Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə61/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   57   58   59   60   61   62   63   64   ...   78

138 
 
yerləşir.  Mədəniyyət  və  Turizm  Nazirliyinin  tabeliyində  2,  Təhsil 
Nazirliyinin tabeliyində  36 kitabxana var. Bu kitabxanalar şəhər  yaşayış 
mərkəzlərində  yerləşir.  Rayon  kitabxanalarında  cəmi  53179  nüsxə 
informasiya  resursu  var.  Fondun  27475  nüsxəsi  kənd  kitabxanasında 
olmaqla,  əsasını  kitablar  təşkil  edir.  Rayon  kitabxanalarında  çalışan  40 
nəfər mütəxəssisin yalnız 3 nəfəri kənd kitabxanasında fəaliyyət göstərir. 
Bu mütəxəssislərdən 2 nəfəri ali və orta qeyri-ixtisas, 1 nəfəri orta-ixtisas 
təhsillidir.  
 “Kitabxana  işi  haqqında”  Azərbaycan  Republikasının  Qanununda 
kitabxanaların  elm,  informasiya,mədəniyyət,təhsil  və  tərbiyə  müəssisəsi 
kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə 
edən,onların  sistemli  ictimai  istifadəsini  təşkil  edən,  cəmiyyətin 
intellektual  və  mənəvi  potensialının  inkişafına  xidmət  göstərən  sosial 
institut  olması  öz  əksini  tapmışdır.  (7.S.3-16)  Bununla  belə,  Qanunda 
kitabxana  fəaliyyətinin  gələcək  istuqamətləri,  kitabxana  fondlarının 
təchizatı, kitabxanaların elmi-metodik təminatı, kitabxanaların kadr təmi-
natında  ixtisaslı  kitabxanaçı-biblioqraflara  üstünlük  verilməsi  və.s.  öz 
əksini  tapmışdır.  Əhalinin  informasiya  təminatının  ödənilməsində  elmi-
texniki, uşaq, gənclər, musiqi məktəblərinin, muzey və digər mədəniyyət 
və tədris müəssisələrinin, eləcə də müxtəlif təşkilatların tabeliyində olan 
kitabxanalar,  o  cümlədən  6  respublika  əhəmiyyətli  kitabxana,  Bakı 
şəhərində  84  kitabxana  və  filialı,  72  şəhər  və  rayon  MKS-i  mühüm  rol 
oynayır.  Respublikamızın  müxtəlif  iqtisadi  rayonlarında  fəaliyyət  gös-
tərən MKS-lər və onların filiallarından bəhs edərkən, qeyd etməliyik  ki, 
2009-cu  ilin  əvvəllərinə  qədər  respublikamızdakı  bütün  kütləvi  kitab-
xanaların  sayı  4029  olmuşdur.  Naxçıvan  MR.  və  digər  regionlardakı 
kütləvi  kitabxana  şəbəkələri,  onların  filialları,  informasiya  resursları 
1996-2009-cu  ilə  qədər  bu  statistik  hesablamalarda  öz  əksini  tapmışdır. 
Statistik  hesablamalardan  aydın  olur  ki,  1996-cı  ildə  şəhər  və  kənd 
yaşayış məntəqələrində kütləvi kitabxanaların sayı 4794 olmuşdur. Lakin 
2009-cu  ilə  qədər  statistik  hesablamalardan  məlum  olur  ki,  bu  illər 
ərzində  kütləvi  kitabxanaların  sayı,  onların  oxucuları  və  informasiya 
resursları  azalmağa  doğru  getmişdir.  Yalnız  2007-ci  illərdən  sonra 
kütləvi  kitabxanalar, onların  fondları, informasiya tələbatçıları  müəyyən 
qədər  artmağa  başlamışdı.  Bu  artım  həm  şəhər  mərkəzlərində,  həm  də 
kənd  yaşayış  məntəqələrində  yerləşən  kütləvi  kitabxanalarda  hiss 
olunmuşdur.  Belə  ki,  1996-cı  ildə  oxuculara  düşən  informasiya  resur-
sunun  sayına  görə  bölgü  bu  şəkildə  olmuşdur:  hər  5168  nəfər  oxucuya 
39,3  milyon  nüsxə;  2007-ci  ildə  :  hər  4286  nəfər  oxucuya  36,4  milyon 
nüsxə, 2009-cu ildə: hər 4335 nəfər oxucuya 37,3 milyon nüsxə.(5.S.232-
235) 2009-cu ildə respublikamızın kənd yaşayış məntəqələrində yerləşən 


139 
 
kütləvi  kitabxanaların  sayı-  3402,  onların  fondu-  19,4  milyon  nüsxə, 
oxucularının  sayı-  1196000  nəfər  olmuşdur.  MKS-lərin  və  onların 
filialları  olan  kütləvi  kitabxanaların  sayının,  oxucusunun,  fondunun 
azalmasına  nə  səbəb  olmuşdur?  Bu  sualın  cavabı  əslində  “Azərbaycan 
Respublikasında  kitabxana-informasiya  sahəsinin  2008-2013-cü  illərdə 
inkişafı  üzrə  Dövlət  Proqramı”nda  öz  əksini  tapır:  ötən  əsrin  90-ci 
illərinin  əvvəllərində  ölkədə  baş  verən  hadisələr  kitabxanaların  da 
fəaliyyətinə  mənfi  təsir  göstərmiş,  kitab  nəşri  və  kitab  təhcizatı  sistemi 
tamamilə  iflic  vəziyyətinə  düşmüş,  onların  maddi-texniki  bazasının 
olduqca  zəifləməsinə  gətirib  çıxarmışdır.  Bütün  bunlar  kitabxana 
sahəsinin  tənəzzülünə  səbəb  olmuşdur.  Nəticədə  kitabxanalar  real  və 
potensial  oxucularını  itirmiş,  xeyli  sayda  kitabxanalar  bağlanılmış, 
əksəriyyəti  oxucu  tələbatını  ödəyə  bilməmiş,  mövcud  ştat  vahidləri 
ixtisar  edilmişdir.  Bunun  əsas  səbəbi  Ermənistan  silahlı  qüvvələri 
tərəfindən respublika ərazisinin 20 faizinin işğal olunması idi., hazırda bu 
torpaqların hələ də erməni tapdağı altında olması və bunun nəticəsində 9 
Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminin,  927  kitabxananın  və  onların  4 
milyondan  artıq  kitab  fondunun  məhv  edilməsi,  kitabxanaların  yeni 
nəşrləri  almaq  üçün  vəsaitlə  təmin  edilməməsi,  habelə  kitabxana 
fondlarından  məzmunca  əhəmiyyətini  itirmiş  və  mənəvi  cəhətdən 
köhnəlmiş kitabların çıxarılması olmuşdur.(3.S.6-29)  
 Hazırda, 
kitabxana-informasiya 
şəbəkəsinə 
daxil 
olan 
kitabxanaların  90  faizi  müasir  tələblərə  cavab  vermir.Kitabxanaların 
əksəriyyətinin  yararsız  vəziyyətdə  olması,  eyni  zamanda  kitabxana 
filiallarının  79,2  faizinin  sahəsi  darısqal  olduğundan  əhalinin  66,8  faizi 
onlardan  istifadə  edə  bilmir.  Bu  sıraya  Mingəçevir,  Naftalan,  Sumqayıt, 
Yevlax,  Şirvan,  Ağcabədi,  Astara,  Beyləqan,  Bərdə,  Qazax,  Qobustan, 
Zaqatala,  Yardımlı,  Lerik,  Neftçala,  Biləsuvar,  Samux,  Xaçmaz,  Cəli-
labad, Ucar, Kürdəmir və digər rayon kitabxanaları daxildir. Kitabxana-
ların  müxtəlif  sahələrə  aid  yeni  nəşrlərlə  təmin  edilməsinə,  fondlarının 
mühafizəsinə,  binalarının  əsaslı  təmirinə,  avadanlıqla  təmin  edilməsinə 
və  kitabxana-biblioqrafiya  proseslərinin  avtomatlaşdırılmasına  ciddi 
ehtiyac  olduğu  “Azərbaycan  Respublikasında  kitabxana-informasiya 
sahəsinin  2008-2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət  Proqramı”nda  da 
nəzərə  çatdırılmışdır.(3.S.6-29)  Bundan  əlavə  kitabxana-informasiya 
sahəsində  həll  olunmamış  əsas  problemlərdən  biri  də  kitabxana  fond-
larının  mühafizəsi  və  bərpası  məsələsidir.  Vacib  və  təxirəsalınmaz  işlər 
sırasına  latın  qrafikası  ilə  buraxılan  yeni  nəşrlərin  elektron  daşıyıcılara 
köçürülməsi də daxildir. Bu problemləri həll etmək baxımından Azərbay-
can  Respublikası  Prezidentinin  “Azərbaycan  dilində  latın  qrafikası  ilə 
kütləvi  nəşrlərin  həyata  keçirilməsi  haqqında  “  2004-cü  il  12  yanvar 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə