Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə15/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   11   12   13   14   15   16   17   18   ...   81

30 
 
Honduras  —  Mərkəzi  Amerika  ölkəsidir,  sahəsinə  görə  regionda  ikinci, 
əhalisinin  sayına  görə  isə  üçüncü  ölkədir.  Cənubda  Nikaraqua  ilə  (sərhəddin 
uzunluğu -922 km), qərbdə Qvatemala ilə (256 km), cənub-qərbdə isə Salvador ilə 
(324 km) həmsərhəddir. Şərqdə və şimalda Karib dənizi ilə, cənub-qərbdə isə Sakit 
okean Huları ilə əhatələnir. 
Honduras - dağlıq ölkədir. Ərazisinin 2∕3 hissəsi meşə ilə örtülmüş dağlar və 
yüksəkliklərdir. 
Relyefini  əsasən  1000-2000  m  hündürlüyündə  olan  geniş  yayla  təşkil  edir. 
Yaylanın  qərb  hissəsi  daha  hündürdür  (Selake  dağı  2865  m)  -  Yayla  dərin  çay 
dərələri  ilə  parçalanmışdır.  Şimalda  Karib  dənizi  sahilində  düzənlik  -  bataqlıq 
Moskit sahili yerləşir. 
Honduras  müxtəlif  faydalı  qazıntılarla  zəngindir.  Gümüş,  qızıl,  polimetal, 
mis və dəmir fılizi hasil edilir. Lakin hasilat azdır. Həmçinin kömür, sürmə, civə, 
nikel, boksit, neft və s. vardır. 
Ölkənin  iqlimi  tropik  passatdır.  Temperaturun  fəsli  dəyişməsi  böyük  deyil. 
Düzənliklərdə və qərb ranyonlarında iyulun orta temperaturu 24-28° C, şərqdə və 
cənub-şərqdə 28°-dən yuxarı, yanvarda isə bundan 3-4° az olur. Şimalda və külək 
tutan dağ yamaclarında ildə 1500-2000 mm yağıntı düşür. Ölkənin daxili hissələri 
və cənubu daha quraqdır. Bu yerlərdə quraq dövr qışda və baharda 5-6 ay davam 
edir. Ölkənin paytaxtı Tequsiqalpa şəhəri  də bu  ərazidə yerləşir. Şəhərdə yanvarın 
orta temperaturu 19°, iyulda 24°C-dir.İl ərzində 900 mm-ə qədər yağıntı düşür.   
Ölkənin  ən  böyük  çayları  Ulya,  Aquan,  Patuka  və  başqalırdır.  Bu    çaylar 
aşağı  axınlarında  gəmiçiliyə yararlıdır.  Çayların  dağlıq  ərazilərdə  axan  yuxarı 
hissələri hidroenerji əhəmiyyətlidir. 
Hondurasda    iqlim    və    relyef    şəraitinə    müvafiq  olaraq  torpaq  örtüyü 
formalaşmışdır.  Ölkə  ərazisində  əsasən  qırmızı-sarı  ferralit  torpaqlar  yayılmışdır. 
Şimal
 
düzənliklər  və  dağ  yamacları    həmişəyaşıl    rütubətli  tropik  meşələrlə 
örtülüdür.  Ən  qiymətli  ağac  növləri  palmalar,    kauçuk    və    qırmızı    makaqoni  
ağacıdır. Sahilboyu  ərazilərdə  çətin  keçilən  manqr  kolluqlar yerləşir. 
Ölkənin    mərkəz    hissəsində    qarışıq    meşələr,  həmişəyaşıl  palıd  və    şam  
ağacları  altında qəhvə-qırmızı ferralit torpaqlar formalaşmışdır. 
Heyvanat  aləmi  müxtəlif  olub,    Mərkəzi  Amerika  üçün    tipikdir.    İri  
heyvanlardan    yaquar,    puma,  meymunlar,    tapir    və    vəhşi    donuzlar    (pekar) 
yayılmışdır. Zirehlilərdən qarışqayeyən, həmçinin çoxlu yarasa və çaylarda timsah 
yaşayır.  lquanalar  və ilanlar ölkə üçün xarakterik heyvanlardır. Quşlardan ən çox 
kalibri  və  müxtəlif  növ  tutuquşular,  tukanlar  qışlamaq  üçün  şimaldan  uçub  gələn 
çoxlu quşlar olur. Çaylar və sahil sular balıqlarla zəngindir. 
Əhalisi.  Honduras  sahillərini  1502-ci ildə X.Kolumb  kəşf  etmişdir.  Böyük  
coğrafi    kəşflər  dövründə  indiki  Hondurasın  ərazisi  müxtəlif  hindu  tayfaları 
tərəfindən məskunlaşmışdır. Onlar  ibtidal icma quruluşu  şəraitində   yaşayırdılar,  
primitiv əkinçilik və heyvandarlıq və müxtəlif növ peşəkarlıq ilə məşğul  olurdular.  
Yerli  əhali  qonşu  Meksikada yaşayan asteklərlə ticarət aparırdılar. II əsrdə indiki 
Hondurasın qərb hissəsində mayya tayfası hakimlik edirdi. 


31 
 
1523-cü  ildə  Alvarado  başda  olmaqla  ölkəni  ispan  konkistadorları  işğal 
etdilər.  Sahilləri  dərin  yarğanlar  olduğu  üçün  ölkə  sonradan  onduras  (ispanca 
onduras - dərin deməkdir) adlandırıldı. 1821-ci ildə Honduras müstəqillik qazandı. 
Honduras  respublikadır.  1982-ci  il  Konstitusiyası  qüvvədədir.  Dövlət  başçısı  4  il 
müddətinə  seçilən  prezidentdir.  Qanunverici  hakimiyyət  Milli  konqresə, 
(birpalatalı parlament) icra hakimiyyətini isə prezident həyata keçirir. 
Hondurasın əhalisi 5,5 mln. nəfərdir (2007-ci il). Əhalinin  ölkədə orta  srxlığı  
1  km
2
-də 57 nəfərdir. Metislər (90%) və hindilər (6%) əhalinin əksəriyyətini təşkil 
edir,  afrikalılar  —  2%,  avropalılar  da  —  2%  təşkil  edir.  Hakim  din  katolizmdir. 
Rəsmi dil - ispan dilidir. 
Şəhər əhalisi təqribən 50%-dir. İşləyənlərin 45%-i kənd təsərrüfatında çalışır. 
Ən böyük şəhərləri: ölkənin paytaxtı Tequsiqalpa, 2-ci San-Pedro-Sula şəhəridir. 
Honduras respublikasının paytaxtı - Tequsiqalpa şəhərində 800 min nəfərdən 
çox  əhali  yaşayır.  Ölkənin  mühüm  siyasi,  iqtisadi  və  mədəniyyət  mərkəzidir.  O, 
1524-cü ildə salınmış və 1880-ci ildən ölkənin paytaxtı olmuşdur. 
İnzibati  cəhətdən  Honduras  18  departamentə  bölünür.  Honduras  Latın 
Amerikasında  iqtisadi  cəhətdən  ən  zəif  və  ABŞ  şirkətlərindən  ən  çox  asılı  olan 
ölkələrdəndir. 
İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Kənd  təsərrüfatında  iqtisadi  
cəhətdən    fəal    əhalinin  yarısı  çalışır.  İxracata  gedən  bütün  əmtəə  məhsulunun 
demək olar ki, hamısını kənd təsərrüfatı istehsal edir. Kənd  təsərrüfatında əsasən 
plantasiya əkinçiliyi və heyvandarlıq inkişaf edir.  Onların da  əksəriyyətin xarici 
kapital  nəzarət  edir  (əsasən  ABŞ  kapitalı)  kənd  təsərrüfatına    yararlı    torpaqların  
çox  hissəsi yerli latifundiyaçıların və Amerika şirkətlərinin əlindədir. 
Kənd təsərrüfatında aqrotexniki səviyyə və əmək məhsuldarlığı çox aşağıdır. 
Monobitkiçilik  istehsalı  kənd  təsərrüfatının  inkişafını  əhəmiyyətli  dərəcədə 
ləngitmişdir. 
İstehsal  olunan  kənd  təsərrüfatı  məhsulunun  əsas  hssəsi  (banan,  qəhvə, 
pambıq,  şəkər  qamışı,  tütün,  ət)  ixrac  olunur.  Qiymətli  ağac  növləri  də  ixrac 
olunur. Daxili tələbat üçün çəltik, qarğıdalı, lobya, darı və b. yetişdirilir.  
Heyvandarlıq ekstensiv xarakter daşıyır. 
Sənaye  ölkədə  zəif  inkişaf  etmişdir.  Fəal  əhalinin  9%-i  sənayedə  çalışır. 
Mədən  və  emal  (əsasən  kənd  təsərrüfatı  məhsullarını  emal  edən)  sənaye  sahələri 
inkişaf edir. 
Sənayedə manufaktur xarakterli kustar istehsalı üstündür, bununla yanaşı bir 
sıra  müasir  tipli  müəssisələr  də  fəaliyyət  göstərir.  Onlara  xarici,  birinci  növbədə 
amerika  şirkətləri  tərəfindən  nəzarət  olunur.  Onların  əksəriyyəti  ölkənin  ikinci 
şəhəri sayılan San-Pedro-Sulada və Tequsiqalpa şəhərində yerləşir. 
İqtisadi-coğrafi cəhətdən Honduras bir-birindən fərqlənən üç rayona bölünür. 
Şimal Atlantikyanı düzənlik rütubətli tropik iqlimə malikdir. Bu ölkə də məhsuldar 
rayondur. Burada plantasiya təsərrüfı inkişaf edir, şimali amerika meyvə şirkətləri 
tərəfindən  nəzarət  olunur.  Burada  banan,  qəhvə,  tütün,  şəkər  qamışı    və    pambıq  
yetişdirilir.  Daxili    tələbat    üçün  qarğıdalı,  lobya,  çəltik  və  darı  yetişdirilir.  Bu 
rayonun əsas
 
iqtisadi mərkəzi San-Pedro-Suladır. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə