-i   əkinçiliyin   payına   düşür.   Ölkənin aqroiqlim şəraiti şəkər 
qamışı  istehsalı  üçün  olduqca  əlverişlidir.    Plantasiyaları  nəinki  düzənliklərdə, 
hətta  dağğətəyi        maili        yamaclarda        da        inkişaf        etdirmək  mümkündür.   


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə