100
BĠBLĠOQRAFĠYAġÜNASLIQ
___________________________________________________________
Nadir ĠSMAYILOV
BiblioqrafiyaĢünaslıq kafedrasının müdiri dosent,
pedaqogika üzrə fəlsəfə doktoru
Leyla NAĞIYEVA
BiblioqrafiyaĢünaslıq kafedrasının magistrantı
NAXÇIVAN ĠQTĠSADĠ RAYONUNDA KĠTABXANA-
ĠNFORMASĠYA RESURSLARININ YERLƏġMƏSĠ VƏZĠYYƏTĠ
Açar sözlər: Naxçıvan iqtisadi rayonu, kitabxana-informasiya
resursları, resursların yerləşməsi və istifadəsi, elektron resurslar
Ключевые слова:
Нахчыванский экономический район, библио-
течно-информационных ресурсы,
размещение и использование
ресурсы, электронные ресурсы
Key words: Nakhchivan economical region, library-information
resources, settle and usage of the resources, electron resource
Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr
ərzində respublikamızın siyasi, iqtisadi və sosial həyatında mühüm
dəyişikliklər baş verib. Artıq ölkəmizdə dinamik iqtisadi inkişaf dövrü
başlanıb. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi
iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən
müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində qazanılan uğurların
miqyası və əhatə dairəsi son illər xüsusilə genişlənib. Ölkə başçısının
imzaladığı müvafiq fərmanlarla müəyyən edilmiş sosial-iqtisadi inkişafın
əsas istiqamətləri üzrə həyata keçirilən tədbirlər bu sahədə əldə edilən
nailiyyətləri daha da möhkəmləndirib. Digər tərəfdən, ölkə iqtisadiy-
yatının inkişafının müxtəlif istiqamətlərinin vahid dövlət proqramları
çərçivəsində tənzimlənməsi, iqtisadi inkişafın sürətləndirilməsi, sosial-
iqtisadi inkişafda mərkəzlə yanaşı, regionların da rolunun yüksəldilməsi,
iqtisadiyyatın ayrı-ayrı sahələrinin və regionların kompleks inkişafının
təmin edilməsi nəticəsində əhalinin rifah halının və həyat standartlarının
təkmilləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib.
Azərbaycan Respublikasında 10 iqtisadi rayon var. Onlardan biri
də Naxçıvan iqtisadi rayonudur. Naxçıvan iqtisadi rayonu şimalda və
şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km),
qərbdə və cənubda Türkiyə (11 km) və İran İslam Respublikası (204 km)