27
1918-ci il iyunun 26-da Azərbaycan hökumətinin qərarına
əsasən Milli Ordumuz təsis olunmuĢdu. General Nuru paĢa və digər
türk hərbçilərinin də bu iĢdə köməyi Ģəksiz idi. Beləki, general-ley-
tenant Əli ağa ġıxlinskinin (1875-1943) komandir olduğu Müsəl-
man Korpusu Azərbaycan Korpusu adlandırılmıĢdı.General Ə. ġıx-
linski Azərbaycan Korpusunun komandiri vəzifəsində saxlanmıĢdı.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Silahlı Qüv-
vələri Günü Azərbaycan Prezidentinin 1992-ci il 18 sentyabr tarixli
fərmanı ilə əvvəllər hər il 9 oktyabr tarixində qeyd olunurdu.Lakin o
tarixi həqiqəti heç də dəqiq əks etdirmirdi. Odur ki, Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 22 may
tarixli fərmanı ilə 9 oktyabr tarixli həmin fərman qüvvədən düĢmüĢ
və 1918-ci il 26 Ġyunda Gəncədə Azərbaycan Korpusunun yarandığı
gün əsl tarixi gün kimi qəbul olunmuĢdur. Hazırda hər ilin bu günü
Azərbaycan Silahlı Qüvvələri iĢçilərinin peĢə bayramı günü kimi
təntənəli surətdə qeyd olunur.
...1918-ci il iyulun 31-də Bakı XKS süqut emiĢ və hakimiyyət
əvəzində ingilis generalı L.Ç.Denstervilin (general-mayor Lionel
Çarlz Denstervil 9 noyabr 1865-ci ildə anadan olmuĢ,1946-cı ildə
vəfat etmiĢdi) Bakıdakı 1500 nəfərlik hərbi kontingentinə arxalanan
daĢnak-menĢevik və eserlərin “Sentrokaspi Diktarurası” (“Mərkəzi
Xəzər hakimiyyəti”) deyilən, cəmi 44 gün (1 avqust-15 sentyabr
1918-ci il) hökm sürmüĢ koalisyon bir “hökumət”in əlinə keçmiĢ-
di... Qanlı döyüĢlərdən sonra Bakı 1918-ci il sentyabrın 15-də Azər-
baycan Xalq Cümhuriyyətinin birləĢmiĢ hərbi hissələri, tum general
(general-leytenant) Mürsəl paĢanın (aralık - dekabr 1881, Ərzrum,
Türkiyə-2 Ģubat (fevral) 1945, Ġstanbul. Bakının alınmasındakı xid-
mətlərinə görə ona “Bakı Mürsəl paĢa” ləqəbidə verilmiĢdi. ”Bakı”
adını özünə fəxrlə soyadı götürmüĢ Mürsəl paĢa 64 yaĢında Ġstan-
bulda vəfat etmiĢ və orada dəfn olunmuĢdu.1988-ci ilin noyabrında
onun nəĢi Ankaradakı dövlət qəbristanlığına köçürülmüĢdür...) ko-
mandir olduğu (“mürsəl” ərəbcə “göndərilmiĢ”, ”yollanılmıĢ” de-
məkdir) 5-ci Qafqaz diviziyası və general-leytenent Nuru paĢanın
komandan olduğu Qafqaz Ġslam Ordusu tərəfindən azad olunmuĢ,
ertəsi günü F. Xoyski hökuməti Gəncədən Bakıya köçmüĢdü. Bakı
1918-ci il sentyabrın 14-dən 15-nə keçən gecə saat 3-də baĢlanan
28
qəti hücum əməliyyatı nəticəsində bazar günü, səhər saat 9-a iĢləmiĢ
azad edilmiĢdi. Bu zaman Azərbaycan Respublikasının əhalisi 4
milyon, ərazisi isə 100 min kvadrat kilometr idi. Qeyd etmək
lazımdır ki, Bakının azad olunması haqqında ilk xəbər Danimarka
konsulluğu vasitəsilə bütün dünyaya yayılmıĢdı.Bakı azad edildik-
dən sonra türk yarbayı (podpolkovnik) Mehmet Fəthi Bakının
müvəqqəti qubernatoru təyin edilmiĢ, Ģəhərdə tam asayiĢ bərqərar
olunmuĢdu. Bu iĢdə onun böyük köməkçisi, pokovnik Əli bəy
Zizikskinində rolu qeyd olunmalıdır...
1918-ci il sentaybrın 16-da Türkiyənin hərbi naziri Ənvər
paĢa Bakının xilası ilə əlaqədar ġərq Ordular qrupunun komandanı
Xəlil paĢaya (1882-1957) təbrik teleqramı göndərmiĢdi. Xəlil paĢa
(Xəlil Kut) Azərbaycanın müstəqilliyində, Bakının daĢnak-bolĢevik
və menĢevilk-eser tör-töküntülərindən, habelə ingilislərdən xilasın-
da mühüm rol oynamıĢ Osmanlı zabitlərindən biri idi. Xəlil paĢa
Türkiyənin Mosuldakı (Ġraq) 6-cı ordusunun, sonralar ġərq Ordular
Qrupunun komandanı olmuĢdu. Azərbaycanda yaradılmıĢ Qafqaz
Ġslam Ordusunun təminat və təchizat iĢlərinə baĢçılıq edirdi. Bir
müddət türk millətçilərinin qeyri-rəsmi nümayəndəsi kimi Moskva-
da fəaliyyət göstərmiĢdi...Lakin Bakının 1920-ci il aprelin 27-də 11-
ci ordu tərəfindən iĢğalında bolĢeviklərə “inanan” Xəlil paĢanın gü-
nahları Türkiyədə yeri gələndə indi də etiraf və tənqid edilir...
Bu Ģad xəbəri Qafqaz Müsəlman Ordudunun komandanı, ge-
neral-leytenant Nuru paĢa hələ Gəncədə olan Nazirlər ġurasının
sədri Fətəli xan Xoyskiyə teleqram göndərməklə çatdırmıĢdı. Teleq-
ramda deyilirdi:
“Allahın köməyi ilə Bakı Ģəhəri 15 (9) 34-də, saat 9-un baĢ-
lanğıcında bizim qoĢunlar tərəfindən alındı”.
Fətəli xan Xoyski Nuru paĢaya göndərdiyi təcili cavab teleq-
ramında Azərbaycan xalqı və hökuməti adından məhəbbət və min-
nətdarlığını belə izhar etmiĢdi:
”Qafqaz Müsəlman Ordusunun komandanı Nuru Paşaya!
Xoşbəxtəm ki, xalqın adından Siz əlahəzrətlərinə, xeyirxah
türk oğullarına və Azərbaycan paytaxtını düşməndən azad edən ina-
nılmış cəsur əsgərlərə təşəkkürümüzü çatdırırıam”.
Nasirlər ġurasının sədri Fətəli xan”.
29
Bakının azad edilməsi qurbanlar hesabına baĢa gəlmiĢdi...
1918-ci il noyabrın 10-da, bazar günü Azərbaycan hökuməti baĢda
Nuru paĢa olmaqla Mudros saziĢinin Osmanlı Türkiyəsinə aid his-
səsinin (11-ci maddə) əməli olaraq yerinə yetirilməsinin icrası
olaraq türk generallarının Ģərəfinə vida ziyafəti təĢkil etmiĢdi.
Qeyd: Mudros sazişi. Əslində, Mondros barışığı. 1918-ci il
oktyabrın 30-da Aralıq dənizində Saqqız (Lemnos) adasındakı
Mondros limanında Antanta dövlətləri ilə Osmanlı dövləti arasında
imzalanıb. Sazişi Antanta tərəfindən ingilis admiralı Somerset Artur
Qoş Kaltorp (23 dekabr 1864-27 iyul 1937) və Türkiyənin Baş
Qərargah rəisi, orbay (ordu generalı) Hüseyn Rauf bəy (27 temniz
(iyul) 1881, İstanbul-16 temniz (iyul),1964 İstanbul) imzalamışdı.
Ziyafətdə 400 nəfər tanınmıĢ ziyalı və siyasi xadim, neft səna-
yeçilərinin nümayəndələri, Azərbaycan Ordusunun rəhbərləri iĢti-
rak edirdilər. Ziyafətdə ilk çıxıĢ edən və alovlu nitq söyləyən Azər-
baycan hökumətinin baĢçısı Fətəli xan Xoyski demiĢdi: ”... Azər-
baycanın çöllərində bizim türk qardaĢlarımızın qanı bizim türklərin
qanı ilə bir-birinə qarıĢdı... Azərbaycanın hürriyyəti uğrunda tökül-
müĢ qanlar Osmanlı və Azərbaycan türkləri arasında yaxınlaĢmanın
və qırılmaz əlaqələrin möhkəm təminatıdır”. Fətəli xan daha sonra
bildirmiĢdi: ...”Bizim də yaĢamaq azad yaĢamaq haqqımız var. Nə
zirehli maĢın, hidroplan, kanonerka, tikanlı məftil, mina və digər
texniki qurğular, nə ingilislər və onların əlaltıları, nə də ümumiyyət-
lə, hər hansı bir qüvvə tarixin təbii gediĢini dayandıra bildi, onların
əlli minlik orduya və texnikaya malik olmasına baxmayaraq, kiçik
qüvvənin həmləsinə tab gətirməyib Bakını tərk etmələri öz rifahı və
səadətini baĢqasının fəlakəti və bədbəxtliyi üzərində qurmağa çalı-
Ģanlar üçün ibrət dərsi olmalıdır”.
Ziyafətdə Osmanlı imperiyası və türk Qafqaz komandanlığı
adından vida çıxıĢı edən general Nuru paĢa onun rəhbərlik etdiyi
ordunun Azərbaycan üçün nə edibsə, bundan sonrada etməyə hazır
olduğunu bidirərək,axırda demiĢdi: ”...QardaĢ Azərbaycan türkünün
mənafeyi hər bir türk üçün müqəddəsdir... Əgər Azərbaycanın
azadlığı yolunda yeni qurbanlar lazım olarsa, ona da hazırıq”. Yeri
gəlmiĢkən, artıq yuxarıda deyildiyi kimi, Gəncədən üzü bəri Azər-
baycan qəzalarının və Bakının düĢmən qüvvələrindən azad edilməsi
Dostları ilə paylaş: |