Müstəqillik dövrü Azərbaycan romanı
37
tarixi roman deyildir. Bu əsərdən öncə tanınmış yazıçı Oqtay
Salamzadənin «Sevgi iztirabı» adlı romanı nəşr olunmuşdur.
Qeyd edək ki, «Məhəmməd Füzulinin həyatı, şəxsiyyə-
ti haqqında tarixi mənbələrdə məlumat çox azdır. Bu tərcü-
meyi-hal cizgiləri əsasən onun farsca divanının dibaçəsində,
müxtəlif təzkirələrdə və əsərlərindəki ayrı-ayrı misra və beyt-
lərdəki işarələrdə aşkara çıxır. Ona görə də Məhəmməd Füzuli
haqqında bədii əsər yazmaq son dərəcə diqqət və məsuliyyət
tələb edir» (6, s, 402).
Əzizə Cəfərzadə romanda Füzulinin türklüyü ilə bağlı
məqamların təsvirinə xüsusi diqqət yetirmiş, əsəri şairin anadan
olduğu təxmin edilən Şamaxının qədim Bayat kəndinin tarixi
və təsviri ilə başlamışdır. Çünki bir çox tənqidçilər şairi Füzuli
Bağdadi kimi tanıyır və doğulduğu yerlə bağlı müxtəlif fərziy-
yələr irəli sürürlər. Məhz buna görə də yazıçı romanda Füzulinin
Şirvandan İraqa köçüb getməsinin səbəbini qeyd etmişdir.
Romanda qeyd olunduğu kimi, Füzulinin anası ərə gedəndən
beş il sonra böyük Allah ona bir oğul bağışlayır. O, əhdinə görə,
Kərbəlaya köçür ki, oğlunu İmam Hüseyn qulluğuna qoysun.
Füzulinin ailəsinin Şirvandan Kərbəlaya köçməsinin səbəbi
bundan qaynaqlanır. Bu məqamda onu qeyd etmək vacibdir ki,
Füzuli öz vətənindən ayrıldığına baxmayaraq, «Mənim qəlbim
özümü Məhəmməd Füzuli Şirvani kimi tanıyır. Damarlarımda
axan Şirvan qanıdır, Bayat qanıdır» (33, s. 71) deyir.
Yazıçı romanda Füzulinin «Leyli və Məcnun» dastanını əsas
götürmüş və bu əsəri Füzulinin həyatının inikası kimi təqdim et-
mişdir. Bu dastanda bəhs olunan məhəbbət Füzuliyə məxsus ila-
hi bir sevgidir. Məktəb zamanından başlayan bu sevgi Füzulinin
ərəb dili müəlliminin qızına olan münasibətinə söykənir. Elə
buna görə də keçirdiyi hiss və duyğular Füzulinin eşq mülkünün
padşahı və türkcə qəzəlin sultanı olmasına təkan verir.
Roman, eyni zamanda, Füzulinin doğum tarixini dəqiqləş-
dirməyə imkan verir. Tarixi qaynaqlara əsasən Füzuli 1494 və
38
Əhməd Sami Elaydi
ya 1496-cı illərdə doğulmuşdur. Ancaq yazıçıya görə, bu tarix
düzgün deyildir. Çünki Füzuli ilk məsnəvisi olan «Bəngü ba-
də»ni Səfəvi hökmdarı Şah İsmayıl Xətaiyə ithaf etmişdir.
Onu da qeyd edək ki, şair bu məsnəvidə Xətainin 1510-cu
ildə özbək hökmdarı Zeybək üzərində qələbəsindən danışır.
«Əgər bu həqiqətdirsə və əlbəttə, xəbər həmin gün Füzuliyə
çata bilməzdi, deməli, məsnəvi heç olmasa 1511-ci ildə ya-
zılmış, hökmdara təqdim olunmuşdur. Bu baxımdan əgər
Füzulinin 1494 və ya 1496-cı illərdə (bəzi kitablarda hətta
1501-1503) doğulduğunu qəbul etsək, deməli, bu məsnəvini
şair hardasa 14-16 yaşlarında yazmışdır. Buna isə məsnəvini
oxuduqca inanmağı gəlmir adamın» (33, s. 81).
Nəhayət, yazıçı öz tədqiqat materialına nəzərən belə bir qə-
naətə gəlir ki, Məhəmməd Füzulinin doğum tarixi 1480-1481-
ci illər arasına təsadüf edir. Bütün bunlar göstərir ki, roman
dəqiq tarixi faktlara və qaynaqlara söykənir. Əlbəttə, bu cəhət
əsərin dəyərini artırır.
«Eşq sultanı» romanı tarixi mövzuda yazıldığına görə əsə-
rin əsas qəhrəmanları da tarixi səpkidə yaradılmışdır. Bu mə-
nada Yavuz Sultan Səlim və oğlu Sultan Süleyman daha çox
diqqəti cəlb edir. Yazıçı romanda Sultan Səlimə tənqidi şəkildə
yanaşmış, onun oğlu Sultan Süleymanı isə əsas etibarilə müs-
bət planda təqdim etmişdir.
Əzizə Cəfərzadənin Sultan Səlimi zalım və qanlı hökmdar
kimi təsvir etməsi bir sıra hallarda tarixi qaynaqlarla uyğun
gəlmir. Başqa sözlə, yazıçının onun haqqında söylədiyi fi kir-
lərdən heç biri tarixi mənbələrdə təsdiqini tapmır.
Romana diqqət yetirək:
«Amma Bağdad Yavuz Sultan Səlim kimi qəzəbli, heç nəyi
bağışlamayan, heç kimi əfv etməyən bir sultan əvəzinə qanun-
lara əsl mənada riayət edən, eyni zamanda şair, alim, zərif bir
insan olan Muhibbi təxəllüsü ilə şeirlər yazan şairin gəldiyin-
dən xəbərsizdir» (33, s. 91).
Müstəqillik dövrü Azərbaycan romanı
39
Yaxud: «Nəslin demək olar ki, qatili olan atasının, babası-
nın, qardaşlarının ölümünə səbəb olan Yavuz kimi bir şəxsdən
Sultan Süleyman kimi mehriban, nəvazişkar, şeiriyyət, elm
dolu bir şəxsin – oğulun meydana gəlməsinə inana bilmirsən.
Elə atadan belə oğul? Şükür cəlalına, ya rəbbim, düşünür-
dü şair. Eşitmişdi əfsanələri, eşitmişdi rəvayətləri, bilirdi ki,
Səlimin hökmranlığı dövründə törətdiklərini heç bir hökm-
dar edə bilməzdi, etməmişdi, bəlkə də. Və sanki böyük Allah
Sultan Süleyman kimi bir şəxsi atasının o qanlı fəaliyyətini,
o qanlı hakimiyyət illərini yuyub paklamaq, xatirələrdən, ha-
fi zələrdən silmək üçün yaratmışdı. Mühibbi sanki bütün təbiəti
ilə, varlığı ilə buna can atırdı» (33, s. 184).
Tarixi mövzuda yazılmış bədii əsərdə tarixi faktlara riayət
olunması zəruri şərtlərdən biridir. Hər şeydən əvvəl ona görə
ki, «Yazıçı alimdən fərqli olaraq tarixi hadisələri və şəxsiy-
yətləri bütün dəqiqliyi ilə, sənədlər əsasında əks etdirmək və-
zifəsindən azaddır. Bu şərtlə ki, onun yaratdığı bədii lövhələr,
bədii surətlər tarixin mənasını, ruhunu, ictimai inkişafın qa-
nunauyğunluğunu düzgün əks etdirsin, faktların mahiyyətini
təhrif etməsin» (16, s. 355).
Fikrimizcə, akademik Məmməd Arifə məxsus bu müla-
hizələrdə tarixi roman yaradan yazıçının üzərinə düşən vəzifələr
dəqiq müəyyənləşdirilmişdir. Şübhəsiz ki, tarixi roman müəl-
lifi nin başlıca funksiyası tarixi hadisələri dəqiqliklə canlandır-
maqdan ibarət olmasa da, onun təsvir obyektinə çevirdiyi tarixi
dövrün ruhunu təhrif etmək haqqı yoxdur. Azərbaycan ədəbiy-
yatşünaslığında buna bənzər mülahizələrə digər tənqidçilərin ya-
radıcılığında da təsadüf olunmaqdadır. Belə ki, professor Tofi q
Hüseynoğlunun fi krincə, «tarixçi ilə yazıçını, alimlə sənət ada-
mını tarixi fakt və materiala münasibətdə bir-biri ilə eyniləşdir-
mək, onların gördükləri işlər arasında mütləq bərabərlik işarə-
si qoymaq olmaz. Hərçənd ki, bunları bir-birinə qarşı qoymaq,
bir-birinin inkarı kimi də qəbul etmək düzgün deyil» (61, s. 128).
Dostları ilə paylaş: |