Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə18/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   14   15   16   17   18   19   20   21   ...   81

36 
 
hüququ  dayandırılmış,  kanal  zonasında  ictimai  asayişin  qorunması  funksiyaları 
Panama  dövlətinin  səlahiyətinə  keçmişdir.  Panama  kanalı  —  süni  su  yoludur. 
Atlantik və  Sakit  okeanları  bir-biri  ilə  əlaqələndirir. 1914-cü ildə (rəsmi surətdə   
1920-ci   ildə)   istifadəyə  verilmişdir.   Panama kanalının  uzunluğu 81,6 km,  ən 
ensiz yeri   150  m dərinliyi 13,5 m. Kanala 40 min tonadək yük götürən gəmilər 
daxil ola bilər. 
Panamanın  müstəqilliyi 3 noyabr 1903-cü ildə  elan  edilmişdir (ondan  qabaq 
Kolumbiyanın  tərkibində  idi).  Dövlətin  və  hökumətin  başçısı  prezidentdir. 
Qanunverici  hakimiyyət  bir  palatalı  parlamentlə  -  Qanunverici  assambleya  ilə 
təmsil  olunur.  Ən  böyük  siyasi  partiyalar:  Demokratik  Müxalifət  Alyansı  bloku 
(DMA),  Həqiqi  Liberal  Partiya,  Xristian-Demokratik  Partiyası  (XDP),  İnqilabi-
demokratik partiyadır (İDP).  
Panama  iqtisadi  cəhətdən  zəif  inkişaf  etmiş  aqrar  ölkədir.  Təsərrüfatında  
ABŞ  şirkətləri  hakim  mövqe  tutur.  1969-cu  ildən  aqrar  islahatlar  həyta  keçirilir. 
Təqribən 300 kooperasiya yaradılmışdır. Lakin kəndlilərin əsas hissəsi aztorpalı və 
ya  torpaqsızdır.  ərazinin  1∕5-i  kənd  təsərrüfatına  yararlıdır.  Əsas  ixracat  bitkiləri: 
banan və qəhvədir, həmçinin şəkər qamışı, çəltik, qarğıdalı,  lobya, tütün, ananas, 
sitrus meyvələri, pambıq, kartof becərilir.  
Heyvandarlıq  (o  cümlədən  quşçuluq)  və  balıqçılıq  inkişaf  etmişdir.  Krevet 
ovlanır.  
Sənayesi,  əsasən,  kiçik  yeyinti,  toxuculuq  və  dəri-ayaqqabı  sənayesi 
müəssisələrindən ibarətdir. Neft emalı, tikinti materialları, kağız və karton istehsal 
sahələri işləyir. Sənaye müəssisələri Panama, Kolon, La-palma və başqa şəhərlərdə 
və qəsəbələrdə fəaliyyət göstərir. 
Panama  qızıl,  mis,  kömür  ilə  zəngindir.  Neft  də  aşkar  edilmişdir.  Ən 
əhəmiyyətlisi  mis  yatağıdır.  Ən  böyük  yataq  –  Syerra-  Koloradodur.  O,  1960-cı 
illərində aşkar edilmişdir.  
Quraşdırılmış elektrik stansiyaların gücü 800 min kvt., elektrik enerji istehsalı 
isə  3  kvts.-dir.  Son  onillikdə  SES-lərin  inşası  hesabına  idxal  neft  məhsullarının 
payı üç dəfə azalmışdır.  
Dəmir yollarının uzunluğu – 238 km, avtomobil yollarının uzunluğu 8530 km, 
daxili su yolları 800 km-dir (bunlardan 82 km-i Panama kanalının uzunluğudur). 
Ölkənin ixracatı əsasən banan, neft məhsulları, krevetka, şəkər, qəhvə və b., 
idxalatı:  xam  neft,  ehtiyat  hissələri,  tələbat  malları,  maşınlar  və  avadanlıqlar, 
nəqliyyat vasitələri, ərzaq və b. məhsullardır.  
Əsas ticarəti ABŞ, AFR, Avropa iqtisadi birliyi, Yaponiya, Mərkəzi Amerika 
ölkələri və başqaları ilədir.  
 
 
 
 
 


37 
 
 
KOSTA-RİKA 
 
                                        Sahəsi – 51100 km
2
 
                                                               Əhalisi – 3,8 mln. nəfər (2007-ci il) 
                                      Paytaxtı – San-Xose 
Kosta-Rika Respublikası Mərkəzi Amerikada yerləşir. Cənub-şərqdə Panama 
ilə sərhədlənir (sərhəddin uzunluğu 330 km-dir), şimalda – Nikaraqua ilə (309 km), 
qərbdə  və  cənub-qərbdə  Sakit  okean,  şərqdən  isə  Karib  dənizilə  əhatələnir. 
Sərhədlərinin ümumi uzunluğu 639 km, sahil xəttinin uzunluğu 1290km-dir.  
Ərazinin  çox  hissəsi  dağlıqdır.  Kosta-Rikanı  şimali-qərbdən  cənub-şərqə 
doğru  üç  əsas  dağ  silsilələri  kəsb  keçir.  Kosta-Rikada  çoxlu  vulkanlar  var. 
Onlardan  ən  böyükləri  -  İrasu  (3432  m)  və  Turialbadır  (3329  m).  Dağ  silsilələri 
arasında  və  dəniz  sahili  boyunda  düzənliklər  yerləşir.  Ölkə  faydalı  qazıntılarla 
zəngindir.  Dəmir  filizi,  kükürd,  boksit,  qızıl,  gümüş,  manqan,  civə,  mis,  inşaat 
materialları üçün xammal aşkar edilmişdir. 
İqlimi subekvatorialdır. Orta aylıq temperatur 23-25° C-dir.    Karib   dənizi   
sahilində   və   dağların   şərq  yamaclarında  çoxlu   yağıntı  düşür    (ildə  3000   
mm). Yağıntıları şimal-şərqi passatlar gətirir. 
Sakit  okean    sahilində  və  dağların  qərb  yamclarında  iqlim  elə  də  rütubətli 
deyil. Yayda yağıntılar az düşür (ildə 1000 mm, bəzi yerlərdə 1500 mm), ilin 4 ayı 
isə quraq keçir. 
Əkin üçün yararlı torpaqların əsas hissəsi Mərkəzi platodadır. Bu ərazi qəhvə   
zonası sayılır. Bu zonada orta illik temperatur 18-24°-dir. Iki mövsüm   fərqlənir:   
rütubətli   (may-noyabr)   və   quru (dekabr-aprel). Dağlarda yağıntıların miqdarı 
hündürlükdən asılıdır. Bəzi daxili dağ dərələrinin iqlimi hətta quraqdır. 
Dağlardan   axan   çaylar   həm   qısa,   həm   də   su toplama   hövzələri   
kiçikdir.      Dağlıq    relyef  gur      axımı  yaradaraq,  hidroenerji  ehtiyatları  ilə 
fərqlənirlər.  Artıq  bu  çayların    üzərində    su    elektrik  stansiyalar  quraşdırılıb.  
Atlantik    hövzəsi  çayları    Sakit  okean    hövzəsi  çaylarına  nisbətən  il  boyu  bol 
suludurlar.  San-Xuan,  Rio-Frio,      Saksaola    və      başqa    çayların    aşağı    axınları 
gəmiçilik üçün yararlıdırlar. 
Kosta-Rikanın  geoiqlim  şəraiti  bitki  aləminin  zənginliyini  müəyyən  edir. 
Karib düzənliyinin meşələrində çoxlu qiymətli ağac növləri bitir: makaqoni, qara, 
çəhrayı,  palmaların  bir-neçə  növü  yetişir.  Sakit  okean  sahili  düzənliyində  enli 
yarpaqlı meşələr və mimozalı savannalar üstündür. 
Kosta-Rikanın   faunası    Mərkəzi   Amerika   üçün tipikdir:  puma, yaquar,  
maral, meymunlar və 700-dən çox quş   növlərinə rast gəlinir. Dəniz   tısbağaları,   
sahil   sularında balıqlar, lanqust, krivet və b. zəngindir. 
Kosta-Rikanın  hidroresursları  ölkənin  əsas  təbii resurslarını   təşkil   edir.    
Şumlanan   torpaqlar   ölkə ərazisinin 16%-ni,   otlaqlar  və  biçənəklər  -  45%-ni,  
meşə və kolluqlar - 34%-ni təşkil edir. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə