Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə12/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   8   9   10   11   12   13   14   15   ...   81

24 
 
illər) ABŞ Latın Amerikasında milli-azadlıq hərəkatını boğmaq üçün Nikaraquanı 
istinadgaha  çevirdi.  1960-cı  illərin  ortalarından  ölkədə  sinfi  ziddiyyətlər 
dərinləşmiş,    Samosa    diktaturasına    qarşı    mübarizə  daha  da  kəskinlənmişdi. 
A.Samosa (oğul) 1974-cü ildə siyasi  fırıldaq  yolu  ilə  yenidən  özünün  prezident 
«seçilməsinə» nail olduqdan sonra diktatura əleyhinə hərəkat daha geniş vüsət aldı. 
1978-ci  ildə  bu  hərəkat  silahlı    partizan    müharibəsinə    çevrildi.    1979-cu  ilin 
əvvəllərindən  Sandino  adına  milli  azadlıq  cəbhəsi  başçılığı  ilə  Samosa 
diktaturasına  qarşı  geniş  miqyaslı  silahlı  mübarizə  başlandı.    Vətənpərvərlərin 
zərbələri altında  1979-cu   ilin  aprel  ayının  19-da  diktatura devrildi.  Samosa  
ölkədən    qaçdı.    Yeni    hakimiyyət  orqanları  yaradıldı.  İnqilabçı  hökumət 
zəhmətkeş xalq kütləlrinin mənafeyinə cavab verən  geniş antiimperalist islahatlar  
proqramı  işləyib  hazırladı. İnqilabı Nikaraqua  qeyri  kapitalist  inkişaf yolu  ilə 
gedəcəyini, bolklara qoşulmamaq siyasəti yeridəcəyini, ictimai quruluşundan asılı 
olmayaraq  bütün  ölkələr  ilə  münasibətləri  genişləndirəcəyini  bildirmişdir.  
Nikaraqua  hökuməti    bir    sıra    ölkələrlə    iqtisadi,    texniki,  mədəni,  elmi  
əməkdaşlıq  və  s.  haqqında  sazişlər bağlamışdır. 
Nikaraqua  —  respublikadır.  Ölkə  17  inzibati  rayonlara  bölünmüşdür.  Ali 
qanunverici hakimiyyət orqanı - Milli Assambleyadır. 
Ölkədə  bir  çox  siyasi  partiyalar  fəaliyyət  göstərir.  Ən  nüfuzlu  siyasi  
partiyalar:    Sandino    adına    Milli  Azadlıq  Cəbhəsi,    İnqilabın    vətənpərvərlər  
Cəbhəsi,  Konservativ-Demokratik  Partiya,    Müstəqil    Liberal  Partiya  və 
başqalarıdır. 
Nikaraquada  1960-cı ildə 1,5 mln. nəfər əhali yaşadığı halda, 1980-cı ildə 2,9 
mln.  nəfər,  2007-ci  ildə  isə  bu  göstərici  5,0  mln.  nəfərə  çatmışdır.  Son  40  ildə  
demək olar ki, ölkənin əhalisi 3 dəfə artmışdır. Bunu aşağıdakı cədvəl və qrafikdən 
də aydın görmək olar. 
 
İllər 
1960 
1970 
1980 
1990 
2000 
2007 
mln. nəfər 
1,5 
2,1 
2,9 
3,6 
4,5 
5,0 
 
Əhalinin  təbii  artımı  yüksəkdir.  Hər  min  nəfərə  görə  doğulanların  sayı  33, 
ölənlərin sayı 7 nəfər, təbii artım isə 26 nəfərdir (2007-ci il). 
Nikaraquada  əhali  ərazi  üzrə  qeyri-bərabər  yerləşir.  Ölkədə  əhalinin  orta 
sıxlığı  bir  kv  km-ə  38,5  nəfər  təşkil  edir.  Əhalinin    80%-i    ölkənin    qərbində  
Nikaraqua çökəkliyində və Sakit okeanı sahilində yerləşir. 
Əhalinin 70%-i metislərdən, 16%-i avropalılardan, 9%-i afrikalılardan, 5%-i 
isə hindulardan ibarətdir. 
Dövlət    dili    -    ispan    dilidir.    Dindarların    80%-i  katolik,  10%-i  isə 
protestantdır. 
Nikaraquada orta həyat ömrü: kişilər üçün – 61il, qadmlar üçün isə 67 il təşkil 
edir. 
Urbanizasiyanın  səviyyəsi  yüksəkdir.  Ölkə  əhalisinin  60%-i  şəhərlərdə 
yaşayır. Nikaraquada əhalisi 100 min  nəfərdən  artıq  olan  dörd  şəhər  vardır.  Bu 


25 
 
şəhərlərdən ən böyüyü ölkənin paytaxtı – Manaqua şəhəridir. Onun əhalisi 1,3 mln. 
nəfərdir. Ölkənin 2-ci şəhəri əhalisi 560 min nəfər olan Leon şəhəridir. 
 İspanlar    XVI    əsrdə    Manaqua    şəhərinin    əsasını  köçürülmüş  hindu 
məskəninin yerində qoymuşlar. 
Manaqua  şəhəri  ölkənin  siyasi,  inzibati,  maliyyə  və  mədəniyyət  mərkəzidir. 
Şəhər  Manaqua  gölünüa  cənub-şərq  sahilində,  Panamerika  şosse  yolunun 
kənarındadır. Dəniz və avtomobil yollan qovşağıdır. Şəhərin kənarında beynəlxalq 
əhəmiyyətli Las-Mersedes aeroportu yerləşir. 
Ölkənin  qərbində  yerləşən  Leon  şəhəri  eyni  adlı  departamentin  inzibati 
mərkəzidir. Dəmir və avtomobil yolları qovşağıdır. Şəhərdə sənaye müəssisələri ilə 
yanaşı  milli  universitet  və  qədim  tarixi-memarlıq  abidələri  vardır.  Leon  şəhəri 
1524-cü  ildə  salınmışdır.  XIX  əsrin  ortalarına  qədər  Nikaraquanın  paytaxtı 
olmuşdur. 
Nikaraquanın təşərrüfatının ümumi səciyyəsi. 
Kənd təsərrüfatı və sənayesi. 
 
Nikaraqua  zəif  inkişaf  etmiş  aqrar  ölkəsidir.  1979-cu  ilədək  ölkənin 
iqtisadiyyatında  ABŞ  inhisarlan  (ağac  tədarükünün  90%-nə,  fıliz-mədən 
sənayesinin 80%-nə, emaledici sənayenin 40%-nə, xarici və daxili ticarətə nəzarət 
edirdi) və diktator Samosa ailəsi (milli sərvətin 1∕3-nə yiyələnmişlər) hakim mövqe 
tuturdu.  1979-cu  ildə  diktatorun  və  onun  ətrafında  olan  qohumlarının,  yüksək 
vəzifə sahiblərinin əmlakları müsadirə edilmişdir. Banklar, sığorta şirkətləri, xarici 
ticarət və qabaqcıl sənaye müəssisələrinin bir neçəsi milliləşdirildi. Ölkənin bütün 
təbii  sərvətləri  dövlətin  nəzarətinə  keçdi.  Qarışıq  iqtisadiyyatın  əsasında  güclü 
dövlət  sektoru  yarandı.  1983-cü  ildə  Ümumi  Daxili  Məhsulun  35%-i  dövlət 
sektorunun payına düşürdü. 
İqtisadiyyatın  hərbiləşdirilməsi,  ABŞ-ın  ticarət-iqtisadi  blokadası,  sosial-
iqtisadi siyasətdə buraxılan səhvlər, kənd təsərrüfatı və sənaye istehsalı həcminin 
azalmasına,  əhalinin  həyat  səviyyəsinin  aşağı  düşməsinə  və  xarici  borcun 
artmasına  gətirib  çıxarmışdır.  Nikaraquada  iqtisadiyyatın  əsasını  kənd  təsərrüfatı 
təşkil  edir.  2007-ci  ilin  məlumatına  görə  kənd  təsərrüfatının  payı  daxili  milli 
məhsulda  23%  təşkil  etmişdir.  Təsərrüfatının  bu  sahəsində  iqtisadi  cəhətdən  fəal 
əhalinin  40%-i  çalışır.  Kənd    təsərrüfatı    qəhvə,  şəkər  qamışı  və  pambıq  (bunlar 
əsas ixracat bitkiləridir) becərilməsi ilə ixtisaslaşmışdır. 
Nikaraquanın    kənd    təsərrüfatı    ixracat    bitkilərin    istehsalı    üzrə  
ixtisaslaşmışdır.    Kənd    təsərrüfatın  yararlı  torpaqların  yalnız  1∕3  hissəsi 
mənimsənilmişdir.  Ona  görə  də  ölkə  üçün  torpaq  fondunun  zəif  istifadəsi 
xarakterikdir. Bitkiçilik kənd təsərrüfatı məhsulları dəyərinin 3∕4 hissəsini verir. 
İnqilabın qələbəsinə qədər kənd əhalisinin yarıdan çoxu  torpaqsız  idi.  Onlar 
torpaq  sahibkarlarının  latfundiyaçıların  torpaqlarında  və    plantasiyalarında 
işləyirdilər. Torpağın feodal icarə forması geri yayılmışdır. 
Əkinçilik  Nikaraquada  qədimdən  inkişaf  etmişdi.  Konkistadorların  ölkəyə 
gəlməsindən  çox-çox  qabaq  yerli  hindilər  meşələri  qırıb  yandıraraq  yerində 
qarğıdalı  yetişdirirdilər.  Əkinçiliyin  bu  sistemi  (meşəni  yandırmaq  və  torpaqları 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə