Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə29/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   25   26   27   28   29   30   31   32   ...   81

58 
 
28°C-dir. Passatların Atlantik okeanından gətirdikləri rütubət adanın şimal və şərq 
ətəklərinə  çoxlu  yağıntı  verir.  Burada  il  ərzində  orta  hesabla  1400-2500  mm 
yağıntı düşür. 
Adanın cənub hissəsi nisbətən quraqdır. Burada orta hesabla hər il 800 mm 
yağıntı  düşür.  Şəkər  qamışı  plantasiyalarında  suvarma  olmadan  yüksək 
məhsuldarlıq əldə etmək mümkün olmur. 
Avqust-oktyabr  aylarında  güclü  küləklər  adanın  təsərrüfat  fəaliyyətinə  və 
təbiətinə olduqca böyük ziyan vurur.   
Adada  50-yə  qədər  çay  vardır.  Bu  dağ  çayları  uzun  olmasa  da  bolsulu, 
şəlaləli və iti axandır. Çayların əksəriyyəti şimala doğru istiqamətlənmişdir. Rio-
de-la-Plata,  Qrande-de-Manati  və  Qrande-de-Aresibo  çayları  üzərində  SES-lər 
tikilmişdir.  Adada  mədəni  landşaft  üstünlük  təşkil  edir.  Tropik  meşə  haqqmda 
təsəvvürlər yalnız qoruqlarda yaranır. 
İspanlara        qədər        Puerto-Riko        əhalisi        Borike  hindularından      ibarət   
olub,      80-100      min      nəfər      idi.  Yüksək  mədəniyyətə  malik  olan  borikenlər 
asteklərə  və  inklərə    nisbətən    zəif  olsalar    da    əkinçilik      sahəsində  böyük  
müvəffəqiyyət    qazanmışdılar.      Onlar    qarğıdalı,  maniok,  kartof,  müxtəlif  dənli 
bitkilər yetişdirirdilər.    İspanlara    qədərki    dövrü    xarakterizə    edən amerika 
coğrafiyaşünası  P.Ceyms  yazırdı:  “Məhsuldar  torpaqlardan      çoxlu      məhsul   
götürən   hindular   üçün Puerto-Riko bir cənnət idi”. Artıq 1515-ci ildə adada bir 
neçə   min   hindu   qalmışdı   və   onlar   içərilərə   doğru qovulmuşdu, ispanlar 
ucuz işçi qüvvəsi kimi onlardan  istifadə   edə   bilmirdi.    Buna   görə   də   XVI   
əsrdən başlayaraq     onlar    Afrikadan     zənci-qul     daşımağa  başladılar. Qul 
ticarəti ləğv edildikdən sonra zəncilərin sayı  azalmağa başladı  və onlar ispanlarla 
qarışaraq  müasir  kreolların  nəslinə  çevrildilər.  Müasir  Puerto-Riko  əhalisinin 
əsasını ispaniyadan köçüb gəlmiş kreollar təşkil edir. Onlar ümumi əhalinin 73%-
ni,  zəncilər  4%-ni,  mulatlar  isə  23%-ni  təşkil  edirlər.  Puerto-Riko  üçün  əhalinin 
təbii artımının yüksəkliyi xarakterikdir. 2005-ci ildə iqtisadi cəhətdən fəal əhalinin 
3,2%-i  kənd  təsərrüfatında,  16,1%-i  sənayedə,  8,1%-i  tikintidə  və  nəqliyyatda, 
57,2%-i ticarət və xidmət sahələrində çalışmışdır.  Adada  əhalinin  məskunlaşması 
qeyri-bərabərdir.  Belə  ki,  əhalinin  əsas  hissəsi  sahil  zolağında    cəmləşmişdir    və   
burada   iri yaşayış məntəqələri salınmışdır. 
Puerto-Riko  ABŞ-la  sərbəst  birləşmiş  müstəqil  ərazidir.  Dövlət  başçısı  ABŞ 
prezidentidir.  Puerto-Rikonun  ən  iri  şəhəri  və  paytaxtı  San-Xuandır.  O  gözəl 
limanın sahilində yerləşmiş və əsası 1510-cu ildə qoyulmuşdur. Bu şəhəri çox vaxt 
Vest-Hindin  Venetsiyası  da  adlandırırlar.  Ölkənin  əsas  sənaye  və  port  şəhəri  olan 
San-Xuanın əhalisi 1,5 mln. nəfərdən çoxdur. Adanın şimal-qərb burnunda qədim 
El-Morro  qalası  yerləşir  və  o  San-Xuan  körfəzini  qoruyur.  Hal-hazırda  burada 
ABŞ-nın hərbi bazası yerləşir. 
San-Xuan  şəhərindən  cənub-qərb  istiqamətində  10  km  aralıda  Bayamon 
şəhəri  yerləşir.  İkinci  dünya  müharibəsindən  sonra  burada  sənaye  sürətlə  inkişaf 
etməyə başlamışdır. Hal-hazırda ölkənin ikinci iri şəhəri sayılan Ponse sənaye  və 
port əhəmiyyətlidir. XIX əsrin ortalarına qədər Ponse ölkənin ən iri şəhəri idi. ABŞ 


59 
 
dövləti  adanı  zəbt  etdikdən  sonra  Ponse  öz  əhəmiyyətini  azaltmış  və  yerini  San-
Xuana vermişdir. 
Puerto-Rikonu  əhatə  edən  adaların  içərisində  ən  irisi  Vyekesdir.  Bu  adanın 
əhalisi uzun müddət şəkər qamışı  və ananas istehsalı  ilə məşğul  olmuşdur. İkinci 
dünya  müharibəsindən  sonra  amerika  hərbçiləri  buranı  bazaya  çevirmiş  və  bağlı 
ərazi  etmişdir.  Kənd  təsərrüfatında  çalışan  işçi  qüvvəsi  əsasən  şəkər  qamışı 
plantasiyalarında bir neçə ay müddətində,  yəni qamış  yığımı dövründə işlə təmin 
olunur.    Şəkər  qarmşının  yığım  müddəti  qurtardıqdan  sonra  əhalinin  durğunluq,  
yəni bekarçılıq dövrü başlayır. 
Təsərrüfatının ümumi xarakteristikası 
Ölkənin  müstəmləkə  formasında  inkişafı  onun  iqtisadiyyatına  güclü  təsir 
etmişdir. 
XVI  əsrin  sonunadək  Puerto-Riko  İspaniyanın  ən  miskin  müstəmləkəsinə 
çevrilmişdi.  Adanın  əlverişli  strateji  əhəmiyyətini  başa  düşən  ispanlar  XVI  əsrin 
sonlarında    burada    mühüm    istehkamlar    tikməyi başladılar. Müstəmləkəçi 
hökumət  Puerto-Riko  əhalisinin  Meksika,  Peru  və  digər  İspaniya  müstəmləkə 
ərazilərinə  gedişini  qadağan  etdilər.  Adada  plantasiyi  təsərrüfatı  inkişaf  etməyə 
başladı. 
Puerto-Rikonun  əsas  kənd  təsərrüfatı  bitkisi  olan  şəkər  qamışı,  adanı 
X.Kolumb kəşf etdikdən sonra gətirilmişdir. Şəkər qamışı çox qədim zamanlardan 
Hindistanda Taiq çayının sahillərində becərilirdi. Ərəb dənizçiləri onun toxumunu 
Afrika və Kiçik Asiyaya, sonradan Siciliyaya gətirmiş, 1420-ci ildə portuqaliyalılar 
Madeyra  adasında  əkmişlər.  XVI  əsrdə  ispanlar  şəkər  qamışının  toxumunu  Vest-
Hind  adalarına  gətirtmiş,  buranın  daha  əlverişli  təbii  şəraitində  sürətli  inkişaf 
etməyə  başlamışdır.  XVII  əsrdə  Puerto-Rikonun  əsas  kənd  təsərrüfat  bitkisi 
zəncəfıl idi. Bundan başqa  tütün, pambıq, kakao kimi məhsul istehsalı da artır. 
XVIII      əsrin      əvəllərində    qəhvənin      sahələri      artırılmağa  başladı.  İspan 
bazarında  xüsusi  ətri  olan  Puerto-Riko  qəhvəsinə  tələbat  artmışdı.  Həmin  dövrdə 
adanın əsas  İxrac  məhsullarına kofe,  zəncəfil,  tütün,  şəkər qamışı,   mal-qara   
dərisi   aid    idi.   XIX   əsrdə   Puerto-Rikonun  əsas  ixrac  məhsulları qəhvə,  
dəyərinə    görə  ikincisi      şəkər      idi.      İspaniya      və      Kuba      ölkənin      kofe 
məhsullarının    təxminən    hamısını  alır,    digər    ölkələrə  satırdı.  Bu  dövrdə  ada 
iqtisadiyyatına  ABŞ  kapitalı  fəal  surətdə  daxil  olmağa  başlayır.  ABŞ-ın  zəbt 
etməsindən sonra ölkənin iqtisadiyyatı kəskin surətdə iki amerika bankının "Çeyz-
Neynl-Bank"  və  "Neyşnl-Siti-Bank"  təsiri  altına  düşür.  Şəkər  qamışının  istehsalı 
tütün  tədarükü  amerika  bazasında  daha  tez  satılmağa,  istehsalının  isə 
genişlənməsinə  şərait  yaratdı.  Yeni  şəraitdə  ölkə  ABŞ  bazarında  digər  ölkələrlə 
tütün  və  şəkər  rəqabətinə  qoşuldu.  Bununla  yanaşı  Puerto-Riko  ABŞ-dan  bütün 
ərzaq  məhsullarını,  sənaye  avadanlıqlarını  almağa,  onun  gəmilərində  ölkəyə 
gətirməyə məcbur  oldu. Şəkər qamışı plantasiyaları  və şəkər  istehsalı  bütövlükdə 
ABŞ  monopolitasinın  təsiri  altına  düşdü.  Şəkər  qamışı  və  tütün  digər  yerli  ərzaq 
məhsulları  istehsalını  sıxışdırmağa  başladı.  Əhali  xaricdən  alınan  bahalı  ərzaq 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə