KəRĠm ağa fateh



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix03.08.2018
ölçüsü1,12 Mb.
#60578
1   2   3   4   5   6   7

15 

 

göndərə. Şəki əhli böyük, kiçik yığılıb, mənim atam  Fətəli xanın üstünə cəm olub, 



andlar içib, bərk ittifaq edib, tarixi islamiyyə min iki yüz on doqquzda olanda xan 

edərlər. İki-üç ay xanlıq elər. Və Mustafa xan görər ki, elədiyi əmələ gətirə bilməz 

və Fətəli xanın yanına adam göndərər və dostluq elər ki, oğlun da göndərsin və bir 

neçə vaxt yanımda qalsın. Mən də kiçik idim. Atam məni Şirvana göndərdi. Mən 

gedən  vaxt  Səlim  xanı  Mustafa  xan  Ağdaş  mahalına  göndərdi.  Ağdaşda  bir  neçə 

gün qalandan sonra Şəki bəylərindən iki-üç adam Səlim xana dil verər. Səlim xan 

da xəbərsiz bir gecə, atlanıb gələr. Fətəli xan xəbərsiz, and içibdirlər, nə bilsin ki, 

bir  neçə  bəy  xəyanət  elərmiş.  Səlim  xana  dil  verən  bəyin  birinə  qalanın  qapısını 

tapşırır. Qapıda duran bəy Səlim xan gələn kimi, qapını açıb  qalaya salır. Yuxarıda 

yazılan  tarixdə  Səlim  xan  genə  Şəkidə  xan  olur.  Bir  il  yarım  xanlıq  elər.  Və  (o) 

vaxt  ki,  Qarabağlı  İbrahim  xan  dönüb,  Rusiya  qoşunu  onun  ilə  dava  eləyib, 

İbrahim xan öləndə Səlim xanın bacısı da orada ölür. Səlim xan bu işdən küdurət 

eləyib,  yaxındakı  Rusiya  qoşunundan  bir  neçə  adam  öldürür.  Səlim  xanın  bu 

xəyanətindən öz yanında olan sərdar valatəbar qəzəbnak olub. Nebolsin yanaral bir 

para Rusiya qoşunu ilə Səlim xanın üstünə göndərir. Səlim xan bir az dava eləyib, 

bacarmaz,  çıxıb  Qızılbaş  tərəfinə  qaçar.    Nebolsin  yanaral  bu  vilayətin  ixtiyarın 

genə  Fətəli  xana  verir.  Amma  xoylu  Cəfərqulu  xan  Şəki  vilayətin  padşahi-aləm 

pənahdan  istəyib,  padşah  da  ona  veribdirmiş.  Sonra  tarixi  islamiyyə  min  iki  yüz 

iyirmi  birdə  olanda  Cəfərqulu  xan  padşahın  əmri  ilə  Şəki  vilayətində  xan  oldu. 

Mən də Cəfərqulu xan əyyamı Şəkiyə gəldim. Təhrirən fi  20 (zil) qə'dətü-l-həram 

1244  (24-Y-1829). 

Hacı Çələbinin nəsli bu tərz ilə 

 

              Hacı Çələbi xan 



 

          Həsən ağa 

         Ağakişi bəy 

 

          Hüseyn xan 



         Bala Hacı xan 

 

 



 

         Mahmud ağa 

 

   Məhəmmədhəsən xan,  Fətəli xan,   Səlim xan 



 

      Kərim xan 

 

Abdulla ağa,  



Əbdülrəhim ağa, 

Haşım ağa 

Hüseyn ağa, 

Hacı xan, 

Səlim xan 



16 

 



17 

 

HACI  SEYĠD  ƏBDÜLHƏMĠD



 

ġƏKĠ  XANLARI VƏ ONLARIN NƏSĠLLƏRĠ 

 

Piran-i  kühənsal

11

 sələflərin  rəvayət  və  ixbaratlarından  mənqul



12

 

olunubdur  ki,  848  sənəyi  islamiyyədən  müqəddəmdə



13

 Şəki  vilayətində 

müstəqillən  hakim  və  xan  olmayıb,  ancaq  kəndxuda  və  riş-i  səfid

14

 səlah  və 



tədbirlərilə  ümüratların

15

 dolandırıblar.  Haman  tarixdə  Candar  Qara  Keşiş  oğlu 



müsəlman olub, adını Əlican qoyubdur. O vaxtlarda İran vilayətlərinin əmirlərinin 

əskərləri  Şəkidə  xan  və  hakim  olmadığından  şəbxun

16

 gətirib,  qarət  və  çox  əsir 



aparırlarmış.  Əlican  çox  aqil,  kardan,  şəci

17

 şəxs  imiş.  Noxunun  və  Şəkinin 



camaatları  ittifaq  edib,  İran  qarətgərlərinin  şərrlərindən  əmin  olmaqdan  ötrü 

Əlicanı  Noxuda  hakimi-zümdə

18

 edib,  xan  təyin  edibdirlər  ki,  Şəki  vilayətini 



mühafizə  edib,  ümuratlarını  dolandırsın.  Bu  da  əhsan  surətdə  dolandırıb.  861 

(1456-57)-ci  sənədə  vəfat  edib.  Oğlu  Qotul  nam  (adlı)  onun  məqamında

19

 xan 


olub,  vasitələrlə  İran  şahından  xanlıq  fərmanı  da  alıb,  Şəki  vilayətində  xanlıq 

edibdir....

20

 sənədə vəfat edib, oğlu Zəki xan adlı xan olubdur. Bu da... sənədə vəfat 



edib, oğlu Həsən Sultan onun məqamında xan olubdur. Sonra Tiflis valisi Əlvənd 

xan


21

 ilə Həsən Sultanın mabeynlərində

22

 ədavət  peyda olub, neçə illər Əlvənd xan 



qoşun gətirib, Həsən Sultan ilə cəngə gəlib, İran şahı Şah İsmayıl  Həsən Sultana 

ianə  edib,  Əlvənd  xan    Həsən  Sultana  qalib  ola  bilməyib,  müraciət  edib.  Şah 

İsmayılın vəfatından sonra Əlvənd xan külli qoşun götürüb, Həsən Sultan ilə cəngə 

gələn vaxtda Həsən Sultan da Şəki vilayətinin qoşunlarını cəm edib, Əlvənd xanın 

qarşısına  gedib. Car vilayətindən Padar kəndinin pişgahında

23

 cəngləri  vaqe  olub, 



Həsən Sultan məqtul olub

24

, qoşunları da məğlub olubdur. Əlvənd xan da müraciət 



edib,  Tiflisə  gedibdir.  Həsən  Sultanın  nəşin  gətirib,  Daşüzlə  mövsüm  yerdə  dəfn 

edibdirlər.  Oğlu  Dərviş  Məhəmməd  xan  atasının  məqamında  914  (1508-09)-cü 

sənədə  xan  olub,  İran  şahı  Şah  Təhmasib  Şah  İsmayıl  oğluna  itaət  etməyib, 

                                                           

11

 .

Qocaman. 



12

. Nəql. 


13

 .Qabaq. 

14

. Ağsaqqal. 



15

 .İşlərin. 

16

. Gecə basqını. 



17

 .Şücaətli. 

18

 .Seçilmiş. 



19

 .Yerində. 

20

 .Əlyazmasında burada və bir çox başqa yerlərdə tarix         göstərilməmişdir. 



21

. Levond xan olmalıdır. 

22

 .Aralarında. 



23

 .Qabağında. 

24

. Öldürülüb. 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə