Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə8/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   4   5   6   7   8   9   10   11   ...   81

16 
 
Meksikanın  ayn-ayrı  regionlarının  inkişafında  qeyri-bərabərlik  müşahidə  
edilir.    İlkin    inkişaf    ölkənin  mərkəzi  regionlarında  baş  vermişdir.  Əhalinin  
mərkəzi  rayonlarda  cəmləşməsi, emaledici sənayenin Meksika dağlıq yaylasının 
təbii resurslarına  və  çayların  enerjisinə  əsaslanmaqla inkişafı  getdikcə  artmağa  
başladı.    Ölkədə    neft  sənayesinin    milliləşdirilməsindən    sonra    neft    emalı 
sənayesi  inkişaf  etməyə,  şimal-qərb,  şərq  və  Yukatan  ərazilərindəki  su 
resurslarından  geniş  istifadə  ölkənin  xalq    təsərrüfatının    yeni  mərhələyə  daxil  
olmasını  sürətləndirdi.  XX-əsrin  30-cu  illərindən  başlayaraq  dərin  dəyişiklərin 
həyata  keçirilməsi  nəticəsində  ərazi  vahidliyi  möhkəmlənməyə    başlamış,    tropik  
vilayətlərin  milli istehsala  cəlb   edilməsi  sürətlənmişdir.  Son   illərdə suvarma  
sistemlərinin   yaradrlması,   elektrostansiyaların tikilməsi, aqrar  islahatlar, neft  və 
qaz kəmərlərinin çəkilməsi, kənd təsərrüfatına kreditin aynlması və digər  tədbirlər  
Meksikanın    iqtisadiyyatını    xeyli  möhkəmləndirmişdir.  İqtisadi  cəhətdən  inkişaf 
etmiş regionlar daxilində hələ kifayət qədər geridə qalmış ərazilər də mövcuddur. 
Bu  ərazilərin  kənd  təsərrüfatı,  sənayesi  və  nəqliyyatı  son  dərəcə  zəif  inkişaf 
etmişdir. 
Suvarılan  torpaq  sahələrinin  49%-dən  15%-i  Şimal-Şərq,  13%-i    Şimal 
rayonunun  ərazisindədir.  Neft-mədən  sənayesi  məhsulunun  dəyərinin  70%-dən 
çoxu Şimal rayonunun payına düşür.  
Şimal-Qərb    iqtisadi-coğrafi    rayonunun    ərazisinə  şərqdə  Qərbi  Syerra-
Madre ilə qərbdə Sakit okeanın sahil xətti, şimalda isə ABŞ-la dövlət sərhəddində 
olan  sahə  daxildir.    Rayonun    iqlimi    quru  subtropikdən  tropik  savanna 
iqliminədək dəyişir. 
Yağıntıların  miqdarı  cənub-şərqdən  şimal-qərbədəklər  tədricən  azalır.  Sakit 
okeanın  hövzəsinə  aid  olan  dağ  çayları  rayonun  inkişafında  müstəsna  rol 
oynayırlar.  Aşağı  Kaliforniya,  Sonora  və  Nayarit  ştatlarının  vahid  bir    iqtisadi  
rayonda    birləşməsi    onların  suvarma  əkinçiliyi  istiqamətində  ixtisaslaşmaları, 
daxili  və  xarici  bazar    üçün    əmtəəlik    kənd    təsərrüfatı    məhsulları  istehsal  
etmələridir.  Rayonun təsərrüfat birliyinin yaranmasında ikinci əsas amil yüksək 
inkişaf etmiş nəqliyyat sistemidir.  O, kənd  təsərrüfatı  və  digər  məhsulların 
daşınmasını    həyata    keçirir.    Rayonun
 
ərazisindən  keçən  Sakit  okean  dəmiryol 
xətti və onun qolları, Qvadalaxara-Noqales avtomagistralı rayon ərazisini ölkənin 
əsas  şəhər  və  rayonları  ilə  birləşdirir.  Rayonəmələgətirici  üçüncü  amil  inkişaf 
etmiş balıqçılıqdır. Digər amillər içərisində rayonun şimal və mərkəzində inkişaf 
etmiş  heyvandarlıq,  dağ-mədən  sənayesi  xüsusilə  fərqlənir.  Kananeya  şəhəri 
yaxınlığında mis filizi, Sonora ştatında isə qrafit çıxarılır. Rayon ərazisində əhali 
qeyri-bərabər şəkildə məskunlaşmışdır. Əhalinin əsas hissəsi suvarılan  ərazilərdə 
cəmlənmişdir.  Rayon  ərazisində  iri  mərkəz  olmasa  da  mövcud  şəhərlər  arasında 
yaxşı  nəqliyyat  əlaqələri  mövcuddur.  Bu  şəhərlər  qarşılıqlı  əlaqələr  nəticəsində 
inkişaf  edir,  hətta  bəziləri  iri  mədəniyyət  mərkəzlərinə  çevrilmişdir.Kaliforniya 
yarımadası  rayonun  əsas  ərazisindən  körfəzlə  ayrılsa  da  iqtisadiyyatındakı 
mərkəzlik,  suvarma  əkinçiliyi  dairələri  inkişaf  etmiş  balıqçılıq  onu  iqtisadi 
rayonun  tərkib  hissəsinə  çevirməyə  imkan  verir.  Ölkənin  Şimal-Qərb  iqtisadi 
rayonu  iqtisadi-coğrafi  cəhətdən  müxtəlif  daxili  fərqlərə  malik  olsa  da 


17 
 
iqtisadiyyatı  getdikcə  daha  sürətlə  inkişaf  edir.  Kənd  təsərrüfatında 
ixtisaslaşmagetdikcə  dərinləşir  və  sənayeləşir,  emaledici  sənaye  sahələrinin 
istehsal  gücü  artır,  heyvandarlıq  və  balıq  məhsullarının,  habelə  mis  filizinin  iri 
emal mərkəzləri formalaşır.
 
Şimal  iqtisadi  rayonu  əsasən  dağlıq  relyefə  malik  olub,  ABŞ-la  dövlət 
sərhəddində  yerləşir.  Rayonun  Cənub  hissəsini  iqtisadi-coğrafi  cəhətdən  ayırmaq 
bir  qədər  çətinlik  törədir  və  qonşuluqdakı  Mərkəz  rayonu  ilə  oxşar  cəhətləri 
çoxdur. Şimal rayonun ərazisində Şimal-Mesa, Bolson-de-Manimi,El-Salado-San-
Luis vilayəti, Sakatekas dağlıq hissələri, həmçinin Syerra-Taraumara dağlıq rayonu 
daxildir. Relyefi hamar olan,hərdən bir yüksəkliklərə parçalanan ərazilər səhra və 
yarımsəhra  xarakterlidir.  Qərbi  Syerra-Madra  dağları  qarışıq  və  enliyarpaq 
meşələrlə  örtülüdür.  Rayonun  iqlimi  qurudur.  Rio-Bravo-del-Norte  çayı,  onun 
qolları  və  bir  çox  daxili  çaylar  rayonun  məhdud  su  resurslarını  təşkil  edir.  Əhali 
əsasən suvarılan və ya dəmyə əkinçiliyi mümkün olan əraziilərdə məskunlaşmışdır. 
Düzənlik ərazilərin torpaqları səhra, yarımsəhra və çöl, dağ yamaclarının torpaqları 
isə  podzol  və  dağ-şabalıdı  tiplidir.  İqtisadi  rayonun  cənub  sərhəddi  ilə  üst-üstə 
düşür. Burada ərazinin rayon əmələgətirici amilləri aşağıdakılardır: 
  asuvarılan ərazilərdə kənd təsərrüfatının yüksək inkişaf səviyyəsi; 
  
b) qara metallurgiya üçün xammal və yanacağın istehsalı; 
  
c) əlvan metal istehsalı; 
Təsərrüfatın strukturuna uyğun olaraq Şimal rayonunda bir çox ərazi-istehsal 
kompleksləri formalaşır. Sənayenin əsas sahəsi metallurgiya olsa da,maşınqayırma, 
yeyinti,  yüngül  sənaye,  ağac  emalı  sürətlə  inkişaf  etməkdədir.  Rayonun 
təsərrüfatında pamçılığın rolu böyükdür. İri buynuzlu mal-qaranın inkişafı ixraca, 
emal müəssisələrinə həm də daxili bazara istiqamətlənmişdir.  
Rayon dəmiryolu və şosse yolları ilə yaxşı təmin olunmuşdur.Rayonun şimal, 
cənub  və  mərkəzlə  sıx  bağlayır.  Enlik  istiqamətdə  yerləşən  Duranqo-Torreon-
Saltilyo yolunun əhəmiyyəti böyükdür. Monterrey rayonun digər əraziləri ilə daha 
sıx  istehsal  əlaqələrinə  malikdir.  Sakatekas  ştatının  şimal  və  mərkəz  hissəsinin 
təsərrüfatının  sturukturunda  heyvandarlığın  və  faydalı  qazıntıların  çıxanlmasının 
üstünlüyü onu rayonun ərazisinə daxil etməyə imkan verir. Sakatekaz və  San-luis-
Potosi  ştatlarının  cənub ərazilərin təsərrüfat strukturu, əraziləri iqtisadi cəhətdən 
digər rayonun ərazisinə aid etmişdir. 
Şimal-şərq    iqtisadi    rayonun    təbii    şəraiti    şimal  rayonuna  çox  oxşayır. 
Lakin  qərbdə  xeyli  parçalanmış  Şərqi  Syerra-Madre  dağlarının,  şimalda  ABŞ-la 
dövlət sərhəddinin  və şərqdə Meksika körfəzinin sahil xətti arasındakı  mövqeyi  
onu  Şimal  rayonundan  xeyli fərqləndirir.  Şimalın  daxili  rayonlarına  nisbətən,  
az quraqdır. Meksika körfəzisinə tökülən bir çox iri çayla onun ərazisindən keçir. 
Bitki örtüyü mülayim iqlimə müvafiqdir.  Şabalıdı  və  qara  torpaqlar  daha geniş 
əraziləri əhatə edir. Rayonun təsərrüfat strukturunda yüksək  məhsuldar  suvarma  
əkinçiilyi    üstündür.  Subtropik  bitkiçilik  və  ekstensiv  heyvandarlıq  ixrac 
istiqamətində ixtisaslaşmışdır. 
Şimal-şərq  rayonu  Şimaldan  aşağıdakı  əsas xüsusiyyətləri ilə fərqlənir: 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə