Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə80/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   73   74   75   76   77   78   79   80   81

160 
 
Uruqvay subtropik iqlim vilayətində yerləşir. Ən soyuq ayın, yəni iyulun orta 
temperaturu +10-12°C, ən isti - yanvarın +22-24°C, orta illik isə +16°C təşkil edir. 
Bəzən  soyuq  cənub  küləklərinin  -pamperosların  əraziyə  daxil  olması  
temperaturunua  kəskin surətdə aşagı düşməsinə səbəb olur ki, bu da çox vaxt kənd 
təsərrüfatına ciddi ziyan vurur. Ölkə ərazisinə il boyu yağıntılar bərabər miqdarda 
düşür.  Montevideo  rayonuna  il  ərzində  orta  hesabla  1000  mm-dək  yağıntı  düşür. 
Uruqvayın  yumşaq,  rütubətli  mülayim  iqlimi  həm  taxıl  bitkilərinin,  həm  də 
subtropik meyvəçiliyin inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. 
Ölkə  sıx  çay  şəbəkəsinə  malikdir.  Ərazisinin  çox  hissəsini  Uruqvay  çayının 
hövzəsi  əhatə  edir.  Ölkənin  əsas  çayı  olan  Uruqvayın  ümumi  uzunluğu  1650  km 
olub,  öz  başlanğıcını  Braziliya  yaylasından  götürür.  Parana  çayı  ilə  qovuşaraq 
mənsəbdə La-Plata qıfabənzər estuarisini əmələ gətirir. Ölkənin əsas çayı və onun 
qolları  nəinki  əhalinin  və  təsərrüfatların  su  təminatında,      hətta      enerji   
istehsalında   da   böyük   əhəmiyyəti vardır. 
Uruqvayın  torpaq-bitki örtüyü çox da mürəkkəb deyildir və torpaqları əsasən 
qara  torpaqlardan  ibarətdir.    Geniş  pampalar  şirəli  otlarla  zəngindir  və  otlaq 
heyvandarlığın   inkişafı   üçün   gözəl   zəmin   yaradır. Ağacsız savannalar son 
illər  xeyli  dərəcədə  öz  simasını  dəyişdirmişdir.      Təbiətdən      səmərəli    istifadə  
etməmək  landşaftın  xeyli  dəyişməsinə  səbəb  olmuşdur.  İspanlar      ərazini      zəbt   
edərək   zəngin    qızıl   və   gümüş ehtiyatlarına rast gəlməsələr də, şirəli otlardan 
ibarət  çəmənliklər  onları  heyran  etmiş  və  qısa  müddət  ərzində  onlar  otlaq 
heyvandarlığını inkişaf etdirə bilmişdilər. Sonralar Uruqvay öz müstəqilliyini əldə 
etdikdən  sonra  xarici  investisiyalar  hesabına  geoloji  kəşfiyyat  işlərini 
genişləndirərək  müəyyən  qədər  dəmir  filizi  və  manqan  ehtiyatları  ölkənin  şərq 
regionunda aşkar edilmişdir. Bundan başqa qızıl, gümüş və qurğuşun filizinin çox 
da böyük olmayan yataqları aşkar edilmişdir. 
Ölkədə  məhsuldar  qüvvələrin  inkişafı  sürətli  artdıqca  antropogen  landşaft 
daha  qabarıq  görünməyə  başlayır.  Bir  vaxtlar  öz  gözəl  meşələri  ilə  seçilən 
Uruqvayda indi meşəliyə çox nadir hallarda rast gəlinir. 
 
Əhalisi, əmək ehtiyatları və məskunlaşma formaları 
 
İspanlar    gələnə   qədər    burada    müxtəlif   hindu tayfaları yaşayırdı. Bu 
hindu  tayfaları  içərisində  sayca  daha      çox,      döyüşkən      və      ölkənin      cənub   
ərazilərində köçəri həyat  tərzi keçirən çarrua tayfası daha təhlükəli idi.     Çarrua    
tayfası      Amerikada      ən        qədim        hindu  tayfalarından  biridir.  Onlar  inklər, 
asteklər  və  mayyalar  kimi  möhtəşəm  tarixi  abidələr,  incəsənət  nümunələri  və  s. 
yaratmasalar da öz torpaqlarını, azadlıqlarını hər şeydən üstün tutmuş, bunun üçün 
hər şeyə hazır    olmuşlar. Uruqvay ərazisinin müstəmləkəyə çevrilməsi dövründə 
onların  da  fiziki  cəhətdən  ləğv  edilməsi  dövrü  başlamışdır.          Digər    hinduların  
məhvində    ispanların  səxavətliklə  təklif  etdikləri  keyfıyyətsiz  rom  içkisi  az  rol 
oynamamışdır.  Yalnız  çarrua  tayfası  müstəmləkəçilərə  qarşı    ciddi      müqavimət  
göstərirdilər.      Onlar    yaşamaq  hüququnu  əldən  verməyərək  müstəqillik  uğrunda 
fəal  mübarizə  aparırdılar.    Uruqvayın    müstəqilliyinin  elan  olunmasından  sonra 


161 
 
onların  faciəsi  başlandı.  Çarrualar  ənənəvi  bayramda  Kequay  çayının  sahilinə 
endilər. Ağ   dərililər   öz   daxili   aləmini   açıb,   dərin   nifrət   və simasızlıqlarını  
bir  daha  sübuta yetrdilər.   Çay  rom içkisi ilə doldu. Rom öz təsirini göstərməyə 
başladıqda  vahid  siqnal  əsasında  hinduların  doğranılma  mərasimi  başladı.  Son 
nəfərədək, qoca, qadın, körpə həlak oldu və beləliklə məğrur bir hindu tayfasının 
kökü kəsildi.Məhz bunun nəticəsidir ki, Cənubi Amerikada digər ölkələrdən fərqli 
olaraq Uruqvayda bir nəfər də hindu qalmamışdır.  
Argentinanın   1810-cu il may inqilabı  bütün La-Platada azadlıq bayrağının 
qaldırılmasına təkan verdi. 1811-ci  il  fevralın  28-də  Uruqvayda  Xose  Artiqasın 
başçılığı  ilə  nümayiş  dalğası  başladı.  1814-cü  ildə  La-Platada  ispan 
müstəmləkəçiliyinin 300 illik əsarətinə son qoyuldu. 
XIX əsrin  ikinci  yarısından sonra  Uruqvaya avropa  immiqrantlarının    axını   
başladı.   Bu   immiqrantlar arasında ispan, italyan, fransız, habelə isveçrəli, alman 
və slavyanların miqdarı daha çox idi. 
1929-33-cü  illərdə  ümumdünya  iqtisadi  böhranından  sonra  immiqrasiya 
kəskin surətdə azaldı, Uruqvay hökuməti də immiqrantlar üçün müəyyən qadağalar 
tətbiq    etdi.    Ölkə    əhalisinin    hal-hazırda    90%-ni uruqvaylılar təşkil edir. 
Ərazinin  şimalında  müəyyən  qədər  metislər,  ayrı-ayrı  ərazilərdə  zəncilər,  XIX 
əsrin əvvəllərində Afrikadan    gətirilmiş    qulların    nəslinin davamçıları  olan  
mulatlar  yaşayır.    Hazırda    Uruqvay  Argentina          ilə          yanaşı          Latın     
Amerikasının     ən “avropalaşdınlmış” ölkəsidir. 
Uruqvay  əhalisinin  ən  çox  artımı  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində 
immiqrantların  hesabına  olmuşdur.  İmmiqrantların  arasının  kəsilməsi  ilə  də  təbii 
artımın  kəskin  azalması  müşahidə  edilmişdir.  Hal-hazırda  təbii  artım  hər  1000 
nəfərə 10 nəfərdir. Bu Latın Amerikasında ən aşağı göstəricidir. 
Əhalinin yaş strukturunda fərqli cəhətlər mövcuddur. İnkişaf etmiş ölkələrdə 
olduğu kimi burada da uşaqların xüsusi çəkisi azdır. 
Ölkədə      əhalinin      yerləşməsi,      məskunlaşma problemləri, urbanizasiya 
səviyyəsinin  getdikcə  artması  xüsusilə  də  paytaxtda  cəmləşməsi  kəskin  hal 
almışdır.  Ümumi  əhalinin  80%-dən  çoxu  şəhərlərdə  yaşayır  ki,  bu      da      Latın   
Amerikasında   ən   yüksək   göstəricilərdəndir. Ölkə əhalisinin təxminən 50%-ə 
qədəri  Montevideo      şəhərində      cəmləşmişdir.      Əhalinin      məskunlaşması  və 
sıxlığında da müəyyən dispraporsiya vardır. Ən   çox  əhali  cənub,   cənub-qərb,   
ən   az   isə   şimal regionunda məskunlaşmışdır. Ölkə əhalisinin məskunlaşması 
tarixən  elə  qurulmuşdur  ki,  immiqrantların  demək      olar      ki,      əksəriyyəti   
şəhərlərdə      yerləşmişlər.  Sahibkarlara  məxsus  olmuş,  bu    ərazilərdə  isə    az  işçi 
qüvvəsi    tələb    olunan    heyvandarlıq    təsərrüfatlarl fəaliyyət   göstərmişdir.   
Buna   görə   də   kənd   yaşayış məntəqələri kiçik, əhalisi isə azdır. 
1726-cı  ildə  Buenos-Ayres  və  İspaniyadan  bir  neçə  ailənin  La-Platanın 
gətirdiyi  çöküntülərlə  örtülmüş  daşlı  yarımadasına  gəlməsi  ilə  Montevideo 
şəhərinin  əsası  qoyulmuşdur.  Uruqvayın  paytaxtı  Portuqaliyalı  dənizçinin 
qışqırdığı  kimi  “Monte  vide  eu”,  yəni  "Mən  dağ  görürəm"  adını  saxlamışdır.  Bu 
fıkir nadir olmasa da   Uruqvayda   paytaxtın   adı   haqqında   ən   geniş yayılmış 
fıkirdir. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə