Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə10/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   6   7   8   9   10   11   12   13   ...   81

20 
 
birləşdirən  və  Apastsinqan,  Oaxaka,  Kolima  və  Mansanilyo  şəhərlərini 
əlaqələndirən avtomobil və dəmiryolları rayondaxili inteqrasiyasının əhəmiyyətini 
artırır. 
Meksika körfəzi sahili iqtisadi rayonu dəqiq coğrafi sərhəddə malikdir. Şərqi 
Syerra-Madre  və  Syerra-Madre-de-Oaxaka  dağlarının  yamacı  və  sahil  düzənliyi 
rayonun ərazisinə daxildir. 
İqtisadi-coğrafi 
rayonun 
ixtisaslaşmasmda 
mövsümü 
əkinçiliyin 
(suvarılmayan)  rolu  böyükdür.  Təbii-iqtisadi  şəraitə  uyğunlaşan  bu  sahə  şəkər 
qamışı,  tütün,  qəhvə,  ananas,  banan,  kakao,  limon  istehsalı  üzrə  ixtisaslaşmışdır.  
Verakrus,  Tabasko  ştatlarının  düzənlikləri,  La-Uasteka  vilayəti  zəngin  təbii  otlaq 
olub, məhsuldar heyvandarlığın inkişafı üçün əlverişli zəmin  yaratmışdır. Çyapas 
ştatının şimalında, San-Luis-de-Potisi ştatının tropik zonalarında iri buynuzlu mal-
qara  saxlanılır.  İqtisadi  rayonun  iqtisadiyyatında  və  ixtisaslaşmasında  neft-qaz 
istehsalı  və  emalı  müstəsna  rol  oynayır.  Bu  təbii  resursların  90%-i  Verakrus  və 
Tabasko ştatlarında cəmləşmişdir. Neft və qazdan daha səmərəli istifadə məqsədilə 
rayonun ərazisində iri neft emalı zavodları tikilmiş, neft və qaz kəmərləri çəkilmiş, 
neft-kimya  sənayenin  inkişafı  üçün  əlavə  stimullar  yaradılmışdır.  Rayon 
ərazisindəki  çaylar  ilboyu  bolsuludur.  Bu  çayların  elektrik  enerjisi  istehsalında 
böyük  əhəmiyyətləri  vardır.  Rayon  ərazisinin  xeyli  hissəsi  meşə  ilə  örtülüdür. 
Verakrus  və  Tabasko  ştatlarında,  Çyapas  ştatının  şimalmda  tropik  meşələr 
yayılmışdır.  Əlverişli  coğrafı  mövqe,  müxtəlif  təbii  resurslarla  zənginlik  rayon 
əhalisinin  sıxlığına  şərait  yaratmışdır.  Rayonda  bir  neçə  sənaye  arealı  fəaliyyət 
göstərir.  Onlardan  Orisaba-Rio-Blanko,  Papaloan  çayının  mənsəbindəki  şəkər 
emalı sənaye rayonu çoxdan formalaşmışdır. 
Cənub-Şərq (Yukatan yarımadası) iqtisadi rayonu ərazisinin yekcinsliyi, yəni 
bütünlüklə  yarımadanı  əhatə  etməsi  ilə  fərqlənir.  Yarımadanın  səthi  hamar 
düzənlikdir  və  şaquli  zonallığı  müşahidə  edilmir.  Yarımadanın  şimal  hissəsinin 
iqlimi quru tropikdir. Yukatan ştatının şimal-qərbində quraqlıq daha uzunmüddətli 
olur,  illik  yağmtının  miqdarı  500  mm-i  keçmir,  amma  Kintana-Roo  ştatının 
şərqində  bəzən  1300  mm-ə  çatır.  Ərazidə  cənub-şərqdən  şimal-qərbə  doğru 
quraqlıın artması tropik meşə örtüyünün də həmin  istiqamətdə getdikcə yanmsəhra  
landşaftına  keçməsi  ilə  müşayət  olunur.  Yarımadada  səth  suları  çox  azdır,  
əksəriyyəti  az  suludur.  Yarımadanın  sahil zolağının  torpaqları  şor,  bataqlıq,  
qleyli  və  mərkəzi  hissələrində  lateritlidir.  Əhali  qeyri-bərabər  yerləşmişdi,  hətta 
Kintana-Roo, Kampeçe ştatının cənub-şərqi və Yukatan ştatının meşələrində əhali 
yoxdur.  Lakin Merida  ilə Proqreso şəhərləri arası zolaqda əhalinin sıxlığı artaraq 
hər km
2
-də 75 nəfərə çatmışdır.  
Su  və  digər  resurslarının  azlığı  sənayeni  inkişafı    üçün    lazım    olan    enerji  
istehsalını    digər  regionlarından    gətirilən    neftdən    asılı    vəziyyətə  salmışdır. 
Bütövlükdə  yanmadanın  iqtisadiyyatı,  təsərüfatının    strukturu,    mövcud  
resurslardan  istifadə səviyyəsi   olduqca  aşağıdır.  Bu  iqtisadi  rayonı inkişafını, 
əhalinin  sosial-iqtisadi  şəraitini  yaxşılaşdırmaq  üçün  iri  həcmli  kapital  qoyuluşu 
gərəkdir. 
 
 


21 
 
 
NİKARAQUA RESPUBLİKASI 
                                                                                                     Sahəsi – 129,5 min km

                                                                                                            Əhalisi – 5,0 mln. nəfər (2007-ci il) 
                                                                                                      Paytaxtı – Manaqua  
Coğraji mövqeyi, təbii şəraiti və təbii ehtiyatları 
Nikaraqua    Respublikası    Mərkəzi    Amerika  regionunda  yerləşir.  Ərazisinin 
ölçüsünə görə Mərkəzi Amerika ölkələri arasında ən böyüyüdür. Əhalisinin sayına 
görə isə  «banan respublikaları» arasında 4-cü yeri  tutaraq  Kosta-Rika,  Ranama  
və    Belizdən  üstündür.    Ölkənin    adı    hindu  qəbələlərindən    birinin  başçısı  - 
Nikaraqonun  şərəfinə  adlandırılmışdır.  Ölkə  şima-şərqdə  922  km  məsafədə 
Honduras  ilə,  cənubda  309  km  uzunluğunda  Kosta-Rika  ilə  həmsərhəddir. 
Sərhədlərinin  ümumi  uzunluğu  1231  km,  sahil xəttinin uzunluğu isə 910 km-
dir.  Ölkənin  sahillərini  şərqdən  Karib  dənizinin,  qərbdən  isə  Sakit  okeanın  suları 
əhatə edir. Okeanlar arası mövqeyi vacib strateji əhəmiyyət kəsb edir. Əlverişli və 
ucuz  dəniz  nəqliyyatı  vasitəsilə  bir  çox  ölkələr  ilə  iqtisadi  əlaqələr  yarada 
bilmişdir.  Nikaraqua  yaxın  qonşu  ölkələr  ilə  də  yaxşı  münasibətlər  qurmuşdur. 
Ölkənin çox əlverişli iqtisadi, siyasi-coğrafi mövqeyi vardır. 
Nikaraqua  respublikasının  təbii  şəraiti  özünün  müxtəlifliyi  ilə  xarakterizə 
olunur. Ərazisindəki dağ siilsilələri, tüstüləyən vulkanları, bataqlaşmış düzənlikləri 
iri,  böyük  mavi  gölləri,  iti  axınlı  çaylar  üzərində  günəş  şüaları  altında  parlayan 
şəlalələri, geniş və keçilməz həmişəyaşıl rütubətli meşələri landşaftın əsas tiplərini 
müəyyən edirlər. 
Ölkə təbii resurslarla yaxşı təmin olunmuşdur. Onun kənd təsərrüfatında hələ 
istifadə olunmayan geniş sahədə məhsuldar torpaq sahələri və qiymətli oduncağın 
böyük ehtiyatları vardır. Nikaraqua faydal qazıntı ehtiyatlan ilə də zəngindir. Lakin 
bu təbii resurslar hələlik lazımi səviyyədə öyrənilməmişdir. 
Nikaraquanın  relyefi    çox    mürəkkəbdir.    Ölkə  ərazisinin  yarısını  yaylalar 
tutur. 
Nikaraquanın  Sakit  okean  sahili  zəif  parçalanmışdır.  Yalnız  şimalda 
Honduras  ilə  həmsərhəd  olan  yerdə  geniş  Fonseka  körfəzi  yerləşir.  Sahilin  qalan 
yerlərində  okeandan  uzun  dillərlə  ayrılmış  laqunlar  vardır.  Ən  əlverişli  Laqunda, 
qumlu adada ölkənin əsas dəniz portu - Korinto yerləşir. 
Sakit  okeanın  sahil  düzənliyinin  torpaqları  çox  məhsuldardır.  Bu  torpaqlar 
qonşu vulkan lavalarının və vulkan küllərinin hesabına formalaşmışlar. Ölkənin bu 
ərazisi intensiv kənd təsərrüfatı rayonudur. 
Nikaraqua  tektonik  çökəkliyi  Fonseka  körfəzindən  başlayır.  Bu  körfəzin 
yaxınlığında  Kosiquana  vulkanı  yerləşir.  Bu  vulkanın  1835-ci  ildə  güclü 
püskürməsi nəticəsində geniş ərazi qalın vulkan külü altında qalmışdır. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə