Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə14/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   10   11   12   13   14   15   16   17   ...   81

28 
 
sənaye sahələri (ət, süd, şəkər,
 
qəhvə, siqaret  və  s.),  tikinti  materialları  (sement,
 
dəmir-beton    və    s.)    istehsal    müəssisələri    fəaliyyət  göstərir.    Həmçinin    Leon,  
Qranada,    Mataqalpa    və  Korinto  şəhərində  bir  neçə  yüngül  və  yeyinti  sənaye 
müəssisələri yerləşir. 
Nikaraquanın nəqliyyatı, iqtisadi əlaqələri va daxili fərqləri 
Nikaraquanın  nəqliyyat  sistemi  zəif  inkiş  etmişdir.  Ölkənin  mərkəz  və  şərq 
rayonlarında  nəqliyyat  şəbəkəsi  çox  seyrəkdir.  Dəmir  yollarının
 
ümumi  uzunluğu 
376  km-dir.  Bunun  300  km-dən  çoxu  dövlətə  məxsus  olan  Sakit  okean  yoludur. 
Nikaraquanın ümumi yük dövriyyəsində öncül rolu avtomobil nəqliyyatı oynayır. 
Ümumi uzunluğu 15285 km şosse yollarının 1598 km-i bərk örtüklüdür. Daxili su 
yollarının    uzunluğu    2220    km-dir.    Manaqua  şəhərindən  şərqə  tərəf,  dağlıq 
mərkəzdə  və  şərqdə  yerli  yük  daşımalarda,  qoşqu  heyvanlardan  istifadə  olunur. 
Ölkənin mərkəz hissəsində yağışlar mövsümundə bu yollarda hərəkət çox çətindir. 
Bataqlaşmış Moskitdə yollar az və seyrəkdir. 
Nikaraquada  hava  nəqliyyatı  zəif  inkişaf  etmişdir.  Manaqua  şəhəri 
yaxınlığındakı  beynəlxalq  əhəmiyyətli  Mersedes  aeroportu  reaktiv  təyyarələri 
qəbul  edə  bilir.  Bu  aeroport  bir  sıra  beynəlxalq  aviaşirkətlər  tərəfindən  istifadə 
edilir. 
Bütün  xarici  daşımalar  dəniz  nəqliyyatı  vasitəsilə  həyata  keçirilir.  Xarici 
ticarətdəki  yük  dövriyyəsinin  60%-i  Sakit  okean  portu  Karintonun  payına  düşür. 
Yük dövriyyəsinə  görə 2-ci  yeri Sakit  okean portu San-Xuan-del-sur tutur.  Karib 
dənizi  sahilində  yük  dövriyyəsinə  görə  Puerto  -  Kavesas  və  El  -  Vlaf  portları 
fərqlənir. 
Nikaraquanın  iqtisadi  həyatında  xarici  ticarət  böyük  rol  oynayır.  Onun 
strukturu  isə  (avadanlıqlar  və  sənaye  məhsulları)  ölkə  təsərrüfatının  xarici 
ölkələrdən  güclü  asılılığını  göstərir.  2005-ci  ildə  ölkənin  ticarət  dövrüyyəsində 
ixracat  550  mln.  dollar,  idxalat  isə  1  mlrd.  dollar  təşkil  etmişdir.  Ölkənin  pul 
gəlirinin  həcmi  pambıq  və  qəhvə  ixracının  həcmindən  asılıdır.  Nikaraquadan 
pambıq və qəhvə ilə yanaşı şəkər, ət, oduncaq, qızıl və s. ixrac edilir. İdxalatında 
maşın və avadanlıqlar, nəqliyyat vasitələri, neft, yazır məmulat və s. başlıca yer 
tutur. 
Nikaraqua  əsəsən  Avropa  İttifaqı,  Latın  Arnerikası  ölkələri,  Yaponiya  və 
digər ölkələr ilə ticarət əlaqələri saxlayır. 
Nikaraquanı iqtisadi cəhətdən 4 rayona ayırmaq olar: 1) Sakit okean sahili; 2) 
Tektonik çökəklik; Mərkəzi Yayla; 4) Şərq rayonu. 
Ölkənin    Sakit  okean    sahili  zəif  parçalanmışdır.  Şimalda    Honduras  ilə 
həmsərhəd  olan yerdə geniş Fonseka  körfəzi  yerləşir.  Sahilin  qalan  yerlərində 
okeandan uzun dillərlə ayrılmış laqunlar vardır. Ən əlverişli laqunda ölkənin əsas 
dəniz portu – Korinto yerləşir.  Sakit  okean  sahil  düzənliyinin  torpaqları münbit 
və  məhsuldardır.  Bu  iqtisadi  rayon  ölkənin  intensiv  kənd  təsərrüfatı  rayonudur.  
Burada  qəhvə,  şəkər  qamışı,  pambıq  plantasiyaları,  həmçinin  qarğıdalı,  çəltik, 
tərəvəz, tropik meyvələr və s. yetişdirilir. Heyvandarlıq  təsərrüfatında  iribuynuzlu  


29 
 
mal-qara, quşçuluq və donuzçuluq sahələri inkişaf etməkdədir. Bu iqtisadi rayonda 
El-Vyeko, Korinta, Leon, San-Rafael-del-Sur,  Çinandeqa,  Puerto-Morasan  və s. 
yaşayış    məntəqələri  yerləşir.    Bunlardan    ən    böyüyü  Leon  şəhəridir.  Şəhərdə 
toxucuuq, yeyinti, inşaat və digər  sənaye  müəssisələri,  həm  də  mebel  fabriki 
fəaliyyət göstərir. 
İkinci rayon - Tektonik çökəklik, yaxud göllər rayonudur. Nikaraqua tektonik 
çökəkliyi  Fonseka  körfəzindən  başlayır.  İqtisadi  inkişaf  səviyyəsinə  görə  rayon 
ölkədə birinci yeri tutur. Burada ölkənin paytaxtı siyasi, iqtisadi, inzibati, maliyyə 
və mədəni mərkəzi olan Manaqua şəhəri yerləşir. Manaqua şəhərinin yaxınlığında 
beynəlxalq əhəmiyyətli aeroport fəaliyyət göstərir. Şəhərdə maşınqayırma və metal 
emalı, kimya, tikinti materialları, neft emalı, yüngül və yeyinti sənaye müəssisələri 
işləyir. 
Qranada  şəhəri  -  Nikaraqua  gölünün  şimal-qərb  sahilində  limandır.  Şəhər 
dəmir yolu  ilə Manaqu şəhəri və Sakit okean sahilində yerləşən Korinto portu ilə 
əlaqələnir. Qranada kənd təsərrüfatı rayonu olmaqla ticarət və sənaye mərkəzidir. 
Nikaraquamn  üçüncü  iqtisadi  rayonu  -  Mərkəzi  Yayladır.  Qədim  Mərkəzi 
Yayla mürəkkəb dağlıq sistemindən ibarətdir. Honduras ilə sərhəd boyu Kordilyer 
-  İsabelya  silsiləsi  (ölkənin  ən  hündür  zirvəsi  bu  silsilədədir  -  2438)  uzanır  və 
qərbdə  Kordilyer-de-Daryen silsiləsinə qovuşur. Bu bölgə Nikaraquanın ən ucqar 
və zəif məskunlaşmış, az mənimsənilmiş rayonudur. Rayonun sıx tropik meşə ilə 
örtülmüş şərq hissəsi olduqca seyrək məskunlaşmışdır. 
Mərkəzi  Yayla  faydalı  qazıntılarla  zəngindir.  Burada  qızıl,  gümüş,  sink, 
quğuşun, mis, sürmə, volfram, dəmir filizi, fosfatlar, mərmər, gips və prit yataqları 
kəşf  olunmuşdur.  Rayonda  dağ-mədən  və  emaledici  sənaye  ilə  yanaşı  kənd 
təsərrüfatı inkişaf edir. Rayonun ən böyük şəhəri Mataqalpadır. Şəhərdə toxuculuq 
və yeyinti sənaye sahələri fəaliyyət göstərir.Rayonda qəhvə plantasiya təsərrüfatı, 
şəkər  qamışı,  qarğıdalı,  çəltik,  tərəvəz,  kakao,  banan,  ananas,  sitrus  bitkiləri 
yetişdirilir.  Əkin  sahələri  əsasən  rayonun  qərb  hissəsində  yerləşir.  Əkin 
sahələrindən yığılan  məhsullar  şəhərlərdəki  müəssisələrdə  emal olunur. 
Dördüncü  iqtisadi  rayon  -  geniş  şərq  ovalığı,  Moskit    sahili    adı    ilə  
məşhurdur.  Çayların  gətirdiyi  çoxlu  çöküntü  materialları  hesabına  hamar  allüviil 
ovalıq  yaranmışdır.  Çaylar  öz  başlancığını  Mərkəzi  Yayladan  götürüb  şərqə 
axırlar. Ovalığın çox hissəsində bataqlıqlar yayılmışdır. Moskit sahilin demək olar 
ki, hamısı meşə ilə örtülüdür. Bu rayonun ərazisində əhali plantasiya təsərrüfatları 
istisna  olmaqla  çox  seyrək  məskunlaşmışdır.  Rayon  ərazisinda  polimetal  filizləri, 
qızıl,  gümüş  və  başqa  faydalı  qazıntı  yataqları  istismar  olunur.  Heyvandarlıq 
ekstensiv  xarakter  daşıyır.  Rayonda  meşə  təsərrüfatı,  o  cümlədən:  ağac  emalı 
sellüloz  kağız  istehsalı  inkişaf  etməkdədir.  Rayon  ərazısində  yaşayış  məntəqələri 
azdır.  Əsas  iri  yaşayış  məntəqələri:  Terto-Kabesas,  El-Vlaf,  Blufuld  və  cənubda 
San-Xüan-del-Norte qəsəbələridir.  
HONDURAS RESPUBLİKA 
 
                                                                       Sahəsi – 112 min km

                                                                                         Əhalisi – 6,4 mln. nəfər (2007-ci il) 
                                                                     Paytaxtı – Tequsiqalpa  


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə