Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə9/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   5   6   7   8   9   10   11   12   ...   81

18 
 
a) ölkənin əsas dəniz limanı olan Tampikoda balıq sənayesinin yerləşməsi; 
b) faydalı qazıntıların və metallurgiya sənayesinin olması; 
c) rayonda son illər Tampiko və Nuevo-Laredo şəhərlərinin sürətlə inkişafına 
baxmayaraq Monterrey, Çiyaya və ya Terron kimi region mərkəzlərinin olmaması; 
 Bundan  başqa  hər  iki  rayon  arasında  olan  kəskin  fərqlərdən  biri  də  onların 
enerjidaşıyıcılarla  təmi  olunma səviyyələrinin  müxtəlifliyidir. Belə ki, Şimal  şərq 
rayonu neft-qaz hasilatına görə ölkədə ikinci ye tutsa da burada daş kömür ehtiyatı 
yoxdur,  Şimal  isə  ancaq  daş  komürə  malikdir.  Dəmiryolu  və  avtomobil  yolları 
şəbəkəsi  nisbətən    yaxşı  inkişaf  etdiyindən  ticarətin,  xüsusilə  də  ABŞ-la  sərhəd  
zonasının ehtiyacını  tam ödəyir.  Burada da Şimalda olduğu kimi ABŞ-ın böyük 
təsiri hiss edilir. 
Qərbi  Mərkəz  rayonun  ərazisi  əsasən  dağlıq  relyefə  malikdir.  Quraq  şimal 
rayonundan Sakit okeanın sahilində rütubətli tropikə keçid təbiətə malikdir. Rayon 
tipik  Meksika  əlamətləri,  yəni  kaktusları,  sıx  kənd  və  şəhər  yaşayış  məntəqələri, 
vaxtilə məşhur  olan filiz  yataqları ilə xarakterizə olunur. Onu əhatə  edən rayonla 
sıx əlaqəyə malikdir. 
Burada hündür dağlar, zəngin meşə və mineral resurslar, podzol və dağ-qonur 
torpaqlar  üstünlük  təşkil  edir.  Rayonun  əhalisi  hələ  XVI  əsrdən  sıxlaşmağa 
başlamış  və  burada  Xalisko,  El-Baxio  və  Miçoakan  ştatalarının  ərazisində  Leon, 
Salamanka,  İrapuato,  Selaya,  Oketlan,  La-Pyedad,  Samora,  Uruapan  kimi  iri 
ticarət  və  sənaye  şəhərləri  yaranmışdı.  Rayonun  əsas  regional  mərkəzi 
Qvadalaxaradır. 
Emaledici  sənaye  son  illər  sürətlə  inkişaf  etmiş,  Qvadalaxara  əsas  mərkəz 
kimi müxtəlif növ məhsul istehsalçısına çevrilmişdir. Leon, İrapuato, Salamanka, 
San-Luis-Potosi və Aquaskalyentes sənaye şəhərləri olmuşdur. 
Yüksək  inkişaf  etmiş  heyvandarlıq  və  əkinçilik  daxili  bazarın  tələbatını 
ödəyir,  Aquaskalyentes  daha  çox  çili  istiotu  və  üzüm,  El-Baxio  yem  və  taxıl 
bitkiləri  islehsalı  üzrə  ixtisaslaşmışdır.  Rayon  tarixən  Tepik,  Puerto-Valyarta  və 
San-Blas şəhərləri ilə ticarət və nəqliyyat əlaqələrinə malikdir. 
Cənubi Mərkəzin sırf fıziki-coğrafı ümumiliyi yoxdur. Müxtəlif təbii şəraitə 
malik olan rayon iqtisadi-coğrafi amilin təsiri ilə formalaşmışdır. İqtisadi rayonun 
tərkibinə Valye-de-Toluka və Valye-de-Pueblo dağarası vadiləri, Mexiko  dağarası  
hövzəsi  və  Köndələn  Vulkanik Syerranın digər tərəfındə yerləşən Morelos ştatı 
daxildir. Bu rayonun iqlimi də Qərbi Mərkəz kimi yarımsəhradan rütubətli tropikə 
keçidlə  xarakterizə  olunur.  Bitki  örtüyü  olduqca  müxtəlifdir.  Keretaro  və  İdalqo 
ştatlarında  yarımsəhra,  hündür  dağlıq  ərazilərdə  iynəyarpaqlı  meşələr,  Morelos 
ştatı və Pueblo ştatının bəzi ərazilərində tropik meşələr üstünlük təşkil edir. 
Ərazinin  müxtəlif  təbii  şəraitinə  baxmayaraq  onun  vahid  rayon  kimi 
formalaşmasında aşağıdakı iqtisadi-coğrafi amillərin rolu böyük olmuşdur: 
1.  Rayonun  bütün  ərazisində  kənd  əhalisinin  sıxlığı,  ölkə  əhalisinin  ən  çox 
Pueblo,  Talaskala,  Paçuka,  Toluka,  Keretaro  və  Kuernavaka  şəhərlərində 
cəmləşməsi,  Mexikonun  yüksək  səviyyədə  aqlomerasiyalaşması;  Mexikonun 
böyüməsinə  bütün  istiqamətlərdə  dəmiryol  və  avtomobil  yollarının  kəsişməsi 
səbəb olmuşdur. 


19 
 
2.  Mexikonun    birbaşa    təsiri.    Sözsüz    ki,    digər  şəhərlərin,    xüsusilə    də  
Pueblo, Paçuka, Toluka, Kuernavaka və Keretaro şəhərlərinin təsiri də az deyildir. 
Mexikonun  rayonəmələgətirmədə  vacib  təsiri  olsa  da,  onun  ölkənin  əksər 
ərazilərinə  təsiri  az  deyildir.  Qərbi    Mərkəz,    Şimal    və    Meksika    körfəzi    sahil 
rayonlarından    paytaxta    müxtəlif    xammal    gətirilir.  Ölkənin    şimal    və    cənub  
rayonlarındakı  SES-lərdən bura elektroenerjisi daxil olur. Mexiko hövzəsində və 
qonşu vadilərdə əhali yüksək sıxlığı ilə fərqlənir. 
  Sakit okeanın cənubu iqtisadi rayonuun tərkibinə Kolima, Çyapis, Gerrero 
və Oaxaka ştatları daxildir. Bu rayonun  ərazisi  üçün  xarakterik  landşaft  tipləri 
aşağıdakılardır:   
1.  Meşə  sənayenin,  sadə  əkinçilik  və  heyvandarlıq  sahələrinin  saxlandığı 
Cənubi  Syerra-Madrenin  dağ  rayonları,  La-Misteka  vilayəti  və  Çyapas  dağ 
qurşağı; 
2. Puerto-Valyartadan Suçiate şəhərinədək ensiz sahil düzənliyi iqtsadi inkişaf 
üçün böyük təbii resurs ehtiyatına malikdir. Lakin ölkənin digər əraziləri kimi, 
xüsusilə də Yukatanın uzaq rayonları, uzaq şimalın bəzi əraziləri kimi nisbətən 
kasıb resurslara malik olan əraziləri; 
3.Tyerra-Kalyente,  dağarası  Kerrero  vadisi,  La-Misteka  vilayəti,  Oaxaka 
ştatının  mərkəzi  yaylası  rayonun  daxilində  qapalı  landşafta  malikdir.  Qərbi  və 
Cənubi-Smadre-de-Çyapasın iqlimi tropik savanna xarakterli olub, qış-yaz dövrləri 
daha  quraq  və  uzunmüddətli  olur.  Yüksək  dağlıq  ərazilər  üçün  mülayim  iqlim 
xarakterikdir. 
İqtisadi  rayonda  relyefin  regional  inkişafa  təsiri  daha  yaxşı  hiss  olunur. 
Ərazinin təbii resurslarla kasıb olması ispan konkistadorlarının ilk növbədə Oaxaka 
ştatına,  Gerrero  ştatının  mərkəzi  hissələrinə,  sonradan  isə  Sakit  okean  sahillərinə 
gəlməsinə  səbəb  olmuşdur.  Onlar  bu  ərazilərdən  gələcəkdə  dəniz  ticarəti  kimi 
istifadə etməyi nəzərdə tuturdular. Oaxaka ştatının dağ qurşağı bu ərazilərin təbii 
resurslarının  mənimsənilməsini,  əhalinin  Çyapas  ştatına  və  Mərkəzi  Amerikaya 
miqrayasını    həmişə    çətinlişdirmişdir.    İqtisadi  rayonun    əhalisi    sıx  deyildir  və  
burada  iri  şəhərlər yoxdur. 
Rayonun  ərazisində  sənaye  mərkəzlərinin  olmaması,  ticarət  dövriyyəsinin 
azlığı (Akapulko və Oaxakadan başqa) və turizmin zəif inkişafı xarakterik haldır. 
Buna  görə  də  rayon  iqtisadiyyatının  əsasını  sadə  əkinçilik  təşkil  edir.  Tyerra-
Kalyentedə  küncütün,  pambığın,  şəkər  qamışının  Çyapas  ştatının  mərkəzi 
hissələrində əmtəəlik plantasiya təssərrüfatı inkişaf etmişdir. Rayonun zəif inkişaf 
etmiş  əkinçiliyi  sürətlə  inkişaf  edən  donuzçuluq,  iri  buynuzlu  heyvandarlıq  və 
qoyunçuluq hesabına rentabelləşir. 
Balıq resursların bolluğu, La-Mistekanın əlçatmaz  yüksəkliklərindəki  zəngin 
daş  kömür,  Kolima  və  Miçoakan  ştatlarının  dəmir  filizi,  yüksək  dağlıq  ərazilərin 
geniş meşə resurstları rayonun gələcək inkişafının əlverişli amillərindəndir. 
Rayon  ərazisini  bir  neçə  vacib  dəmiryol  və  avtomobil  yollu  kəsib  keçsə  də 
daxili və xarici əlaqələri hələ zəifdir. Sakit okean sahili boyu keçən avtomobil yolu 
Miçoakan ştatın cənub-şərqini Gerrero ştatı və Oaxaka ştatının Kosta-Çika vilayəti 
ilə  birləşdirir.  Kolima  ştatının  sahili  Xalisko  ştatının  cənubi  ilə  əlverişli  şəraitdə 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə