33
hakimiyyəti qurulduqdan sonra Bakıda və ya Tiflisdə müəmmalı
Ģəkildə qətlə yetirilmiĢ və evi yandırılmıĢdır...Həsən bəy Fətəli-
bəyov 12 aprel 1896-cı il təvəllüdlü Ədilə xanımla yaĢam qur-
muĢdu. Onların 4 dekabr 1913-cü ildə Bakıda anadan olmuĢ Ley-
la adlı qızları, 2 mart 1915-ci ildə döğulmuĢ Ənvər adlı oğulları
vardı. Ənvər Ġkinci Dünya müharibəsində həlak olmuĢdu... Leyla
isə Moskva Ģəhərində yaĢamıĢ, orada ərə getmiĢ və bir qız övladı
dünyaya gəlmiĢdi...
H. Fətəlibəyovun ingilislər tərəfindən vəzifə pilləsində irəli
çəkilməsi ingilislərin zahiri qayğısı idi. Faktlar sübut edir ki, ingilis-
lər hər halda ikiüzlü siyasət yeridirdilər. Onlar Azərbaycan Cümhu-
riyyətinin daxili iĢlərinə qarıĢır (halbuki, bunun əksini söz vermiĢ-
dilər), onun hakimiyyət orqanlarını, o cümlədən Daxili ĠĢlər Nazir-
liyini “nəzarətdə” saxlamağa can atırdılar. Məsələn, 1919-cu il
yanvarın 28-də ingilis hərbi polis komissarı, polkovnik F.P. Kokke-
rel Azərbaycanın daxili iĢlər naziri Xəlil bəy Xasməmmədovdan tə-
ləb etmiĢdi ki, polis iĢçilərinin təyin olunmasını Ģəxsən onunla razı-
laĢdırsın və “polis rütbəli heyətdə” və ya təyinatlarda hər cür də-
yiĢikliklər onun Xüsusi Dəftərxanasından keçsin. Bu Dəftərxana 19
noyabr 1918-ci ildə yaradılmıĢdı və Molokan (indiki Xaqani) küçə-
sində, Molokan bağı ilə üzbəüz binada yerləĢirdi. F.P. Kökkerel özü
isə “Metropol” mehmanxanasındakı otaqlardan birində otururdu.
Daxili iĢlər naziri X. Xasməmədov da bu haqda Azərbaycan
Cümhuriyytəi Nazirlər ġurasının sədri Fətəli xan Xoyskiyə aĢağı-
dakı məzmunda məlumat vermiĢdi: ”Müttəfiq dövlətlərin polis ko-
missarı bütün Bakı rayonu polisinin rəhbəri təyin edilmiĢ və polisin
bütün üzvləri ona tabe olunmuĢdur. Bu komissarın sərəncamı və
əmrləri tez-tez Azərbaycan Cümhuriyyəti hakimiyyət orqanlarının
sərəncam və əmirlərini ləğv etsə də, polis məmurları tərəfindən
qeyd-Ģərtsiz icra olunur. ĠĢlərə müdaxilə o həddə çatıb ki, hətta polis
komissarı tələb edir: - polisin Ģəxsi heyətindəki dəyiĢikliklər və
təyinatlar yalnız onun Xüsusi Dəftərxanası vasitəsilə aparılsın”.
Noyabr 1918-ci il-aprel 1919-cu il. Mir Ağadı bəy TalıĢxanov
Bakı Ģəhərinin polismeysteri vəzifəsində iĢləmiĢdir. O, həmçinin
AXC DĠN-in Lənkəran qəzasında xüsusi tapĢırıqlar üzrə məmuru
34
olmuĢdur... M. TalıĢxanov sonralar general-mayor rütbəsinə yük-
səlmiĢdi...
1918-ci il sentyabrın 15-də Qafqaz Ġslam Ordusu və Azərbay-
can Silahlı Qüvvələri Bakıya varid olub onu azad etdikdən sonra
Nuru paĢa “Ġsmailiyyə” binası ilə üzbəüz ikimərtəbəli binada yer-
ləĢib hələ Gəncədən Bakıya gəlməmiĢ F. Xoyski hökumətini göz-
ləməyə baĢlamıĢdı. Mürsəl paĢa da “Ġsmailliyə” ilə üzbəüz küçədə
vaxtilə Ġran Ģahı Müzəfərəddin Ģah Qacarın (25 mart 1853, Təbriz -7
yanvar 1907, Tehran ) qaldığı mülkdə yerləĢmiĢdi.( Müzəffərəddin
Ģah azərbaycanlı idi, Azərbaycanın hakimi , taxt-tacın varisi olmuĢ,
1896-1907-ci illərdə Ġranda Ģahlıq etmiĢdi). Ertəsi gün, sentyabrın
16-da F. Xoyskinin baĢçılıq etdiyi Azərbaycan hökuməti xüsusi
qatarla Bakıya köçmüĢdü. Əksər nazirlər və F. Xoyskinin iĢ otağı
əvvəlcə “Metropol” mehmanxanasında yerləĢmiĢdi. F. Xoyski özü
“Metropol” mehmanxanasındakı 31 nömrəli otaqda hər gün saat 12-
dən 14-dək vətəndaĢları qəbul edirdi. (Azərbaycan hökuməti sonra
buradan Seyid Mir Tağı Mirbabayev meydanına (“indiki “Azneft”
dairəsi) köçmüĢdü. F. Xoyski hökumətinin yerləĢdiyi milyonçu S.
Mirbabayevin (1867-1953) evi (Azərbaycan Dövlət Neft ġirkətinin
indiki binası) əvvəllər erməni zəngini Aramyanın idi. Aramyan
kazinoda uduzub müflisləĢəndə milyonçu Seyid Mirbabayev (həm
də məĢhur xanəndə idi ) onu almıĢdı...
18 dekabr 1918-ci il. Bakıdakı müttəfiq dövlətlərin Müvəq-
qəti Polis Komissarlığı yanında türk və müsəlman (azərbaycanlı)
əhaliyə qarĢı hücum faktlarının müəyyən edilməsi ilə məĢğul olan
ayrıca Nəzarət Komissiyası yaradılmıĢdı..
21 dekabr 1918-ci il. Bakıdakı müttəfiq dövlətlərin Müvəq-
qəti Polis Komisarlığı tərəfindən Azərbaycan hökumətinə qarĢı çı-
xan ekstremist əhval-ruhiyyəli qüvvələrə qarĢı kütləvi həbslər
aparılmıĢdı...
...1918-ci il dekabrın 25-də Nazirlər Kabinetinin qərarı ilə
Hərbi Nazirliyin tərkibində müəyyən dəyiĢikliklər aparılmıĢdı. Na-
zirlər ġurasının sədri F. Xoyski hərbi nazir vəzifəsini buraxdı. Bu
dəfə onun müavini, tam artilleriya generalı Səməd bəy Mehmanda-
rov hərbi nazir təyin edilmiĢdi. Bundan 4 gün sonra - dekabrın
35
29-da general-leytenant Əli ağa ġıxlinski hərbi nazir S. Mehman-
darovun müavini vəzifəsinə təyin olunmuĢdu.
Bu arada general V. Tomson müstəqil Azərbaycan hökuməti-
nin mövcudluğunu tanıdğını bildirmiĢ, lakin “hər Ģeyi yerində yox-
layıb buna münasib də qərar verərik”,- demiĢdi...1918-ci il dekabrın
2-də verdiyi bəyanatda o, artıq elan etmiĢdi: ”Xan Xoyskinin sədr-
liyi ilə yaradılmıĢ koalisyon hökumət Azərbaycanda yeganə qanuni
hakimiyyətdir”. 1918-ci il dekabrın 29-da general V. Tomson
Bakıdakı müttəfiq dövlətlərin və komandanlığın adından F. Xoyski-
nin baĢçılıq etdiyi Azərbaycan hökumətini qəti surətdə və rəsmən
tanımıĢdı.
F. Xoyski o zaman böyük hörmətə malik olan, neft sənayesin-
də öz fəaliyyəti ilə ad çıxarmıĢ Behbud xan Azad xan oğlu Ca-
vanĢiri (1877-1921) daxili iĢlər naziri təyin etmiĢ, həmçinin peĢəkar
hərbçi, general-mayor Məhəmməd Sadıq bəy Ağabəyzadəni (1865-
1944) vitse-ministr kimi (nazir hüququnda) milli-müstəqil poli-
simizin təĢkilinə cəlb etmiĢdi. Yeri gəlmiĢkən, Azərbaycan Respub-
likası DĠN-də qərb modelli vitse-ministr institutu F.Xoyski hö-
kuməti tərəfindən ilk dəfə ġərqdə məhz Azərbaycanda tətbiq
olunmuĢdu...
1918-ci il noyabrın 16-da Azərbaycan Milli ġurası öz iclasını
keçirərək hazırkı fövqəladə vəziyyətdə ölkədə Müəssisələr Məclisi-
nin çağırılmasının qeyri-mümkünlüyü barədə qərar qəbul edib, əvə-
zində özünü parlamentə çevirməyi lazım bildi. Həmin il noyabrın
19-da isə “Azərbaycan Parlamentinin yaradılması haqqında qanun”
qəbul etdi. Parlamentin açılıĢı dekabrın 3-də olmalıydı. Lakin
müəyyən “obyektiv səbəblər”... üzündən onun açılması 1918-ci il
dekabrın 7-də mümkün oldu. 1918-ci il dekabrın 7-də milyonçu
Musa Nağıyevin xəstə oğlu Ağa Ġsmayılın Ģərəfinə istedadlı polyak
memarı Ġ.K.PloĢkoya (1867-1931) tikdirdiyi “Ġsmailiyyə” binasında
bazar günü saat 2-də Azərbaycan Parlamentinin təntənəli surətdə
açılıĢı olmuĢdu.
Qeyd: Milyonçu Ağa Musa Nağıyev (1842-1919) Hacı
Zeynalabdin Tağıyevin yaxın dostu idi. Ondan sonra milyonçular
sırasında ikinci yerdə dururdu. A.M. Nağıyev 1842-ci ildə Bakının
Biləcəri kəndində anadan olmuş, 1919-cu ilin martında 77 yaşında
Dostları ilə paylaş: |