Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə17/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   13   14   15   16   17   18   19   20   ...   81

34 
 
Qvatemalada heyvandarlıq zəif inkişaf etmişdir. Ölkədə 2 mln. baş qaramal, 
l,2 mln. donuz, 1,2 mln. qoyun var.  
Ümumi milli məhsulda emal sənayesinin payı 16%, nəqliyyat  və  rabitə  7%,  
mədən  sənayesi 0,4%, xidmət sahələri 42%-dir.   
1970-ci    illərin    axırlarından  başlayaraq  sənaye    istehsalının  inkişafı 
zəifləmişdir.  Sənaye  məhsulunun  yarıdan çoxunu ərzaq məhsulları, içkilər, tütün 
məmulatları, 35% inşaat  materialları  və  toxuculuq  məmulatları verir. Bunlardan 
əlavə ölkədə polad əritmə, neft-kimya, şin-təkər istehsalı   zavodları  işləyir.   Dağ-
mədən  sənayesi  zəif  inkişaf  edir.  Ölkədə  sürmə,  civə,  volfram,  az  miqdarda 
qurğuşun, sink və nikel hasil edilir. 
Bütün  sənaye  müəssisələrinin  əksəriyyəti    ölkənin  paytaxtı  Qvatemaladadır 
(yeyinti,  toxuculuq,  gön-dəri,  ayaqqabı,  ağacemalı,  metalemalı  və  s.), 
Kısaltenayqoda (toxuculuq  və  yeyinti  sənayesi),  Matias-de-Qalvesdə  (neftemalı, 
polad  əritmə,  məişət  cihazları,  televizorlar  və  fotoparatlar).  Bu  müəssisələrin 
hamısı ABŞ, AFR və Yaponiya kapitalının hesabınadır. Dəmir  yollarının  ümumi  
uzunluğu  884  km, avtomobil 26429 km, daxili su yolların uzunluğu 260 km-dir 
(il  ərzində  gəmiçilik  üçün  yararlıdır).  Əsas  portları:  Livinqston,  Puerto-Barrios, 
San-Xose, Çampirikodur. Panamerikanın şossesinin 511 km-i Qvatameladan keçir. 
Qvatemala  şəhərində  beynəlxalq  aeroport  var.  Pul vahidi - ketsaldır. 
Ticarət  əsasən  dəniz  yolları  vasitəsilədir.  Ölkə  qəhvə,  pambıq,  banan,  efır 
yağı, şəkər, ət, tərəvəz, çay, meşə materialları, krevetka ixrac edir. 
Ərzaq, istehlak malları, nəqliyyat vasitələri, neft və neft məhsulları, maşınlar, 
avadanlıqlar və s. idxal edir. 
Əsas  ticarət  partnyorları:  ABŞ,  Mərkəzi  Amerika  ölkələri,  Yaponiya,  AFR, 
Meksika və başqalarıdır. 
 
 
PANAMA 
                                                                                                                
Sahəsi — 77 min km
2
 
 
   Əhalisi — 3,1 mln nəfər (2008-ci il) 
                                                        Paytaxtı — Panama  
 
Panama  Mərkəzi  Amerikada,    Panama    bərzəxində  dövlətdir.        Qərbdə      -   
Kosta-Rika    ilə həmsərhəddir  (sərhəddin uzunluğu 330 km), şərqdə  -  Kolumbiya 
ilə (225   km)   sərhədlənir.   Ölkə   cənubda   Sakit   okean, şimalda Karib dənizi 
ilə  əhatələnir.  Sərhədlərin  ümum  uzunluğu  555  km-dir,    sahil  xəttinin  uzunluğu 
2490  km,  ölkənin  ümumi  sahəsi  77  min  km
2
-dir  (qurunu  sahəsi  76990  km
2
). 
Panamaya  1600-dən  çox  kiçik  ada  (o      cümlədən      1000-dək      Sakit      okeanda)   
məxsusdur. Əhalisi -3,1 mln. nəfər, paytaxtı isə Panama şəhəridir. Panama inzibati 
cəhətdən 9 əyalətə bölünür. 
Panamanın  ərazisi  Mərkəzi  Amerikanın  ən   dar hissəsindədir (eni 48-200 
km). Sahilləri əsasən düzənlikdir. Tez-tez zəlzələ olur, vulkanlar püskürür. 


35 
 
Panamada  bir  çox  faydalı  qazıntı  yataqları  aşkar  edilmişdir.      Mis,      qızıl,   
gümüş,      qalay,      sink,      boksit,  asbest,      manqan,      tikinti      materialları      üçün   
xanım yataqları vardır. 
Panamanın iqlimi subekvatorial, isti və rütubətlidir. Orta aylıq temperatur 25-
28°S-dir. İllik yağıntı 2000-3700 mm. Karib dənizi sahilində tropik selvada yağıntı 
il boyu düşür. Sıx çay şəbəkəsi var. 
Panamanın  şərq  hissəsi  və  sahili  rütubətli  tropik  meşələrlə  -  selva  ilə 
örtülüdür.  Ölkədə  çoxlu  qiymətli  ağac  növləri  vardır:  bakayt  ağacı,  yaxud 
quayakan və b. Panamanın bitki dünyasının gözəl bəzəyi - arxideylərdir (300 növ).  
Panamanın  çətin  keçilən  rayonlarında  hələ  yaquarlar,  pumalar,          otselotlar    
qalmaqdadırlar.     Burada zirehhdaşıyanlar, tapirlər, meymunlar vardır. Dağ meşə 
massivlərində          marallar          və          pekarilər          yaşayırlar.  Quşların  850  növü 
mövcuddur. Çoxlu ilanlar, əqrəblər, müxtəlif həşəratlar var. 
Panamanın yerli əhalisi    hinduları ölkənin şimal- şərq sahilləri, meşəlik və 
dağ rayonlarında yaşayırlar. 
Başqa        ölkələrdən        gəlmələr        çoxdur.        Əhalinin  əksəriyyəti        (70%)    
metislərdir,        14%-i      vest-hindular  10%-i  avropalılar,  6%-i  hindular  təşkil  edir. 
Dövlət dili ispan   dilidir.    Hindular   öz   dillərini   də   saxlayırlar. Dindarları   
katoilk   (90%),   bir  qismi   protestantlardır (6%). 
Əhali ölkədə qeyri-bərabər yerləşmişlər. Əhalinin orta   sıxlığı   1 km
2
-də 36 
nəfərdir.    Panama    şəhəri  və        Kolon  şəhəri  rayonlarında  (bu  yerlərdən  Panama 
kanalı keçir) əhalinin yarıdan çoxu yaşayır. 
Panama kanalından qərbdə kənd rayonları yerləşir və  burada   kiçik  yaşayış   
məntəqələri   (hərəsində   50 nəfər və s.) yerləşir. 
Hər 1000 nəfərə görə doğulanların sayı 24 nəfər, ölənlərin  sayı 5 nəfər, təbii 
artım  isə    19  nəfər  təşkil  edir.  Orta  həyat  ömrü  kişilər  -  72  yaş,  qadınlar  –  78 
yaşdır.  Əhalinin  50%-i  şəhərlərdə  yaşayır.  Ən  böyük  şəhəri  onun  paytaxtı  - 
Panama şəhəridir. 
İkinci   böyük   şəhəri  - Karib  dənizinin   sahilində Kolon şəhəridir. Onun 
əhalisi 200 min nəfərə çatır. 
İspaniya işğalına qədər Panama ərazisində hindu tayfaları  məskunlaşmışdır.      
1501-ci     ildə     ispan konkistadorlan Panama ərazisinə soxularaq burada bir sıra  
yaşayış    məskəni  saldılar;      1519-cu  ildə  Panama  şəhərinin  əsasını  qoydular.  
İspaniyanın  Amerikadakı  müstəmləkələrinin  istiqlaliyyət  uğrunda  müharibəsi 
(1810-1826-cı  il)  gedişində,  Panama  1821-ci  ildə  İspaniyadan  ayrılaraq  Yeni 
Qrenadaya  birləşdi  və  onunla  birgə  Böyük  Kolumbiyanın  tərkibinə  daxil  oldu. 
Fransa  1879-cu  ildə  Panama  kanalının  çəkilməsi  üçün  şirkət  yaratdı.  Onun 
fəaliyyəti  iflasa  uğradıqdan  sonra  bu  işi  ABŞ  öz  üzərinə  götürdü.  1903-cü  ildə 
Panama  respublikası  ABŞ-la  qeyri-bərabər  müqavilə  imzalamağa  məcbur  edildi. 
Müqaviləyə əsasən kanal üçün nəzərdə tutulan ərazi «əbədi» olaraq ABŞ-a verildi. 
Kanal  zonasının  ABŞ-ın  sərəncamına  keçməsi  ilə  Panama  iki  hissəyə  parçalandı. 
1979-cu  ildən  başlayaraq  kanal  zonası  tədricən  Panamanın  tabeliyinə  keçir,  ABŞ 
kanaldan  istifadə  etməyin  əvəzində  Panamaya  hər  il  80-100  mln  dollar  verməyi 
öhdəsinə  götürürdü.  1982-ci  ildə  Panama  kanalı  zonası  üzərində  ABŞ-ın  siyasi 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə