Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə7/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   2   3   4   5   6   7   8   9   10   ...   81

14 
 
gümüş, qızıl  ehtiyatları  olduqca çoxdur. Dəmir filizinin ümumi  ehtiyatı 570 mln. 
ton    hesablanmışdır.    Manqan    filizinin  əsas    yataqları  Xamisko,  Çiyaya    və  
Sonora  ştatlarının ərazisində cəmlənmişdir. 
Sonora    ştatı    həmçinin    əsas    mis    yataqları    ilə  fərqlənsə  də  burada  son 
vaxtlar gümüş, qurğuşun sink, qızıl da istehsal edilir. Uran filizinin əsas ehtiyatları 
bir  çox  ərazilərdə  o,  cümlədən  Quadalupe,  El-Sotolar,  Duranqo,  Sonora  və  digər 
ştatlardadır. Kükürdün əsas ehtuyatı Teuantepek bərxəzindədir. 
Ölkədə  çuqun  və  polad  istehsalına  XX  əsrin əvvəllərində başlanmışdır. O, 
hal-hazırda  qara  metallurgiyanın  inkişaf  səviyyəsinə  görə  Braziliyadan  sonra 
regionda ikinci yeri tutur. 
Meksika sənayesinin ən qocaman sahələrindən biri toxuculuq sənayesidir ki, 
o  bu  gün  də  sənayenin  əsas  sahələrindən  biri  hesab  olunur.  Ölkənin  əksər 
rayonlarında onun müəssisələri yerləşmişdir. 
Yeyinti    sənayesi    emaledici    sənayenin    həm    ən  qədim,  həm  də  istehsal 
olunan məhsulun dəyərinə, çalışan əhalinin sayına görə fərqlənir. 
Ölkədə  sürətlə  inkişaf  edən  maşınqayırma  və  metal  emalı  müəssisələrinin 
əksər hissəsi mərkəzi və onu əhatə  edən  rayonların  ərazisindədir.  Federal  dairə, 
Mexiko    ştatı  və    Monterrey  aqlomerasiyası  nəqliyyat  maşınqayırmasının    əsas  
mərkəzləri    hesab    edilir.  Federal    dairə,    ona  yaxın    ərazilər    və    Mexiko    ştatı 
ölkənin sənaye  məhsulu istehsalının təxminən  yarıdan  çoxunu  verir  və mürəkkəb 
sahəvi struktura malikdir. 
Neft-kimya  və  metallurgiya  sənayesi  yüksək səviyyədə təmərgüzləşməsi ilə 
seçilir. Ölkədə istehsal olunan çuqun və poladın 90%-dən çoxu 4 şirkətin, onunda 
45%-i  “Alltosorios-de  Mexiko”  şirkətinin payına düşür. 
b)  Kənd  təsərrüfatı.  İqlimin,  relyefin  və  torpaq örtüyünün  müxtəlifiiyi  
Meksikada    bir    çox    kənd  təsərrüfatı    məhsulu    istehsal    etməyə    imkan    verir. 
Bununla yanaşı  təbii  şəraitin  bəzi  xüsusiyyətləri - musson xarakterli yağıntılar, 
dağ sistemlərinin şimal qərbdən  cənub-şərq  istiqamətində  uzanması bununla da 
əlaqədar  qış  dövründə  soyuq  hava  kütlərinin  şimaldan  asanlıqla  əraziyə  daxil 
olması  əkinliyin  nisbətən  məhdudlaşmasına  səbəb  olur.  İlin  qalan  dövrlərində 
təxminən ölkə ərazisi bütövlüklə quraqlıqdan əziyyət çəkir. Yalnız yüksək dağlıq 
ərazilər,  dəniz  sahili  və  aralıq  dəniz  iqlim  tipinin  mövcud  olduğu  Aşağı 
Kaliforniyanın  şimal-qərbi,  Tamaulikas  ştatının  məkəzi,  Sonora  ştatının  şimal 
hissəsi istisnalıq təşkil edir.  
Meksikada  müxtəlif kənd  təsərrüfatı  məhsulları istehsal olunsa da onları iki 
əsas  qrupa  bölmək  olar:  daxili    ehtiyacı    ödəmək    məqsəldilə    əkilən    və  ixrac 
istiqamətli ərzaq bitkiləri. Əsas ərzaq bitkisi qarğıdalı hesab edilir və əkin yerinin 
təxminən  yansını  əhatə  edir.    Ölkənin    mərkəzi,    cənub    və    şərq    rayonları 
əhalisinin qida rasionunda qarğıdalı böyük rol oynayır. 
 Qarğıdalıdan  başqa  əhalinin  rasionunda  eyni zamanda buğda, çəltik, şəkər 
qamışı,  lobya,  bibər  mühüm    yer  tutur.    Şimal,    Mərkəz  və    Şimal-Qərbin 
təsərrüfatlarında  buğda  nəzərəçarpacaq  rol  oynayır.  Ölkə  hal-hazırda  daxili 
tələbatını  tam  ödəyir  və  qismini  də  ixrac  edir.  Vacib  ixrac  məhsullarına  eyni 


15 
 
zamanda pambıq, qəhvə, şəkər qamışı və pomidor daxildir. Suvarma ərazilərində 
istehsal edilən meyvə tərəvəz daxili və xarici bazarlara çıxarılır. 
İqlim  dəyişkənliyinə,  temperatur  amplitudunun  müxtəlifliyinə,  quraqlığa, 
hündürlüyə asanlıqla davam gətirən qarğıdalı ölkənin əksər bölgələrində becərilir.  
Əvvəllər  az  bir  ərazidə  becərilən  buğda  indi  ölkənin  bir  çox    ştatlarında,  
suvarılmayan  ərazilərdə,  çay  vadilərində  becərilir.  Ölkənin  iqlim  şəraitinə 
uyğunlaşmış yeni buğda sortları ümumi məhsulun əsasını təşkil edir. 
Ölkənin tropik və subtropik iqlim qurşaqlarında, suvarılan  ərazilərdə  çəltik  
istehsal  edilir.  Kənd təsərrüfatı istehsalında arpa mühüm yer tutur.  İsti subtropik 
və isti mülayim iqlim şəraitində meyvəçilik bir çox  ştatların  ərazilərində yüksək  
məhsul    verir.  Sitrus  bitkiləri  içərisində  ən  geniş  yayılmışı  portağaldır.  Son  illər 
şərab  istehsalı  üçün  texniki  üzüm  sortları  əkin  sahələrinin  genişləndirilməsinə 
qayğı artırılmışdır. Meksika  dünyada  ən  çox  istiot  istehsal  edən ölkələrdəndir. 
Son on ildə əlverişli təbii şəratdə becərilən şəkər qamışının  istehsal  həcmi  
artırılmaqdadır.  Ölkədə banan, yer fındığı, kakao, sizal, pomidor, qəhvə, parnbıq 
və digər məhsul istehsalının həcmi artır. 
 
 
Meksikada heyvandarlıq indikindən qat-qat  güclü   inkişaf etmə imkanlarına 
malikdir. 
Təbii  landşaftın  müxtəlifliyi  və  təbii  otlaqların rəngarəngiliyi onun güclü 
yem bazası  hesab  edilir. Təsadüfi  deyildi ki, təbii  otlaqların ümumi sahəsi meşə 
örtüyündən    və    əkin    sahəsindən    çoxdur.    Deməli,  heyvandarlığın  inkişafının 
zəifliyi yem bazası ilə yox  sosial-iqtisadi inkişafla əlaqədardır. İstər kənd yaşayış 
məntəqəsində,  istərsə  də  şəhərlərdə  yaşayan  əhalinin  alıcılıq  qabiliyyəti  aşağı 
olduğundan  ət-süd  məhsullarının  kütləvi  istehlakı  da  azdır  və  bu  gəlir  gətirən 
sahəyə  çevrilə  bilmir.  Uzun  illər  ərzində  ölkədə  heyvandarlıq  ixrac
 
məhsulu 
istehsal  etmişdir.  Buna  görə  də  indi  ölkə  iqtisadiyyatında,  xüsusilə  də  kənd 
təsərrüfatında  ciddi    dönüş    yaratmaq    üçün    ölkənin    təbii  komplekslərini  daha 
yaxşı  öyrənmək,  eyni  zamanda  heyvanların    cins    tərkibinin    yaxşılaşdırılmasına  
nail olmaq əsas vəzifədir. 
Tədqiqatlar  göstərir  ki,  təbii  otlaqların  sahəsi  70  mln.  ha  yaxındır  və  əsas 
otlaqlar  ölkənin  şimal,  şimal  şərq  və  şimal-qərb  ştatlarındadır.  İri  buynuzlu  mal-
qaranın  çox  hissəsi  Verakrus,  Xalisko,  Sonora, Sinaloa,  Oaxaka,  Tamaulinas  
ştatlarında,  xırda buynuzlu mal-qara isə Koauila, Oaxaka, Nuevo-Leon, Sakatekas,  
San-Luis-Potosi  və   Gerrero  ştatlarında cəmləşmişdir. Ölkə ərazisi əsasən dağlıq 
relyefə  malik  olduğundan  ənənəvi  qoşqu  və  minik  heyvanları  olan  at,  qatır    və  
uzunqulaq  saxlanması  bütün  ştatlarda əhəmiyyət kəsb edir. Son illər sənayenin 
güclü  inkişafı  ilə    əlaqədar    olaraq    urbanizasiyanın    səviyyəsi  yüksəlmiş,  şəhər 
əhalisi  artmışdır.  Buna  görə  də  şəhər  əhalisini  ət  və  yumurta  ilə  təmin  etmək 
məqsədilə  əhalinin  sıx  məskunlaşdığı  regionlarda  və  iri  şəhərlərirl  ətrafında  
sənaye  quşçuluğu  böyük  əhəmiyyət  kəsb etmişdir. 
  
 
Daxili fərqləri, iri iqtisadi rayonları 
 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə