Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə77/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   73   74   75   76   77   78   79   80   81

154 
 
Əhalisinin    təbii  artımında  və  məskunlaşmasında  müxtəlifliyin      böyüklüyü   
həmçinin   onların   məşğulluğuna da təsir etmişdir. Belə ki, zəncilər və mulatlar 
daha  çox  sənayedə  çalışır,  onların  hətta  müəyyən  hissəsi  ölkənin  ziyalılarına  xas 
olub, dövlət qulluğunda da çalışır.    Hal-hazırda    plantasiyalarda    çalışan    zənci 
ailəsinə  demək  olar  ki,  rast  gəlinmir.  Hindi  mənşəli  surinamlılar  çəltik 
plantasiyalarının  ya  sahibkarı,  ya  da      icarədarlarıdır.      Onların      iri      südlük   
istiqamətli  fermaları  da  vardır.  Paramaribonun  nəqliyyat  sistemi  və  bazar  ticarəti 
də hindlilərin əlindədir. Urbanizasiya hindlilərin də müəyyən hissəsini şəhərlərdə 
yaşamaga sövq etmişdir. Hindilərdən fərqli olaranq yavalılar daha az  təbii   artıma   
malikdirlər.      Müəyyən      ərazidə      cəm  halında          məskunlaşmış,          digər     
xalqlardan     təcrid olunmuş və onlarla qaynayıb-qarışmamışlar. Yavalılar əsasən   
çəltik-sitrus   bitkiləri,   kakao,   qəhvə,   banan, şəkər qamışı, maniok və tərəvəz 
əkini ilə məşğuldurlar. Yerli   hinduların   80%-ni   aravak  və   karib   hinduları 
təşkil  edir.      Çinlilər  əsasən    ticarətdə,    avropalılar  isə    dövlət        aparatında  və 
iqtisadiyyatın        əsas  sahələrində  çalışır.  Avropalıları  əsasən  hollandlar  təmsil 
etsələr də müəyyən qədər alman, ingilis və portuqal da vardır. 
Təsərrüfatının ümumi səciyyəsi 
Surinamın  iqtisadiyyatının  əsasını  dağ-mədən  sənayesi,  xüsusilə  də  boksit 
hasilatı  və  ilkin  emalı  təşkil  edir.  Hər  il  orta  hesabla  8-10  mln.  ton  boksit  hasil 
edilir.  Bu  məhsulun  istehsal  həcminə  görə  o  regionda  yalnız  Yamaykadan  geri 
qalır.  Son  on  ildə  ölkə  iqtisadiyyatını  inkişaf  etdirmək  üçün  boksitin  yeni 
yataqlarının  aşkar  edilməsinə,  SES-da  enerji  istehsalının  həcminin  artırılmasına 
ciddi fıkir verilmişdir. 
1915-ci  ildə  ölkənin  şərq  rayonlarında  zəngin  boksit  ehtiyatlarının  aşkar 
edilməsi dağ-mədən sənayesinin inkişafına  güclü təkan  verdi. ABŞ-ın "ALKOA" 
şirkəti 1922-ci ildə Kottika çayı hövzəsində zəngin boksit ehtiyatları aşkar edərək 
böyük mədən yaratmaqla istehsal olunan boksiti ölkədən çıxarıb aparmağa başladı. 
Artıq  30-40-cı  illərdə  Surinamda  boksit  istehsalının  həcmli  dağ-mədən 
sənayesininyaradılmasının  əsası  qoyuldu.  Nəticədə  ikinci  dünya  müharibəsindən 
sonra Surinam dünya bazarına ən iri boksit çıxaran ölkəyə çevrildi. 
Ölkədə  boksit  hasilatı  əsasən  şimal-şərq  rayonlarında Surinam və Maroni 
çaylarının  arasında  Munqo  və      Paranam      şəhərləri      yaxınlığında      aparılır.   
Burada    boksit  ehtiyatı  səthə  yaxındır  və  hasilatı  açıq  üsulla  həyata  keçirilir. 
Ölkədə istehsal olunan əksər boksit ABŞ,   Kanada,   Yaponiya  və  Qərbi  Avropa  
ölkələrinə  ixrac  olunur.      Müəyyən    qədər  alüminium  oksid    “Suralko”  və 
“Billiton”  şirkətlərinin  zavodlarına  göndərilir.  Son  illər  bir  çox  Latın  Amerikası 
ölkələrində  olduğu  kimi  Surinamda  da  iqtisadi  inkişaf  bir  çox  struktur 
dəyişikliklərinin  həyata  keçirilməsinə  şərait  yaratmışdır.  İlk  növbədə  dağ-mədən 
sənayesinin  yeni-yeni  sahələri,  o  cümlədən  Paramaribodan  60  km-lik  məsafədə 
ümumi  ehtiyatı  40  mln  ton  hesablanan  neft  hasilatına  başlanmışdır.  Dəmir  fılizi, 
manqan, nikel, təbii qaz hasilatı sahələri yaradılmışdır. 
Ölkənin  kənd  təsərrüfatı  o  qədər  də  yaxşı  inkişaf  etməmiş,  əhalinin  ərzaq 
məhsullarına olan tələbatını hələ ki,  ödəməmişdir.   Əkinə yararlı  torpaq  sahələri 
orta      və      iri      sahibkarlara      məxsus      olub,      plantasiya  təsərrüfatları    


155 
 
yaradılmışdır.     Belə    torpaq    sahələri ümumi əkin sahələrinin  70%-ə qədərini 
təşkil edir. Bütövlükdə  ölkənin   kənd   təsərrüfatı   məhsuldarlığın aşağı olması, 
dar itisaslılığı ilə seçilir. Buna görə də taxıl,  ət,  ət məhsulları,  süd,  quş,  meyvə 
və  tərəvəz əsasən   idxal   olunur.    Bütövlükdə   ölkə   əhalisinin istifadə etdiyi 
ərzaq  məhsullarının  orta  hesabına  40%-ni    kənardan      gətirir.      Yavalı  
immiqrantların  gəlişi   ilə,   əlaqədar ölkənin  kənd  təsərrüfatında çəltiyin xüsusi 
çəkisi artmağa başlamışdır. Bu bitkinin ölkə iqliminə ezliklə    uyğunlaşması    və    
yüksək  məhsuldarlığı qurudulmuş ə mühafizə edilmiş torpaq sahələrinin üstünlüyü 
ilə izah edilə bilər. Çəltiyin əkin  sahələri əsasən sahilyanı ovalıqdır. Keçən əsrin 
70-ci  illərindən  başlayaraq  hər  ildə  məhsuldarldıq  170-180  min  ton  olan  çəltiyin 
adambaşına ixracına görə Surinam dünyada birinci yerə çıxmışdır. Çəltikdən sonra 
ölkədə  ən  çox  istehsal  olunan  və  əhalinin  ərzaq  rasionunda  xüsusi  yer  tutanı 
banandır. Banan həm də ölkənin əsas ixrac məhsullarındandır. Əkinçilik məhsulları 
içərisində şəkər qamışı,   qəhvə,  kakao,   sitrus  bitkilərinin  də mühüm əhəmiyyəti 
vardır. 
Ölkədə  heyvandarlıq,  əkinçilik  qədər  inkişaf  etməsə  də,  perspektivdə  daha 
sürətlə  inkişaf  edəcəkdir.  Çox  da  iri  olmayan  heyvandarlıq  fermaları  ətlik  və 
südlük istiqamətlidir. Son illər ölkədə sahil zolağında iri qurudulma və bərpa işləri 
həyata keçirilir. Bu bərpa olunmuş və qurudulmuş ərazilərdə şəkər qamışı əkinini 
genişləndirmək,  çəltiyin  məhsuldarlığını  artırmaq  nəzərdə  tutulur.  Surinam  öz 
müsətəqilliyini əldə etdikdən sonra ilk növbədə məhsuldar torpaqlardan əlavə sahil 
zolağının  bataqlaşmış  zonasında  qurudulma  işlərinə  başlamaq,  çəltiyin  əkin 
sahəsini  getdikcə artırmağı qərara  almışdır. Artıq 80-cı illərin  ortalarında çəltiyin 
əkin  sahəsi  2  dəfə  artmışdır.  Surinam  Karib  hövzəsinə  aid  olsa  da,  onun  iri 
balıqçılıq  təsərrüfatı  demək  olar  ki,  yox  dərəcəsindədir.  Bu  ilk  növbədə  ölkənin 
balıqçılıq üçün ləvazimatının olmaması ilə izah edilir.  Balıq sənayesini yaratmaq, 
inkişaf etdirmək, onu müasir gəmi və avadanlıqlarla təmin etmək dövlət qarşısında 
duran  əsas vəzifələrdəndir. 
Ölkənin elektroenergetika təsərrüfatının əsasını SES təşkil edir. Ölkənin ən iri 
SES-ı Surinam çayının yuxarı axarında tikilmiş “Brokonando” SES-dir. Bu SES-in   
istehsal      gücü      150      min      kvt-dır.      Stansiyada  istehsal      olunan      elektrik   
enerjisinin   90%-i   ölkənin alüminium-oksid istehsal edilən müəssisələrinə verilir. 
Alüminium-oksid   və   alüminium   istehsalı   istisna olmaqla  ölkənin   emaledici   
sənayesi   demək   olar ki, hələlik zəif inkişaf etmişdir.   Bu  ilk  növbədə  kustar 
şəklində  yerli  xammalı,  xüsusilə  də,  kənd  təsərrüfatı  məhsullarını      emal      edən   
xırda   müəssisələrdir.   Ağac emalı  müəssisələri,   sement,   ayaqqabı,   toxuculuq  
və  tütün  sənaye  sahələri  yaradılmışdır.  Ağac  emalı  müəsisələri  istehsal  etdikləri 
qiymətli xammalı əsasən ixrac edir. 
Ölkə  nəqliyyatında  avtomobilin  xüsusi  çəkisi  daha  böyükdür.      Avtomobil 
yollarının  ümumi  uzunluğu  3 min km-dən  çox  olsa  da  bunun yalnız  920  km-i 
asfaltlaşdırılmışdır.  Paramaribo  və  Niv-Nikkeri  ölkənin  əsas  limanlarıdır.. 
Surinamın iqtisadi inkişafının perspektivləri olduqca çoxdur. Belə ki, ölkə ərazisi 
hələlik  geoloji  baxımdan  kifayət  qədər  öyrənilməmiş  və  ya  ehtiyatları 
müəyyənləşdirilmiş  ərazilərin  mənimsənilməsi  müəyyən  qədər  çətinliklərlə 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə