Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə6/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   2   3   4   5   6   7   8   9   ...   81

12 
 
sahələrinin  yaranması,  ABŞ-la  sərhəd  zonasında  sənaye  obyektlərinin  və 
mərkəzlərinin  yaranması,    ticarət-iqtisadi  əlqələrin  genişlənməsi,  turizm  digər 
sahələr  əhalinin  yerləşməsi,  sıxlığı  və  əmək  ehtiyatlarının  formalaşmasına  təsir 
edən əsas amillər olmuşdur. 
“Demoqrafık  partlayış”    şəraitində    tropik,  yarımsəhra  və    səhraların 
mənimsənilməsi mühüm əhəmiyyət kəsb etmişdir. Bu ərazilərin mənimsənilməsinə 
hələ müstəmləkə  dövründə  başlanılmışdır.  XIX  əsrdə avropa immiqrantları bu 
əraziləri    mənimsəməyə  cəhd  göstərmiş,  lakin  ciddi  dönüş  yarada  bilməmişdilər. 
Hal-hazırda  yüksək  urbanizasiyalaşmış  mərkəzdə  əhali    sıxlığı    problemini    həll  
etmək  üçün  yeni torpaqların  mənimsənilməsi  dövlət  tərəfindən  planlı surətdə 
həyata keçirilir. Yeni-yeni sənaye sahələrinin yaradılması istehsal münasibətlərinin 
inkişafı  şəhələrin  artmasına,  mövcud  şəhərlərin  isə  böyüməsinə  səbəb  olmuşdur. 
Bütövlükdə  ölkə  üzrə  əhalinin  artımı  üç  iri  mərkəzdə  -  Mexiko,  Qvadalaxara  və 
Monterreydə  daha  çoxdur.  Belə  ki,  bu    şəhərlərdə    iri    sənaye  obyektləri 
cəmləşmiş,  siyasi,  mədəni,  maliyyə,  bazar  münasibətləri  funksiyaları  çoxalmış, 
digər  şəhər  və  rayonlarla  əlaqələrinin  artması  nəticəsində  infrastrukturlar  xeyli 
yaxşılaşdırılmışdır. Güclü maliyyə imkanları və iqtisadi bazası olmayan şəhərlərdə 
isə artım demək olar ki, müşahidə edilmir. Ölkə əhalisinin məskunlaşmasında əsas 
problemlərdən biri hələ ispan konkistadorları dövründə öz ərazilərindən  tamamilə 
qovulmuş  və  bugünə  qədər  əzab-əziyyət  çəkən  hindu  problemidir.  21  müxtəlif 
hindu dilində danışan bu əhali iri rayonların sərhəddində yaşayır. 
 
Təsərrüfatın ümumi səciyyəsi 
 
Meksikanın  inkişaf  tarixində  iqtisadiyyatın  müxtəlif  sahələri  növbə  ilə 
üstünlük  təşkil  edir.  Belə  ki,  müstəmləkə  dövründə  dağ-mədən  sənayesi  üstün 
idisə, XX əsrin əvvəllərində  əkinçilik və emal sənaye  sahələri böyük əhəmiyyət 
kəsb etməyə başlamşdır. 1930-60-cı illərdə kənd təsərrüfatı ilə sənaye sahələrinin 
bərabərləşməsi  birləşdirən  kommunikasiyarm  sənayenin  ayrı-ayrı  sahələrinin  isə 
xüsusi  çəkisinin  artması  başlanmışdır.  Sənaye-aqrar  ölkəsi  olan  Meksika  Latın 
Amerikasında çox sürətlə inkişaf edən ölkələrdən biridir. Son illər ciddi maneələri 
dəf edən  ölkənin milli iqtisadiyyatı böyük müvəffəqiyyətlərə nail olmuşdur. Son 5 
ildə  ümumi  daxili  məhsulun  artımı  2-2,8%  olmuşdur.  Ölkədə  iqtisadiyyatın 
dirçəldilməsi,  dövlət  vəsaitinə  qənaət  etməklə  struktur  dəyişilikləri  etmək,  neftin 
ixracından asıllığı azaltmaq, xarici kapitala şərait yaratmaq sahəsində böyük  işlər  
görülmüşdür.    Özəlləşdirmə    prosesini  sürətləndirməklə  dövlət  büdcəsi  gəlir 
hesabına digər  sahələrin inkişaf etdirilməsinə nail olmuş, dövlət nəzarətində əsas 
sahələr  olan  neft,  qaz  sənayesi,  elektroenergetika,  dəmir  yol  nəqliyyatını 
saxlamışdır.  Yaxın  gələcəkdə  Meksika  dünyanın  sənaye  məhsulu  istehsalında, 
xüsusilə də  toxuçuluq,  yeyinti, kimya sənayesi, nefte  emalı, dağ-mədən sənayesi, 
metallurgiya,  nəqliyyat  vəsaitləri  və  istehlak  malları  istehsal  sahəsində  inkişaf 
etmiş ölkələrin səviyyəsinə çatacaqdır. 
a)    Sənayesi.    Müstəmləkə    dövründə    Meksikada  əsasən  qiymətli  metallar 
istehsal edilirdi və başqa faydalı qazıntıların hasilatı barədə fıkirləşilmirdi. Özünün 


13 
 
müstəqilliyini  elan  edənə  kimi  ölkə  İspaniyanın  xammal  mənbəyi  idi,  hazır 
məhsulların hamısı İspaniyadan gətirilirdi. Ölkə müstəqilliyini əldə etdikdən  sonra  
ilkin  dövrlərdə,  yəni  1821-1880-ci ildə sənayenin yenidən qurulmasına o qədərdə 
meyl  etmirdi,  lakin  1880-1925-ci  illərdə    xarici  investisiyaların  yavaş  da  olsa 
əraziyə axını başladı. Dəmir yolu çəkilişinin başlanması, fıliz mədənlərinin və neft 
rayonlarınındəniz  limanları  və  ABŞ-la  sərhəd  məntəqələrini  birləşdirən 
kommunikasiyaların  yaradıdılması,    xarici    şirkətlərə    güzəştlərin    həyata 
keçırilməsi başlandı. XIX əsrin əvvəllərində artıq kimya məhsulları  istehsal  edən  
müəssisələrin  fəaliyyəti başladı. 
Ölkənin  yanacaq-energetika  balansının  əsəsını təşkil  edən  neft  sənayesi  
1938-ci  ildə  tamamilə  milliləşdirilmişdir.  Ölkədə    neft    ehtiyatlarının    aşkar 
edilməsi mənimsənilməsi  sahəsində  böyük  işlər görmüşdür. 
Neft  hasilatının  əsas  rayonu  Meksika  körfəzi sahilində ABŞ-la sərhəddən 
Qvatemalaya  qədər
 
olan  ərazi  sayılır.  Neft-qaz    hasılatını  artırmaq    məqsədilə 
geoloji axtarış işləri aparılır. Ölkənın şimal-qərbində yerləşən iri şəhərlərə neft və 
neft  məhsulları  xüsusi  tankerlərlə  daşınır.  Əsas  neft  kəmərləri  Posa-Rikodan 
Federal  dairəyə,  Salamanka  və  Qvadalaxaraya,  Posa-Rikodan  Tampiko  və 
Monterreyə,  Syudad-Pemeksdən  Minatitlandan  keçməklə  Salina-Krusa  və  s. 
çəkilmişdir.  Reynos-Matomaras,  Mexiko  və  Syudad-Pemeks-Federal  dairəyə 
Salamanka qaz kəmərləri fəaliyyət göstərir.  
Meksikanın    əsas    təbii    qaz    ehtiyatları    onun  cənubunda,  Posa-Riko  və 
Reynos şəhərləri ətrafındadır. Bu ehtiayt ölkənin təbii qaza olan ehtiyacını tamailə 
ödəyir.  
Ölkənin  metallurgiyasına  tələb  olunan  daş  kömür  Sabinas-Nueva-Rosita 
hövzəsindən  çıxarılır.  Yaki  çayının  yuxarı  axarında,  Oaxaka,  Çiyaya,  Çyapas  və 
Gerrero ştatları ərazilərindəki kömür ehtiyatlarından da istifadə edilir. 
Meksikanın  iqtisadi  inkişafı  onun  elektrik  enerjisi  istehsalının  artmasından 
görünür. 
Ölkədə  ilk  elektrik  stansiyalan  XIX  əsrin  sonunda  xüsusi  kapital  əsasında 
Verakrus,  Puebla  ştatlarında  və  Federal  dairədə  tikilmişdir.  Hal-hazırda  ölkədə 
istehsal olunan elektrik enerjisinin 3/5-hissəsi İES, 2/5-i SES-ın payına düşür. 
XIX əsrin ortalarından başlayaraq Meksikada qiymətli metallarla yanaşı digər 
faydalı qazıntıların da axtarışına və istehsalına başlanmışdır. 
1910-1917-ci  il  inqilabı  dövründəki  müharibələr  qurtardıqdan  sonra  amerika 
kapitalı  Meksika  iqtisadiyyatında  vaxtilə  üstünlük  təşkil  edən  avropa  şirkətlərini 
sıxışdırmağa  başlayaraq  dağ-mədən  sənayesini  öz  əlinə  keçirdi.  Serrode-
Merkadonun  dəmir  filizi,  Sabinas-Nueva-Rosita  hövzəsinin  daş  kömürünün 
hasilatı  genişləndirildi.  Qrafıt,  maqnezit,  duz,  kükürd,  sürmə,  manqan,  volfram, 
molibden hasilatı artırıldı.  
Elə  həmin  vaxtdan  da  ölkənin  dağ-mədən  sənayesi  xarici  şirkətlərdən  asılı 
vəziyyətə düşdü. Əlvan metalların əksəriyyəti xammal şəklində ixrac edilir, yalnız 
dəmir  filizi,  kömür  və  qalay  ölkə  daxilində  emal  və  istehlak  edilir.  Yeni-yeni 
mədənlərin  işə  salınması,  xususilə  də,  ölkənin  şimal  və  şimal-qərb  ştatlarında 
aparılan  geoloji  kəşfiyyat  işləri  xeyli  səmərəli  olmuşdur.  Burada  qurğuşun-sink, 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə