Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə13/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   9   10   11   12   13   14   15   16   ...   81

26 
 
becərmə)  indiyə  kimi  qalmaqdadır.  İspanların  dövründə  göllər  ətrafı,  xüsusilə 
Nikaraqua  və  Manaqua  gölləri  arasındakı  torpaqlar  plantasiya  təsərrüfatının  əsas 
rayonu olmuşdu. 
Hal-hazırda  Nikarakuanın  əsas  ixracat  bitkisi  -  pambıqdır.  Ölkə  pambıq 
istehsalına  görə  Mərkəzi  Amerika  regionunda  (Meksika  istisna  olmaqla)  birinci 
yeri tutur. Nikaraquada ixracat üçün pambıq istehsalı ikinci dünya müharibəsindən 
sonra  inkişaf  etməyə  başlamış  və  artıq  1950-ci  illərdə  qəhvə  istehsalını  birinci 
yerdən sıxışdırıb çıxarmışdır. 
Nikaraquada kənd təsəriifatı məhsullarının istehsalı (min tonla) 
Məhsulun adı 
1960 
1970 
1980 
1990 
2000 
2005 
Pambıq 
42 
75 
81 
85 
121 
124 
Qəhvə 
26 
42 
43 
45 
52 
55 
Kakao 
18 
35 
38 
41 
43 
44 
Qarğıdalı 
135 
167 
253 
307 
324 
331 
Sorqo 
92 
105 
116 
115 
124 
127 
Banan 
98 
116 
118 
125 
127 
129 
Naringi 
39 
56 
57 
62 
65 
66 
Şəkər qamışı 
97 
193 
235 
278 
284 
290 
Ananas 
28 
31 
34 
35 
37 
38 
Lobya 
23 
34 
35 
37 
45 
49 
Pambığın  əksər  hissəsi  suvarılmadan  dəmyə  yolu  ilə  böyük    ixtisaslaşmış  
təsərrüfatlarda yetişdirilir. Əlverişli aqroiqlim şəraiti pambığın yüksək keyfiyyətini 
təmin etməsinə baxmayaraq məhsuldarlıq o qədər də yüksək deyil. 
Nikaraquanın  ikinci  vacib  ixracat  bitkisi  olan qəhvə və burada XIX əsrin 
ortalarından becərilir və 1955-ci ilə kimi əsas ixracat bitkisi olmuşdur. Qəhvə 500 
metrdən 1000 metrə qədər olan yüksəklik qurşaqda yetişdirilir.  Ölkədə qəhvənin  
əsas  istehsal    rayonları  Manaqua,    Diryamba    və    Xinoto    şəhərinin    cənub-
qərbində, həmçinin Mataqalpa şəhərinin yaxınlığında yerləşir.  Nikaraquada qəhvə 
yığımının  çox  hissəsini  xırda  təsərrüfatlar  həyata  keçirir.  Ölkədə  bu  qiymətli 
bitkinin məhsuldarlığı ildən-ilə artırılır. 1960-cı ildə 26 min ton, 2005-ci ildə isə 55 
min  ton  qəhvə  istehsal  olunmuşdur.  Onun  yığımı  üçün  mövsümü  fəhlələr  cəlb 
olunur.  Nikaraquanın  digər  əmtəəlik  kənd  təsərrüfatı  bitkiləri:    şəkər    qamışı,  
banan,    küncüt,    kakao    və  tütündür.    Onlar  özlərinin  ixracat  əhəmiyyətinə  görə 
pambıq və qəhvədən geri qalırlar. 
Kubada    inqilabın    qələbəsindən    sonra    və    Kuba  şəkərinin  ABŞ-a 
gətirilməsinə qadağa qoyulması ilə əlaqədar (embarqo) Nikaraquada şəkər qamışı 
istehsalı  artmağa  başladı.  Ölkədə  şəkər  qamışı  plantasiyaları  əsasən  Çinandeqa 
departamentində və ölkənin qərbində yerləşir. 
Əvvəllər banan istehsalı Nikaraquanın əsas ixracat bitkisi olmuşdur. İkinci 
dünya müharibəsindən sonra təsərrüfatın bu sahəsi zəiflədi. 


27 
 
Keçmişdə  vacib  ixracat  bitkisi  sayılan  küncüt  zəif  inkişaf  edir.  Hazırda 
pambıqçılıq  bu  bitkini  həm  yağ  istehsalına  (daxili  bazarda),  həm  də  lif  ixracına 
görə  sıxışdırmışdır.  Göllərin  yaxınlığında  çoxdan  bəri  tütün  bitkisi  yetişdirilir. 
Xüsusülə  Masaya  şəhəri  yaxınlığmda  daha  çox  və  həm  də  keyfiyyətli  tütün 
becərilir. Lakin ölkədə tütün istehsalı  o qədər də çox deyil  və ölkənin daxilində 
istifadə olunur. 
Nikaraquada    daxili    tələbat    üçün    əsas    ərzaq  bitkiləri  sayılan:  qarğıdalı,  
çəltik və sorqo becərilir. Qarğıdalı ölkə əhalisinin əsas qida məhsuludur. Bu bitki  
ölkənin  hər  yerində,  əsasən  orta  və  kiçik təsərrüfatlarda  becərilir.  Çəltik  isə  
başlıca    olaraq  böyük  və  orta  təsərrüfatlarda  yetişdirilir.  Kənd  təsərrüfatı 
texnikasından (traktor, kombayn və s.) yalnız orta və böyük təsərrüfat sahələrində 
istifadə  olunur.  Ölkənin    qərb    hissəsindəki    əksər    təsərrüfat    sahələri  dəmyə  
şəraitində    becərilir.    Lobya    ölkənin    əksər  rayonlarında    becərilsə    də,    lakin  
məhsul  yığımının təqribən yarısı şimal departamentlərinin payına düşür. Ölkənin  
quraq  rayonlarında  sorqo,  Leon  şəhəri ətrafında isə buğda becərilir. 
Nikaraquada  geniş  təbii  yaşıl  otlaqlar  və  biçənəklər  olsa
 
da,  lakin 
heyvandarlığın  inkişafı  ekstensiv  xarakter  daşıyır.  ölkədə  iri  buynuzlu  mal-qara 
heyvandarlığın  başlıca  sahəsidir.  2005-ci  ildə  ölkədə  mal-qaranın  sayı  2.630  min 
başa çatdırılmışdır. 
Ölkədə    donuzçuluq    (620  min  baş),    atçılıq,  quşçuluq  və  s.  inkişaf  edir. 
Nikaraqua dünya bazarına ət ixrac edir (əsasən qaramal əti).  Manaqua şəhəri 
ətrafında südlük-ətlik istiqamətli heyvandarlıq inkişaf etdirilir. 
Nikaraquanın  dəniz  sahilləri,  gölləri  və  çayları  balıq  və  başqa  su  heyvanları 
ilə  zəngindir.  Ölkə    ovlanan  dəniz    heyvanlarını    və    həmçinin    timsah  dərilərini 
ixrac edir. 
Ölkənin şərq hissəsinin təsərrüfat strukturunda başlıca yeri meşə tədarükü və 
onun mexaniki  emalı tutur. Moskit  sahilində meşə tədarükü  və ağac emalı  ixracat 
əhəmiyyətlidir.  
Nikaraquada  sənaye  zəif  inkişaf  etmişdir.  Daxili  milli  məhsul    istehsalında  
emaledici  sənayenin  payə cəmi 20% təşkil edir. Sənayedə iqtisadi cəhətdən fəal 
əhalinin  yalnız    az    hissəsi    çalışır.    Ölkənin    sənaye  strukturunda  qabaqcıl  yeri 
yüngül (paltar, ayaqqabı), yeyinti, kimya məhsulları ishesalı tutur. 
Ölkənin    kifayət    qədər    hidroenerji    ehtiyatlarına  baxmayaraq  enerji  bazası 
zəifdir.  2005-ci ildə cəmi  1600 mln. kvt saat elektrik enerjisi istehsal olunmuşdur. 
Nikaraquada  çoxlu  faydalı  qazıntı  yataqları  olsa  da,  dağ-mədən  sənayesi  zəif 
inkişaf  etmişdir.    Lakin  qızıl  ixracına  görə  Nikaraqua  Latın  Amerikası  ölkələri 
arasında  birinci  yeri  tutur.  Mis  filizi  ölkənin  şərqin  yerləşən  Rosita  mədənində 
hasil edilir. Bundan əlavə ölkədə sink-qurğuşun filizləri, tikinti daşı və duz (dəniz 
suyundan buxarlanma-qurutma yolu ilə) hasil edilir. 
Emaledici  sənayesində  çoxlu  kustar  və  yarımkustar emalatxanalar fəaliyyət 
göstərir.  Onlar  pambıq-parça  və  ipək-parça,  paltar,  dəri  və  ayaqqabı,  çörək, 
konservlər,  kibrit,  siqaret,  sabun,  boyalar,  keramika  s.  istehsal  edirlər.  Ölkənin 
paytaxtı  və  ən  böyük  sənayə  mərkəzi  olan    Manaqua  şəhərində  toxuculuq 
fabriklərindən  başqa  neft  emalı,  maşınqayırma  və  metal  emalı,  kimya,  yeyinti 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə