Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə27/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   23   24   25   26   27   28   29   30   ...   81

54 
 
Adaların  bitki  örtüyü  nisbətən  kasıbdır.  Savannalar,  həmişəyaşıl  tikanlı 
kolluqlar,  xeyli  sahədə  şam  meşələri  mövcuddur.  Böyük  adalarda  -  Androsda  və 
Böyük Abakoda həmişəyaşıl meşələr qalmaqdadır. Sahil zonalarda kakos palmaları 
yayılmışdır. Adaların heyvanat aləmi çox kasıbdır,  ancaq müxtəlif quşlarla təmsil 
olunmuşdur.  Çox  vaxt  köçəri  və  üzən  quşlara,  eləcə  də  kərtənkələ  və  uçan 
yarasalara rast gəlinir. 
Əhalinin  əksəriyyəti  (85%-i)  zənci  və  mulatlardır,  avropalılar  -  əsasən 
britaniyalılar,  amerikalılar,  kanadalılar  əhalinin  15%-ni  təşkil  edir.  Rəsmi  dil  -  
ingilis  dili,  həmçinin  kreol  dili  də  yayılmışdır.  Dindarların      əksəriyyəti   
xristiandır:   batistlər   (32%), anqlikan (20%), katoliklər (19%). Hər 1000 nəfərə 
görə 19 nəfər doğulur, 6 nəfəri ölür, təbii artım 13 nəfərdir. 
Baham  adaları  Birliyi  Millətlər  birliyi  tərkibində  müstəqil  dövlətdir.  Dövlət 
başçısı  Böyük  Britaniya  kraliçasıdır;  onu  general-qubernator  təmsil  edir. 
Qanunverici  hakimiyyət  orqanı  ikipalatalı  parlamentdir.  İcraedici  hakimiyyət  baş 
nazirin başçılıq etdiyi hökumətə məxsusdur. 
Baham adalarını 1492-ci ildə X.Kolumb kəşf etmişdir. 1629-cu ildən Böyük 
Britaniyanın  müstəmləkəsi  olmuşdur.  1969-cu  ildə  daxili  özünüidarə  hüququ 
almış,  1973-cü  ildə  müstəqil  dövlət  elan  edilmişdir.  Həmin  ildə  BMT-yə  qəbul 
olunmuşdur. 
Baham  Adalarının  iqtisadiyyatında  xarici  kapital,  birinci  növbədə  ABŞ, 
Böyük Britaniya, Kanada və AFR güclü mövqe tutur. İqtisadiyyatın əsasını xarici 
turizm  tutur.  Baham  adaları  -  dünyanın  qabaqcıl  beynəlxalq  maliyyə 
mərkəzlərindən  biridir.  İşçi  qüvvəsinin  10%-i  bank  və  maliyyə-sığorta  sahəsində 
çalışır. 
İqtisadi  cəhədən  fəal  əhalinin  2%-i  çalışan  kənd  təsərrüfatı  daxili  tələbatın 
25%-ni ödəyir və ixracat dəyərinin 10%-ni verir. Kənd təsərrüfatına yararlı torpaq 
sahəsi  16  min  hektardır.  Əsas  kənd  təsərrüfatı  bitkilərindən  şəkər  qamışı,  banan, 
tomat və xiyar ABŞ-a və Kanadaya ixrac olunur. 
Sahil dənizlərdə lanqust (ixrac üçün), tunes, ustris ovlanır. Andros və Böyük 
Abako adalarında meşə tədarükü aparılır. 
Baham adaları Birliyində əczaçılıq fabriki, sement zavodu rom istehsal edən 
müəssisələr,  meyvə-tərəvəz  konserv  zavodları  və  lanqust  emalı  zavodu  fəaliyyət 
göstərir. 
Ümumi  gücü  350  min  kvt  olan  elektrik  stansiyalarında  ildə  1  mlrd  kvt.s 
elektrik enerjisi istehsal olunur. 
Baham  adalarında  dəmir  yolu  yoxdur.  Avtomobil  yollarının  uzunluğu  2400 
km-dir.  Adalarda  2  beynəlxalq  aeroport  vardır  (Nassau  və  Frinportda).  Baham 
adaları dünyada 3-cü ölkədir ki, (Liberiyadan və Panamadan sonra) ticarət gəmiləri 
çoxdur, onların' əksəriyyəti xarici gəmi sahibkarlarına məxsusdur. 
Ölkənin ixracatında: neft məhsulları, əczaçılıq sənayesi, balıq və s., idxalında: 
neft, çay, ərzaq, avadanlıq, avtomobil və b. əsas yer tutur. 
Əsas ticarət ABŞ, Kanada, Böyük Britaniya, İran, Yaponiya və b. aparır. Pul 
vahidi - baham dollarıdır. 
YAMAYKA 


55 
 
                            Sahəsi — 11 min km
2
 
               Əhalisi — 2,8 mln. nəfər (2008-ci il) 
               Paytaxtı — Kinqston 
Yamayka  Kuba adasından 140 km  cənubda  Karib dənizində  eyni adlı  adada 
yerləşən  dövlətdir.  Kuba,  Haiti  və  Puerto-Riko  ilə  birlikdə  Vest-Hindin  Böyük 
Antil  adalarına  daxildir.  Yamayka  Amerika  ölkələri  arasında  əhalisi  ən  sıx  olan 
ölkələrdən biridir (1 km
2
-ə 235 nəfər). 
Yamaykanın  çox  hissəsi  əhəngdaşlı  yayladır.  Burada  karst  relyef  forması 
geniş  yayılmışdır.  Qərbdən-Şərqə  Beu-Mauntin  qırışıq  dağları  uzanır.  Adanın 
cənub və qərb sahilboyu allüvial mənşəli ovalıqlardır. Ərazidə çoxlu vulkan izləri 
və termal bulaqlar vardır.   Burada tez-tez zəlzələ hadisəsi baş verir. 
Yağış  suları  və  çaylar  əhəngdaşlı  suxurların  yayıldığı  ərazilərdə  mağaralar 
yaratmışdır.  Adada  karst  mağaraları  dünyası  mövcuddur.  Ərazidə  300-dən  artıq 
mağara  aşkar  edilmişdir.  Atmosfer  yağıntılarının  xeyli  hissəsi  yerə  hoparaq 
mağaralarda çaylar və göllər əmələ gətirmişdir. 
Yayla boksitlə çox zəngindir. Adada boksitlərin ehtiyatı 2 mlrd. tondur, onun 
ehtiyatına  görə dünyada birinci  yerlərdən birini tutur. Başqa faydalı qazıntılardan 
xüsusilə  tikinti  materialları  istehsalı  üçün  gips  və  sement  xammalı  ilə  zəngindir. 
Ölkədə  xeyli  miqdarda  mis,  dəmir  filizi,  qurğuşun  və  kobalt  ehtiyatları  aşkar 
edilmişdir. 
Yamayka rütubətli tropik iqlimə malikdir. Orta temperatur yanvarda 24-25°C, 
iyulda 26-27°C-dir. Dağlarda isə temperatur bir neçə dəfə az olur. Daimi passatlar 
tropik  istiləri  yumşaldır.  Şimal-şərq  passatları  çoxlu  yağıntı  gətirir.  Con  Xrou 
dağlarında və Mavi dağların şimal yamaclarına ildə 5000 mm yağıntı düşür. Orta 
illik yagıntı isə 2000 mm-dir. Yamaykada yağıntı mövsümü may ayından oktyabr 
ayına kimi, quraq mövsüm isə noyabrdan aprelə kimi uzanır. 
Əsas   çayları   Blek-River   (aşağı   axını   gəmiçiliyə yararlıdır) və üzərində 
hidroelektrik  stansiyaları  qurulmuş  Planteyn-Qarden-river,  Rio-Kobre  və 
başqalarıdır. 
Əhalinin  təsərrüfat  fəaliyyəti  nəticəsində  Yamaykanın  fauna  və  florası 
əhəmiyyətli  dərəcədə  ziyan  çəkmişdir.  Avropalılar  gələnə  qədər  ada  başdan-başa 
meşələrlə  örtülü  olduğu  halda,  hazırda  meşələr  ərazinin  cəmi  28%-ni  tutur. 
Meşələrdə  ağac  növlərinin
 
tərkibi  güclü  surətdə  azalmışdır.  Tropik  meşələr  Mavi 
dağların şimal-şərq yamaclarında və yayla hissəsində qalmışdır. Adada əsasən dağ-
qəhvəyi və qırmızı-qonur torpaqlar yayılmışdır. Yamaykanın cənub-qərb və cənub 
hissəsindəki düzənliklərdə savanna bitkiləri xarakterikdir. 
Adanın  faunası  daha  güclü  zərər  çəkmişdir.  Heyvanlardan  uçan  yarasa,  ada 
dovşanı,  timsah,  tısbağa,  iquan  və  s.  çoxlu  endemik  quşlar  vardır.  Yamaykanın 
dəniz sahilləri balıq ehtiyatı ilə zəngindir. 
Əhalinin  90%-dən  çoxu  yamaykalılardır.  Ölkə  sakinlərinin  əksəriyyəti 
afrikalılardır. Metislər 15% təşkil edir. Ölkədə həmçinin avropalılar, hindistanlılar, 
çinlilər  və  b.  yaşayır.  Dövlət  dili  ingilis  dilidir.  Ölkədə  kreol  dili  də  geniş 
yayılmışdır. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə