Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə11/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   7   8   9   10   11   12   13   14   ...   81

22 
 
Vulkanların  yaxınlığında  yerləşən  şəhərlər,  qəsəbələr  və    başqa  yaşayış  
məntəqələri  dəfələrlə   vulkan püskürmələri  və baş  verən zəlzələlər hesabına çox 
zərər  çəkmişlər.  1931-ci    ildə    güclü    zəlzələ    nəticəsində  ölkənin  paytaxtı  - 
Manaqua  şəhəri  tam  dağılmışdır.  Daha  bir  faciə  bu  şəhərdə  1972-ci  ildə  baş 
vermişdir.  Dekabrın  23-də  şəhərdə  9-10  bal  gücündə  zəlzələ  baş  verdi.  Bir  neçə 
saniyə  ərzində  şəhərin  70  min  evindən  60  mini  tam  dağılmış  və  10  mindən  çox 
insan həlak olmuşdur.  Bununla  əlaqədar  qərara  alındı  ki, Manaqua şəhərindən 
18 km cənub-şərqdə yeni paytaxt inşa olunsun. Manaquanın faciəsilə əlaqədar bir 
çox  ölkələr  ona  kömək  əlini  uzatmışdır.    Nikaraqua  aktiv  tektonik  ərazidə 
yerləşdiyinə  görə  gələcəkdə  onu  çoxlu  süprizlər  gözləyə  bilər.  Lakin  münbit  və 
məhsuldar vulkanik  torpaqların  və  gözəl  iqlim  şəraiti  olan Manaqua sakinlərini 
heç nə qorxutmur.  
Sıx  tropik  meşələrlə  örtülən    şərq  hissədə    əhali  seyrəkdir.  Nikaraquanın 
Mərkəzi  yaylası  zəif  öyrənilsə  də  artıq  burada  qızıl,  gümüş,  sink,  qurğuşun,  mis, 
volfram,  dəmir  filizi,  sürmə,  fosforid,  mərmər,  prit  və  gips  yataqları  aşkar 
edilmişdir. 
Moskid  sahili  adı  ilə  məşhur  olan  geniş  şərq  ovalığı  çayların    gətirdiyi  
çöküntü    materiallarının    hesabına  yaranmışdır.    Moskid    sahilinin    çox    hissəsi  
rütubətli meşələrlə örtülüdür. Plantasiya təsərrüfatları istisna olmaqla burada əhali 
çox az və seyrək məskunlaşmışdır. 
Nikaraqua  ərazisinin  çox  hissəsində  iqlim  tropik-passat  xarakterlidir. 
Nikaraqua  çökəkliyindən  cənub-qərbdə  isə    iqlim    subekvatorialdır.    Orta    aylıq  
temperatur  25-28°  C  təşkil  edir.    Yalnız  dağlarda    1500  m-dən  yüksəklikdə  
«soyuq»  ayın  -  yanvarın  orta temperaturu  16°  C-dir.  Okean  üzərindən  əsən 
passatlar  çoxlu  rütubət  gətirir.  Külək  tutan  dağ yamaclarına (passata yönəlmiş) 
ildə  5  min  mm-dən  artıq  yağıntı  düşür.  Qərbə  doğru  getdikcə,  xüsusilə  külək 
tutmayan  dağ  yamaclarında  yağıntılar  az  düşür.  Burada  ilin    iki    fəsli    müşahidə 
olunur:  quru  «qış» (oktyabrdan  aprelə kimi)  və  rütubətli yay  (maydan oktyabra 
kimi). Manaquada illik yağıntılar 1450 mm-dən artıqdır. 
Ölkənin  daxili  sularının,  o  cümlədən  çaylarının  göllərinin  formalaşmasında 
başlıca yeri relyef və iqlim xüsusiyyətləri tutur. Ölkənin relyef və iqlim şəraitindən 
asılı olaraq bol sulu çaylarının axın istiqaməti Karib dənizinə tərəfdir. Sakit okean 
sahilində  çay  şəbəkəsi  seyrək  və  az  suludur.  Çaylarının  çoxu  ölkənin  qərbində 
yerləşən Nikaraqua və Manaqua göllərinə tökülür.  
Atlantik  okeanı  hövzəsinə  aid  olan  çoxlu  çaylardan    ən  əhəmiyyətlisi 
Seqoviya, Rio-Qrande, Rio-Eskodido  və San-Xuan  çaylarıdır.  Bu  çaylardan  ən  
uzunu  olan  Seqoviya   orta və aşağı  axınında Hondras ilə sərhəd təşkil edir.  Bu 
çay 210 km məsafədə aşağı axınında gəmiçilik üçün   yararlıdır.   Rio-Qrande   və 
Rio-Eskodido  qısa  məsafələrdə  gəmiçilik  üçün  istifadə edilir. 
Mərkəzi Amerika regionunda ən böyük Nikaraqua gölüdür. Onun sahəsi 8430 
km
2
,  dərinliyi  isə  70m-ə  çatır.  Göldən  gəmiçilik  məqsədi  üçün  istifadə  edilir. 
Manaqua  gölü  Nikaraqua  gölündən  bir  neçə  dəfə  kiçik  olub,  sahəsi  1489  km
2

dərinliyi 80 m-dir. Dəniz səviyyəsindən 37 m yüksəkdə yerləşmiş bu göl tektonik 
mənşəlidir. 


23 
 
Ölkə ərazisinin 35%-i meşə və kolluqlarla örtülüdür. Meşələrdə qiymətli ağac 
növləri  (sidr,  qırmızı  ağac,  makaqone,  çürüməyə  davamlı  kimpero,  kauçuklu 
bitkilər  və  b.)  vardır.  Sahillərdə  manqa  ağacları  bitir.  Dağların  hündür 
yamaclarında  iynə  yarpaqlı  və  palıd  meşələri  yerləşir.  Nikaraquanın  qərb 
hissəsində  savannalarda  kçerofit  kolluqlar  yayılmışdır.  Nikaraqua  ərazisində 
zəngin  heyvanat  aləmi  qalmaqdadır.  Bunlara:  enliburun  meymun,  qarışqayeyən,  
tapir,    maral,    vəhşi    donuz,    qara  ayı,  yaquar,  müxtəlif    quşlar    və    s.    aiddir.  
Ölkənin    çaylarında,  göllərinində  və  dəniz  sahillərində  çoxlu  balıq  növləri  və 
tısbağalar, çaylarda  və   göllərdə   isə   timsahlar yaşayırlar. 
 
Tarixi inkişafı, dövlət quruluşu və əhalisi 
 
Nikaraqua  Respubilkasının  ərazisində  qədimdən hindu tayfaları - asteklər və 
tolteklər  məskunlaşmışlar.  Ispanlar    (X.Kolumb)    ilk    dəfə    Nikaraqua    ərazisinə 
gəlmiş,  1522-ci  ildə  isə  onu  müstəmləkəyə  çevirməyə  başlamışlar.    İspan  
konkistadorları    yerli    hinduların  müqavimətini    qıraraq    ilk    müstəmləkənin  
əsasını qoydular. İspanlar hindu əhalinin çox hissəsini silah gücünə yaxud buraya 
gətirmiş olduqları xəstəliklərin hesabına məhv etmişlər. 
XVI  əsrdən  başlayaraq  plantasiyalarda  işləmək üçün Afrikadan zənci-qullar 
gətirilirdi,  lakin  bu  fəhlə  qüvvəsindən  nisbətən  kiçik  miqyasda  istifadə  olunurdu.  
Ərazidəki    müstəmləkələr    inzibati    cəhətdən  Qvatemala  General-kapitanlığına 
daxil idi. 
İspaniyanın  Latın  Amerikasındakı  müstəmləkələrinin  istiqlaliyyət    uğrunda  
apardıqları    mübarizədə  (1980-1926-cı    illər)    Nikaraqua    xalqı    da    fəal    iştirak 
etmiş  və    1821-ci  ildə    öz  müstəqilliyini  qazanmışdır.  Lakin  bir  ildən  sonra 
Meksika  imperiyasının  tərkibinə  qatılmışdır.  İmperiyanın    ləğvindən    sonra  
Nikaraqua Mərkəzi Amerikanın birləşmiş federasiyasına daxil olmuşdur. 
1838-ci  ildə  bu  federasiya  dağılmış  və  həmin  ildə  Nikaraqua  istiqlaliyyət 
qazanmışdır. 
XIX  əsrin  ortalarından  Nikaraquaya  Şimali  Amerika  kapitalı  daxil  olmağa 
başladı. Amerika şirkətiəri hasilat sənayesinə və dəniz nəqliyyatına nəzarət edirdi. 
«Standart  frut»  şirkəti  isə  burada  ucuz  qiymətə  böyük  torpaq  sahələrini  alaraq, 
plantasiya təsərrüfatı üçün istifadə edirdi. 
Nikaraqua  xalqı  öz  istiqlaliyyətini  qorumaq  üçün  uzun  müddət  ABŞ  
təcavüzkarlarına  qarşı  mübazrizə  aparmışdır.    Nikaraquanın    milli    qəhrəmanı  
general  Sezar  Auqusto  Sandinonun  rəhbərliyi  ilə  1927-ci  ildə  Amerika  
müdaxiləçilərinə   və  onların  Nikaraquadakı əlaltılarına  qarşı  xalq   hərəkatının  
parlaq    səhifəsini  təşkil    edir.    Üsyançı    ordunun    müdaxiləçilərə    qarşı 
müvəffəqiyyətli    mübarizəsi    ABŞ-ı    1933-cü  ilin  yanvarında  öz  qoşunlarını  bu 
ölkədən  çıxarmaq  məcburiyyəti    qarşısında    qoydu.    Lakin    1934-cü  ilin  1 
yanvarında    Nikaraquanın    milli    qvardiyasının    rəisi  general    A.Samosa    ABŞ  
səfirliyi    ilə    sövdələşərək  Sandinonun    xaincəsinə    öldürülməsini    təşkil    etdi. 
1936-cı  ildə  isə  dövlət  çevrilişi  edərək  hakimiyyəti  ələ  aldı.    Nikaraquada   hərbi-
polis  diktaturası  bərqərar oldu. İkinci dünya müharibəsindən sonra (1939-1945-ci 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə